ƏVVƏL (ID - 13540)zərf [ər.] 1. İlk dəfə, birinci dəfə. [Dərviş:] Ruqiyyə əvvəl babasına yaxın düşə bilmirdi. A.Divanbəyoğlu.
Is. mənasında. Başlanğıc, ibtida. Işin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əvvəli. // Qoş. mənasında.... |
ƏVVƏLA (ID - 13541)ara s. [ər.] Birincisi, birinci olaraq, ən əvvəl. [Nəcəf bəy:] Qəhrəman bəyin, əvvəla, pulu yoxdur. Ə.Haqverdiyev. [Omər:] Əvvəla, qızı görməmişəm və ondan savayı, qız on, ya on bir yaşında. Məgər bu sində qızı almaqmı...
|
ƏVVƏL-AXIR (ID - 13542) zərf Gec-tez. Bilirdim ki, əvvəl-axır başıma; Gətirəcək qalmaqalı gözlərin. Q.Zakir. [Əsgər:] Əvvəl-axır çötkə gələcəkdir. N.Vəzirov.
|
ƏVVƏLCƏ (ID - 13543)zərf 1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi. - [Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzadə. // Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı...
|
ƏVVƏLCƏDƏN (ID - 13544)zərf Qabaqcadan, əvvəldən. Əvvəlcədən tədarük görmək. Əvvəlcədən şərtləşmək. - Bunlar hamısı əvvəlcədən hazırlanmış oyundur. M.İbrahimov. Gileygüzarov əvvəlcədən qonaqların siyahısını tutar.. S.Rüstəm.
|
ƏVVƏLDƏN (ID - 13545)zərf Qabaqdan, lap irəlidən, əvvəl vaxtdan, ilk vaxtdan, ibtidadan. Mən bunu əvvəldən bilirdim. Şərti əvvəldən demək lazım idi. - Hər kim əvvəldən inanmış hər nəyə; Bir də ram olmaz o, digər bir şeyə. H.Cavid. Hər qəbir...
|
ƏVVƏLƏN (ID - 13546)[ər.] bax əvvəla. Əvvələn, biz onu tanımırıq, ikincisi... Əvvələn, o bizim dediklərimizlə razı olmaz, sonra isə... - Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam; Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?! M.Ə.Sabir....
|
ƏVVƏLİNCİ (ID - 13547)bax birinci. Əvvəlinci sıra. Əvvəlinci övlad. Əvvəlinci yeri tutmaq. Əvvəlinci rolları oynamaq. - [Nazlı:] Doğrudur, bir neçə adam bilir ki, Yusif ilə sən əvvəlinci dəfə görüşməyirsən. N.Nərimanov. Birdən uzunboylu müsafir,...
|
ƏVVƏLKİ (ID - 13548) sif. 1. Yer, sıra, zaman, say və s. etibarilə - birinci. Şəkildə sağdan əvvəlki adam. Əvvəlki müzakirə daha canlı keçdi.
Bundan qabaqkı, bundan əvvəl olmuş, keçmişdə olan, keçmiş. Əvvəlki hadisələrin izləri. Əsərin... |
ƏVVƏLLƏR (ID - 13549)zərfi 1. İlk zamanlar, ilk çağda, ibtida. Əvvəllər işdən çox qorxurdum. // İs. mənasında. İlk günlər, başlanğıc, ibtida. Dərs ilinin əvvəlləri. XX əsrin əvvəlləri.
Keçmişdə, keçmiş zamanda. Əvvəllər onun gözəl... |
ƏVVƏLLƏRDƏ (ID - 13550)bax əvvəllər. Əvvəllərdə bizə çox gələrdi. O, əvvəllərdə də çox arıq idi. - Zeynal əvvəllərdə Mehribanı sevirdi. S.Hüseyn.
|
ƏVVƏLLƏRİ (ID - 13551)bax əvvəllər 1 və 2-ci mənalarda. ..Əvvəlləri Məşədi Molla Həsən kitab satardı. C.Məmmədquluzadə. [Cəmil bəy] əvvəlləri azacıq yorğun kimi idi. H.Cavid. Mart ayının əvvəlləri idi. Ə.Vəliyev.
|
ƏYAL (ID - 13552)is. [ər.] köhn. 1. Ailə, külfət. [Yusif Sərrac] öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə. İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular. M.Ə.Sabir. Para nədir? Uzünü gördüyüm...
|
ƏYALƏT (ID - 13553)is. [ər.] 1. tar. Bir valinin idarəsi altında olan ölkə. Həmədan ilə Bağdad, Həmədan ilə Iraq, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. M.S.Ordubadi.
Bəzi dövlətlərdə:... |
ƏYAN1 (ID - 13554) sif. [ər.] Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Onun düzgünlüyü hamıya əyandır. Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdiyim! Qurbanidir,...
|
ƏYAN2 (ID - 13555) top. [ər.] köhn. Keçmişdə: ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar. Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. A.Şaiq....
|
ƏYANİ (ID - 13556)sif. [ər.] 1. Açıq, aşkar, gözlə görünən, göz qabağında olan, tamamilə aydın, inandırıcı. Əyani misal. Əyani sübut, dəlil. // Zərf mənasında. Deyilənləri əyani göstərmək.
2. ped. Məktəbdə öyrənilən fənlərə dair... |
ƏYANİLİK (ID - 13557)is. 1. Əyani şeyin halı; əyani olma. Təbiyyat dərslərində əyanilik əsas şərtdir.
2. Göz önündə olma, aşkarlıq, aydınlıq, inandırıcılıq. |
ƏYANLIQ (ID - 13558)is. Əyan rütbəsi.
|
ƏYAR (ID - 13559)is. [ər.] 1. Qiymətli metalın saflıq və xalislik dərəcəsi. Üzüyün əyarı. Qızıl pulun əyarı.
2. Düzgünlük, dəqiqlik. |
ƏYARQABI (ID - 13560)is. Bəzi maddələrin miqdarını müəyyən etmək üçün ölçü qabı. Bizim kəndlilərin hər birinin evində bir əyarqabı olar ki, onun içinin nə qədər yağ tutması birdəfəlik müəyyən edilir. Ə.Haqverdiyev.
|
ƏYDƏM (ID - 13561)is. Əyrilik, bir yeri əyri olan şey.
|
ƏYDƏMLİ (ID - 13562)sif. Bir yerində əyrilik olan.
|
ƏYDİRMƏ (ID - 13563)“Əydirmək” dən f.is.
|
ƏYDİRMƏK (ID - 13564)“Əymək” dən icb. Budağı əydirmək.
|
ƏYƏ1 (ID - 13565) bax adə. [Kürd Musa:] Murad! Əyə, .. sənin yaxşı səsin var; Onun sözlərindən bir oxu, barı! S.Vurğun. [Koxa:] Əyə, uşaq-uşaq danışma, ballı xəşildən səni buraxdı yoxdur, - dedi. S.Rəhimov.
|
ƏYƏ2 (ID - 13566) is. xüs. Əyələmək üçün işlədilən polad alət; suvand.
|
ƏYƏ3 (ID - 13567) is. mif. məh. Hami ruh.
|
ƏYƏLƏMƏ (ID - 13568)“Əyələmək” dən f.is.
|
ƏYƏLƏMƏK (ID - 13569)f Metalın üzərindən müəyyən qatı əyə ilə sürtüb götürməklə ona dəqiq ölçü vermək və hamarlamaq; suvandlamaq.
|
ƏYƏLƏNMƏ (ID - 13570)“Əyələnmək” dən f.is.
|
ƏYƏLƏNMƏK (ID - 13571)məch. Əyə ilə sürtülmək; suvandlanmaq.
|
ƏYİLMƏ (ID - 13572)“Əyilmək” dən f.is.
|
ƏYİLMƏK (ID - 13573)f 1. Əyri hala düşmək. Dəmir əyildi. Məftil əyilib.
Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. Ağacın budaqları əyilib. - Ev köhnə evə oxşayır. Çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə.... |
ƏYİLTMƏ (ID - 13574)“Əyiltmək” dən f.is.
|
ƏYİLTMƏK (ID - 13575)f Əyri etmək, əyri hala salmaq.
|
ƏYİN (ID - 13576)is. 1. Bədənin başdan qeyri bütün hissəsi. Əyninə yeni kostyum geymişdir. Əynində heç bir şey yoxdur (çılpaqdır). Əynində donu yox, başına papaq axtarır. (Ata. sözü). Həyətin sol tərəfindən Vəliqulu, əynində cındır gödək...
|
ƏYİN-BAŞ (ID - 13577) is. Paltar, üst-baş. Özünə bir yaxşı əyin-baş düzəltdi. - [Hafizə xanım:] Əynin-başın bir az düzəlibdir, elə bilirsən bir şeysən? Ə.Haqverdiyev. Bir iyirmi manat da uşaqların və Mehribanın əyin-başı götürər. S.Hüseyn....
|
ƏYİNDİRİK (ID - 13578)is. dan. Köynəyin arxasına salınan astar. Əyindirik köynəyin tez yırtılmasına mane olur.
|
ƏYİNTİ (ID - 13579)is. 1. Əyilmiş yer, əyri, bir şeyin əyilmiş hissəsi. Borunun əyintisini düzəltmək.
2. məc. Hər hansı bir işdə düzgün xəttin pozulması, səhvə yol verilməsi, zərərli ifratçılıq. Işdə əyintiyə yol verməmək. Əyintiləri... |
ƏYİRDƏK (ID - 13580)is. Südlə yoğrulub yağda qızardılmış kövrək qoğal. Camal əmi səliqə ilə iki torba əyirdək, bir torba qovurğa, bir torba iydə .. yeşiyə qabladı. Ə.Vəliyev.
|
ƏYİRDİLMƏ (ID - 13581)“Əyirdilmək” dən f.is.
|
ƏYİRDİLMƏK (ID - 13582)“Əyirtmək” dən məch.
|
ƏYİRİCİ (ID - 13583)1. sif xüs. İplik və s. əyirən. Əyirici sexi.
2. is. İplik əyirən usta. Qız yavaş-yavaş əyirici peşəsinə yiyələndi. |
ƏYİRİCİLİK (ID - 13584)is. Əyirmə işi, əyiricinin işi, sənəti.
|
ƏYİRİLMƏ (ID - 13585)“Əyirilmək” dən f.is.
|
ƏYİRİLMƏK (ID - 13586)“Əyirmək” dən məch.
|
ƏYİRİLMİŞ (ID - 13587)f.sif. Əyirilərək ip halına salınmış. [Gülsüm:] Nə xəbər, qaçaqaç deyil ki, mənim hələ əyirilmiş yunum var. C.Cabbarlı.
|
ƏYİRMƏ (ID - 13588)1. “Əyirmək” dən f.is.
sif Əyirilmiş. Əyirmə yundan corab toxuyurlar. |
ƏYİRMƏK (ID - 13589)f Əllərin arasında, yaxud müxtəlif mexanizmlər vasitəsilə yun, pambıq liflərini eşib ip halına salmaq. Cəhrəsi qarşısında ip əyirər; Uşağıyçın belə dua eləyər. A.Səhhət. [Tapdığın] anası isə çoxdan bəri məfrəşdə...
|
Bu səhifə dəfə baxılıb