İzahlı lüğət

ƏNDƏLİB (ID - 13040)

is. [ər.] klas. Bülbül. Hər qanda eşitdi bir təbibi; Gülzarının oldu əndəlibi. Füzuli. Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək növbaharı görəndə. Q.Zakir. Əndəliblər yaz axtarar; Ovçu ördək, qaz axtarar... Aşıq...

ƏNDƏ-MƏNDƏ (ID - 13041)

əndə-məndə demək dan. - yersiz danışmaq, artıq-əskik danışmaq. Pulsuz rəncbər atar bir fitə ortası dəlik; Əndə-məndə desə, ombasına beş-on da təpik. M.Möcüz.

ƏNDƏR-DÖNDƏR (ID - 13042)

əndər-döndər eləmək dan. - alt-üst etmək, yoxlamaq, axtarmaq, araşdırmaq. Rövşən getdi, dağları, daşları əndər-döndər elədi. “Koroğlu”.

ƏNDƏRİLMƏ (ID - 13043)

“Əndərilmək” dən f.is.

ƏNDƏRİLMƏK (ID - 13044)

f. 1. Hamısı birdən-birə tökülmək. Başına bir vedrə su əndərildi.
2. Birdən yıxılmaq, aşmaq. Ağacın üstündə olan uşaq birdən yerə əndərildi. - Atlı köklü ağac kimi əndərildi, lakin sol ayağı üzəngiyə ilişib qaldığından,...

ƏNDƏRQƏLİB (ID - 13045)

əndərqəlib eləmək dan. - başdan eləmək, rədd eləmək. Necə, nə təhər eləyim? Get, at çölə, əndərqəlib elə çıxsın getsin. M.İbrahimov.

ƏNDƏRMƏ (ID - 13046)

“Əndərmək” dən f.is.

ƏNDƏRMƏK (ID - 13047)

f. 1. Duru, yaxud səpələnən şeyləri qabdan və s.-dən birdən-birə və bütünlüklə tökmək, boşaltmaq. Vedrənin suyunu əndərmək. Çuvalın ağzını açıb unu təknəyə əndərdi. - Lakin ansızın bir təsadüf Ağabəyimin düşüncə...

ƏNDƏRUN (ID - 13048)

[fars.] 1. sif. köhn. İç, içəri, daxil. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə.
is. İran evlərində: evin ailə və qadınlara məxsus hissəsi....

ƏNDƏRUNİ (ID - 13049)

b a x əndərun 1 -ci mənada. Şərq şəhərlərinə məxsus əndəruni və biruni, iki həyətli, bağçası evlərinə yanaşı, boz palçıqdan tikilmiş yoxsul və zəhmətkeş əhali yaşayan daxmacıqlar da çoxdur. M.İbrahimov.

ƏNDƏRZ (ID - 13050)

is. [fars.] köhn. Nəsihət, vəsiyyət.

ƏNDİŞƏ (ID - 13051)

is. [fars.] 1. Fikir, qayğı. Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax. Q.Zakir. Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə. M.Ə.Sabir. İnsanın əndişəsi çoxaldıqca onun yuxu görməyi...

ƏNDİŞƏLİ (ID - 13052)

sif Əndişəsi, ürəyində fikri olan; dərdli, qayğılı, iztirablı. Əndişəli adam. - Sonra qızın gözləri ovçunun əndişəli və sualedici baxışlarına sataşarkən, o, dilə gəldi. Ə.Məmmədxanlı.

ƏNDİŞƏLİLİK (ID - 13053)

is. Əndişəli, dərdli, fikirqayğılı, mənəvi iztirab çəkən, təşviş içində olan adamın hal və vəziyyəti.

ƏNDİŞƏSİZ (ID - 13054)

sif Əndişəsi, fikri, qayğısı, qorxulacaq bir şeyi olmayan; fikirsiz, qayğısız, dərdsiz, sakit, rahat. Əndişəsiz adam.

ƏNDİŞƏSİZLİK (ID - 13055)

is. Fikirsizlik, qayğısızlıq, dərdsizlik.

ƏNDUH (ID - 13056)

is. [fars.] köhn. Qəm, qüssə, kədər.

ƏNƏK (ID - 13057)

is. 1. Yük atı, qoşqu atı, minik atı. Heyvanın qulağına vurulan nişan. Çoban ənəklərindən qoyunlarını tanıyır.
B ax ənk.

ƏNƏNƏ (ID - 13058)

is. [ər.] Tarixən meydana gələrək nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər, zövqlər və s. Pis ənənələri ortadan qaldırmaq. Azərbaycan xalqının gözəl ənənələri var. Teatrımızın özünə məxsus ənənələri...

ƏNƏNƏÇİ (ID - 13059)

bax ənənəpərəst.

ƏNƏNƏÇİLİK (ID - 13060)

bax ənənəpərəstlik.

ƏNƏNƏPƏRƏST (ID - 13061)

sif [ər. ənənə və fars. ...pərəst] Adətən vaxtı keçmiş ənənələrə sadiq olan, ənənə saxlayan, ənənələrə riayət edən; mühafizəkar. Ənənəpərəst adam. [Xosrov:] İran xalqı olduqca mütəəssib, ənənəpərəst, mövhumatpərəst...

ƏNƏNƏPƏRƏSTLİK (ID - 13062)

is. Adətən vaxtı keçmiş ənənələrə sədaqət, ənənələrə riayət etmə; mühafizəkarlıq.

ƏNƏNƏVİ (ID - 13063)

sif [ər.] Ənənə şəkli almış, ənənə mahiyyətində olan. Ənənəvi adət. Ənənəvi şeir. // Ənənə üzrə keçirilən, keçən. Ənənəvi görüş. Ənənəvi yarış. Ənənəvi müsamirə. Ənənəvi qonaqlıq. // Ənənəyə əsaslanan,...

ƏNƏNƏVİLİK (ID - 13064)

is. Ənənə mahiyyətində olma, ənənə kimi nəsildən-nəslə keçmə. Adətlərin ənənəviliyi.

ƏNFİYƏ (ID - 13065)

is. [ər.] Burunotu.

ƏNFİYƏDAN (ID - 13066)

is. [ər. ənfiyə və fars. ...dan] köhn. Burunotu qabı. Qızıl Arslan ənfiyədanı götürüb baxdığı zaman rəngi ağardı, çünki ənfiyədan onun qardaşı Atabəy Məhəmmədin ənfiyədanı idi. M.S.Ordubadi.

ƏNFÜSİ (ID - 13067)

sif. [ər.] köhn. kit. Şəxsən düşünənə, onun düşüncəsinə, nəfsinə aid olan; subyektiv.

ƏNG (ID - 13068)

is. Alt çənə. Əng sümükləri. - Nə qoyarsan ənginə; Rəngi çıxar rənginə. (Ata. sözü). [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək....

ƏNGALTI (ID - 13069)

is. Əngin alt tərəfi.

ƏNGƏBƏNGƏ (ID - 13070)

is. dan. Bütün keçmiş və indiki nəsil. Mən onun əngəbəngəsini tanıyıram.

ƏNGƏBU (ID - 13071)

is. [fars.] Bal qoxuyan bir ot bitkisi. Əngəbu ilə arı beçələrini səbətə yığmaq olur.

ƏNGƏC (ID - 13072)

is. Su hövzəsindən suyu axıtmaq üçün nov, boru.

ƏNGƏDUŞ (ID - 13073)

is. köhn. Ucu toppuzlu uzun dəmir. Dəmirçilər əngəduşla kürəni qarışdırırlar.

ƏNGƏL (ID - 13074)

is. 1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik. [İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid. Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rəhman. □ Əngəl çıxarmaq (törətmək)...

ƏNGƏLLƏMƏK (ID - 13075)

f 1. Əngəl törətmək, çətinlik törətmək, əngəl olmaq.
2. dan. Azarlı olmaq, zəifləmək, səhhəti korlanmaq. Canı əngəlləyibdir.

ƏNGƏLLİ (ID - 13076)

sif. Əngəli olan, çətin, dolaşıq, cəncəl, xatalı. Əngəlli məsələ. Bir əngəlli iş vardı. - [Müsafir:] Heç zərər yox, burax asılsınlar; Daha əngəlli bir xəbər var, əvət! H.Cavid. Mahrunun mənə qarşı nə kimi vəziyyət...

ƏNGƏLSİZ (ID - 13077)

sif Əngəli olmayan, maneəsiz, asan başa gələn, çətinliklə bağlı olmayan, xatasız. Əngəlsiz iş.

ƏNGƏL-ÜZAR (ID - 13078)

sif. məh. Çox çətin düzələn, böyük çətinliklərlə, əngəllərlə bağlı olan. Əngəl-üzar iş.

ƏNGƏNƏK (ID - 13079)

is. məh. Saxsı ləyən, laxan, paltar yumaq üçün təknə; tabaq. Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı. C.Məmmədquluzadə.

ƏNGİBOŞ (ID - 13080)

sif və is. dan. Çoxdanışan, boşboğaz, çənədən boş, naqqal.

ƏNGİN (ID - 13081)

sif. şair. 1. Geniş, vüsətli, açıq, ucu-bucağı olmayan. Əngin səma. Əngin üfüqlər. - Bizimdir bu əngin, atlaz ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Mənimsə qəlbimə doğur bir səhər; Açılır qarşımda əngin üfüqlər....

ƏNGİNLİK (ID - 13082)

is. şair. Genişlik, vüsət, açıqlıq; dənizin sahildən uzaq nöqtələri. Yadımdadır, mən uzun zaman daş bənd üzərində oturub qaldım, heyran-heyran dənizin qaranlıqda itən ənginliklərinə baxdım. Ə.Məmmədxanlı. Midhət göylərə...

ƏNHAR (ID - 13083)

is. [ər. “nəhr” söz. cəmi] şair. Çaylar.

ƏNİK (ID - 13084)

sif. Yırtıcı, sərt heyvan balası. Həyətlərində ənik bir it var.

ƏNİN (ID - 13085)

is. [ər.] şair. İnləmə, inilti, zarıltı. Pianinodan həzin bir ənin qalxıb, bağçanın sükutu içində titrəyərək söndü. İ.Əfəndiyev. Ceyran baxışlı dilbər, durna gözlü nazənin; Omründə görməmişdir nə göz yaşı, nə ənin....

ƏNİS (ID - 13086)

is. [ər.] şair. Yaxın dost, ürək dostu, həmdəm. Olsam qəmi-aləmə giriftar; Ancaq sən idin ənisü qəmxar. Füzuli. [Xumar:] Durma, yüksəl, ənisi-ruhim, gəl! Mütərəddid görünmə! Gəl, yüksəl! H.Cavid. Hələ bomboş otaqların qalın...

ƏNKƏBUT (ID - 13087)

is. [ər.] klas. Hörümçək. Cida düşüb ulusundan, elindən; Ənkəbut tək can asılır telindən.. Aşıq Ələsgər.

ƏNQA (ID - 13088)

is. [ər.] klas. 1. Əsatirə görə Qaf (Elbrus) dağında yaşamış əfsanəvi çox iri bir quş; simurq.
2. Adı olub özü olmayan şey haqqında.

ƏNQAZ (ID - 13089)

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed