İzahlı lüğət

ƏTƏK (ID - 13440)

is. 1. Paltarın beldən aşağı tərəfə uzanan hissəsi. Paltonun ətəyi uzundur. Pencəyin ətəyini bir qədər qısaltmaq lazımdır. Sancıb belə nazənin ətəklər; Cəm eyləyəlim gözəl çiçəklər. Füzuli. Dəli Səməd ətəklərini...

ƏTƏKALTI (ID - 13441)

1. is. Gizlicə toplanılıb saxlanılan ehtiyat - pul və başqa şey. O, köhnə adamdır, onun çox ətəkaltısı olar.
2. zərf Gizlicə, xəlvəti.

ƏTƏKDOLUSU (ID - 13442)

sif Lap çox, həddən artıq çox.

ƏTƏK-ƏTƏK (ID - 13443)

zərf Çoxlu, çoxlu miqdarda; bol, bolluca, ətəkdolusu. Ətək-ətək pul.
Bağlarında, bax, gül-gülü çağırır; Ətəkətək noğul səpər hər ağac. A.Şaiq. [Nəbi:] Yığırdıq meşədən biz ətək-ətək; Yanağın, dodağın rəngdə...

ƏTƏKLƏMƏ (ID - 13444)

“Ətəkləmək” dən f.is.

ƏTƏKLƏMƏK (ID - 13445)

f. 1. Ətəyindən tutmaq, tutub saxlamaq. [Zərbəli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım.. Ə.Haqverdiyev. Pası mollanı ətəkləyib dayandırdı. S.Rəhimov. Sazandalar şuluqluq düşdüyünü, toyun pozulduğunu yəqin...

ƏTƏKLƏNMƏ (ID - 13446)

“Ətəklənmək” dən fis.

ƏTƏKLƏNMƏK (ID - 13447)

məch. Ətəyindən tutulmaq, tutulub saxlanmaq.

ƏTƏKLİ (ID - 13448)

sif. 1. Ətəyi geniş və uzun. Ətəkli paltar.
Ətəyi, ətəkləri olan. Yaşıl ətəkli təpələr. - [Həcərin] gözləri qabağından yaşıl ətəkli, təpəsi qarlı dağlar, ara-sıra “üç təpə “lərdə düşən alaçıqlar gəlib...

ƏTƏKLİK (ID - 13449)

is. köhn. Zinət üçün qadın paltarının ətəyinə düzülən pul və s. Ətəkliyi altun, qəsabəsi zər; Çəhrayı çarqatı qəddə bərabər. M.P.Vaqif. Düzülüb yaxasına qızıl yaxalıq kəsilib; Qolda qolbağı, ətəgində ətəklik...

ƏTƏNƏ (ID - 13450)

is. Məməlilərdə: ana bətnində balanı bürüyən və bala onun içindən çıxdıqdan sonra cırılıb düşən ət pərdəsi; son. Son (ətənə) əsas etibarı ilə inəklərdə 2-6 saatdan, camışlarda isə 2-4 saatdan sonra düşür.

ƏTƏNƏLİ (ID - 13451)

sif Ətənəsi olan (məməlilər haqqında).

ƏTƏNƏSİZ (ID - 13452)

sif Ətənəsi olmayan (məməlilər haqqında).

ƏTƏR (ID - 13453)

is. dan. İz, əsər, əlamət, xəbər. Ondan heç bir ətər yoxdur. - Ancaq Arzunun nəbzi çox zəif vururdu, çünki onda qan ətəri qalmamışdı. S.Rəhimov.

ƏTƏŞ (ID - 13454)

is. [fars.] Susuzluq, bərk susama. Suyun səsi [Gəldiyevdə] ətəş oyatdı. Mir Cəlal. □ Ətəşini söndürmək - su içməklə susuzluğunu rəf etmək.

ƏTF (ID - 13455)

is. [ər.] köhn. Əymə, çevirmə, meyil etdirmə, yönəltmə.

ƏTFAL (ID - 13456)

is. [ər. “tif” söz. cəmi] klas. Uşaqlar, tifıllər. Bunlar bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? M.F.Axundzadə. Olsun, olsun səninlə xoşhal; Yetsin, yetsin kəmalə ətfal. M.Ə.Sabir. Hər dəqiqə düşər bir əhvalə;...

ƏTİACI (ID - 13457)

sif Öz rəftarı, hərəkəti, münasibəti, danışığı ilə başqalarını özündən incidən; diliacı. Ətiacı adam. - Ax, necə ətiacı arvadsan, - dedim, lakin birdən Yaqutu düşünüb səsimi yumşaldaraq ona yalvardım.. Ə.Məmmədxanlı....

ƏTİACILIQ (ID - 13458)

is. Ətiacı adamın hərəkəti, xasiyyəti. Ətiacılıq etmək. - Gah [Hüseyni] hər kəsə yazığı gələn, qarışqanı belə incitməkdən çəkinən bir rəhmdil olur, gah da bir anda anlaşılmaz bir ətiacılıq edirdi. M.İbrahimov.

ƏTİAÇIQ (ID - 13459)

sif. köhn. dan. Döşü, qolları, qıçları açıq qadın, ya qız haqqında. Mən elə dərd çəkirəm, elin qız-gəlinini ətiaçıq görəndə mənim ürəyim cızıldayır. S.Rəhimov.

ƏTİQ(Ə) (ID - 13460)

sif. [ər.] Qədim, köhnə, əski.
Asari-ətiqə - b ax asar. //Is. mənasında. Qədim şey, tapıntı. Misir ətiqələri ilə uğraşan alimlər ehramlarda, mədfənlərdə və sair yerlərdəki şəkilləri və yazıları araşdıraraq iyirmi...

ƏTİR (ID - 13461)

is. [ər.] 1. Gözəl iy, rayihə. Çiçəklərin ətri. - Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; Istədim qucam yarı; Əlimdən qaçdı, getdi. (Bayatı). Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə...

ƏTİR-ƏNBƏR (ID - 13462)

is. [ər.] bax ətir 1-ci mənada.

ƏTİRLƏMƏ (ID - 13463)

“Ətirləmək” dən f.is.

ƏTİRLƏMƏK (ID - 13464)

f Ətir vurmaq. Yaylığını, saçını ətirləmək.

ƏTİRLƏNDİRMƏ (ID - 13465)

“Ətirləndirmək” dən fAü.

ƏTİRLƏNDİRMƏK (ID - 13466)

f Ətir saçmaq, ətirlə doldurmaq. Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. S.S.Axundov.

ƏTİRLƏNMƏ (ID - 13467)

“Ətirlənmək” dən f.is. Pərvaz həmişəki kimi şıq geyinmişdi və həmişəki kimi də pərt və məyus idi. Lakin məyusluğuna baxmayaraq, yenə də ətirlənməni unutmamışdı. Çəmənzəminli.

ƏTİRLƏNMƏK (ID - 13468)

1. qayıd. Özünə ətir vurmaq, özünü ətirləmək. [Şəmsiyyə] üz-gözünü yumuş, yenidən ətirlənmişdi. M.İbrahimov. Zərrintac xanım .. güzgü qabağına keçdi, özünə tumar verdi, ətirləndi.. S.Rəhimov.
2. f Ətir iyi vermək,...

ƏTİRLİ (ID - 13469)

sif. 1. Özündən ətir saçan; rayihəli. Ətirli çiçəklər. Ətirli otlar. - Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. S.S.Axundov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli....

ƏTİRŞAH (ID - 13470)

is. [ər. ətr və fars. şah] bot. Ətirli yarpaqları olan çoxillik çiçək (əksərən otaqlarda becərilir). Ətirşah zəngin qolbudaqları olan, gövdəsinin aşağı hissəsi odunlaşmış kol bitkidir. - Səfər kişi .. göygöyərti əkib...

ƏTLAS (ID - 13471)

bax atlaz. Ətlas nimtənəli, ipək köynəkli; Üstü-başı tirmə şallı Sənəm, gəl! Xəstə Qasım.

ƏTLƏNMƏ (ID - 13472)

“Ətlənmək” dən f.is. Tədqiqatlarımıza görə camışlarda tezyetişgənlik, ətlənmə, daha doğrusu, diri çəkinin artması .. iş heyvanlarında olduğu kimidir. A.Ağabəyli.

ƏTLƏNMƏK (ID - 13473)

f. Ətə dolmaq, kökəlmək. Yayda göyə buraxılan heyvanlar ətlənir. [Şahın] sifəti o qədər ətlənmişdi ki, göyəm çərdəyi boyda gözləri güclə görünürdü. P.Makulu.

ƏTLƏŞMƏ (ID - 13474)

"Ətləşmək” dən f.is.

ƏTLƏŞMƏK (ID - 13475)

f 1. Ətə dönmək, ət kimi olmaq.
2. Qalıb yumşalmaq, çürüməyə başlamaq. Armud ətləşmişdir. Qovun ətləşdi. - [Ayıdöşəyikimilərin] toxumları yetişəndə qozaları ağaclaşır və ya giləmeyvə şəklini alaraq ətləşir....

ƏTLİ (ID - 13476)

sif 1. Ətcə dolğun; kök, ətli-canlı. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Çırağın tutqun işığında [Qaragünənin]...

ƏTLİ-CANLI (ID - 13477)

sif Kök, dolğun və iri. Ay keçdi, il dolandı, Araz böyüdü, ətli-canlı, yaşına görə irigövdəli bir oğlan oldu. A.Şaiq. Maşından gödək, ətli-canlı, eni ilə uzunu bir olan, girdəsifət bir adam zorla bayıra çıxdı. M.Rzaquluzadə....

ƏTLİÇİLOV (ID - 13478)

is. aşp. Ətlə düyü qarışdırılaraq bişirilən çilov.

ƏTLİK (ID - 13479)

sif Kəsilmək (əti yeyilmək) üçün saxlanılan. Ətlik mal. - Oküzün cütə getməyənini ətlik adına satarlar. (Ata. sözü). Qorxum budur ki, bu çalhaçalda Talıb pristav sizin bu ala öküzü də, üstəlik hələ mənim bu yabımı da qoşuna...

ƏTLİ-QANLI (ID - 13480)

sif Dolğun, sağlam.

ƏTLİK-PİYLİK (ID - 13481)

sif k.t. Ət və piy verən, ət və piy əldə etmək üçün saxlanılan. Ətlikpiylik donuz.

ƏTLİK-SÜDLÜK (ID - 13482)

sif k.t. Ət və süd verən, ət və süd əldə etmək üçün saxlanılan. Ətliksüdlük camış.

ƏTLİLİK (ID - 13483)

is. Ətli heyvanın hal və keyfiyyəti.

ƏTMƏK (ID - 13484)

is. köhn. Çörək. Yanmış ətmək yeməz idin əsla. M.Ə.Sabir. [Birinci işçi:] Bunu gördükdə hər insan utanır? Bu qabarlar sizə ətmək qazanır! H.Cavid.

ƏTMƏTƏN (ID - 13485)

is. məh. Tüklənməmiş quş balası; ətcəbala.

ƏTRAF (ID - 13486)

is. [ər. “tərəf” söz. cəmi] 1. Cəhətlər, tərəflər.
Dörd tərəf, yan-yörə; hər tərəf. Ətrafına göz gəzdirmək. Ətrafda heç kəsi görmədik. - [Səltənət:] Ətrafı gözdən keçirdikcə insanın könlü açılır. H.Cavid....

ƏTRAFLI (ID - 13487)

sif. Müfəssəl, hərtərəfli, təfsilatlı, geniş. Ətraflı məktub. Ətraflı izahat. // Zərf mənasında. Ətraflı məlumat vermək. Ətraflı şərh etmək. - Müdir klinikanın məsələlərindən ətraflı danışdı. Ə.Vəliyev.

ƏTRAFLICA (ID - 13488)

zərf Çox ətraflı. Lakin bu xüsusda ətraflıca düşünmək lazım idi. T.Ş.Simurq. Hər kəs ətraflıca mülahizə olunmuş müəyyən bir fikir ilə gəlsin. Ü.Hacıbəyov.

ƏTRAK (ID - 13489)

is. [ər. “türk” söz. cəmi] klas. Türk elləri, türk tayfaları, türk ölkələri. “LeyliMəcnun “ əcəmdə çoxdur; Ətrakdə ol fəsanə yoxdur. Füzuli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed