ƏYRİ-BÜYRÜ (ID - 13640) bax əyri-üyrü. Əyribüyrü ağac. - Yunan əlifbası girdələşə bilməyib, əyri-büyrü xətlər ilə yazılırdı. F.Ağazadə.
|
ƏYRİCƏ (ID - 13641)sif Az əyri, bir qədər əyri, yaxud çox əyri. Qabağımıza əyricə bir yol çıxdı. Əyricə ağac. // Qövs şəklində, yay kimi. Əyricə qaşı var, ucu əyməli; Kətan köynək geyib, köksü düyməli. “Əsli və Kərəm”.
|
ƏYRİCİZGİLİ (ID - 13642)sif Cizgiləri əyri (çəp) olan. Əyricizgili dəftər.
|
ƏYRİÇİYİN (ID - 13643)sif Çiyni əyri olan. Əyriçiyin adam.
|
ƏYRİDİMDİK (ID - 13644)sif Dimdiyi əyri olan. Əyridimdik quş. - Bu, iri toyuq boyda, uzun, əyridimdik anac bir çil gülənşah idi. M.Rzaquluzadə.
|
ƏYRİ-DOLANBAC (ID - 13645) sif Əyri-üyrü, dolanbaclı, düz xətt üzrə olmayan. Əyri-dolanbac dalan. - Darısqal, əyri-dolanbac küçələri .. bu qəsəbəni qədim şəhərlərə oxşadırdı. Ə.Əbülhəsən.
|
ƏYRİ-ƏSKİK (ID - 13646) b a x əgər-əskik.
|
ƏYRİXƏTLİ (ID - 13647)sif riyaz. Əyri xətlərlə düzələn. Əyrixətli səth. Əyrixətli fiqur. Əyrixətli üçbucaq.
|
ƏYRİQIÇ (ID - 13648) sif. Qıçları əyri olan. Əyriqıç adam.
|
ƏYRİQILÇA (ID - 13649)bax əyriqıç.
|
ƏYRİLİ (ID - 13650) sif. Əyrisi, əyri yeri, ya yerləri olan. Belə əyrili çubuqdan səbət toxumaq olmaz. Əyrili yol.
|
ƏYRİLİK (ID - 13651)is. 1. Əyri şeyin halı. Tirin əyriliyi. Məfitilin əyriliyi.
2. məc. Hiylə, biclik; düz, namuslu yolla getməmə (düzlük əksi). Bir xəyanət görünməyib bizdən; Əyrilik sadir olmayıb düzdən. S.Ə.Şirvani. Zira ki, yalan və əyrilik... |
ƏYRİLMƏ (ID - 13652)“Əyrilmək” dən f.is.
|
ƏYRİLMƏK (ID - 13653)məch. Əyri hala düşmək, əyilmək.
|
ƏYRİM1 (ID - 13654) 1. is. Döngə, dönüş.
sif. Əyrisi, döngəsi olan. Əyrim yol. □□ Əyrim laləvər bot. - birillik iriyarpaqlı bitki. Əyrim laləvər birillik bitkilərdəndir. Gövdələri 40 sm-ə qədər hündürlüyündədir, girdə-tinlidir,... |
ƏYRİM2 (ID - 13655) sif. məh. Sısqa. Əyrim adam.
|
ƏYRİMÇƏ (ID - 13656)is. məh. Üzük. Səksən oxu əyrimçədən keçirdim; Heç kamımda arzumanım qalmadı. “Koroğlu”. Əyrimçədən keçər beli qızların. “Qurbani”.
|
ƏYRİM-ÜYRÜ (ID - 13657) bax əyri-uyrü.
|
ƏYRİM-ÜYRÜM (ID - 13658) bax əyri-üyrü. Əyrimüyrüm küçə. Kəndin arası ilə əyrim-üyrüm gedən bağ yoluna çıxdıq. - Elə bil əkin yerlərinə əyrim-üyrüm qara zolaqlar çəkmişdilər. İ.Şıxlı.
|
ƏYRİ-OGRU (ID - 13659) top. Oğru, dələduz adamlar. Mirzə Qulam xan da yazda-yayda .. valilərinə tabe olmayan əyri-oğruya qulaqburması verib, mal-dövlətini yoxlayıb çıxıb gedərdi. M.Əliyev.
|
ƏYRİPƏNCƏ (ID - 13660)bax əyriayaq. Əyripəncə ayı.
|
ƏYRİSİNƏ (ID - 13661)zərfi Əyri olaraq, çəpinə. Əyrisinə gedir. Sənə nə oldu, nə üçün düz yolda əyrisinə yeriyirsən?
|
ƏYRİSİZ (ID - 13662) sif. Əyri yeri olmayan, düz olan. Əyrisiz ağac olmaz, olsa da düz olmaz. (Məsəl).
|
ƏYRİTMƏ (ID - 13663)“Əyritmək” dən f.is.
|
ƏYRİTMƏK (ID - 13664)bax əyiltmək.
|
ƏYRİ-ÜYRÜ (ID - 13665) sif. 1. Çox yerindən əyilmiş, düz yeri olmayan. Əyri-üyrü ağac. Əyriüyrü məftil. - Müqim bəyin boynu qısa, qılçaları gödək, əyri-üyrü, qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimiyupyumru idi. S.Rəhimov....
|
ƏYYAM (ID - 13666)is. [ər. “yovm” söz. cəmi] Günlər, çağ, zaman, dövr. Keçən əyyam. Bu əyyamda (bu dövrdə). Biz gözəl əyyamda yaşayırıq. - Əyyami-baharü güldür, oğlum! Qoyma məni qəmdə, güldür, oğlum! M.Ə.Sabir. Bu hal necə ki haman...
|
ƏYYAR (ID - 13667)sif. və is. [ər.] Hiyləbaz, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı. Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. “Koroğlu”. Əyyar Ibrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində...
|
ƏYYARLIQ (ID - 13668)is. Oğruluq, fırıldaqçılıq, dolandırıcılıq. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. M.F.Axundzadə.
|
ƏYYAŞ (ID - 13669)is. [ər.] Vaxtını eyş-işrətlə, sərxoşluqla keçirən adam, içki düşkünü.
.. Əyyaşların yurdu sayılan “Metropol “ otelində bu gecə fövqəladəlik vardı. M.S.Ordubadi. ..Ara-sıra rast gəldiyi gecə əyyaşlarının hay-küyü... |
ƏYYAŞLIQ (ID - 13670)is. Vaxtını içki içməklə, eyşişrətlə keçirmə, içki düşkünlüyü. Əyyaşlıq böyük bədbəxtlikdir. - Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu heçlik və fəlakətdir. A.Şaiq.
|
ƏZA1 (ID - 13671) is. [ər.] Yas, matəm. [Alim:] Onlar [tərəkəmələr] bir növ avam .. tayfadırlar, əza məclisi və mərsiyəxan-zad tanımazlar, amma, əlhəmdülillah, yenə müsəlmandırlar.
Qantəmir. □ Əza saxlamaq - yas tutmaq, matəm saxlamaq.... |
ƏZA2 (ID - 13672) is. [ər.] klas. Əziyyət, zəhmət, məşəqqət, cəfa. Mən dəliyəmmi özümü məktəbə, dərsə sövq edəm; Dərsin əzası bir belə, xalqın ədası bir belə. M.Ə.Sabir. Ay baba, salma qalmaqal, cövrü cəfadan əl götür! Dəng eləmə...
|
ƏZA3 (ID - 13673) is. [ər. “üzv” söz. cəmi] 1. Bədən üzvləri (Azərbaycan dilində bəzən “üzv” mənasında işlənir). Quzunun parçalardı əzasın; Sındırıb kəlləsin, qabırğasın. S.Ə.Şirvani. [Şahbaz bəy:] Şəmsi, mənim bədənimdə...
|
ƏZAB (ID - 13674)is. [ər.] 1. Əziyyət, üzüntü, işgəncə. Toy-bayramdır bu dünyanın əzabı; Ağlı olan ona gətirər tabı. M.P.Vaqif. [Nuriyyə:] Əvvəl günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. İ.Əfəndiyev....
|
ƏZAB-ƏZİYYƏT (ID - 13675) bax əzab 1-ci mənada. [Cümşüd] qocanın min əzab-əziyyətlə dolu həyat yoluna nəzər salır, bu həyatın mənasını aramaq istəyirdi. S.Rəhimov.
|
ƏZAB-ƏZİYYƏTLİ (ID - 13676)bax əzablı. Əzabəziyyətli iş. Əzab-əziyyətli yol.
|
ƏZAB-İŞGƏNCƏ (ID - 13677)bax əzab 1-ci mənada. Əzab-işgəncə çəkmək. Əzab-işgəncələr görmək. - .. Əhməd bütün əzab-işgəncələrin nə üstündə başlandığını unudub, Tovuzun yanına qayıdacaqdı. M.Süleymanov.
|
ƏZABLI (ID - 13678)sif Çox əziyyətli, sıxıntılı, çətin; əzab və əziyyətlə dolu. Əzablı iş. Əzablı isti. Əzablı yol. - Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq. Bu bir ay Bilqeyis üçün sıxıntılı və əzablı...
|
ƏZABLI-İŞGƏNCƏLİ (ID - 13679)bax əzablı. Əzablı-işgəncəli yol. Əzablı-işgəncəli iş.
|
ƏZABLILIQ (ID - 13680)is. Əzablı şeyin hal və keyfiyyəti; əziyyətlilik.
|
ƏZABSIZ (ID - 13681)sif Heç bir əzabı, əziyyəti olmayan, əziyyətsiz, asanlıqla əldə edilən, asanlıqla yerinə yetirilən, yüngül, asan. Əzabsız iş. Əzabsız yol.
|
ƏZABVERİCİ (ID - 13682)sif Cismani, yaxud ruhi əzab verən, incidən, çox əziyyətli. Əzabverici yara. Əzabverici hiss. - Artıq Məcidin sözləri [Nadir] üçün əzabverici olmayıb, .. mehriban bir ananın nəğməsinə bənzəyirdi. B.Talıblı.
|
ƏZA-CƏFA (ID - 13683) is. [ər.] Əzab və əziyyət. [Şah:] Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var. Mən onun əza-cəfasına razı ola bilmərəm. Ü.Hacıbəyov.
|
ƏZADAR (ID - 13684)is. [ər. əza və fars. ...dar] klas. Əza saxlayan, əzalı; yas saxlayan, yaslı.
|
ƏZADARLIQ (ID - 13685)is. Əza saxlama, yas saxlama; yaslılıq.
|
ƏZAN (ID - 13686)[ər.] bax azan.
|
ƏZAZİL (ID - 13687)[ər.] 1. is. Şeytan. Onu əzazil də aldada bilməz. - Əhsəni-təqvimi inkar eylər imansız fəqih; Şol əzazilin ki adın həq deyər, şeytan budur. Nəsimi.
2. sif məc. Zalım, amansız, rəhmsiz, insafsız, qəddar. Əzazil adam. Əzazil... |
ƏZAZİLCƏSİNƏ (ID - 13688)zərf Zalımcasına, insafsızcasına, amansızcasına, qəddarcasına. Əzazilcəsinə incitmək. Əzazilcəsinə əziyyət vermək.
|
ƏZAZİLLİK (ID - 13689)is. Zalımlıq, insafsızlıq, amansızlıq, qəddarlıq. Sabiq milyonerin arvadı Nərmin onun əzazilliyini görəndə üsyan edib deyir ki, dövlətlilər amansız və mürüvvətsizdirlər.. M.Hüseyn.
|
Bu səhifə dəfə baxılıb