İzahlı lüğət

ƏRPLƏNMƏK (ID - 13240)

f Üstü ərplə örtülmək, ərp bağlamaq. Sirkənin ağzı açıq qalanda ərplənir. Çaydanın divarları və dibi ərplənmişdir.

ƏRRADƏ (ID - 13241)

is. [ər.] köhn. 1. Təkərlər üzərində yerləşdirilmiş top, mancanaq və s. altlığı. Çəkilməkdə ərradədə tuplər; Təbillərdə fəryad gup-guplər. M.Ə.Sabir.
2. Araba. Aşura günü tək bir səhər çağı; Yığdı ərradəyə...

ƏRRƏ (ID - 13242)

is. [fars.] İkidəstəli iri mişar, bıçqı. Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata. sözü).

ƏRRƏÇİ (ID - 13243)

is. Mişarçı, bıçqıçı.

ƏRSƏ (ID - 13244)

is. [ər.] 1. Meydan, açıq yer, boş yer; düzən. Bir ərsədə hər əsər ki gördüm; Sənsən deyib ol əsər, yügürdüm. Füzuli. Mahi-rəmazandır, yenə meydan da bizimdir; Meydan da bizim, ərsədə cövlan da bizimdir. M.Ə.Sabir.
□□...

ƏRSƏMƏK (ID - 13245)

is. qəd. Böyümək, kamala çatmaq. Ərsəmiş nər öldürdün; Qanlısan, gözəl maya. (Bayatı).

ƏRSİN (ID - 13246)

is. Xəmir işlərində və s.-də işlədilən dəmir kürəkcik şəklində alət. Təknədən xəmiri ərsinlə qazımaq. - Hər sözü təlim eləyir tərsinə; Dəyməz o bir paslı dəmir ərsinə. M.Ə.Sabir.
□□ Ərsinlə qazıyıb çıxarmaq...

ƏRSİNLƏMƏ (ID - 13247)

“Ərsinləmək” dən f.is.

ƏRSİNLƏMƏK (ID - 13248)

f. Ərsinlə qazımaq (qazıyıb çıxarmaq). Qazanın dibini ərsinləyib qazmaqları çıxarmaq.

ƏRSİNLƏNMƏ (ID - 13249)

“Ərsinlənmək” dən f.is.

ƏRSİNLƏNMƏK (ID - 13250)

məch. Ərsinlə qazınıb çıxarılmaq.

ƏRSİZ (ID - 13251)

sif. Əri olmayan, dul. Ərsiz qadın.
Bir bölük atlar; Çəməndə otlar; Ərsiz arvadlar; Bu balama qurban. (Bayatı). Mən [qızın] ailəsiz, ərsiz (z.), çocuqsuz olduğunu zənn edirdim. S.Hüseyn.

ƏRSİZLİK (ID - 13252)

is. Ərsiz qadının hal və vəziyyəti; dulluq.

ƏRŞ (ID - 13253)

is. [ər.] şair. Göy, asiman. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Müqtədirsən ucalıb ərşə qədər getməyə də; Cənnəti, həm də cəhənnəmləri seyr etməyə də. A.Səhhət.
□□...

ƏRUS (ID - 13254)

is. [ər.] Gəlin; yeni ərə getmiş və ya getmək üzrə olan qız. Bu gün sən özünə ərus gətirirsən. C.Məmmədquluzadə. [Gürcülər:] Oyan, ərusi-növbahar! Ayıl, ey afəti-cahan! Oyan, Xumar!.. H.Cavid.

ƏRUZ (ID - 13255)

ƏRVAH (ID - 13256)

is. [ər. “ruh” söz. cəmi] Ruh. Məcnun ilə Leyliyi qılıb yad; Ərvahlarını eylədin şad. Füzuli. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə.

ƏRVƏZ (ID - 13257)

is. məh. İməcilik.

ƏRZ1 (ID - 13258)

is. [ər.] 1. Yer (səma müqabili). Ərzü səmadə yoxdur bir zərrə səndən ayru. Nəsimi. Sanki ərz kürəsi vulkanları, zəlzələləri, daşqınları ilə ölmədə idi. H.Nəzərli. Ərzdən-səmaya qədər köhn. - Yer ilə göy qədər....

ƏRZ2 (ID - 13259)

is. [ər.] 1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar. □ Ərz etmək (qılmaq) - təqdim etmək. Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.
köhn. dan....

ƏRZ3 (ID - 13260)

is. [ər.] köhn. 1. En, genişlik (tul müqabili).
2. coğr. köhn. En dairəsinin köhnə coğrafiya kitablarındakı adı.

ƏRZAQ (ID - 13261)

is. [ər. “rizq” söz. cəmi] Yeyiləcək şeylər, yeyinti məhsulları. Ərzaq ehtiyatı. Ərzaq bolluğu. Ərzaq mağazası. Ərzaq anbarı. - Ağanınpambıq, ərzaq və xuşgəbar karvanının başı, ayağı məlum olmayırdı. Ə.Haqverdiyev....

ƏRZƏN (ID - 13262)

sif. Gecikmiş, dünyaya gec gəlmiş, gec yetişmiş.

ƏRZ-HAL (ID - 13263)

[ər.] bax ərizə. Və qələm götürdüm, ərz-hal yazıb Tiflis qubernatoruna verdim. C.Məmmədquluzadə. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə...

ƏRZİNDƏ (ID - 13264)

zərfi İçərisində, müddətində. Üç gün ərzində. Bir il ərzində. Bu iki həftənin ərzində. - O qədər ləziz xörəklər ki bircə ramazan ayında ortalığa gəlir, qeyri bu bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə. Muzdur Məşədi...

ƏSA (ID - 13265)

is. [ər.] Əl ağacı. Çiyninə aldı bir lətifəba; Əlinə aldı bir zərifiəsa. S.Ə.Şirvani. Molla Kərim də dişlərini qıcırdıb, əsasının şiş ucu ilə çuvalın o yan-bu yanına bir-iki dəfə vurdu. B.Talıblı. Hacı Rəsul, qonağın...

ƏSALI (ID - 13266)

sif. Əlində əsa olan. Anamdır, deyə Qeybalı alacalanmış gözləri ilə boz adamları süzüb dəmir əsalı adama cavab verdi. S.Rəhimov.

ƏSARƏT (ID - 13267)

is. [ər.] 1. Əsirlik, köləlik, qulluq; kölə, qul vəziyyəti. Əsarət zənciri. Əsarətdən qurtarmaq. - ..Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən də xilas olmalıyız. C.Məmmədquluzadə.
məc. Qəfəs, zindan, dustaqlıq....

ƏSAS (ID - 13268)

is. [ər.] 1. Bünövrə, özül, bina, təməl. Evin əsası çox möhkəmdir. // məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök. Operanın əsasını xalq dastanı təşkil edir.
Sif. mənasında. Başlıca, ən mühüm,...

ƏSASƏN (ID - 13269)

[ər.] 1. zərf Əsli, kökü etibarilə, əsas etibarilə, ümumi cəhətdən. Fikir əsasən doğrudur. Əsasən onunla razılaşmaq olar. - Maarif sahəsində mübarizə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq. Çayqırağı...

ƏSASİ (ID - 13270)

sif [ər.] köhn. b ax əsas 2-ci mənada. Əsasi cəhətlər. - Həyat əsasi bir dəyişikliyə uğrayınca ədəbiyyat büsbütün başını itirdi. C.Cabbarlı.

ƏSASLANDIRILMA (ID - 13271)

“Əsaslandırılmaq” dan f.is.

ƏSASLANDIRILMAQ (ID - 13272)

məch. 1. Təməli atılmaq, möhkəm təməl üzərində qurulmaq.
2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirilmək. İrəli sürülən fikirlər möhkəm dəlillərlə əsaslandırılmışdır.

ƏSASLANDIRMA (ID - 13273)

“Əsaslandırmaq” dan f.is.

ƏSASLANDIRMAQ (ID - 13274)

f 1. Təməlini atmaq, bünövrəsini (özülünü) qoymaq, möhkəm təməl üzərində qurmaq.
2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirmək, təsdiqləndirmək, inandırıcı sübutlar, dəlillər göstərmək (gətirmək)....

ƏSASLANMA (ID - 13275)

“Əsaslanmaq” danf.is.

ƏSASLANMAQ (ID - 13276)

ƏSASLI (ID - 13277)

sif 1. Əsası, bünövrəsi, təməli, özülü olan; köklü, möhkəm. Kifayət dərəcədə əsası olan, ciddi, tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış. Əsaslı səbəb. Əsaslı sübut. Əsaslı təklif.
Belə mühüm...

ƏSASLICA (ID - 13278)

zərf Əsaslı surətdə.

ƏSASLILIQ (ID - 13279)

is. 1. Əsaslı şeyin halı.
2. Ciddilik, tutarlılıq, inandırıcılıq. Sübutların əsaslılığı. Təklifin əsaslılığı. Dəlillərin əsaslılığına şübhə ola bilməz.

ƏSASNAMƏ (ID - 13280)

is. [ər. əsas və fars. ...namə] Qanun, qayda, nizamnamə. Seçkilər haqqında əsasnamə.

ƏSASSIZ (ID - 13281)

sif. 1. Bünövrəsiz, təməlsiz.
2. Heç bir sübuta, dəlilə, həqiqətə istinad etməyən, əsilsiz; inandırıcı olmayan, yalan, tutarsız. Əsassız ittiham. Əsassız şübhə. Əsassız nəticə. - Onun verdiyi xəbərlərin bir çoxu...

ƏSASSIZLIQ (ID - 13282)

is. 1. Bünövrəsizlik, təməlsizlik.
2. Heç bir sübuta, dəlilə, gerçəkliyə istinad etməmə; əsilsizlik, həqiqətdən məhrumluq, tutarsızlıq. Şayiənin əsassızlığı. Çıxarılan nəticənin əsassızlığı. Irəli sürülən...

ƏSATİR (ID - 13283)

is. [ər. əsli yun.] Allahlar, əfsanəvi qəhrəmanlar və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalq nağıl və əfsanələri; mifologiya. Zərdüşt haqqında əsatir. Yunan əsatiri. Iran əsatiri. Xalqın həqiqi tarixi,...

ƏSATİRİ (ID - 13284)

sif. [ər.] Əsatirə aid olan, əsatir qəbilindən olan; əfsanəvi, mifoloji.

ƏSBAB (ID - 13285)

is. [ər. “səbəb” söz. cəmi] köhn.
Səbəblər, dəlillər; səbəb, dəlil.
2. Silah, yaraq. [Zalxa Tarverdiyə:] Əlbəttə, sənin də yaraq, əsbabın olacaq. M.F.Axundzadə. // Alət, hacət, avadanlıq, ləvazimat.

ƏSBABLI (ID - 13286)

sif. Silahlı, yaraqlı, silahlanmış. [Tarverdi:] Görəsən, sövdəgər tayfası yaraqlı, əsbablı yola çıxar, ya elə bomboş? M.F.Axundzadə.

ƏSBƏ (ID - 13287)

is. Qızdırma ilə başlayıb, səpgiyə çevrilən bir xəstəlik. Əsbə xəstəliyi ən çox uşaqlarda olur. Əsbə çıxarmaq.

ƏSBƏGÜLÜ, ƏSBƏÇİÇƏYİ (ID - 13288)

is. Tarlalarda, çöllərdə bitən bənövşə rəngli bir çiçək. Xalq təbabətində əsbəgülünü əsbə azarının müalicəsində işlədirlər.

ƏSDƏMİ (ID - 13289)

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed