İzahlı lüğət

ƏHƏNGLİ (ID - 12490)

sif 1. İçərisində, tərkibində əhəng olan, əhənglə qatışıq. Əhəngli kükürd. Əhəngli sular. Əhəngli gübrələr. Əhənglə ağardılmış. Əhəngli divarda taxtabiti az olar. - Faraların işığı artırmanın əhəngli divarını...

ƏHƏNGO (ID - 12491)

is. məh. Əhəngli su.

ƏHƏNGSATAN (ID - 12492)

is. Əhəng satmaqla məşğul olan adam; əhəngçi.

ƏHƏNGSƏPƏN (ID - 12493)

is. xüs. Qumun və s.-nin üstünə əhəng səpmək üçün inşaat işlərində işlədilən maşın və s. qurğu.

ƏHƏNGSÖNDÜRƏN (ID - 12494)

sif xüs. Əhəng hazırlanması işlərində işlədilən maşın və s. qurğu.

ƏHƏNGYANDIRAN (ID - 12495)

is. Əhəng hazırlayan usta; əhəngçi.

ƏHKAM (ID - 12496)

is. [ər. “hökm” söz. cəmi]. 1. Hər hansı bir dini təlimin, yaxud nəzəriyyənin rəddolunmaz və mütləq yerinə yetirilməli olan əsas və dəyişməz müddəaları, qanunları. Roma hüququ əhkamları. Dini əhkamlar. - Əhkami-şərə...

ƏHKAMCASINA (ID - 12497)

zərf. Əhkam kimi, əhkam şəklində, qeyri-tənqidi; sübutsuz-dəlilsiz, qəti olaraq.

ƏHKAMÇI (ID - 12498)

is. Hər şeyi əhkam kimi qəbul edən və başqalarına da qəbul etdirməyə çalışan adam; əhkamçılıq tərəfdarı.

ƏHKAMÇILIQ (ID - 12499)

is. kit. Hər şeyi əhkam kimi qeyri-tənqidi qəbul etmə; yalnız quru əhkamlara əsaslanan qeyri-tənqidi təfəkkür.

ƏHKAMLAŞDIRILMA (ID - 12500)

“Əhkamlaşdırılmaq” dan f.is.

ƏHKAMLAŞDIRILMAQ (ID - 12501)

məch. Əhkam halına salınmaq.

ƏHKAMLAŞDIRMA (ID - 12502)

“Əhkamlaşdırmaq” dan f.is.

ƏHKAMLAŞDIRMAQ (ID - 12503)

f Əhkam halına salmaq.

ƏHL (ID - 12504)

is. [ər.] 1. köhn. Yiyə, malik, sahib (bu mənada adətən tərkibdə işlənir; məs.: sərvət əhli, dərd əhli. Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. Qüvvətli təbiət də bizə baş əyir...

ƏHLİ (ID - 12505)

sif [ər.] 1. Əhliləşdirilmiş, ələ öyrədilmiş; əhliləşmiş, ələ öyrənmiş. [Qəhrəman:] Bununla belə [fil] özü çox həlim və yumşaq heyvandır. Bunu tutub əhli heyvan edirlər. “Məktəb”.
2. Görmüş, keçirmiş, yaxşı-pis...

ƏHLİ-XİBRƏ (ID - 12506)

is. [ər.] hüq. bax ekspertiza. Bir şəxsin anlaqsız olmasını, yəni məsuliyyətə qabil olmamasını müəyyən etmək üçün mütləq həmin şəxs tibbi əhli-xibrəyə göndərilməlidir. V.Qəhrəmanov.

ƏHLİLƏNMƏ (ID - 12507)

“Əhlilənmək” dən f.is.

ƏHLİLƏNMƏK (ID - 12508)

b ax əhliləşmək.

ƏHLİLƏŞDİRİLMƏ (ID - 12509)

“Əhliləşdirilmək” dən f.is. Vəhşi heyvanların əhliləşdirilməsi.
Camışların əhliləşdirilməsinə çox qədim zamanlarda Asiyada başlanmışdır. A.Ağabəyli.

ƏHLİLƏŞDİRİLMƏK (ID - 12510)

məch. Əhli edilmək, ələ öyrədilmək. Tülkü balası əhliləşdirilmişdir.

ƏHLİLƏŞDİRİLMİŞ (ID - 12511)

f.sif. Əhli edilmiş, ələ öyrədilmiş. Əhliləşdirilmiş ayı. Əhliləşdirilmiş heyvan.

ƏHLİLƏŞDİRMƏ (ID - 12512)

“Əhliləşdirmək” dən f.is.

ƏHLİLƏŞDİRMƏK (ID - 12513)

f 1. Vəhşi heyvanı əhli etmək, ələ öyrətmək. Bu gün bizə xidmət edən bütün heyvanları insanlar əhliləş dirmişlər. - İnsan öz arzusuna müvafiq olaraq vəhşi çəki balığının təbiətini dəyişdirmiş və onu əhliləşdirmişdir....

ƏHLİLƏŞMƏ (ID - 12514)

“Əhliləşmək” dən f.is. Əhliləşmə təsiri ilə heyvanlarda bir sıra dəyişikliklər əmələ gəlmişdir. “Ümumi zootexniya”.

ƏHLİLƏŞMƏK (ID - 12515)

f. 1. Əhli olmaq, ələ öyrəşmək (vəhşi heyvan haqqında).
2. məc. zar. Adamlara uyuşmaq, alışmaq; adamlarla ünsiyyət, ülfət etməyə öyrəşmək; cəmiyyətdə özünü aparmağa alışmaq.

ƏHLİLƏŞMİŞ (ID - 12516)

f.sif.. Əhli olmuş, ələ öyrəşmiş. Əhliləşmiş dəvə.

ƏHLİ-SƏLİB (ID - 12517)

is. [ər.] tar. XI-XIII əsrlərdə Qərbi Avropa feodallarının, katolik kilsəsinin təşəbbüsü və təhriki ilə müqəddəs torpağı, yəni Fələstini müsəlmanların əlindən qurtarmaq bəhanəsi ilə Yaxın Şərq ölkələrinə etdikləri...

ƏHLİYYƏT (ID - 12518)

is. [ər.] 1. Ləyaqət, iqtidar, etibarlılıq, səlahiyyət. Əhliyyəti çatmır. Bu işdə onun əhliyyəti var.
2. Əhli etmə, ələ öyrətmə. Buna görə də onları bir ev quşu kimi əhliyyətə almağı və həyata öyrətməyi bacarmalıyıq....

ƏHMƏDİ-BİQƏM (ID - 12519)

is. dan. Qəmsiz, dərdsiz, qayğısız adam. Əhmədi-biqəmin biridir.
Ancaq qızın bu qədər Əhmədi-biqəm olması, tənbəllik etməsi, qəsdən özünü işə verməməsi onu təbdən çıxartmışdı. Ə.Vəliyev. Bu dəllalların içində...

ƏHMƏQ (ID - 12520)

[ər.] bax axmaq. Əlhəq, münəccimbaşı dəxi, görünür ki, əhməq imiş. M.F.Axundzadə. Gücümü mən bilə-bilə nahaq; Şirə qıldım hücum, mən əhməq. Səhhət. Ağzını, az qaldı ki, dartıb cıraydım əhməqin! Yumruğumla qol-qabırğasın...

ƏHMƏR (ID - 12521)

sif. [ər.] klas. Qırmızı. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar. Q.Zakir. Rəngi-ruyi qızılgüldən əhmərdir; Əl-ayağı, sanasan ki, mərmərdir. Aşıq Ariz. Bəzənirsiz al qumaşa; Əhmər, yaqut,...

ƏHRAM (ID - 12522)

is. [ər.] 1. İndi piramida adlanan həndəsi cismin köhnə terminologiyadakı adı.
Qədim Misir fironlarımn mumiyalanmış cənazələrinin saxlandığı, alt tərəfi dördbucaq şəklində, yuxarı qalxdıqca daralıb şişləşən, daşdan...

ƏHRAMVARİ (ID - 12523)

sif. Əhrama oxşayan, əhram şəkilli, getdikcə yuxarısı daralan.

ƏHRİMƏN (ID - 12524)

is. [fars.] Zərdüşt dinində: şər allahı, şər və zülmət mənbəyi. // məc. Pis qüvvə, mənhus qüvvə, şər qüvvə. [Bəlli Əhməd:] Paşa, Koroğlunu heç əhrimənlər tuta bilmir. “Koroğlu”. Qoyma əğyar eyləsin kuyində cövlan,...

ƏHSƏN (ID - 12525)

nida [ər.] 1. Bəyənmə, tərif bildirir - afərin! barakallah! eşq olsun! Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama! - Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər:...

ƏHVAL (ID - 12526)

is. [ər. “hal” söz. cəmi] 1. Kef, hal, ruhi vəziyyət. Əhvalın necədir? - Bəli, dərd əhlinin əhvalını dərd əhli bilir; Kimsə bilməz ki, necə yardan oldum məyus. S.Ə.Şirvani.
Keyfiyyət, vəziyyət, hal. Güldükcə təbiət...

ƏHVALAT (ID - 12527)

is. [ər.] Hadisə, olmuş iş, olub keçən işlər, qəziyyə. Əhvalatı söylədi. Əhvalat vaqe olur.. Əhvalatdan xəbərin varmı? - Alı kişi əhvalatı oğluna danışdı. “Koroğlu”. [Əhməd:] ..Əhvalat uzundur. Mən müxtəsər edirəm.....

ƏHVALLAŞMA (ID - 12528)

“Əhvallaşmaq” dan f.is.

ƏHVALLAŞMAQ (ID - 12529)

qarş. Bir-birinin əhvalını, kefini, halını soruşmaq; salamlaşmaq. Onlar əhvallaşıb dərdləşdilər. S.Rəhimov. Urəyin istəyən adam ilə danışmağa, əhvallaşmağa vaxt tapılar.. Mir Cəlal.

ƏHVALLI (ID - 12530)

sif. dan. 1. Yaxşı xasiyyətli, xoşagələn, deyib-gülən, xoşsöhbət. Əhvallı adam. Əhvallı kişidir. - [Müdir:] Amma əcəb də əhvallı zabit idi. H.Nəzərli.
Varlı, dövlətli, tanqahlı. Əhvallı adam.
Yaşlı, hörmətli....

ƏHVALPÜRSAN (ID - 12531)

is. [ər. əhval və fars. ...pürsan] köhn.: əhvalpürsan olmaq- xəbər tutmaq, vəziyyəti öyrənmək. ..Zəlzələnin nəticəsindən əhvalpürsan olduq. C.Məmmədquluzadə. Hamısı əhvalpürsan olur. Fəramərz kişi əhvalatı söyləyir.....

ƏHVALPÜRSANLIQ (ID - 12532)

is. köhn. Bir-birinin əhvalını soruşma, salamlaşıb əhvallaşma. Elə bu yerdə Kərəmin bir neçə dostu əhvalpürsanlığa gəldilər. “Əsli və Kərəm”. Salamlaşdıqdan və əhval-pürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik....

ƏHVALİ-RUHİYYƏ (ID - 12533)

is. 1. Ruhi hal, ruhi vəziyyət. Düşkün əhvali-ruhiyyə. - ..Fərdiyyətçilik və xüsusiyyətçilik əhvali-ruhiyyəsi ölməkdədir. M.İbrahimov.
2. Bir şəxsin, ya kütlənin, cəmiyyətin fikri, hissiyyatı. Ictimaiyyətin əhvali-ruhiyyəsi....

ƏHYA (ID - 12534)

is. [ər.] klas. 1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli.
məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb...

ƏHYANA (ID - 12535)

bağl. dan. Əgər, hərgah, işdir. İşdi, əhyana birdən tutulsan, onda bir qurğu qurub Koroğlunu Bayazidə göndərəcəyəm. “Koroğlu”. [Səkinə xanım:] ..Sandıqlar içində aparıb, şahid-sübut ilə hakimi-şərə tapşırdı ki, əgər,...

ƏXBAR (ID - 12536)

ƏXƏVİ (ID - 12537)

is. [ər.] köhn. Qardaş. [Mirhaşım:] Hamınıza məlumdur ki, bəndənin kiçik əxəvisi banki-şahənşahidə qulluq edir. P.Makulu.

ƏXƏVİZADƏ (ID - 12538)

is. [ər.] köhn. Qardaşoğlu.

ƏXİ (ID - 12539)

is. [ər.] klas. 1. Qardaş.
2. tar. Cəm şəklində: əxilər - orta əsrlərdə Kiçik Asiyada və qismən Azərbaycanda meydana gəlmiş “Zəhmət qardaşlığı” deyilən cəmiyyətin üzvləri. [Qoca:] Əxilər məclisində mən səninlə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed