ƏKS-TƏZYİQ (ID - 12640) is. [ər.] Təzyiqə qarşı təzyiq.
|
ƏKS-ZƏRBƏ (ID - 12641) is. [ər.] Zərbəyə qarşı zərbə.
|
ƏQALİM (ID - 12642) |
ƏQAYİD (ID - 12643) |
ƏQD (ID - 12644)[ər.] rəs. köhn.: əqd etmək bağlamaq. İki dövlət müqavilə əqd etmişdi. Əqd edilmək (olunmaq) - bağlanmaq. Dövlətlər arasında müahidə əqd olundu. Əqd olmaq (“nikah” sözü ilə, ya bunsuz) kəbin kəsilmək. Nikah (kəbin) əqd...
|
ƏQDƏM (ID - 12645)zərfi. [ər.] Qabaq, əvvəl, irəli. [Şair Hacı Nuru:] ..Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxanı gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə. Bir az əqdəm başlamış qar şiddətlə yağırdı....
|
ƏQDƏS (ID - 12646) sif. [ər.] klas. Ən müqəddəs, çox müqəddəs. Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi; Ya ki heç bir yerdə yoxdur hörməti, şəni, səsi. M.Ə.Sabir.
|
ƏQDXAN (ID - 12647)is. [ər. əqd və fars. ...xan] köhn. Dini qaydalar üzrə kəbin kəsmək ixtiyarı olan, kəbin kəsən adam.
|
ƏQDXANLIQ (ID - 12648)is. köhn. Kəbinkəsmə, nikahoxuma.
|
ƏQDNAMƏ (ID - 12649)is. [ər. əqd. və fars. ...namə] rəs. köhn. Əqd kağızı, kəbin şəhadətnaməsi.
|
ƏQƏLİYYƏT (ID - 12650)is. [ər.] Sayca azlıq təşkil edənlər; azlıq. Əqəliyyət çoxluğa tabe olmalıdır. □ Əqəliyyətdə qalmaq - azlıq təşkil etmək, az olmaq. Əqəliyyətdə qalan millətlər.
|
ƏQƏLL (ID - 12651)zərfi [ər.] Daha az, ən az; ən kiçik.
|
ƏQƏLLƏN (ID - 12652)zərfi [ər.] Ən azı, heç olmazsa. [Əvvəlinci cavan:] Zarafat deyil, şəhərdən buraya gərək əqəllən üç verst olsun. Ə.Haqverdiyev.
|
ƏQİDƏ (ID - 12653)is. [ər.] 1. İnsanın mühit, həyat və ümumiyyətlə, varlıq haqqındakı düşüncə və inamı; etiqad, inam, məslək. İki mübhəm sözün nə qiyməti var; Böylə sərsəm əqidədən nə çıxar? H.Cavid. Məqsədim, məsləkim, şüarım...
|
ƏQİDƏLİ (ID - 12654) sif. Müəyyən əqidəsi, məsləki olan, bir şeyə möhkəm inanan; əqidəsində, məsləkində, etiqadında möhkəm olan. ..Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduğunuzu görürəm. M.İbrahimov. // Müəyyən əqidəni, məsləki,...
|
ƏQİDƏSİZ (ID - 12655) sif. Heç bir əqidəsi, məsləki olmayan. [Kürd Əhməd] ..əsəbləri soyuduqda .. bir addım əvəzinə beş addım geri çəkilən əqidəsiz, etiqadsız adamlardandır. M.İbrahimov.
|
ƏQİQ (ID - 12656)is. [ər.] Müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazırlanmasında və s.-də istifadə edilən bərk mineral. ..Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı. M.S.Ordubadi....
|
ƏQİLLİ (ID - 12657)b ax ağıllı.
|
ƏQİLLİ-BAŞLI (ID - 12658) bax ağıllı-başlı.
|
ƏQİLSİZ (ID - 12659)bax ağılsız. Dedim: - Zülfün mat elədi sünbüli; Dedi: - Sən nə bildin, əqilsiz, dəli? Aşıq Zabit.
|
ƏQL (ID - 12660)[ər.] bax ağıl1
|
ƏQLƏN (ID - 12661)zərf. [ər.] Ağılca, ağıla görə.
|
ƏQLİ (ID - 12662)sif [ər.] Ağıla əsaslanan, ağıla mənsub, ağılla görülən, ağılla olan; zehni. Əqli əmək. Əqli iş. Əqli fəaliyyət. [Firidun:] ..Sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir. M.İbrahimov.
|
ƏQL-ŞÜUR (ID - 12663) is. [ər.] Ağıl və düşüncə, dərrakə. [Dərviş:] Əgər məndə əql-şüur olsaydı... N.Vəzirov.
|
ƏQRƏB1 (ID - 12664) is. [ər.] 1. zool. Quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat. Əqrəb sancması. Hər daşı qaldırırsan, altından əqrəb çıxır. Əqrəb zəhərli olur. Hər kəs məndən sənə yaman qandırsa; Ya əqrəb dişləsin,...
|
ƏQRƏB2 (ID - 12665) is. [ər.] Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi. Kompasın əqrəbi. - ..[Vaqif] qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi....
|
ƏQRƏBA (ID - 12666)is. [ər.] Qohumlar (çox vaxt “qohum-əqrəba” şəklində işlənir). Bu, Hümmətəlinin qohum və əqrəbası idi. T.Ş.Simurq. [Çopo] yaşayış şəraiti fənalaşdığı üçün Cəməsb ailəsini və əqrəbaların götürərək Aran ölkəsinə...
|
ƏQRƏBALI (ID - 12667)sif Əqrəbası, qohumu, qohum-əqrəbası, yaxınları çox olan. Əqrəbalı adam. - Daşdəmir ağır əqrəbalı, qoçuluqda şöhrət qazanmış, varlı bir qəssab idi. A.Şaiq. [İncə:] Sən bilirsən ki, o [Aslan bəy] əqrəbalı bir qurddur?...
|
ƏQRƏBALIQ (ID - 12668)is. Qohumluq, yaxınlıq. Aralarında əqrəbalıq vardır.
|
ƏQRƏBALILIQ (ID - 12669)is. Əqrəbası, qohumqardaşı, yaxınları çox olma.
|
ƏQRƏBASIZ (ID - 12670)sif Əqrəbası, qohumu, yaxınları olmayan. Əqrəbasız adam. [Durna:] ..Yoxsul, gücsüz, əqrəbasız, kimsəsiz bu Aydəmir mənim təkcə yoldaşımın qardaşıdır... C.Cabbarlı.
|
ƏQRƏBASIZLIQ (ID - 12671)is. Əqrəbanın, qohumun, yaxın adamların olmadığı vəziyyət. Əqrəbasızlıq pis şeydir.
|
ƏQRƏBLİ (ID - 12672)sif Əqrəb çox olan. Əqrəbli səhralar. - Əqrəbli çöllərdə bağ-bostan quran; Zəhməti güldürən sənət olacaq. S.Vurğun.
|
ƏQSA (ID - 12673)sif [ər.] köhn. kit. Uzaqda olan, çox uzaq. □ Əqsayi-Şərq - Uzaq Şərq. Nə Şərq olaydı, nə Əqsayi-Şərq, həm nə Japonya; Nə onların hünəri xalqa dərsiibrət olaydı. M.Ə.Sabir.
|
ƏQSAM (ID - 12674)is. [ər. “qism” söz. cəmi] köhn. kit. Növlər, cinslər. Cücələrin köklüyünü, yağlı-yağsız olduğunu, mürəbbələrin əqsamını və s.-ni gözdən keçirən çox idi. M.S.Ordubadi.
|
ƏQVAM (ID - 12675)is. [ər. “qövm” söz. cəmi] kit. 1. Tayfalar, qövmlər. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, - sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar,...
|
ƏL (ID - 12676)is. 1. Qolun biləkdən dırnaqlara qədər olan hissəsi. Əli ilə tutmaq. Sağ əl. Əllərini yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sığallamaq. Əli ilə götürmək. Insan işlərinin çoxunu əlləri ilə görür. - Tək əldən səs çıxmaz....
|
ƏLA (ID - 12677)sif. [ər. ] 1. Ən yüksək, ən yaxşı, ən gözəl. Əla meyvə. Əla şey. - [Qərib:] Yarın eyvanında cüt qoşa qızla; Şahsənəm əladır, hamısı gözəl. “Aşıq Qərib”. Həmin bu yetər ki, desən; Qullarımdan əladır bu. Q.Zakir....
|
ƏLAC (ID - 12678)is. [ər.] 1. Bir xəstəliyin sağalmasına kömək edən hər bir şey; dərman, dava. Hazır əlaclar var. - Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi...
|
ƏLACLI (ID - 12679)sif Əlacı, dərmanı olan, sağala (sağaldıla) bilən, müalicəsi olan.
|
ƏLACPƏZİR (ID - 12680)sif [ər. ilac və fars. ...pəzir] Əlacı (dərmanı) olan, sağala (sağaldıla) bilən, müalicəsi olan. Ustanın azarı əlacpəzir deyildi. Çəmənzəminli.
|
ƏLACPƏZİRLİK (ID - 12681)is. Əlacı, dərmanı olma; sağala (sağaldıla) bilmə. Xəstəliyin əlacpəzirliyi.
|
ƏLACSIZ (ID - 12682)1. sif Davasız, dərmansız, sağalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sağalmaz. Əlacsız dərdə düşmək. - Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Rəfibəyli.
zərf Çarəsiz,... |
ƏLACSIZLIQ (ID - 12683)is. Çarəsizlik, naəlaclıq. Pərşan .. yorulub əlacsızlıqdan (z.) “Aşıq Ələsgər”i götürdü, vərəqlədi. M.İbrahimov.
|
ƏLAÇI (ID - 12684)sif. 1. Bütün fənlərdən əla qiymət alan. Əlaçı tələbə. - Şirmayı əlaçı şagirdlərdən biri idi. M.Hüseyn. Əlaçı qız Aybəniz; Lövhəyə çağırılır. M.Seyidzadə. // İs. mənasında. Əlaçıların şəkilləri divar qəzetində...
|
ƏLAÇILIQ (ID - 12685)is. Əla qiymətlə oxuma, bütün dərslərdən əla qiymət alma. Əlaçılıq uğrunda mübarizə. - [Ceyran] öz sinfinin əlaçılığı uğrunda əlləşirdi. S.Rəhimov.
|
ƏLAHƏZRƏT (ID - 12686)sif və is. [ər.] köhn. Padşahların və onların arvadlarının titulu. [Atabəy:] Mənim özüm də əlahəzrəti ziyarət etməyi düşünürdüm. M.S.Ordubadi.
|
ƏLAHİDDƏ (ID - 12687)[ər.] 1. sif Ayrı, başqa. Əlahiddə məsələ. Əlahiddə şəkil. - [Hacı Qara] üç yüz qızıl sanayıb əlahiddə kisələrə qoyur, sonra gedir, tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir. M.F.Axundzadə. Məşədi Əsgər...
|
ƏLAHİDDƏLƏŞMƏ (ID - 12688)“Əlahiddələşmək” dən f.is.
|
ƏLAHİDDƏLƏŞMƏK (ID - 12689)f Bir şeydən ayrılaraq xüsusi şəklə düşmək, xüsusiləşmək.
|
Bu səhifə dəfə baxılıb