İzahlı lüğət

ƏDVİYYƏLİ (ID - 12390)

sif. Ədviyyə səpilmiş, ədviyyə vurulmuş. Ədviyyəli plov. Ədviyyəli bozbaş. Ədviyyəli qoğal.

ƏDYAL (ID - 12391)

is. [rus.] Yataq ləvazimatı, yüngül yorğan. Çoxu yatar, mürgülər, bürünüb ədyalına; Anam yatar, bürünüb yun saçaqlı şalına. X.Rza.

ƏDYAN (ID - 12392)

is. [ər. “din” söz. cəmi] klas. Dinlər. [İblis:] Min hiylə quran tülkü siyasilər, o hər an; Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan; Onlar əvət, onlar sizi çeynətməyə kafi.. H.Cavid.

ƏFƏL (ID - 12393)

sif. dan. Əldən düşmüş, iş görə bilməyən, əlindən iş gəlməyən, ətalətli; maymaq. Əfəl adam. - [Koxa:] Bax, bu zatıqırıq, yaramaz, əfəl; Demək, əl qaldırıb sizə, divana? S.Rüstəm. [Nəcəfalı:] Hə, bala, elə bir kişinin...

ƏFƏLLƏMƏ (ID - 12394)

dan. “Əfəlləmək” dən f.is.

ƏFƏLLƏMƏK (ID - 12395)

f dan. Əfəl olmaq, əldən düşmək.

ƏFƏLLƏŞDİRMƏ (ID - 12396)

dan. “Əfəlləşdirmək” dən f.is.

ƏFƏLLƏŞDİRMƏK (ID - 12397)

f dan. Əfəl hala salmaq, əldən salmaq.

ƏFƏLLƏŞMƏ (ID - 12398)

dan. “Əfəlləşmək” dən f.is.

ƏFƏLLƏŞMƏK (ID - 12399)

f dan. Getdikcə, yaxud tamamilə əfəl olmaq, əldən düşmək.

ƏFƏLLİK (ID - 12400)

is. dan. Əlindən iş gəlməmə, atillik, düşkünlük. Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur. M.İbrahimov.

ƏFƏNDİ (ID - 12401)

is. [ər. əsli yun.] 1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s. qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. R.Əfəndiyev. Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım...

ƏFƏNDİLİK (ID - 12402)

is. köhn. Əfəndi ünvanı, əfəndi adı.

ƏFĞAN (ID - 12403)

is. [fars.] klas. Fəryad, fəğan. Oyadır xəlqi əfğanım; Qara bəxtim oyanmazmı? Füzuli. Hər qədər, kim artıq əfğan eylərəm, əfğan gəlir. Qövsi. Firqətdə lazımdır aşiqə əfğan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir....

ƏFİ (ID - 12404)

is. [ər.] 1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan. [Rizvan] qapının birindən daxil olan əfi ilanlara düçar olur. Ə.Haqverdiyev. Axırda çalar canını, bir əfi ilandır; Əfisə çalandır. M.Ə.Sabir.
məc. Mənhus,...

ƏFİL-ƏFİL (ID - 12405)

bax əsim-əsim. Əfıl-əfil əsmək.

ƏFKAR (ID - 12406)

is. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfikarı sakit olar. M.S.Ordubadi. Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində...

ƏFQAN (ID - 12407)

is. Əfqanıstanın əsas əhalisini təşkil edən, İran dilləri qrupuna daxil xalq və bu xalqa mənsub adam.

ƏFQANISTANLI (ID - 12408)

is. Əfqanıstan əhalisinə mənsub adam.

ƏFLAK (ID - 12409)

is. [ər. “fələk” söz. cəmi] klas. Fələk, göy. Cəfa oxun mənə yağdırman, ancaq, ey əflak! Demin ki, yeddi kəmanda bir nişanə yetər. Füzuli. Sanma kim, ya qan doludur hər bahar əflakdən. Kişvəri. Düşdükcə o istəkli vətən...

ƏFLATUN (ID - 12410)

Qədim Yunanıstanın ən böyük filosoflarından birinin adı olub, məcazi mənada “filosof, mahir həkim” mənasında işlənir. Əflatun da gəlsə, sağalda bilməz. ..Onlar hər fəziləti və şərəfi pulda görür, yoxsul, Əflatun belə...

ƏFLATUNİ (ID - 12411)

sif. [xüs.is.-dən] Sırf mənəvi xarakter daşıyan, qeyri-şəhvani. Əflatuni eşq (məhəbbət). // Praktik məqsəd güdməyən, mücərrəd.

ƏFRAD (ID - 12412)

is. [ər. “fərd” söz. cəmi] Fərdlər, şəxslər, adamlar. Etiqadımız bundadır ki, vətən, məmləkət orada yaşayan əfradın hamısınındır. C.Məmmədquluzadə. [Əbülhəsən bəy:] Nəzmiyyə əfradının və onunla bərabər bütün...

ƏFSANƏ (ID - 12413)

is. [fars.] 1. Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzusu çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir. Hind əfsanələri. Orta əsr əfsanələri. - [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı;...

ƏFSANƏÇİ (ID - 12414)

is. Nağılçı, əfsanə uyduran.

ƏFSANƏLİ (ID - 12415)

sif. Əfsanələrlə dolu, əfsanələrdən ibarət. Əfsanəli nağıl. - Qaranlıq gecələrdə; Karvanlar keçir ikən; Yurdunun əfsanəli; Yoncalı yollarından. Ə.Cavad. [Ana:] Yenə səfərin haradır, oğul? - dedi. Ovçu başını qaldıraraq:...

ƏFSANƏVİ (ID - 12416)

sif. [fars.] 1. Əfsanə mahiyyətində olan, nağıl qəbilindən olan, əfsanəyə aid olan; əsatiri. Əfsanəvi əsər. - Bəzən əfsanəvi bir mələk kimi; Uçursan o mavi asimanlara. S.Vurğun. Uzaqdan dağların zirvəsi neçə min illərlə...

ƏFSANƏVİLİK (ID - 12417)

is. Əfsanəvi olma, qeyriadilik.

ƏFSƏR (ID - 12418)

is. [alm. “offızier” dən] Zabit. [Allahverdi:] Əynində əfsər paltarı, düymələri qızıl kimipar-parparıldayır. C.Cabbarlı. Gözəl-gözəl xanımlar əfsərlər ilə qol-qola verib gəzirdilər. Ə.Haqverdiyev. Bir anda bir daraq güllə...

ƏFSUN (ID - 12419)

is. [fars.] Ovsun, sehr. Bilməzəm kim, ona təlim nə əfsun etdi. Füzuli. Cadu da əlimdən bacarıb cin də qutarmaz; Əfsunuma bah-bah! M.Ə.Sabir. // Ovsun duası. ..Mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan...

ƏFSUNÇU (ID - 12420)

is. Ovsunçuluqla, sehrbazlıqla məşğul olan adam; ovsunçu, sehrbaz, gözbağlayıcı. [Papas:] ..Əfsunçudur, divanədir, aldanmayın, aldanmayın! H.Cavid.

ƏFSUNÇULUQ (ID - 12421)

is. Ovsunçunun işi, peşəsi; sehrbazlıq, gözbağlayıcılıq.

ƏFSUNKAR (ID - 12422)

[fars.] bax əfsunçu. // Füsunkar. [Şeyx Sənan:] Bəlkə məcnunəm, eyləməm inkar; Bais ancaq o hüsni-əfsunkar. H.Cavid.

ƏFSUNKARLIQ (ID - 12423)

b a x əfsunçuluq.

ƏFSUNLAMA (ID - 12424)

"Əfsunlamaq” dan f.is.

ƏFSUNLAMAQ (ID - 12425)

f. Ovsunlamaq, sehrləmək. Öylə bir incə təravət vardı; Ki, bütün gözləri əfsunlardı. H.Cavid. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? C.Cabbarlı.

ƏFSUNLANMA (ID - 12426)

“Əfsunlanmaq” dan f.is.

ƏFSUNLANMAQ (ID - 12427)

məch. Ovsunlanmaq, sehrlənmək.

ƏFSUNLU (ID - 12428)

sif Ovsunlu, ovsunlanmış, sehrlənmiş. Qadınlar köhnə məscidi əfsunlu ayələrdən, Quran vərəqələri, zibil və torpaqdan təmizləyir, barama torlarına yer düzəldirlər. Mir Cəlal.

ƏFSUS (ID - 12429)

nida [fars.] Heyif, təəssüf. Yox səndə nişani-namü namus; Əfsus ki arsızsan, əfsus! Füzuli. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir. [2-ci cariyə:] Nazlı məlikəmiz Südabə, əfsus! Hər sevincə...

ƏFŞAN (ID - 12430)

sif. [fars.] şair. Səpən, saçan, dağıdan, səpələyən. □ Əfşan etmək - səpmək, səpələmək, dağıtmaq, tökmək, saçmaq. Gülgun sərəndazın tazə gül kimi; Əfşan etmiş ay qabağın üstündən. M.P.Vaqif. Camalın şövqündən...

ƏFV (ID - 12431)

is. [ər.] Günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama. [Yusif:] Əfvinlə sevinməz könül, əfsus; Zalım yenə zalımdır. H.Cavid. Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş bəlkə də...

ƏFVEDİLMƏZ (ID - 12432)

sif Əfv oluna bilməyən, bağışlanılmaz, bağışlanması mümkün olmayan. Əfvedilməz hərəkət, günah. - [Nadir bəy:] Aciz bir qarıncanın belə qanına girmək, məncə, əfvedilməz bir cinayətdir. H.Cavid.

ƏFVİ-ÜMUMİ (ID - 12433)

is. hüq. Ali hökumət orqanının fərmanı ilə məhkumların məhkəmə cəzasından qismən, ya da tamamilə azad edilməsi; amnistiya. Cəzanın bir qismi məşrut idi, bir qismi də əfvi-ümumiyə çıxıldı. S.Hüseyn. Mən yüzlərlə anaların...

ƏFYUN (ID - 12434)

is. [lat. "opiom” dan] Tiryək. [Nəcəf bəy:] Tiryakınıza lənət, mütrübünüzə lənət, əfyun gəzdirən dərvişlərinizə lənət, yalançı seyidlərinizə, siğəxanlarınıza lənət
N.Vəzirov. Gah sünni deyər ki, şiədir...

ƏFYUNÇU (ID - 12435)

is. Tiryəkçi, tiryəkçəkən.

ƏFYUNLU (ID - 12436)

sif Tiryəkli, içərisində tiryək olan. // məc. Zəhərli, acı. [Yusif:] Onlar nə verirlər sana? Əfyunlu hədiyyə! H.Cavid.

ƏFZA (ID - 12437)

sif [ər.] köhn. Artıran. Gərçi qış fəsli idi, leyk həva; Rövşənü saf idi fərəh əfza.. M.Ə.Sabir.

ƏFZƏL (ID - 12438)

sif [ər.] klas. Daha artıq, daha qiymətli, daha üstün tutulan. Hər kimsənə bir şey gətirir fikrü xəyalə; Məcmudən əfzəldi mənə yar xəyalı. S.Ə.Şirvani. [Nənəcan] bir qarından ötrü ərə getməkdənsə, dul yaşamağı əfzəl...

ƏFZƏLİYYƏT (ID - 12439)

is. [ər.] klas. Üstünlük, daha qiymətlilik, üstün tutma. Bir xəyal edə bilmir ki, bunlar niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? M.F.Axundzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed