İzahlı lüğət

ƏLVİDA (ID - 12890)

nida [ər.] Sağlıqla qal, xudahafiz. Əlvida, ey sevimli şəhər. - Əlvida! Əlvida! Daldığım uyğu; Inanmam ölümmü, röyamı yoxsa. S.Vurğun. [Şəmsiyyə:] Gözləyəcəyəm, müəllim, hələlik əlvida! - deyib getdi. M.İbrahimov. □...

ƏLYAZISI (ID - 12891)

bax əlyazma(sı). Qədim əlyazısı.

ƏLYAZMA(SI) (ID - 12892)

is. Əl ilə yazılmış mətn, kitab və s; əlyazısı. Əlyazmaları fondu (əlyazmaları toplanılıb saxlanılan yer, idarə, şöbə və s.). M.F.Axundzadənin əlyazmaları. Fondda ən qədim əlyazma perqament üzərində qədim kufi əlifbası...

ƏLYETMƏZ (ID - 12893)

b a x əlçatmaz.

ƏLYÖVM (ID - 12894)

zərfi [ər.] klas. 1. Bu gün, indi. Yoxsa Məlikov Həsənbəyi-pir; Əlyövm olunur vətəndə təqdir? M.Ə.Sabir. Hələ də, indiyə qədər.

ƏLZƏM (ID - 12895)

sif. [ər.] klas. Daha lazım, ən vacib, çox gərəkli. □ Əlzəmdir - lazımdır, çox vacibdir. Əlbəttə, elm təhsil eləmək hər bir babətdən lazımdır və padşahi-mehribanımızın dilini bilmək dəxi əlzəmdir. C.Məmmədquluzadə....

ƏMAN (ID - 12896)

[ər.] bax aman. Böylə gedərsə Bakı əldən gedər; Qalmaz o məvadə əman, hiç, hiç! M.Ə.Sabir.

ƏMANƏT (ID - 12897)

is. [ər.] 1. Birinə inanıb bir şeyi müvəqqəti olaraq tapşırma, vermə. Bu üzük sizdə əmanət qalsın. □ Əmanət almaq müvəqqəti istifadə üçün almaq. Kitabı əmanət almışam. Əmanət vermək - müvəqqəti istifadə üçün vermək....

ƏMANƏTÇİ (ID - 12898)

sifl 1. Əmanət verən adam. // Əmanət kassasında pulu olan adam. Əmanətçilərə xidmət. - [Müstəntiq:] Yox, sən qurtar get, indi uzaq kəndlərdən gəlmiş əmanətçilər kassa qabağındadırlar, sizi gözləyirlər. S.Rəhimov.

ƏMANƏTDAR (ID - 12899)

is. [ər. əmanət və fars. ...dar] 1. Əmanət saxlayan adam, əmanətçi.
2. məc. klas. Əmanət. Dün Füzuli arizin görgəc, rəvan tapşırdı can; Laf edib derdi ki, canım var; əmanətdar imiş. Füzuli.

ƏMANƏTƏN (ID - 12900)

zərf. [ər.] 1. Əmanət yolu ilə, əmanət olaraq.
2. Bax amanatabənd.

ƏMANƏTİ (ID - 12901)

sifl. 1. Əmanət olaraq verilən.
2. Bax amanatabənd.

ƏMBİZ (ID - 12902)

is. Piramida şəklində yığılmış məhsul topası.

ƏMCƏK (ID - 12903)

is. Məmə, döş. Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin! N.Vəzirov. İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü. Ə.Vəliyev. □ Əmcək uşağı südəmər uşaq....

ƏMCƏKLİ (ID - 12904)

sifl. 1. Əmcəyi olan; məməli. Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı. (Ata. sözü.)
2. məh. Hələ sağılmamış. İnək əmcəklidir.

ƏMDİRİLMƏ (ID - 12905)

“Əmdirilmə” dən f.is.

ƏMDİRİLMƏK (ID - 12906)

məch. Əmməyə məcbur edilmək.

ƏMDİRMƏ (ID - 12907)

“Əmdirmək” dən f.is.

ƏMDİRMƏK (ID - 12908)

icb. Əmməyə məcbur etmək; döş vermək, döşdən süd vermək.

ƏMƏK (ID - 12909)

is. İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət. Zehni əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qalxması. □ Əmək aləti - işləmək üçün lazım...

ƏMƏKÇİ (ID - 12910)

sif. Öz əlinin zəhməti ilə dolanan, öz əməyi ilə yaşayan, zəhmətkeş. Əməkçi bəşəriyyət. - Haydı, əməkçi qız, gəl məni dinlə. M.Müşfiq. Əməkçi insanlar daim qardaşdır; Bir məslək uğrunda onlar sirdaşdır. Z.Xəlil....

ƏMƏKÇİLİK (ID - 12911)

is. Əməklə keçinmə, zəhmətlə yaşama, zəhmətkeşlik.

ƏMƏKDAR (ID - 12912)

sif. 1. Böyük xidmətləri olan. Əməkdar alim.
rəs. Elm, incəsənət, maarif, idman və s. sahəsində özünü göstərən qabaqcıl adamlara dövlət tərəfindən verilən fəxri ad. Əməkdar artist. Əməkdar elm xadimi. Əməkdar idman...

ƏMƏKDARLIQ (ID - 12913)

is. 1. Bir işdə böyük xidmətləri olma.
2. dan. Əməkdar adı (b ax əməkdar 2-ci mənada). Əməkdarlıq almaq.

ƏMƏKDAŞ (ID - 12914)

is. 1. Birisi ilə bir yerdə işləyən və ya ona kömək edən adam, iş yoldaşı. Mənim əməkdaşım. - [Elxan:] Qorxmaz, zavallı əməkdaşlarım məhv oldular.. C.Cabbarlı. Qəzaya getdikdə [Eldar] qızı əməkdaş sifəti ilə öz yanınca...

ƏMƏKDAŞLIQ (ID - 12915)

is. 1. İşləmə, çalışma. Əməkdaşlıq etmək - 1) birinə kömək etmək. Təcrübə işlərində professora əməkdaşlıq etmək; 2) əməkdaş olmaq, işləmək. Qəzetdə əməkdaşlıq etmək. Jurnalda əməkdaşlıq etmək.
Birgə fəaliyyət,...

ƏMƏKGÜN (ID - 12916)

is. tar. İşçilərin əməyini hesablama vahidi. Kərim işləyən, öz işinin haqq-hesabını çox yaxşı bilən, bir əməkgününü itirməyən, əyriliyə qarşı vuruşan bir adam idi. S.Rəhimov. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə...

ƏMƏKÖMƏÇİ (ID - 12917)

is. bot. Uzun gövdəli, sünbül kimi iri parlaq rəngli çiçəkləri olan çoxillik bitki. Payızlıq sovka tırtılları .. çil və əməköməçi bitkilərini çox sevir. “Pambıqçılıq”. □ Əməköməçi fəsiləsi bot. bölümlüləçəkli...

ƏMƏKPƏRVƏR (ID - 12918)

sif. bax əməksevən. Əməkpərvər qız.

ƏMƏKSEVƏN (ID - 12919)

sif. Əməyi, zəhməti, işləməyi sevən, çalışqan. Əməksevən xalq. Əməksevən gənc nəsillər; Dönür şeyda bülbülə. Aşıq Hüseyn. Ana sevsin, əzizləsin; Əməksevən balasını. M.Dilbazi.

ƏMƏKSEVƏNLİK (ID - 12920)

is. Əməyi, zəhməti, işləməyi sevmə; çalışqanlıq. Öz uşaqların
da .. əməksevənlik, qayğıcıllıq sifətləri tərbiyə etmək hər bir ananın müqəddəs borcudur.

ƏMƏKSEVƏR (ID - 12921)

bax əməksevən. O, çox əməksevər adamdır.

ƏMƏKSEVƏRLİK (ID - 12922)

bax əməksevənlik. Əməksevərliyi ilə fərqlənmək.

ƏMƏKSİZ (ID - 12923)

zərf Zəhmət çəkmədən, işləmədən. Əməksiz dolanır. // sif Zəhmətsiz, asan. Əməksiz iş yoxdur.

ƏMƏL1 (ID - 12924)

is. [ər.] İş, feil. Onun sözü ilə əməli düz gəlmir. - [Cənnətəli ağa:] Onu bura çağır görüm, bu nə əməldir, mənim başıma gətirir. N.Vəzirov.
İcra, yerinə yetirmə. □ Əməl etmək (eləmək) - yerinə yetirmək, icra...

ƏMƏL2 (ID - 12925)

is. [ər.] Qayə, məqsəd, şiddətli arzu. [Ağa Bəşir:] Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? M.F.Axundzadə. Əməli, fikri bütün kəsbi-kamal; Nə müqəddəs əməlü fikrü xəyal! M.Hadi. Min bir əməl...

ƏMƏLBAZ (ID - 12926)

ƏMƏLBAZLIQ (ID - 12927)

is. dan. Hiyləgərlik, tədbirlilik, tədbir və hiylə ilə iş görmə. □ Əməlbazlıq etmək - tədbir və hiylə ilə iş görmək, hiylə işlətmək.

ƏMƏLDAŞ (ID - 12928)

is. Əməli, məqsədi, qayəsi bir olan, bir məqsəd arxasınca qoşan adamlardan hər biri. Toplayaraq başına öz əməldaşlarını; Qoydu böyük firqənin ilk təməl daşlarını. R.Rza.

ƏMƏLƏ (ID - 12929)

is. [ər.] Fəhlə, işçi. Molla .. çıxıb gedəndə hamampulunu on-on beş qat artıq verir, hamamçını da, əmələləri də utandırır. “M.N.lətif’. [Odabaşı:] Neçə yüz əmələ onun fabrikində və kəndlərində işlərdi. Ə.Haqverdiyev....

ƏMƏLƏCAT (ID - 12930)

is. [ər. “əmələ” söz. cəmi] köhn. İşçilər, fəhlələr, əmələlər. ..İdarəsində çalışdırdığı əmələcatını da özü kimi pak, etiqadlı, dindar bir müsəlman görmək istərdi. S.Hüseyn.

ƏMƏLƏGƏLMƏ (ID - 12931)

is. Yaranma, düzəlmə. Molekulun əmələgəlmə istiliyi.

ƏMƏLİ (ID - 12932)

sif. 1. İcrası (tətbiqi) lazım olan, həyata keçirilməli olan; işgüzar, praktik. Əməli təklif Əməli iş. - Mən dərhal onunla əməli söhbətə başladım. M.S.Ordubadi.
Sırf nəzəriyyəyə, elmə aid olmayıb işlə, əməliyyatla,...

ƏMƏLİSALEH (ID - 12933)

sif dan. Əməlində, işində, hərəkətində düz olan, doğru hərəkət edən, əyriliklə işi olmayan (adətən istehza, kinayə və ya zarafatla deyilir). Əməlisaleh adam. Bunu əməlisaleh adamlar bilər. İndi bilmirəm, sən necə əməlisaleh...

ƏMƏLİYYAT (ID - 12934)

is. [ər. “əməliyyə” söz. cəmi] 1. Müəyyən bir məqsəd güdən və bir-biri ilə əlaqəli olan işlər. Təmizləmə əməliyyatı. - Qulu Bəhramın vasitəsilə bəzi əməliyyat yapmaq fikrində idi. Çəmənzəminli.
tib. Bəzi...

ƏMƏLLİ (ID - 12935)

sif. və zərf Yaxşı, layiqli, ləyaqətli. Əməlli hədiyyə. Əməlli işləmək. [Mozalanbəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. [Əcəb xalanın] nə gözü yaxşı görürdü, nə...

ƏMƏLLİ-BAŞLI (ID - 12936)

sif. və zərf Olduqca yaxşı, bütün tələbata cavab verən, mükəmməl, nöqsansız, bütün, tam, ciddi. Əməllibaşlı bir şey. Əməlli-başlı bir usta tapmaq. Əməlli-başlı işləmək. // Əsaslı surətdə, lazımınca, lazımi kimi,...

ƏMƏLLİCƏ (ID - 12937)

ƏMƏLPƏRVƏR (ID - 12938)

ƏMƏLSİZ (ID - 12939)

sif. Sözünə, vədinə əməl etməyən, yaxud bir şeyə inandığı halda, onu yerinə yetirməyən, ona əməl etməyən. Əməlsiz nəsihətçi. Əməlsiz adam. // Əməli əhəmiyyəti olmayan, həyata keçməyən. Əməlsiz sözdə fayda olmaz....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed