İzahlı lüğət

ƏRİŞLƏMƏK (ID - 13190)

f toxuc. Xananın əsas iplərini çəkmək.

ƏRİŞLİK (ID - 13191)

sif toxuc. Ərişə yarayan, əriş üçün olan. Ərişlik ip.

ƏRİŞMƏK (ID - 13192)

f dan. Sataşmaq. Gahdan qalxır, uşaqlara ərişir; Abırından, saqqalından utanmır. Aşıq Hüseyn.

ƏRİŞTƏ (ID - 13193)

is. [fars.] 1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Dilbərpəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla...

ƏRİŞTƏÇİ (ID - 13194)

is. köhn. Əriştə bişirib satan adam.

ƏRİŞTƏÇİLOV (ID - 13195)

is. aşp. Əriştə xəmirləri qovrulduqdan sonra, düyü ilə qarışdırılıb bişirilən xörək.

ƏRİŞTƏLİ (ID - 13196)

sif. Tərkibində əriştə olan, əriştə qarışığı olan. Əriştəli plov.

ƏRİŞTƏLİK (ID - 13197)

sif. Əriştə kəsmək üçün hazırlanan, əriştəyə yarar. Əriştəlik xəmir. Əriştəlik un.

ƏRİŞTƏPLOV (ID - 13198)

is. aşp. Əriştə ilə düyüdən bişirilən plov.

ƏRİTDİRMƏ (ID - 13199)

“Əritdirmək” dən f.is.

ƏRİTDİRMƏK (ID - 13200)

“Əritmək” dən icb. Yağı əritdirmək.

ƏRİTMƏ (ID - 13201)

“Əritmək” dən f.is. Əritmə sexi.

ƏRİTMƏK (ID - 13202)

f 1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu əritmək. [Xoca Əziz] ocağı asıb qır-saqqızı tökdü tiyana, əridib elədi mum...

ƏRİYİCİ (ID - 13203)

sif. 1. Maye və s. içində əriyə bilən, həll ola bilən. Əriyici maddə.
2. Asanlıqla əriyən, tezəriyən. Əriyici metal.

ƏRİZƏ (ID - 13204)

is. [ər.] rəs. Bir arzu və ya xahiş ifadə edən məktub, yazılı müraciət. Ərizə vermək. Müdirin adına ərizə yazmaq. - Bir baş çəkin dərdiməndin halına; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi. [Kərbəlayı:] Hökumətdən...

ƏRİZƏBAZ (ID - 13205)

is. [ər. ərizə və fars. ...baz] Müxtəlif idarələrə, təşkilatlara və s.-yə daha çox yalandan, çox vaxt böhtan məqsədi ilə ərizə yazmağı özünə peşə etmiş adam. Ərizəbazın biridir. Ərizəbazları ifşa etmək.

ƏRİZƏBAZLIQ (ID - 13206)

is. Ərizəbazın işi, peşəsi. Ərizəbazlıqla məşğul olmaq. Ərizəbazlıq işimizə mane olur. - Ərizəbazlıqla hərbi xidmətdən qurtara bilməyən Imanzadəyə, nəhayət, bir təsadüf kömək etdi. Ə.Əbülhəsən.

ƏRİZƏÇİ (ID - 13207)

is. 1. Ərizə verən, ərizə ilə müraciət edən adam; şikayətçi. Ərizəçi öz ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu. [Eşikağası:] Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir. M.F.Axundzadə. [Kəndli:] Hövsələli...

ƏRİZƏÇİLİK (ID - 13208)

is. 1. Bax ərizəbazlıq. Ərizəçiliklə məşğul olmaq.
2. köhn. Keçmişdə savadsız adamlara pulla ərizə yazma peşəsi. Ərizəçiliklə güzəranını keçirmək.

ƏRİZƏYAZAN (ID - 13209)

is. köhn. Keçmişdə savadsız adamlar üçün pulla ərizə yazan adam.

ƏRK1 (ID - 13210)

1. is. Bir şəxsin yaşca böyüklüyü, yaxın qohumluğu, yaxud dostluğu səbəbi ilə başqa birisi ilə sərbəstcə davranmasına, rəftar etməsinə (söz deməsinə, nəsihət verməsinə, məsləhət verməsinə, acıqlanmasına və i.a.) yol...

ƏRK2 (ID - 13211)

is. İç qala, möhkəm hasar. Laxlayan daş ərkdə qalmaz. (Ata. sözü).

ƏRKAN (ID - 13212)

is. [ər. “rükn” söz. cəmi] top.
Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. M.F.Axundzadə. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində Iskəndər...

ƏRKANLI (ID - 13213)

sif dan. Ədəbli, qanacaqlı, ədəb gözləyən, ciddi.

ƏRKANSIZ (ID - 13214)

sif 1. Dinsiz, imansız.
2. Söyüş, qarğış məqamında işlənir. Yassar qışqırdı: - Ay ərkansızın qızı, bəri qayıt, vurdum! Mir Cəlal.

ƏRKƏ (ID - 13215)

is. Uşaq, çocuq, Tifl. [Bəypolad:] Miskin bir ərkəyə rast gəlsəm, dərhal sinirlərimə toxunur. H.Cavid.

ƏRKƏSÖYÜN (ID - 13216)

is. Ərköyün, xudpəsənd, özünü sevən. Xanım Balacayeva Əlisanın kənara sürütlədiyi peçi qalamaqla məşğul olduğundan, Gülöyşə ərkəsöyün adam kimi o biri otağa keçdi. S.Rəhimov.

ƏRKƏVAN (ID - 13217)

is. bot. Paxlaya oxşar meyvəsi, parlaq çəhrayı rəngli çiçəkləri olan, qışda yarpağı tökülən ağac, ya kol. Ərkəvan 7-8 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya koldur.

ƏRKLƏMƏ (ID - 13218)

“Ərkləmək” dən fis.

ƏRKLƏMƏK (ID - 13219)

f Əzizləmək, ərköyün öyrətmək.

ƏRKLƏNMƏ (ID - 13220)

“Ərklənmək” dən f.is.

ƏRKLƏNMƏK (ID - 13221)

məch. Ərköyün böyüdülmək, əzizlənmək.

ƏRKLİK (ID - 13222)

is. Ərk etmə, yaxınlıq. Ərkliklə (z.) gəlmişdim ki, səni qardaşınla barışdırım.

ƏRKNAZ (ID - 13223)

1. is. Naz, qəmzə. Öldüm nazın çəkməkdən; Belə ərknaz olmaz. (Bayatı). Yar inciyib küsəndə onun başqa zövqü var; Hərdənbir ortalıqda gərək ərknaz ola. Ə.Vahid.
zərf Ərk-nazla şəklində - nazla, nazlana-nazlana, qəmzə...

ƏRKÖYÜN (ID - 13224)

sif Həddindən artıq əzizlənmək, bütün arzu və şıltaqları yerinə yetirilməsi nəticəsində xudbin böyümüş. Ərköyün uşaq. Ərköyün (z.) böyümüş övlad.
Ananın ərköyün oğlu hambal olar. (Ata. sözü). [Sərvinaz xanım:]...

ƏRKÖYÜNCƏSİNƏ (ID - 13225)

zərf Ərköyün kimi, xudbincəsinə.

ƏRKÖYÜNLƏŞMƏ (ID - 13226)

“Ərköyünləşmək” dən f.is.

ƏRKÖYÜNLƏŞMƏK (ID - 13227)

f. Ərköyün olmaq, həddindən artıq əzizlənmək, hər bir arzu və şıltağı yerinə yetirilmək nəticəsində xudbin olmaq.

ƏRKÖYÜNLÜK (ID - 13228)

is. Ərköyün adamın hal və keyfiyyəti; xudbinlik. Evdəki ərköyünlük əlamətləri məktəbin ciddi tələbləri qarşısında əriməyə başlayırdı. S.Rəhimov.

ƏRKYANA (ID - 13229)

zərf Ərki olan adam kimi, ərk edərək, ərklə, özünə çox yaxın bilərək. Bayram kişi ərkyana [cavanı] danladı: - Yaxşı, nə quruyub durmusan. Gəl otur, üzüm ye, söhbət elə. M.Rzaquluzadə. Bəbir bəy ərkyana bir ahənglə üzünü...

ƏRQƏVAN (ID - 13230)

is. [fars.] şair. Qırmızı rəngli gözəl bir gül (klassik şeirdə gözəlin dodağı bu çiçəyə oxşadılır). Səmən iyli, səhabi zülf ay qabaq; Qönçə dəhan, dürr diş, ərqəvan dodaq. M.P.Vaqif.

ƏRQƏVANİ (ID - 13231)

sif [fars.] şair. Ərqəvan çiçəyi rəngində, qırmızı və parlaq. Öldürdü məni qəmi-nihani; Yoxdurmu şərabi-ərqəvani? Füzuli.

ƏRLİ (ID - 13232)

sif Əri olan. Ev tikdirənlər təkcə ərli qadınlar deyildi. Ə.Əbülhəsən. // İs. mənasında. Ərli qadın. Ərlilərin əri var; Dulların da Allahı. (Ata. sözü).

ƏRLİ-ARVADLI (ID - 13233)

zərf Ərlə arvad bir yerdə; bütün ailəliklə.

ƏRLİK (ID - 13234)

is. 1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi. - [Şah Abbas:] Əgər sizdən hər biriniz .. Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah...

ƏRLİLİK (ID - 13235)

is. Əri olan qadının hal və vəziyyəti.

ƏRMƏĞAN (ID - 13236)

is. [fars.] bax armağan. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. [Dərviş:] Arzusunu çəkdiyim zat məni doydurdu, könül usandı, özgə bir ərməğan axtarmaq xəyalından nə xilas və nə də...

ƏROV (ID - 13237)

is. Çirkli, sabunlu paltar suyu. Ərov axıb gəlib qapının yanında göl durmuşdu. C.Məmmədquluzadə.

ƏRP (ID - 13238)

is. 1. Sirkənin, abqoranın və s.-nin üzərinə yığılan çirkli qəliz maye qatı. İçində su qaynadılan qabların dibində və divarlarında daşlaşan, həll olmayan duzlar çöküntüsü. Buxar qazanından ərpi təmizlədilər. Çaydan ərp...

ƏRPLƏNMƏ (ID - 13239)

“Ərplənmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed