İzahlı lüğət

ƏFZUN (ID - 12440)

zərfi [fars.] klas. Çox, daha artıq. Sədəf dəhanından çıxan sözlərin; Qiyməti əfzundur dürdanələrdən. Q.Zakir. □ Əfzun olmaq - artmaq, çoxalmaq. Əfzun olur ol qəmü məlamət; Mümkün deyil oğluna səlamət. Füzuli. Necə yar...

ƏGƏR1 (ID - 12441)

bağl. [fars.] Şərt bildirən cümlənin müxtəlif yerində işlənərək şərti gücləndirir. [Orxan:] Zərər yox, onu mən sağ qoysam əgər; Dünyada yox məndən alçaq bir nəfər. H.Cavid. [Ağa:] Əgər desəm qiyamət bərpa olmuşdu,...

ƏGƏR2 (ID - 12442)

b a x əgər-əskik.

ƏGƏRÇİ (ID - 12443)

bağl. [fars.] klas. Hərçənd, hər nə qədər olsa da, ..isə də. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki layiq ola yoxdur. Füzuli. Görmüşəm ləlini lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani....

ƏGƏR-ƏSKİK (ID - 12444)

is. Tamam olmayan, çatışmayan cəhətlər, şeylər, ehtiyac olunan şey. Vaqeən [Ağaverdinin] min manat pula böyük bir ehtiyacı varmış. Bu min manat evinin bütün əgər-əskiyini düzəldə biləcəkmiş. S.Hüseyn. [Əmrulla:] Qoy oyun...

ƏGƏR-ƏSKİKLİK (ID - 12445)

is. Nöqsan, kəsir, çatışmazlıq, qeyri-mükəmməllik. Işdə əgərəskiklik var.

ƏGƏR-MƏGƏR (ID - 12446)

is. dan. Şərt, şərt qoyma. [Şiraslan:] Burada analitik dəqiqlik var, sizin əgər-məgərlər kara gəlmir. M.Süleymanov.

ƏĞLƏB (ID - 12447)

sif. [ər.] köhn. kit. Çox, ən çox, əksəriyyət. Doğru imiş, şairin olmaz imiş məzhəbi! Kafir olurmuş bütün mirzələrin əğləbi. M.Ə.Sabir. ..Islam şəriətinə qail olan Təbrizdə əğləb müsəlmana rast gəlirsən, onu kefli...

ƏĞNİYA (ID - 12448)

is. [ər. “ğəni” söz. cəmi] köhn. kit. Zəngin adamlar, varlılar, dövlətlilər. Bu əğniyalərin üzün görüncə ehtiyacdan; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir. ..Vaizlərimiz minbərə çıxıb əvvəl...

ƏĞYAR (ID - 12449)

is. [ər. “ğeyr” söz. cəmi] klas. Özgə(lər), dost olmayan(lar); rəqib(lər), yad(lar). Bu gələn yar özüdür; El-obanın gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar sözüdür. (Bayatı). Gül qönçəlikdə gərçi olur xarə aşina;...

ƏĞYARLIQ (ID - 12450)

is. klas. Düşmənlik, rəqiblik, yadlıq. Təneyi-əğyar çəkməkdir işim bir yar üçün; Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq. Füzuli.

ƏH (ID - 12451)

ƏHALİ (ID - 12452)

is. [ər. “əhl” söz. cəmi] 1. Bir yerdə yaşamaqda olan adamlar; camaat. Şəhər əhalisi. Kənd əhalisi. Rayonun əhalisi. - Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. C.Məmmədquluzadə. Əhalisinin çox qismi...

ƏHALİSİZ (ID - 12453)

sif. Əhalisi olmayan, əhali yaşamayan.

ƏHALİSİZLİK (ID - 12454)

is. Əhalisi olmama, əhali yaşamama.

ƏHATƏ (ID - 12455)

is. [ər.] Ətrafını tutma, dövrələmə, dörd tərəfini tutma. Səlim adamların əhatəsində tərini silə-silə yeriyirdi. S.Rəhimov. □ Əhatə etmək - 1) bax əhatələmək. Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər...

ƏHATƏEDİCİ (ID - 12456)

sif. Dövrələyici, hər tərəfi qavrayan. Katib əhatəedici nəzəri ilə ətrafa nəzər saldı. Mir Cəlal.

ƏHATƏLƏMƏ (ID - 12457)

“Əhatələmək” dən f.is.

ƏHATƏLƏMƏK (ID - 12458)

f Əhatə etmək, əhatəyə almaq, dövrələmək, dövrəyə almaq, dörd tərəfini tutmaq.

ƏHATƏLƏNMƏ (ID - 12459)

“Əhatələnmək” dən f.is.

ƏHATƏLƏNMƏK (ID - 12460)

ƏHATƏLİ (ID - 12461)

sif. Geniş, hərtərəfli, əhatə dairəsi geniş olan. Əhatəli əsər. - Belə oldu nəticə: - Daha əhatəli iclas çağırılsın; Yaxın bir gün; Ətraflı danışmaq üçün. R.Rza.

ƏHATƏLİLİK (ID - 12462)

is. Genişlik, hərtərəflilik.

ƏHD (ID - 12463)

is. [ər.] 1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə. - Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir. Əhd qılmaq (bağlamaq) klas. - bax əhd etmək. Əhd qıldın ki,...

ƏHDİ-CƏDİD (ID - 12464)

is. [ər.] din. İncilin və Bibliyanın xristianlığa aid olan digər kitablarının adı.

ƏHDİ-ƏTİQ (ID - 12465)

is. [ər.] din. Tövrat və təfərrüatı (Bibliyanın xristianlıqdan qabaqkı ən qədim hissənin adı). Rəfayel tablosutək səhnələri Əhdi-ətiqdən; Doymasan köhnə rəfiqdən. Şəhriyar.

ƏHDLƏŞMƏ (ID - 12466)

"Əhdləşmək” dən f.is.

ƏHDLƏŞMƏK (ID - 12467)

qarş. Bir-birinə söz vermək, sözləşmək, əhd-peyman etmək, birbiri haqqında təəhhüd altına girmək.

ƏHDNAMƏ (ID - 12468)

is. [ər. əhd və fars. ...namə] Müahidənamə, razılaşma kağızı, müqavilənamə, bağlaşma. [Məşədi Kazımağa:] Dövlətimizin əcnəbilərlə bağladığı təhqiramiz əhdnamə buna imkan vermirdi. M.S.Ordubadi. // Təəhhüd kağızı....

ƏHD-PEYMAN (ID - 12469)

is. [ər. əhd və fars. peyman] Bir-birinə təntənəli surətdə söz vermə, əhdləşmə. Bir xeyli zamandır, getdi gəlmədi; Əhd-peymanına qurban olduğum. Ə.Cavad. Mənə elə gəlir ki, bu söhbətlər əbəsdir. Belə əhd-peymanlar, nəsihətlər...

ƏHEY (ID - 12470)

bax ey. [Qazan xan:] Əhey, quldurbaşı, təpə dalında nə durursan, ərsən irəli gəl!.. M.Rzaquluzadə.

ƏHƏD (ID - 12471)

əhədi kəsilmək (üzülmək) - bərk yorulmaq, əldən düşmək, gücdən düşmək, taqətdən düşmək, üzülmək; əhədini kəsmək (üzmək) - 1) tamam əldən salmaq, bərk yormaq, üzmək, şiddətli təsir etmək. Qızdırma əhədimi kəsdi....

ƏHƏMİYYƏT (ID - 12472)

is. [ər.] Mühümlük, qiymətlilik, dəyərlilik; rol, dəyər. Məsələnin əhəmiyyəti. Çıxarılan nəticələrin əhəmiyyəti. Tədbirin əhəmiyyəti. Müzakirənin əhəmiyyəti. - ...Ailədə məktəbəqədər tərbiyənin xüsusi əhəmiyyəti...

ƏHƏMİYYƏTLİ (ID - 12473)

sif. Əhəmiyyəti olan; mühüm. Əhəmiyyətli məsələlərdən biri. Əhəmiyyətli iş. Əhəmiyyətli hadisə. Əhəmiyyətli qərarlar. - Bakıda başlanan işlər bütün xalqın gələcək taleyi üçün çox əhəmiyyətli idi. M.İbrahimov....

ƏHƏMİYYƏTLİLİK (ID - 12474)

is. Mühümlük, əhəmiyyətli olma, əhəmiyyət. Mövzunun əhəmiyyətliliyinə söz yoxdur.

ƏHƏMİYYƏTSİZ (ID - 12475)

sif Əhəmiyyəti olmayan, heç bir qiyməti olmayan, nəzərə çarpmayacaq dərəcədə kiçik, cüzi, dəyərsiz, ciddi olmayan, diqqətəlayiq olmayan. Əhəmiyyətsiz məsələ. Əhəmiyyətsiz iş. Əhəmiyyətsiz yara. Əhəmiyyətsiz şey üstündə...

ƏHƏMİYYƏTSİZLİK (ID - 12476)

is. Qiymətsizlik, qeyri-mühümlük, cüzilik, qeyri-ciddilik, diqqətəlayiq olmama. Məsələnin əhəmiyyətsizliyi. Hadisənin əhəmiyyətsizliyi.

ƏHƏNG (ID - 12477)

is. [fars.] Əhəngdaşını yandırmaqla əldə edilən ağrəngli, kəsək halında material. [Qərənfil:] Keçən il təşəbbüs qaldırdınız ki, təzə yasli tikək, düzün ortasına bir-iki araba əhəngdən, qumdan tökdünüz, qaldı yağışın...

ƏHƏNGÇİ (ID - 12478)

is. Əhəngyandıran adam. // Əhəngsatan adam.

ƏHƏNGDAŞI (ID - 12479)

is. Tərkibində əhəng olan çöküntü süxur - inşaat materialı. Əhəngdaşını yandırıb əhəng alırlar. Əhəngdaşından tikilmiş ev. - Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı,...

ƏHƏNGLƏMƏ (ID - 12480)

“Əhəngləmək” dən f.is.

ƏHƏNGLƏMƏK (ID - 12481)

f 1. Suda həll edilmiş əhənglə ağartmaq. Evlərin divarlarını əhəngləmək.
2. Üstünə əhəng tökmək, əhəng qatmaq.

ƏHƏNGLƏNMƏ (ID - 12482)

“Əhənglənmək” dən f.is.

ƏHƏNGLƏNMƏK (ID - 12483)

məch. 1. Əhənglə ağardılmaq. Ağacların gövdəsi əhənglənmişdir.
2. Üstünə əhəng tökülmək, əhəng qatılmaq.

ƏHƏNGLƏŞMƏ (ID - 12484)

“Əhəngləşmək” dən f.is.

ƏHƏNGLƏŞMƏK (ID - 12485)

f Əhəngə çevrilmək, əhəngdaşına dönmək. Əhəng palçığı quruyandan sonra yavaş-yavaş əhəngləşir.

ƏHƏNGLƏTDİRMƏ (ID - 12486)

“Əhənglətdirmək” dən f.is.

ƏHƏNGLƏTDİRMƏK (ID - 12487)

icb. Əhəngləmə işi gördürmək, əhənglə ağartdırmaq. Qonşumuz otağını əhənglətdirmişdir.

ƏHƏNGLƏTMƏ (ID - 12488)

“Əhənglətmək” dən f.is.

ƏHƏNGLƏTMƏK (ID - 12489)

icb. Əhəngləmə işi gördürmək, əhənglə ağartdırmaq. Rəngsaza həyətin divarlarını əhənglət.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed