İzahlı lüğət

ƏCƏLƏLİ (ID - 12290)

sif. Tələsik, təcili, təxirəsalınmaz. [Xortdan:] Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. Işim əcələlidir. Ə.Haqverdiyev.

ƏCƏLMAYALLAQ (ID - 12291)

bax əcəlmüəlləq.

ƏCƏLMÜƏLLƏQ (ID - 12292)

is. [ər.] dan. Gözlənilməyən, təbii olmayan ölüm.

ƏCƏLSİZ (ID - 12293)

zərfi Əcəli çatmadan, vaxtsız, vaxtı çatmadan. [Rəsul:] Budur, bu gün dörd cavan əcəlsiz dünyadan getdi. Ə.Haqverdiyev. Əcəlsiz öldürür məni firqətin; Əyibdir qəddimi dərdin, möhnətin. Aşıq Şəmşir.

ƏCƏM (ID - 12294)

is. [ər.] 1. köhn. Keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən, iranlılara, İran əhalisindən olan adamlara verilən ad. Məndən salam olsun əcəm oğluna; Meydana girəndə meydan mənimdir. “Koroğlu”....

ƏCƏMİ (ID - 12295)

sif [ər.] köhn. 1. Qeyri-ərəb qövm və tayfalardan birinə mənsub olan, ərəb olmayan.
İranlı, fars.
məc. Yad, özgə, yabançı.

ƏCƏR (ID - 12296)

is. Təzəlik, işlənməmiş olma. Vurtut ikicə ilin gəlini olan, gəlinlik paltarının əcəri solmayan Keysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev.

ƏCƏRİ (ID - 12297)

sif. Təzə, qədtəzə, heç geyilməmiş, işlənməmiş. Əcəri don. Əcəri yorğanüzü. - Zeynəbin bu saat dörd-beş dəst əcəri paltarı boxçadadı. C.Məmmədquluzadə.

ƏCƏRLİ (ID - 12298)

bax əcəri. Əcərli paltar. Əcərli xalça. - Mən də o mülahizədəyəm, Zəriş! - deyə Müqim bəy birdən pristavlıq paltarının ən əcərlisini geyməyə, tərləyətərləyə ora-burasını dartışdırmağa başladı. S.Rəhimov. [Əmir:]...

ƏCİB(Ə) (ID - 12299)

[ər.] bax əcaib.

ƏCİNNƏ (ID - 12300)

is. [ər.] din. köhn. Cin. Əcinnə padşahı (nağıllarda). - Əhmədi-Çekkaş durub gəldi evə. Çağırıb əcinnələri, əmr elədi. (Nağıl). [Nəcəf:] Nə sirr olacaq? Tovuz dərəsi əcinnə yeridir: şəyatin yığnağına rast gəlibsiniz....

ƏCLAF (ID - 12301)

sif. [ər.] Alçaq, rəzil. [Bəhram:] O vaxt bizim nahiyənin pristavı Navedski adında çox rəhmsiz və əclafı bir adam idi. Ə.Vəliyev. // İs. mənasında. Ağa, Təbrizdə 5-10 nəfər əclafı ilə bacarmaq olmur. M.S.Ordubadi.

ƏCLAFLIQ (ID - 12302)

ƏCNƏBİ (ID - 12303)

[ər.] 1. sif. Başqa xalqa, millətə mənsub olan; xarici. Əcnəbi mallar. Əcnəbi dillər. Əcnəbi ölkələr. - Həmədan yenə də əcnəbi casuslarının yuvasına çevrilmişdi. M.S.Ordubadi.
2. is. Başqa ölkənin vətəndaşı, təbəəsi;...

ƏCR (ID - 12304)

is. [ər.] köhn. Bir iş müqabilində verilən əvəz; qarşılıq. Öz adətin ilə nalə eylə; Əcrini mənə həvalə eylə. Füzuli. [Səlim bəy:] Bu qədər xalqın duası sizin əcrinizdir. M.F.Axundzadə. Güman etməyin ki, Şeyx Şəban əzan...

ƏCUZƏ (ID - 12305)

is. [ər.] Pisxasiyyətli və bədləkər arvad.

ƏCZ (ID - 12306)

is. [ər.] klas. Acizlik, iqtidarsızlıq. Əcz ilə dedi ki: “Ey xudavənd; Şahənşəhiadilü xirədmənd!” Füzuli. [İblis Arifə:] ..Əzizim, çocuq olma! Arif! Mana bax, əczi burax, hissə qapılma. H.Cavid. ..Sitarə Mənsurun əlini əcz...

ƏCZA (ID - 12307)

is. [ər. “cüz” söz. cəmi] 1. klas. Bir şeyin tərkibini təşkil edən xırda hissəciklər; cüzlər. Yandırıb əczayi-tərkibim, külüm versən yelə; Yox yolundan dönməyim, varım sənindir, cüzvü kül. Füzuli. [Molla İbrahimxəlil:]...

ƏCZAÇI (ID - 12308)

is. Aptekdə dərman hazırlayan mütəxəssis; farmasevt. Fakültə xüsusi şöbələrdə diş həkimləri və əczaçılar da hazırlayır. M.Topçubaşov. Əczaçı, məlumdur ki, dəva satır; Xanəndə oxuyur, xoş səda satır; Nəfəs almaq üçün...

ƏCZAÇILIQ (ID - 12309)

is. Dərman hazırlamaq, hazırlanan dərmanları yoxlamaq, saxlamaq və buraxmaq haqqındakı tətbiqi fənlərin məcmusu; dava-dərman hazırlama sənəti. Əczaçılıq texnikumu. Əczaçılıq məhsulları.

ƏCZAXANA (ID - 12310)

[ər. əcza və fars. ...xanə] köhn. Əczaçı dükanı, dərman satılan yer, aptek. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Ə.Haqverdiyev....

ƏDA1 (ID - 12311)

is. [ər.] 1. Tərz, tövr, üslub. Bu nə ədadır? - [Hacı Əhməd:] [Almaza] Sən ki bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. C.Cabbarlı. Usta bunu elə...

ƏDA2 (ID - 12312)

[ər.]: əda etmək - 1) vermək,
ödəmək, ödəyib qurtarmaq. [Nəcəf bəy:] Əgər vədə tamamında borcumu əda etməsəm, girovdan məyusam. Ə.Haqverdiyev;
yerinə yetirmək. [Ağa Salman:] Gedim, sərbazları görüm, əhvalatı xəbər...

ƏDABAZ (ID - 12313)

is. [ər. əda və fars. ...baz] Ədabazlıq edən, ədabazlıq etməyi sevən adam. Ədabazın birisi, bəs niyə belə qaçırsan? Dur görək, nə var, nə yox. M.S.Ordubadi. // Sif. mənasında. Ədabaz adam. Ədabaz qız.

ƏDABAZCASINA (ID - 12314)

sif. və zərf Ədabaz kimi, ədabaza xas olan bir tərzdə. Ədabazcasına gülüş. Ədabazcasına hərəkət. Ədabazcasına yerimək.

ƏDABAZLIQ (ID - 12315)

is. Ədalı hərəkətlər, sadəlikdən, təbiilikdən məhrum hərəkətlər; özünü qeyri-təbii, qeyri-sadə aparma. Ədabazlıq etmək. - Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi olmazdı. İ.Əfəndiyev. Ancaq bunların heç biri ədabazlığından,...

ƏDALƏT (ID - 12316)

is. [ər. ] 1. Haqq və düzgünlük prinsiplərinə riayət. Ədalətə riayət etmək. İctimai ədalət. Ədalət hissini itirmək. Ədaləti bərpa etmək. - [Pişxidmət:] Haqq və ədalətmi? ..O bir quş olsa, şahın sarayında yapamaz yuva. H.Cavid....

ƏDALƏTXANA (ID - 12317)

is. [ər. ədalət və fars. ...xanə] köhn. Ədalətlə işə baxan məhkəmə, divanxana.

ƏDALƏTLİ (ID - 12318)

sif Ədalətlə, vicdanla hərəkət edən, həqiqətə, insafa, vicdana uyğun olaraq hərəkət edən. Ədalətli hakim. Ədalətli müdir. // Ədalətə, həqiqətə, insafa əsaslanan. Ədalətli məhkəmə. Ədalətli hərəkət. Ədalətli qanunlar....

ƏDALƏTLİLİK (ID - 12319)

is. Ədalətli olma, işə qərəzsiz, vicdanla, ədalətlə yanaşma; ədalət. Məhkəmənin əsas xüsusiyyəti ədalətlilikdədir.

ƏDALƏTPƏRVƏR (ID - 12320)

sif [ər. ədalət və fars. ...pərvər] Ədalət sevən, ədalətə riayət edən, ədalətli. Ədalətpərvər adam.

ƏDALƏTPƏRVƏRLİK (ID - 12321)

is. Ədalətpərvər adamın keyfiyyəti. Ədalətpərvərlik göstərmək. Ədalətpərvərlik yaxşı sifətdir.

ƏDALƏTSİZ (ID - 12322)

sif Ədalətə, haqq və insafa riayət etməyən, ədalət hissini itirmiş, insafsız. Ədalətsiz hökmdar. - Küçəyə atdın ədalətsiz ata, qansız ata! Məni təhrik eləmə alverə, vicdansız ata! Ə.Vahid. // Ədalətə, haqq və insafa müğayir...

ƏDALƏTSİZLİK (ID - 12323)

is. Ədalətə, haqq və insafa müğayir hərəkət. Burjua məhkəməsinin ədalətsizliyi. - Bu hürriyyət əsrində [XX əsrdə] belə ədalətsizliyə [zülmə və təcavüzə] baxdıqda ürəyimiz qan ilə dolur.. F.Köçərli. Zənnimcə, xilqətdən...

ƏDALI (ID - 12324)

sif 1. Ədası olan, ədabaz. Ədalı adam. // Əda ilə dolu, sadəlikdən, adilikdən məhrum. Ədalı hərəkət. // Mütəkəbbir. Sarayda hökm edir ədalı bir xan; Qan, qarğış tökülür qaşqabağından. S.Vurğun.
2. İşvəli, işvəkar,...

ƏDALILIQ (ID - 12325)

is. Ədalı olma.

ƏDASIZ (ID - 12326)

sif 1. Heç bir ədası olmayan, özünü sadə aparan. Ədasız adam.
2. Nazsız, işvəsiz, sadə. Ədasız qız. - Yoxsa dilbərim deyilmiş ədasız; Pək nazlıdır, amma deyil vəfasız. H.Cavid.

ƏDASIZLIQ (ID - 12327)

is. Ədasız adamın xassəsi; sadəlik.

ƏDAT (ID - 12328)

is. [ər.] 1. qram. Müstəqil mənası olmayan, lakin cümlədə müxtəlif məna çalarları əmələ gətirən söz, hissəcik.
köhn. Alət, avadanlıq, ləvazimat.

ƏDAVƏT (ID - 12329)

is. [ər.] Ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi. ..Bəy bir məclisdə danışdı ki, Mirzə Möhsünlə mənim bir ədavətim yoxdur. Qantəmir. □ Ədavət bəsləmək kin bəsləmək,...

ƏDAVƏTLİ (ID - 12330)

sif. Ədavəti olan, ürəyində ədavət bəsləyən, kin bəsləyən, düşmənçilik edən, düşməncəsinə münasibət bəsləyən; düşmən. Görün heç biz ədavətli.. adamlara bənzəyirikmi? M.İbrahimov.

ƏDAVƏTLİLİK (ID - 12331)

is. Düşmənçilik, kinlilik.

ƏDAVƏTSİZ (ID - 12332)

sif. Heç bir kini, ədavəti olmayan; kinsiz.

ƏDD (ID - 12333)

[ər.]: ədd etmək köhn. - saymaq, hesab etmək. Hər yetən kəndin mühərrir ədd edib min sözyazır. M.Ə.Sabir. [Rza bəy:] ..Bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. Hətta Fərhad oxumuş...

ƏDƏ (ID - 12334)

bax adə. Ədə, Eyvaz, bərigəl, müştəri gəlib. “Koroğlu”. Ədə, Həsənəli, naxır gəlir, qaç, tövlənin qapısını aç. C.Məmmədquluzadə. [Əsgər:] Dedim, yəqin ki mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım,...

ƏDƏB (ID - 12335)

is. [ər.] Əxlaq qaydalarına riayət, əxlaq və hərəkətdə, danışıqda nəzakət, incəlik; tərbiyə. Ədəb qaydaları. - Ədəbi kimdən öyrəndin? - Biədəbdən. (Ata. sözü). Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər...

ƏDƏB-ƏRKAN (ID - 12336)

is. [ər.] Ədəb, tərbiyə, əxlaq, nəzakət qaydaları. Ədəb-ərkan gözləmək. - Ədəb-ərkan nədir, yaxşı anlasın; Mənəm deyib, çox havadan getməsin. Aşıq Rəcəb. [Həsən:] Hər adamın yerini bilirsən, ədəb-ərkanla (z.) da...

ƏDƏB-ƏRKANLI (ID - 12337)

sif. Ədəbli, tərbiyəli, nəzakətli. Gərək bir azca həlim, ədəb-ərkanlı olsun; Bir az arlı, namuslu, bir az vicdanlı olsun. X.Rza.

ƏDƏBİ (ID - 12338)

sif. [ər.] Ədəbiyyata aid olan. Ədəbi əsər. Ədəbi cərəyan. Ədəbi irs. Ədəbi müşavirə. Ədəbi müsabiqə. - Əlbəttə, ədəbi ənənənin mütərəqqi məziyyətlərini yaşatmaq gərəkdir və zəruridir. S.Rəhimov. Ədəbi əsər...

ƏDƏBİLƏŞDİRİLMƏ (ID - 12339)

“Ədəbiləşdirilmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed