İzahlı lüğət

ƏKİN-BİÇİN (ID - 12590)

is. Əkinçilik; əkinçilik işi, tarlaçılıq. Əkin-biçin vaxtı. Əkin-biçin başlandı. - Iskəndər səbir edib yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinə-biçinə getdi. M.Hüseyn. Qafar.. kəndə gedər, əkinibiçini yığışdırmaq...

ƏKİNÇİ (ID - 12591)

is. Əkin əkib biçməklə (əkinçiliklə) məşğul olan adam; cütçü. Əkinçi yağış istər, yolçu quraqlıq. (Ata. sözü). Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. Fərmanın atası Qara kişi yaxşı...

ƏKİNÇİLİK (ID - 12592)

is. 1. Əkin əkib biçmə işi; ziraət. Qabaqcıl əkinçilik üsulları. - [Bəxtiyarın] .. kəndin yeni təşkil edilən əkinçilik maşınları şirkətinə üzv olmaqla çöldə bir qədər dəmyə əkini vardı. S.Hüseyn. Bakının ətrafında...

ƏKİNƏBAXAN (ID - 12593)

is. Əkin qoruqçusu.

ƏKİNƏCƏK (ID - 12594)

b ax əkənək.

ƏKİN-ƏKİNƏCƏK (ID - 12595)

bax əkin 1-ci mənada. [Birinci kəndli:] Doğrusu, əkinəkinəcəyimiz yanırdı, camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Ə.Haqverdiyev.

ƏKİNQABAĞI (ID - 12596)

sif. Əkməkdən qabaq olan, səpinə hazırlıqla əlaqədar olan. Torpağın əkinqabağı suvarılması. Əkinqabağı becərmə.

ƏKİNLİK (ID - 12597)

is. Əkin yeri, taxıl yeri. Kənddən azca o yanda əkinliklər var.

ƏKİN-SƏPİN (ID - 12598)

is. Taxıl əkmə işləri. Əkinsəpin üçün qarşıda çox az vaxt qalırdı. İ.Şıxlı.

ƏKİN-TİKİN (ID - 12599)

top. dan. Əkin, əkin yeri; həyətyanı təsərrüfat. Onun əkin-tikini vardır. - Əkinə-tikinə, ya şəhərə gedən sübhdən gedib. Mir Cəlal.

ƏKİŞ (ID - 12600)

is. Əkmə işi və tərzi.

ƏKİZ (ID - 12601)

1. sif. Anadan cüt olan, cüt doğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq. Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə girirlər. Mir Cəlal.
2. is. Əkiz doğulmuş uşaqlardan...

ƏKİZLİK (ID - 12602)

is. Əkiz olma halı. Əkizlik iki adamın bir-birinə oxşamasını tələb etmir.

ƏKİZTAY(I) (ID - 12603)

bax əkiz 2-ci mənada. [Pəri nənə:] [Hümmətin] bir böyük külfəti vardı. Südəcər, əkiztay, cin çolpası kimi zılğazılğa bir-birinə qarışmışdı. S.Rəhimov.

ƏKİZTAYLI (ID - 12604)

bax əkiztay(ı). Hündür, alçaq deyil, orta boyludur; Deyəsən, mənimlə əkiztaylıdır. Molla Cümə.

ƏKKAS (ID - 12605)

is. [ər.] köhn. Fotoqrafın köhnə adı.

ƏKKASXANA (ID - 12606)

is. [ər. əkkas və fars. ...xanə] köhn. Fotoqrafıyanın köhnə adı.

ƏKLİL (ID - 12607)

is. [ər.] Çiçəklərdən və ya yarpaqlardan dairə və ya tac şəklində hörülmüş bəzək; çələng. Canlı çiçəklərdən düzəldilmiş əklil. - İrəlidə Azərbaycan aktyorları əklil aparır, bunların ardınca teatrın Şərq orkestri...

ƏKMƏ (ID - 12608)

1. “Əkmək1’dən f.is. Şitil əkmə.
sif Əkilmiş, əkilən. Əkmə ot.

ƏKMƏK1 (ID - 12609)

f. 1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür.. A.Şaiq. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı....

ƏKMƏK2 (ID - 12610)

is. Çörək. [Üçüncü satıcı:] Qızarmış tazə əkmək, tazə qaymaq; Çapuq gəl, durma gəl, fürsətdir ancaq. H.Cavid. Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə biryavan əkmək. M.S.Ordubadi. Əkməyi çox, dərdi yox; Sən...

ƏKMƏK3 (ID - 12611)

f. Hiylə və tədbirlə yola salmaq, yanından uzaqlaşdırmaq, rədd etmək, başdan eləmək. Hərif qonağını, deyəsən, əkdi. - Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. O: - Evə get, - deyə, Nuşunu əkdikdən...

ƏKNAF (ID - 12612)

is. [ər.] köhn. Ətraf, tərəf, cəhət, ətrafdakı yerlər. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başladı. S.S.Axundov.

ƏKRƏM (ID - 12613)

sif [ər.] klas. Kəramətli, comərd, alicənab.

ƏKS (ID - 12614)

[ər.] 1. is. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. Aynada öz əksini görmək. Suda öz əksini görmək. Dəniz üzərində ulduzların əksi görünürdü....

ƏKS-CƏRƏYAN (ID - 12615)

is. [ər.] xüs. Cərəyanın əksinə olan cərəyan.

ƏKSETDİRİCİ (ID - 12616)

1. is. xüs. İşıq və ya istilik şüalarını, elektromaqnit dalğalarını əks etdirmək üçün cihaz. Avtomatın fənərinin əksetdiricisi.
2. sif. Əks etdirən, əks etdirmək üçün olan. Əksetdirici alət. Əksetdirici aynalar.

ƏKSETMƏ (ID - 12617)

is. xüs. Səs, işıq və s.-nin bir yerə dəyib geri qayıtması; inikas.

ƏKS-ƏMƏL (ID - 12618)

is. [ər.] xüs. Görülən işin əksi, ziddi.

ƏKSƏR (ID - 12619)

sif [ər.] Ən çox, lap çox, həddən ziyadə, ümumiyyətlə. Əksər hallarda (çox hallarda). - Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyiryaxşı. C.Məmmədquluzadə....

ƏKSƏRƏN (ID - 12620)

zərfi [ər.] Çox vaxt, çox zaman, çox hallarda. Əksərən onu axşamlar görmək olur. - Cəmilə Arzu qızı əksərən atasının öhdəsinə buraxırdı. S.Rəhimov. // Əksəriyyəti, çoxu. Əksərən uzunboğaz çəkmə, qalife şalvar və...

ƏKSƏRİYYƏT (ID - 12621)

is. [ər.] Çoxluq, ən böyük hissə. Böyük əksəriyyət. Camaatın əksəriyyəti. Əksəriyyət etibarilə. Adamların əksəriyyəti bu cür geyinir. Səsvermədə əksəriyyət iştirak edirdi. - [M.Qorkinin] əsərlərinin əksəriyyəti isə...

ƏKS-HƏMLƏ (ID - 12622)

[ər.] bax əks-hücum.

ƏKS-HÜCUM (ID - 12623)

is. [ər.] hərb. Hücuma qarşı olan hücum, hücum edən düşmənə qarşı hücum. Ani əks-hücum. Əks-hücuma keçmək. Düşmənin əks-hücumu nəticəsiz qaldı.
Bölük əks-hücuma keçdi. İ.Əfəndiyev. Hə, Tapdıq, bu da əks-hücuma...

ƏKS-İDDİA (ID - 12624)

is. [ər.] hüq. İddiaya qarşı irəli sürülən iddia.

ƏKSİK (ID - 12625)

b a x əskik. Əksik olmaz Koroğlunun qovğası; Düşər paşalarla cəngi, davası. “Koroğlu”. Şirvanda olan handa bir əksik gözəlin; Bir qəmzəsi yüz huriyü qılmanə dəyər. S.Ə.Şirvani.

ƏKSİNƏ (ID - 12626)

zərf. 1. Tərsinə, ziddinə. Əksinə hərəkət etmək. Bəzən əksinə olur. - ..Gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə. Vəziyyəti...

ƏKSİNQİLAB (ID - 12627)

is. [ər.] Öz hakimiyyətlərini saxlamaq, inqilabdan əvvəlki üsul və qaydaları bərpa etmək üçün istismarçı siniflərin inqilaba qarşı mübarizəsi. Əksinqilabla mübariz. Əksinqilab qüvvələrini darmadağın etmək.

ƏKSİNQİLABÇI (ID - 12628)

1. sif. Əksinqilaba xidmət edən, əksinqilab tərəfdarı. Əksinqilabçı partiyalar. Əksinqilabçı dəstələr. Əksinqilabçı təşkilatlar.
is. Əksinqilabda iştirak edən, əksinqilaba tərəfdar olan adam, əksinqilab iştirakçısı....

ƏKSİNQİLABÇILIQ (ID - 12629)

is. Əksinqilabçı mahiyyətdə olma, əksinqilaba xidmət etmə.

ƏKSİNQİLABİ (ID - 12630)

sif. İnqilab əleyhinə yönəldilmiş, ona zidd, düşmən olan; əksinqilabçı. Əksinqilabi çıxışlar. Əksinqilabi cinayət. Əksinqilabi qiyam hazırlamaq.

ƏKS-İSTİQAMƏT (ID - 12631)

is. [ər.] xüs. Hər hansı bir istiqamətin əksi, ziddi. Əks-istiqamətdə hərəkət etmək. Əks-istiqamətə yönəltmək.

ƏKS-KƏŞFİYYAT (ID - 12632)

is. [ər.] Düşmən agenturasına qarşı durmaq, casusluq, təxribatçılıq və s. ilə mübarizə aparmaq üçün təşkilat. ..Alman və osmanlı əks-kəşfiyyatı da ciddi surətdə işləyir və Cənubi Azərbaycanın hər tərəfində hörümçək...

ƏKS-KƏŞFİYYATÇI (ID - 12633)

is. Düşmən agenturasına qarşı mübarizə aparan kəşfiyyatçı.

ƏKSLİK (ID - 12634)

is. 1. Əks şeyin halı.
Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik. Fikirlər arasında əkslik.
fəls. Aralarında ziddiyyət olan əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mübarizəsi. Inkişaf əksliklərin...

ƏKS-MANEVR (ID - 12635)

is. [ər. əks və fr. maneoeuvre] hərb. Düşmənin manevrinə qarşı manevr.

ƏKS-SƏDA (ID - 12636)

is. [ər.] 1. Qayalara, bina tağlarına və s.-yə toxunandan sonra təkrar qayıdan və eşidilən səs. Musiqinin əkssədası. Uğultunun əks-sədası. - Dağa dersəm, eşidir, sonra verir əks-səda; Daşa dönmüşlərə əks eyləmədi fəryadım....

ƏKS-TƏDBİR (ID - 12637)

is. [ər.] Bir tədbirə qarşı görülən tədbir.

ƏKS-TƏKLİF (ID - 12638)

is. [ər.] Təklifə qarşı təklif.

ƏKS-TƏSİR (ID - 12639)

is. [ər.] Təsirə əks olan təsir. Təsir əks-təsirə bərabərdir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed