İzahlı lüğət

ƏTRƏNGİ (ID - 13490)

sif Ət rəngində olan. Ətrəngi corab.

ƏTRİYYAT (ID - 13491)

ƏTSİZ (ID - 13492)

sif 1. Arıq, əti az. Ətsiz qoyun.
2. Ətdə bişməmiş, əti olmayan. Ətsiz xingal. Ətsiz xəmiraşı. Ətsiz şorba. Ətsiz xörək.

ƏTSİZLƏMƏ (ID - 13493)

“Ətsizləmək” dən f.is.

ƏTSİZLƏMƏK (ID - 13494)

f. 1. Arıqlamaq, ətini tökmək. Qışda qoyunlar ətsizləşir.
2. dan. Ürəyi ət, ətli xörək istəmək. Axır vaxtlar lap ətsizləmişəm.

ƏTSİZLİK (ID - 13495)

is. 1. Arıqlıq. Ət olmaması, ət qıtlığı. Xörəkdə ət olmaması.

ƏTSUYU (ID - 13496)

is. aşp. 1. Əti qaynadıqdan sonra hasil olan yağlı və qidalı su; bulyon.
2. Bozbaş.

ƏTTAR (ID - 13497)

is. [ər.] köhn. 1. Ətirli şeylər, ədəvat və s. satan adam. Elm və maarif.. hamının arasında yayılmalıdır, çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdırlar. M.F.Axundzadə. Əttar dükanı...

ƏTTARLIQ (ID - 13498)

is. köhn. Əttarın işi, sənəti, peşəsi. Əttarlıq etmək. - [Mirzə Turab:] ..Amma [İsmayıl bəyin] nə həkimlikdən başı çıxır, nə də əttarlıqdan. B.Talıblı.

ƏTTÖVBƏ (ID - 13499)

is. [ər.] Etdiyi əməlindən peşman olub tövbə etmə, bir daha etməyəcəyinə söz vermə. Tövbə, əttövbə, xəta rahinə getdiklərimə; Bilib etdiklərimə, bilməyib etdiklərimə. M.Ə.Sabir.

ƏTÜRPƏRDƏN (ID - 13500)

sif Çox ağır təsir edən, insanda dəhşət oyadan. Hanı o buzlu Sibirə doğru uzanan boz geyimli dustaqların ətürpərdən qandal səsləri? M.Hüseyn. Leyladan ətürpərdən bir səs çıxdı: - Bu ola bilməz! Müalicə zamanı həkimin qəlbində...

ƏTÜRPƏRDİCİ (ID - 13501)

bax ətürpərdən.

ƏTVAR (ID - 13502)

is. [ər. “tövr” söz. cəmi] Davranış, adamlarla münasibət. Cəhd eylə, sən ancaq nəzəri-xalqda pak ol; Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvarda xak ol; Sök, aləmi yandır. M.Ə.Sabir. Bahadırın gözəl əxlaq və ətvarına...

ƏT-YAG (ID - 13503)

top. dan. Ət və yağ. Qara çınqılın köbəsində qalanmış ocaqlardan gur tüstü qalxır, .. ət-yağ ətri ətrafı bürüyürdü. Ə.Vəliyev. □ Ət-yağ içində böyümək gen-bolluqla, rifah içərisində böyümək, hər cəhətdən təmin...

ƏTYEMƏZ (ID - 13504)

sif Ət yeməyən, kəsilmiş heyvan ətini yeməyən.

ƏTYEYƏN (ID - 13505)

sif Ətlə qidalanan.

ƏVAXİR (ID - 13506)

is. [ər. “axir” söz. cəmi] klas. Axır, son vaxtlar.

ƏVAXİRDƏ (ID - 13507)

zərf klas. Axırda. Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi. M.F.Axundzadə.

ƏVAXİRİNDƏ (ID - 13508)

zərf klas. Axırlarında. Haman ilin yaz fəslinin əvaxirində, elə yadımdadır ki, may ayının axırı idi. C.Məmmədquluzadə.

ƏVAM (ID - 13509)

[ər.] bax avam. [Məmmədağa:] Əvam da var, əvam da... Amma bunlar kimi əvam mən görməmişəm. N.Nərimanov. [Əxistan:] Əvam camaatı aldatmaq üçün; Bəzi tədbirlərə əl atmalıyam. M.Rahim.

ƏVAMLIQ (ID - 13510)

b a x avamlıq.

ƏVAMÜNNAS (ID - 13511)

is. [ər.] köhn. Avam qara camaat. Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər şənü şərəfdən, mollalar, işanlar, insanlar! M.Ə.Sabir. [Hacı Rəsul:] Indi budur, bir para .. əvamünnas deyir:
Yox, ünas tayfasına oxumaq...

ƏVAYİL (ID - 13512)

zərf [ər. “əvvəl” söz. cəmi] klas. Əvvəllər, ilk vaxtlar. [Molla Həmid:] Sən ikipudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvayilində otuz pud gümüş mövcuddur. M.F.Axundzadə. ..Ortancı əsrlərin əvayilində məşhur...

ƏVƏLİK (ID - 13513)

is. bot. Xalq təbabətində işlənən, habelə qurudulmuş yarpaqları aşa qatılan, enliyarpaq, birillik ot bitkisi. Acı əvəlik. Şirin əvəlik. - ..Qızlar əvəlik, boymadərən, qaymaqotu dərirlər. Ə.Vəliyev.

ƏVƏLİKÇİLOV (ID - 13514)

is. Əvəlik qatılmış düyüdən bişirilən çilov. Əvəlikçilovu qatıqla yeyirlər.

ƏVƏLİKLİ (ID - 13515)

sif. Əvəlik qatılaraq bişirilmiş. Əvəlikli çilov (aş).

ƏVƏLİKPLOV (ID - 13516)

is. Əvəlik qatılmış düyüdən bişirilən plov.

ƏVƏT (ID - 13517)

əd. [türk.] Təsdiq bildirir - bəli, hə. Baxdım ki, əzim bir cəmaət; Eyzən ürəfa, əvət, həqiqət. M.Ə.Sabir. [Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. H.Cavid.

ƏVƏZ (ID - 13518)

is. [ər.] 1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir. Əvəz etmək (eləmək) - 1) yerini tuta bilmək. Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli...

ƏVƏZÇİ (ID - 13519)

sif. və is. 1. Eyni zamanda bir neçə yerdə işləyən, bir neçə vəzifə tutan (şəxs). Əvəzçi işçi. Əvəzçi müəllim. O, bizim idarədə əvəzçidir.
2. İntiqamçı, əvəz çıxarmağa çalışan adam.

ƏVƏZÇİLİK (ID - 13520)

is. 1. Eyni zamanda bir neçə vəzifə aparma, eyni zamanda bir neçə yerdə qulluq etmə. Əvəzçilik işin keyfiyyətinə ziyan vurur. Əvəzçiliklə mübarizə.
2. İntiqamçılıq, əvəz çıxmağa çalışma.

ƏVƏZEDİCİ (ID - 13521)

is. Bir şeyi əvəz edən, onun əvəzində işlənən şey. Qan əvəzediciləri. // Sif. mənasında. Əvəzedici maddə. Əvəzedici element.

ƏVƏZEDİCİLİK (ID - 13522)

is. Əvəzetmə, əvəz edə bilmə.

ƏVƏZEDİLMƏZ (ID - 13523)

sif. Heç bir şeylə, heç bir başqa adamla əvəz edilə bilməyən, əvəzi tapıla bilməyən, əvəzi olmayan, çox qiymətli. Əvəzedilməz işçi. Əvəzedilməz mütəxəssis.

ƏVƏZEDİLMƏZLİK (ID - 13524)

is. Əvəzedilməz şeyin vəziyyəti, halı, xüsusiyyəti.

ƏVƏZETMƏ (ID - 13525)

is. 1. Əvəzləmə.
kim. Birləşmə və ünsürlərin qarşılıqlı təsiri ilə yeni birləşmə və ünsürlər alınan kimyəvi reaksiya. Əvəzetmə reaksiyası.
əvəz-əvəz zərf Bir şeyin əvəzində, qarşılıq olaraq.

ƏVƏZLƏMƏ (ID - 13526)

"Əvəzləmək” dən f.is.

ƏVƏZLƏMƏK (ID - 13527)

f Bir şey verib əvəzində başqasını almaq. // Bir şeyi başqası ilə əvəz etmək.

ƏVƏZLƏNDİRİLMƏ (ID - 13528)

“Əvəzləndirilmək” dən f.is.

ƏVƏZLƏNDİRİLMƏK (ID - 13529)

məch. Başqası ilə əvəz edilmək, əvəz olunmaq.

ƏVƏZLƏNDİRMƏ (ID - 13530)

“Əvəzləndirmək” dən f.is.

ƏVƏZLƏNDİRMƏK (ID - 13531)

bax əvəzləmək.

ƏVƏZLƏNMƏ (ID - 13532)

"Əvəzlənmək” dən f.is.

ƏVƏZLƏNMƏK (ID - 13533)

məch. Başqası tərəfindən əvəz edilmək, əvəz olunmaq.

ƏVƏZLƏYİCİ (ID - 13534)

is. xüs. Bir neçə qüvvəni əvəz edən qüvvə.

ƏVƏZLİK (ID - 13535)

is. 1. Əvəz olaraq verilən şey, qarşılıq.
qram. İsimdən, sifətdən, saydan fərqli olaraq öz-özlüyündə müəyyən bir şeyi, yaxud keyfiyyəti ifadə etməyən, lakin nitqdən asılı olaraq belə bir məna kəsb edən söz nitq hissəsi....

ƏVƏZOLUNMA (ID - 13536)

is. Əvəzlənmə.

ƏVƏZOLUNMAZ (ID - 13537)

bax əvəzedilməz. Ağuz südü təzə doğulmuş qulun üçün əvəzolunmaz qiymətli qidadır.

ƏVƏZOLUNMAZLIQ (ID - 13538)

is. Əvəz oluna bilməmə, əvəzi olmama.

ƏVƏZSİZ (ID - 13539)

sif 1. Əvəzi olmayan, əvəz oluna bilməyən, başqası ilə əvəz edilə bilməyən. Əvəzsiz yoldaş. - ..Bünyadın dostu da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət sayanlardandı. M.Hüseyn. Zahid [Rübabənin] həmişəlik və əvəzsiz...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed