ƏXLAQ (ID - 12540)is. [ər.] 1. İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. Mən .. müsəlman xalqlarının əxlaq və rəftarını yaxşılaşdırmaq məqsədi ilə bir neçə səhnə əsəri yazmışam. M.F.Axundzadə....
|
ƏXLAQİ (ID - 12541)sif [ər.] Əxlaqa aid olan. Əxlaqi nəticələr. Əxlaqi prinsiplər. Məsələnin əxlaqi cəhəti. - Əxlaqi əsasları çürük olan bir cəmiyyətdə ədalət və haqqa söykənən qanun təsəvvür etmək çətindir. M.İbrahimov.
|
ƏXLAQİYYAT (ID - 12542)is. [ər.] köhn. Əxlaq elmi; əxlaqdan bəhs edən elm.
|
ƏXLAQLI (ID - 12543)sif Əxlaqı çox yaxşı olan, əxlaq normalarına ciddi riayət edən; iffətli, ismətli, tərbiyəli. Əxlaqlı uşaq.
|
ƏXLAQLILIQ (ID - 12544)is. Əxlaqlı adamın hal və sifəti; iffətlilik, ismətlilik.
|
ƏXLAQSIZ (ID - 12545)sif 1. Əxlaqı pis, mənəvi cəhətdən pozğun. Əxlaqsız adam. - [Yaşlı kişi:] Burada bir gecədə neçə zəvvara siğə olan əxlaqsız qadınların olduğunu bilirdim. S.Hüseyn. Komediyanın baş qəhrəmanı Şeyx Nəsrullah həyasız, yalançı...
|
ƏXLAQSIZCA(SINA) (ID - 12546) zərf Əxlaq normalarına zidd olaraq; ədəbsizcəsinə. Əxlaqsızcasına hərəkət etmək.
|
ƏXLAQSIZLIQ (ID - 12547)is. 1. Əxlaq pozğunluğu, mənəviyyat pozğunluğu, əxlaq pisliyi; əxlaqsız adamın hal və sifəti. İndi Zeynal belə düşünürdü ki, onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxması Mehribanın əxlaqsızlığından...
|
ƏXTƏR (ID - 12548)is. [fars.] şair. 1. Ulduz. Ulduzlar içində gözümə dəydi bir əxtər; Məftun olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq.
2. məc. Bəxt, tale, bəxt ulduzu. |
ƏXZ (ID - 12549)is. [ər.] Alma, götürmə; alıb mənimsəmə. □ Əxz etmək - almaq, götürmək, alıb mənimsəmək. Elm əxz etmək. Əkdiyin danənin budur səməri; Səndən əxz eləyib həmin hünəri. M.Ə.Sabir. [Əbdüləli bəy:] Xaricilər də hələ...
|
ƏJDAHA (ID - 12550)is. [fars.] 1. Ağzından od püskürən, insan və heyvanları udan, qanadlı nəhəng, ya ilan şəklində təsəvvür olunan mövhum bir heyvan. Yeddibaşlı əjdaha (nağıllarda). - [Nağılların qəhrəmanları] divlərlə, əjdahalarla pəncə-pəncəyə...
|
ƏJDƏR (ID - 12551)[fars.] bax əjdaha. [İsmət:] Gerçəkdən pək gözəl, pək süslü xəncər; Bir parçacıq polad, lakin bir əjdər.. H.Cavid. Lakin əjdər olur suda hər yosun; Səni əjdahalar istəyir udsun. O.Sarıvəlli.
|
ƏKDİRİLMƏ (ID - 12552)“Əkdirilmək” dən f.is.
|
ƏKDİRİLMƏK (ID - 12553)“Əkdirmək” dən məch. Bağda çoxlu ağac əkdirilmişdir.
|
ƏKDİRMƏ (ID - 12554)“Əkdirmək” dən f.is.
|
ƏKDİRMƏK1 (ID - 12555) icb. Əkmə işi gördürmək, basdırtmaq. Boş yerlərdə ağac əkdirmək. [Hacı Nuru şair:] [Səfər bəy], mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın... M.F.Axundzadə. Tikinti rəisi hələ yazda Qubadan...
|
ƏKDİRMƏK2 (ID - 12556) icb. Başqası vasitəsilə ötürmək, başdan eləmək.
|
ƏKDİRTMƏ (ID - 12557)“Əkdirtmək” dən f.is.
|
ƏKDİRTMƏK (ID - 12558)bax əkdirmək1
|
ƏKƏ (ID - 12559)sif Böyük, iri, yekə; əkəc. Əkə adam. Əkə kəl. - Əzizim, əkə dərdim; Yükləyib ləkə dərdim. (Bayatı).
|
ƏKƏ-BİKƏ (ID - 12560) sif dan. Yaşlı, təcrübəli, həyat təcrübəsi olan; dünyagörmüş. Əkə-bikə qadın. - [Xumar:] Eh, bilirəm, əkə-bikə arvadlar kimi yenə başlayacaqsan məni danlamağa: - Niyə belə durdun, niyə belə oturdun. İ.Şıxlı.
|
ƏKƏC (ID - 12561)sif. və is. Böyük, yekə, iri; yaşlı, təcrübəli. ..Ildırım Ildırımzadə iclasda özünü bir əkəc kimi aparırdı. S.Rəhimov.
|
ƏKƏC-ƏKƏC (ID - 12562) zərf Əkəc kimi, böyük, yaşlı, təcrübəli adam kimi. Əkəc-əkəc danışmaq. - Məktəbdə şagirdlərin ümumi yığıncağı olduğu zaman [Aslan] əkəc-əkəc qabağa çıxır, öz sinif yoldaşlarını tərif edirdi. S.Rəhimov.
|
ƏKƏCLƏNMƏ (ID - 12563)“Əkəclənmək” dən f.is.
|
ƏKƏCLƏNMƏK (ID - 12564)f Yekələnmək, irilənmək, təcrübələnmək, təcrübə qazanmaq.
|
ƏKƏCLİK (ID - 12565)is. Böyüklük, yekəlik, irilik; təcrübəlilik.
|
ƏKƏLİK (ID - 12566)is. Böyüklük, irilik, yekəlik, əkəclik.
|
ƏKƏLƏNMƏ (ID - 12567)“Əkələnmək” dən f.is.
|
ƏKƏLƏNMƏK (ID - 12568)b ax əkəclənmək.
|
ƏKƏNƏCƏK (ID - 12569)bax əkənək.
|
ƏKƏNƏK (ID - 12570)is. Taxıl əkilmiş yer, əkin yeri. Xalqın ümidi artdı hasil üçün; Əkənəklərdə nəfi-kamil üçün. A.Səhhət.
|
ƏKƏNƏK-BİÇƏNƏK (ID - 12571) bax əkin-biçin.
|
ƏKİB-BECƏRMƏ (ID - 12572) “Əkib-becərmək” dən f.is.
|
ƏKİB-BECƏRMƏK (ID - 12573) f Əkib və qulluq edib böyütmək, becərmək, yetişdirmək. ..Ağacların çoxunu [Piri kişi] özü öz əli ilə əkib-becərmişdi. S.S.Axundov. Siz indi gərək elə həvəslə çalışıb, torpağı elə əkibbecərəsiniz ki, qışda heç nədən...
|
ƏKİB-BİÇMƏ (ID - 12574) “Əkib-biçmək” dən f.is.
|
ƏKİB-BİÇMƏK (ID - 12575) |
ƏKİLİ (ID - 12576)sif. Əkilmiş. Bütün bu yerlər əkilidir.
|
ƏKİLİB-BECƏRİLMƏ (ID - 12577) “Əkilib-becərilmək” dən f.is.
|
ƏKİLİB-BECƏRİLMƏK (ID - 12578) məch. Əkilib və qulluq edilib böyüdülmək, yetişdirilmək, becərilmək.
|
ƏKİLİB-BİÇİLMƏ (ID - 12579) “Əkilib-biçilmək” dən f.is.
|
ƏKİLİB-BİÇİLMƏK (ID - 12580) məch. Əkilmək, becərilib məhsul götürülmək.
|
ƏKİLİŞ (ID - 12581)is. Əkmək işi. Taxıl əkilişi.
|
ƏKİLMƏ1 (ID - 12582) “Əkilmək1’dən f.is.
|
ƏKİLMƏ2# (ID - 12583)"Əkilmək2
|
ƏKİLMƏK1 (ID - 12584) f Hiss etdirmədən çıxıb getmək, gözdən itmək, qaçmaq. Quşlar uçdu, əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Kərbəlayı Vəli və Hacı Baxşəli bir-birinə acıqlı baxa-baxa çıxırlar. Camaat yavaş-yavaş əkilir. C.Məmmədquluzadə....
|
ƏKİLMƏK2 (ID - 12585) “Əkmək’dən məch. Ağac əkilmək. Bütün düz yerlər indi əkilir. Burada buğda əkilmişdir. - Bağban, mənə bar gətir; Əsirgəmə, var gətir; Əkilməmiş ağacdan; Dərilməmiş nar gətir. (Bayatı).
|
ƏKİLMİŞ (ID - 12586)f.sif. Sürülərək toxum səpilmiş, yaxud ağac, kol basdırılmış. ..Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyi. Əkilmiş zəmiləri özü öz malı kimi biçirdi.. C.Məmmədquluzadə.
|
ƏKİMLİ (ID - 12587)sif. Əkilmək üçün yararlı, əlverişli, bərəkətli, münbit. Əkimli yer.
|
ƏKİN (ID - 12588)is. 1. Taxıl, bostan məhsulları və s. əkilmiş yer; zəmi. Əkinlərdə taxıl təzəcə göyərməkdədir. - Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Bu əhvalatdan üç gün sonra...
|
ƏKİNALTI (ID - 12589) əkinaltı qat - əkilən torpağın əkin altında qalan qatı, layı, təbəqəsi.
|
Bu səhifə dəfə baxılıb