ƏLDƏQAYIRMA, ƏLDƏQAYRILMA (ID - 12740) sif
Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma şey. - Bəzi mağaza müdirləri .. əldəqayırma çəkmələri fabrik məhsulu adı ilə camaata satırlar. “Kirpi”. 2. məc. Biliyi,... |
ƏLDƏN (ID - 12741)zərf 1. dan. Tez, arada, cəld. Əldən get, bazardan qənd al, gəl.
2. Mağazadan yox, xüsusi şəxsdən, alverçidən. Əldən almaq. |
ƏLDƏYİRMANI (ID - 12742)is. Un üyütmək, yarma çəkmək üçün əl ilə işlədilən kiçik dəyirman. Axşam lampa işığında Telli əldəyirmanı ilə yarma çəkirdi. S.Hüseyn. // İstiot, qəhvə, duz və s. kimi şeyləri üyütmək üçün əl ilə işlədilən...
|
ƏLDƏYMƏMİŞ (ID - 12743)f.sif. Toxunulmamış. [Qərib:] Üç gözəlin biri bizə qohumdur; O birisi əldəyməmiş qovundur. “Aşıq Qərib”. Bizə bu dağ, bu dərə; Təslim olsun bir kərə! Əldəyməmiş yerlərə; İşləsin qüvvətimiz.. S.Vurğun.
|
ƏLDƏYMƏZ (ID - 12744)bax əlçatmaz.
|
ƏLEYH (ID - 12745)[ər.] Adətən “əleyhinə” şəklində adlıq və yiyəlik hallardan sonra işlənir: ...ziddinə, ...qarşı. Əleyhinə səs vermək. Əleyhinə getmək. Təklifin əleyhinə çıxmaq. Düşmən əleyhinə. - [Nəsir] də məlum fikirlər üzərində...
|
ƏLEYHDAR (ID - 12746) |
ƏLEYHDARLIQ (ID - 12747)is. Əleyhinə, ziddinə olma; düşmənçilik. ..Vəliəhdin [yerinə] rus əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü təyin etdilər. M.S.Ordubadi.
|
ƏLEYKƏSSALAM, ƏLEYKÜMƏSSALAM (ID - 12748) nida [ər.] Sizə (sənə) də salam olsun! "Salaməleyküm”ə (salama) cavab ifadəsi. [Yusif:] Ay əleyküməssalam, qardaşlar, əyləşiniz. N.Nərimanov. Əleykəssalam, keyfin yaxşı olsun. H.Nəzərli.
|
ƏLEYHQAZ (ID - 12749)is. [ər. əleyh və fr. qaz] Zəhərləyici maddələrdən, qazlardan, tüstüdən və s.-dən qorunmaq üçün filtrli maska. Bölük bir darvazanın tuşunda azacıq ləngidiyi vaxt, çiynində əleyhqaz darvazada dayanan arvad gülə-gülə Mahmuda...
|
ƏLƏF (ID - 12750)is. [ər.] bax alaf. Biri gedib ələf tökür kəllərə; Biri baxır xırmandakı vəllərə. A.Səhhət. Xanqulu mərəkdən ələf gətirib atın qabağına qoydu. S.Rəhimov.
|
ƏLƏFİYYAT (ID - 12751)is. [ər. “ələf” söz. cəmi] Cürbəcür otlar. O deyirdi ki, Avropa həkimləri ələfiyyatdan bixəbərdirlər. Qantəmir. Ha zamandansa Məsmə eşitmişdi ki, dərmanların yaxşısı ələfiyyatdır. Mir Cəlal.
|
ƏLƏFİYYATÇI (ID - 12752)is. köhn. Keçmişdə nəbatatçıya verilən ad ..Bitki sistematikası öz başlanğıcını XVI əsrdən götürmüşdür. Bu əsrdə “ələfiyyatçılar “ adlanan alimlər meydana çıxmışdı. M.Qasımov.
|
ƏLƏGƏLƏN (ID - 12753)sif. Əldə edilə bilən, əldə edilmiş. Ələgələn şey.
|
ƏLƏK (ID - 12754)is. Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. Ələk dairəvi qutu şəklində olur. - Dağılıb çöllərə açdı hərə bir növ kələk; Sac Lahıcdan qurtarıb, qalmadı Salyanda...
|
ƏLƏKÇİ (ID - 12755)sif. Ələk qayıran və satan adam.
□□ Ələkçinin qıl verəni isteh. - əslində heç bir ciddi işlə məşğul olmayıb, özünü iştirakçı, köməkçi kimi göstərməyə çalışan, yaxud ara qızışdıran adam haqqında. |
ƏLƏKÇİLİK (ID - 12756)is. Ələkçinin işi, peşəsi, sənəti.
|
ƏLƏKEÇMƏZ (ID - 12757)sif. Əldə edilə bilməyən, ələ keçirmək mümkün olmayan, tapılması çox çətin olan. Ələkeçməz şey. Ələkeçməz fürsət.
|
ƏLƏKEÇMƏZLİK (ID - 12758)is. Ələ keçməsi, əldə edilməsi, tapılması mümkün olmama, yaxud çətin olma.
|
ƏLƏKLƏMƏ (ID - 12759)“Ələkləmək” dən fis.
|
ƏLƏKLƏMƏK (ID - 12760)b a x ələmək.
|
ƏLƏKLƏNMƏ (ID - 12761)“Ələklənmək” dən fis.
|
ƏLƏKLƏNMƏK (ID - 12762)b ax ələnmək.
|
ƏLƏKLİ (ID - 12763)sif. xüs. Ələyi olan. Ələkli konveyer.
|
ƏLƏK-VƏLƏK (ID - 12764) is. Qarışıqlıq, alt-üst. Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir. S.Rüstəm. □ Ələk-vələk eləmək (etmək)
alt-üst etmək, dağıtmaq. Otaqları birbirinə vurdular. Güman... |
ƏL-ƏLBƏT (ID - 12765) zərf dan. Mütləq, lap yəqin, hər necə olur olsun, hər halda. Əl-əlbət gəlin.
|
ƏL-ƏLƏ (ID - 12766) zərf 1. Bir-birinin əlindən tutaraq. Əl-ələ oynadılar. Əl-ələ yerimək.
2. Birgə, bir yerdə, həmrəycəsinə, dostcasına. Əl-ələ işləmək. Əl-ələ çalışmaq. □□ Əl-ələ, baş-başa - haqq-hesabı qurtarma, alış-verişi... |
ƏLƏLXÜSUS (ID - 12767)zərf [ər.] Xüsusilə, xüsusən. [Cahan:] Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana. U.Hacıbəyov. Ələlxüsus yazıq Nurəddinin günü qara olmuşdu. S.S.Axundov. [Axund:]...
|
ƏLƏM1 (ID - 12768) is. [ər.] Dərd, qəm, kədər, qüssə. Ələm, məşəqqət adamı tez qocaldır. - Canə yetdim aləmi-hicran ilə, ey zalim! Rəhm qıl, canım üçün var isə bir dərmanın. Füzuli. Cəm olsa yanımda tamam sənəmlər; Dağılmaz könlümdən...
|
ƏLƏM2 (ID - 12769) is. [ər.] Bayraq (adətən dini ayinlərdə işlədilən bayraq).
|
ƏLƏMAN (ID - 12770)bax əlaman. Haçanacan aman çəkim bu zalım hicran əlindən; Bu ev yıxan ələmdarın aman, ələman əlindən. Aşıq Xəlfə.
|
ƏLƏMDAR (ID - 12771) sif. [ər. ələm və fars. ...dar] köhn. Bayraqtutan, bayraqçı, bayraqdar.
|
ƏLƏMDARLIQ (ID - 12772)is. köhn. Bayraqdarlıq.
|
ƏLƏMƏ (ID - 12773)“Ələmək” dən f.is.
|
ƏLƏMƏK (ID - 12774)f. 1. Ələkdən keçirmək. ..Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə.
2. məc. Səpmək, səpələmək, tökmək. Yağış ələyir. - Günəş şəhərə od ələdiyi halda səkilər tez-tələsik... |
ƏLƏMLİ (ID - 12775) sif Qəmli, kədərli, qüssəli.
|
ƏLƏMLİLİK (ID - 12776)is. Ələmli (qəmli, kədərli, qüssəli) adamın halı; qəmlilik, kədərlilik, qüssəlilik.
|
ƏLƏMNAK (ID - 12777)[ər. ələm və fars. ...nak] bax ələmli.
|
ƏLƏNGƏ (ID - 12778)is. Quru sümük. At-inəyin, kəlin bəhsi düşəndə; Çoxu bir ələngə leşdən danışır. “Məsum”.
|
ƏLƏNMƏ (ID - 12779)“Ələnmək” dən f.is.
|
ƏLƏNMƏK (ID - 12780)məch. 1. Ələkdən keçirilmək. Un ələnmişdir.
2. məc. Çoxlu miqdarda tökülmək. Bir qədər sonra toz çoxaldı, sanki havadan un ələnirdi. Mir Cəlal. |
ƏLƏŞƏN-GÜLƏŞƏN (ID - 12781) is. dan. Mənasız, boş şey. Ələşən-güləşən sözlər danışır. - Nə bilim, ələşən-güləşən şeylər görmüşəm. S.Rəhimov.
|
ƏLƏTDİRİLMƏ (ID - 12782)“Ələtdirilmək” dən f.is.
|
ƏLƏTDİRİLMƏK (ID - 12783)məch. Ələkdən keçirdilmək.
|
ƏLƏTDİRMƏ (ID - 12784)“Ələtdirmək” dən f.is.
|
ƏLƏTDİRMƏK (ID - 12785)b a x ələtmək. Unu ələtdirmək.
|
ƏLƏTMƏ (ID - 12786)“Ələtmək” dən f.is.
|
ƏLƏTMƏK (ID - 12787)icb. Ələmə işi gördürmək, ələkdən keçirtdirmək. Un ələtmək. Bənna fəhləyə qum ələtdi.
|
ƏLFƏCİN (ID - 12788)is. Kitabın səhifələri arasına nişan üçün qoyulan lentşəkilli kağız parçası. Kitabın ortasında qəzet kağızından qayrılmış əlfəcin vardı. M.Hüseyn. □ Əlfəcin qoymaq zar. - qurtarmaq, tamamlamaq, kəsmək, ara vermək. [Veys:]...
|
ƏLHAL (ID - 12789)zərfi [ər.] klas. İndi, bu halda, bu anda. Düşdün niyə bəs bu halə əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Millət deyə ağlar, bir mərsiyəxandır; Anlar hələ sonra, əlhal cavandır. Ə.Nəzmi.
|
Bu səhifə dəfə baxılıb