İzahlı lüğət

ƏYİRMƏÖLÇƏN (ID - 13590)

sif xüs. Sapın, ipin və s.-nin eşilmə dərəcəsini müəyyən edən cihaz.

ƏYİRTDİRMƏ (ID - 13591)

1. "Əyirtdirmək” dən f.is.
2. sif Əyirtdirilmiş. Əyirtdirmə ip.

ƏYİRTDİRMƏK (ID - 13592)

icb. Əyirtmə işi gördürmək. İp əyirtdirmək.

ƏYİRTMƏ (ID - 13593)

1. “Əyirtmək” dən f.is.
2. sif Əyirdilmiş. Əyirtmə ipək sapı.

ƏYİRTMƏK (ID - 13594)

icb. Əyirmə işi gördürmək (başqasına). İp əyirtmək.

ƏYİŞ-ÜYÜŞ (ID - 13595)

əyiş-üyüş olmaq dan. əyilmək, əyri hala düşmək. Mollayevin .. sifəti bozarıb əyiş-üyüş oldu. M.Hüseyn.

ƏYLƏC (ID - 13596)

is. Maşını, qatarı saxlamaq mexanizmi; tormoz.

ƏYLƏMƏ (ID - 13597)

“Əyləmək” dən f.is.

ƏYLƏMƏK (ID - 13598)

f. Saxlamaq, dayandırmaq, durdurmaq. Atı əyləmək. Maşını əyləmək. [Hatəmxan ağa:] Göydə uçan qanadlı quşu əyləmək olarsa, Şahbazı da güclə əyləmək olar. M.F.Axundzadə. “Salaməleyküm” səsi məni əylədi. A.Divanbəyoğlu....

ƏYLƏNCƏ (ID - 13599)

is. 1. Ürəyi əyləndirəcək, könlü açacaq şey, əylənmək üçün vasitə. Mehribanın yeganə əyləncəsi çocuqları idi. S.Hüseyn. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi....

ƏYLƏNCƏLİ (ID - 13600)

sif 1. Əylənib vaxt keçirmək üçün yerləri, vasitələri olan. Əyləncəli parklar. Uşaq meydançaları uşaqlar üçün əyləncəli yerdir.
2. Ürəkaçan, əyləndirən, məzəli, əyləndirici, maraqlı. Əyləncəli tamaşa. Əyləncəli...

ƏYLƏNDİRİCİ (ID - 13601)

f.sif. Əyləndirmək üçün olan, əyləndirən. Əyləndirici söhbət. Əyləndirici tamaşa. Əyləndirici oyunlar. - Qeyd etmək lazımdır ki, dramaturgiya tarixində .. nəşəli, əyləndirici komediyalar azdır. Ə.Sultanlı.

ƏYLƏNDİRİLMƏ1 (ID - 13602)

“Əyləndirilmək1

ƏYLƏNDİRİLMƏ2 (ID - 13603)

“Əyləndirilmək2

ƏYLƏNDİRİLMƏK1 (ID - 13604)

məch. Əyləncə ilə məşğul edilmək, başı qarışdırılmaq.

ƏYLƏNDİRİLMƏK2 (ID - 13605)

məch. Saxlanılmaq, dayandırılmaq, durdurulmaq.

ƏYLƏNDİRMƏ1 (ID - 13606)

“Əyləndirmək1

ƏYLƏNDİRMƏ2 (ID - 13607)

“Əyləndirmək2

ƏYLƏNDİRMƏK1 (ID - 13608)

f. Əyləncə ilə məşğul etmək, başını qarışdırmaq, şənləndirmək, ürəyini açmaq. Uşaqları cürbəcür oyunlarla əyləndirmək. Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı....

ƏYLƏNDİRMƏK2 (ID - 13609)

f. Hərəkətdə olan bir şeyin hərəkətini saxlamaq, dayandırmaq, durdurmaq. Gedən adamı əyləndirmək. Qərəz, Gülpəri gilabısatanı əyləndirib evə qayıdar və: - Ay ana, tez ol, gəl, gilabısatan qapıdadır, - deyərdi. H.Sarabski....

ƏYLƏNMƏ1 (ID - 13610)

“Əylənmək1

ƏYLƏNMƏ2 (ID - 13611)

“Əylənmək2

ƏYLƏNMƏK1 (ID - 13612)

f. Dayanmaq, durmaq, yubanmaq, ləngimək. O, görəsən, harada əyləndi, gəlib çıxmadı? - [Dəli Həsən:] Əylən, bir qulaq as sözə. “Koroğlu”. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı....

ƏYLƏNMƏK2 (ID - 13613)

f 1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək. Axşam yaxşıca əyləndik. - [Xəyyam:] Qayğı bilməz, içərək əyləniriz;...

ƏYLƏŞDİRİLMƏ (ID - 13614)

“Əyləşdirilmək” dən f.is.

ƏYLƏŞDİRİLMƏK (ID - 13615)

məch. Oturdulmaq.

ƏYLƏŞDİRMƏ (ID - 13616)

“Əyləşdirmək” dən f.is.

ƏYLƏŞDİRMƏK (ID - 13617)

ƏYLƏŞMƏ (ID - 13618)

“Əyləşmək” dən f.is.

ƏYLƏŞMƏK (ID - 13619)

f Oturmaq. Buyurun, əyləşin. Hərə öz yerində əyləşdi. - Usta Zeynal balkonda əyləşib çıxartdı çubuğunu və başladı çəkməyə. C.Məmmədquluzadə. Masa ətrafında dörd nəfər əyləşmişdi. H.Nəzərli. Qabaq cərgədə əyləşmiş...

ƏYLƏTMƏ (ID - 13620)

“Əylətmək2

ƏYLƏTMƏK1 (ID - 13621)

bax əyləndirmək. Əylətmədin qəlbin əziz qonağın; Olüncə sinəmdən çəkilməz dağın. Molla Cümə.

ƏYLƏTMƏK2 (ID - 13622)

f Saxlamaq, dayandırmaq, durdurmaq.

ƏYLİK (ID - 13623)

is. Cüyür.

ƏYMƏ1 (ID - 13624)

1. “Əymək” dən f.is.
2. Əyri, yay şəklində olan. [Səttar xanın] əymə və qövsi qaşları tez-tez qalxır(dı). M.S.Ordubadi.

ƏYMƏ2 (ID - 13625)

is. 1. Dişləni (əskeşi) qayışlar vasitəsilə xamuta (boyunduruğa) bənd etmək üçün istifadə edilən əyilmiş ağacdan ibarət qoşqu hissəsi. Əymə əyir, mənfəət ilə satır; Pul qazanır, yaxşı qazanca çatır. A.Səhhət.
2....

ƏYMƏK (ID - 13626)

f 1. Bir yana meyil etdirmək, aşağıya, yerə tərəf meyilləndirmək. Ağacın budağını əymək. - [Palıd:] Əssə külək, qopsa da tufan yenə; Əyməyə əsla gücü çatmaz mənə. M.Ə.Sabir. Bu yerlərdə limon sarı; Əyir, salır budaqları....

ƏYMƏLİ (ID - 13627)

sif. dan. Əyri, əyri olan, əyilmiş. Əyricə qaşı var, ucu əyməli; Kətan köynək geyib, köksü düyməli. Aşıq Kərəm.

ƏYRƏMCƏ (ID - 13628)

is. məh. Arıq, sısqa, cansız. Bu uşaq nə əyrəmcə uşaqdır?

ƏYRƏMLİ (ID - 13629)

sif. Əyri, əyri-üyrü. Dağ atları yolu ehtiyatla, elə bil ki, hər qarışı diqqətlə yoxlaya-yoxlaya gedirlər. Belə olmasa, altı-üstü göz qaraldan, əyrəmli, nazik cığırların qurbanlarını sayıb qurtarmaq olmaz. R.Rza.

ƏYRİ (ID - 13630)

sif 1. Düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən (düz ziddi). Əyri yol. Əyri xətt. Əyri qılınc. - Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Murad dedi:
Var, bala; Əyri qazma üsulu. M.Rahim. // Düz durmayan, düz...

ƏYRİAGIZ (ID - 13631)

sif Ağzı əyri olan. Əyriağız adam.

ƏYRİAYAQ (ID - 13632)

sif Ayaqları əyri olan. Əyriayaq kişi.

ƏYRİBEL (ID - 13633)

sif Beli əyilmiş, beli əyri olan. ..Gecə-gündüz karxanasının fikrini çəkən əyribel Cavadın söz istəməsi aranı sakit etdi. Ə.Əbülhəsən.

ƏYRİ-BƏRİ (ID - 13634)

zərf Ora-bura, o tərəfə-bu tərəfə. [Tələbələr] gecə səhərə kimi yatmır, əllərini ovxalayır, əyriyə-bəriyə gedirdilər. “Qatır Məmməd”.

ƏYRİBOYUN (ID - 13635)

sif Boynu əyri olan. Körpə Aslanın yadına .. əyriboyun dəvə və irigöz dəvə balası düşdü. S.Rəhimov.

ƏYRİBÖYÜR (ID - 13636)

sif. Bədən quruluşu əyri, biçimsiz olan.

ƏYRİ-BULAMAC (ID - 13637)

sif. məh. Çox əyri, əyriüyrü. Əyri-bulamacyollar. - ..Şəhərin tarixini öyrənməklə bərabər, əyri-bulamac küçələrini də tanımağa başladıq. Ə.Əbülhəsən.

ƏYRİBURUN (ID - 13638)

sif Burnu əyri olan.

ƏYRİBUYNUZ (ID - 13639)

sif Buynuzları əyri olan. Əyribuynuz qoç.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed