İzahlı lüğət

ƏZBƏR (ID - 13690)

1. is. Bir mətni və ya sözü eyni ilə təkrar edilə biləcək şəkildə yadda, hafizədə saxlama. □ Əzbər etmək (eləmək) bax əzbərləmək. [Ruqiyyə xanım] bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. “Koroğlu”....

ƏZBƏRÇİ (ID - 13691)

1. sif Dərsini anlayıb-anlamadan, olduğu kimi, kəlməbəkəlmə hazırlayan, əzbərləyən. Əzbərçi tələbə (şagird).
2. is. Çox oxumuş, lakin oxuduğunu mexaniki surətdə, qeyri-tənqidi mənimsəmiş adam haqqında.

ƏZBƏRÇİLİK (ID - 13692)

is. Mənasını bilmədən, dərindən öyrənmədən, mexaniki surətdə əzbərləmə. Məktəblərdə əzbərçiliklə mübarizə aparmaq lazımdır.

ƏZBƏRDƏN (ID - 13693)

zərf Əzbər olaraq, yazıya baxmadan; döşdən, hafızədən. Şeri əzbərdən oxumaq. - Bilirəm, Puşkini çoxdan sevirsən; Qızın da, oğlun da əzbərdən desin. S.Vurğun. Çoxusu əzbərdən şeirlər söyləyirdi. M.İbrahimov.

ƏZBƏRƏ (ID - 13694)

dan. bax əzbərdən. Əzbərə şeir demək. Poemanı əzbərə oxudu.

ƏZBƏRLƏMƏ (ID - 13695)

“Əzbərləmək” dən f.is.

ƏZBƏRLƏMƏK (ID - 13696)

f. Əzbər etmək, oxuduğu və ya eşitdiyi bir şeyi olduğu kimi zehnində saxlamaq, mənimsəmək. 0eri əzbərləmək. Rolunu əzbərləmək. - ..Marallarım .. moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başlayırlar əzbərləməyə....

ƏZBƏRLƏNMƏ (ID - 13697)

“Əzbərlənmək” dən f.is.

ƏZBƏRLƏNMƏK (ID - 13698)

Əzbər yadda saxlanmaq, əzbər öyrənilmək, əzbər edilmək. 0eir əzbərlənmişdir. - Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli.

ƏZBƏRLƏTDİRMƏ (ID - 13699)

“Əzbərlətdirmək’ dən f.is.

ƏZBƏRLƏTDİRMƏK (ID - 13700)

icb. Əzbərləməyə məcbur etmək.

ƏZBƏRLƏTMƏ (ID - 13701)

“Əzbərlətmək” dən f.is.

ƏZBƏRLƏTMƏK (ID - 13702)

icb. Əzbər öyrətmək, yadda saxlatmaq. Şeri əzbərlətmək. Poemanı əzbərlətmək.

ƏZBƏS (ID - 13703)

zərf [fars.] klas. 1. Kifayətcə, çox miqdarda, həddindən artıq. Hər yanda böyük xəndək, hər küçədə min dağ; Əzbəs tökülüb bir-birinin üstünə torpaq. A.Səhhət.
2. Bəzən “ki” bağlayıcısı ilə: əzbəs ki səbəb...

ƏZCÜMLƏ (ID - 13704)

[fars. əz və ər. cümlə] kit. köhn. O cümlədən.

ƏZDAD (ID - 13705)

is. [ər.] köhn. 1. Zidd sözünün cəmi (zidlər).
köhn. Rəqiblər.

ƏZDİRMƏ (ID - 13706)

“Əzdirmək” dən f.is.

ƏZDİRMƏK (ID - 13707)

“Əzmək” dən icb.

ƏZƏL (ID - 13708)

[ər.] 1. is. Əvvəli, ibtidası olmayan keçmiş zaman (əbəd müqabili). Səbəb nə oldu ki, peymanü əhdi sındırdın? Vəfavü əhdə əzəl etibar edən sən idin. X.Natəvan.
zərf Əvvəl, irəli, qabaq, ilkin, əvvəlcə, qabaqca. Əzəl...

ƏZƏLCƏ (ID - 13709)

zərf Əvvəlcə, qabaqca, birinci olaraq. Əzəlcə söz kimə verildi? Əzəlcə qoy o keçsin.

ƏZƏLDƏN (ID - 13710)

zərf Lap əvvəldən, ilk vaxtdan, ibtidadan. Əzəldən deyər ki, bəri dur, bəri; İrəli gedərsən, o durar geri. Q.Zakir. Biganələrlə çünki olub aşina könül; Ey kaş, olmayaydım əzəldən mən aşina! S.Ə.Şirvani. Əzəldən belədir,...

ƏZƏLƏ1 (ID - 13711)

is. [ər.] anat. İnsan və heyvan bədəninin, hüceyrələrdən ibarət olub, yığıla bilən orqanı və ya onun bir hissəsi; muskul. Qolunun əzələsi daş kimidir. Əzələ fəaliyyəti. Urək əzələsi. Qıç əzələləri. - Qolunu açdı,...

ƏZƏLƏ2 (ID - 13712)

[ər. “əzəl” dən] bax əzəl 2-ci mənada. Ədalət var idi bundan əzələ; Yaman yerə yetib iş gələ-gələ. Q.Zakir.

ƏZƏLƏLİ (ID - 13713)

sif İnkişaf etmiş əzələləri olan. Əzələli qollar. - Həmişə fiziki işdə çalışan adamlara məxsus yoğun əzələli bir gəncin gurultulu səsi onların danışığını kəsdi. M.İbrahimov. // Əzələləri qüvvətli. Çox əzələli...

ƏZƏLƏSİZ (ID - 13714)

sif. Əzələləri inkişaf etməmiş, əzələləri zəif olan. Əzələsiz qollar.

ƏZƏLİ (ID - 13715)

sif. [ər.] Zamanca başlanğıcı, ibtidası olmayan (əbədi müqabili). Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Bu doğrudur, sevda olur əzəli; Mən şairəm həyatımdan bezəli. Ə.Cavad. Həyatın əzəli...

ƏZƏLİLİK (ID - 13716)

b a x əzəliyyət.

ƏZƏLİYYƏT (ID - 13717)

is. [ər.] kit. Əzəlilik, zamanca ibtidasızlıq, əvvəli olmayacaq qədər qədimlik (əbədiyyət müqabili).

ƏZƏLKİ (ID - 13718)

sif. Əzəldə olan, əvvəlki. Əzəlki danışıq. Əzəlki vəziyyət. - Kəsilibdi indi gəlibgetməyin; Əzəlki çağını könlüm arzular. Q.Zakir. Çün səni əfv edib xudayi-cahan; Genə verdi əzəlki surətini. S.Ə.Şirvani.

ƏZƏM (ID - 13719)

sif. [ər.] köhn. Böyük, ən böyük, ulu (adətən vəzifə adlarına qoşulur; məs.: sədri-əzəm - Sultan Türkiyəsində baş nazir). [Yasavul:] Mən bu cəhəti canişiniəzəmə yazdığım raportlarda qeyd etmişəm. S.Rəhimov.

ƏZƏMƏT (ID - 13720)

is. [ər.] 1. Böyüklük, ululuq. Istərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət; Həm əhdə vəfa eylə, həm faili-peyman ol! Heyran xanım.
Dəbdəbə, calal, təmtəraq, ehtişam. Xəlifələrin əzəmət və şöhrəti sönür....

ƏZƏMƏTLİ (ID - 13721)

sif. Böyük, möhtəşəm. Əzəmətli qala. Əzəmətli dağlar. - Ta o dərəcəyə kimi ki, hətta Istanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qadağan etmişdi. C.Məmmədquluzadə. Təyyarəmiz başdan-başa qarla...

ƏZƏMİ1 (ID - 13722)

sif. [ər.] köhn. Ən çox, maksimum. Azərbaycan .. nasirləri klassik rus realizminin ən qüvvətli cəhətlərindən - onun demokratlığından, həyat həqiqətlərinə əzəmi dərəcədə sadiq qalmağından .. öyrənirlər. M.Hüseyn. Əhmədov...

ƏZƏMİ2 (ID - 13723)

is. [ər.] 1. Keçmişdə palto kimi üstdən geyilən içi xəzli paltar.
Müsəlman dini təriqətlərindən birinin adı.

ƏZƏMİYYƏT (ID - 13724)

is. [ər.] klas. Böyüklük, ululuq, əzəmət.

ƏZGİL (ID - 13725)

is. Qoz iriliyində, ətli, çəyirdəkli, sarı rəngli, təpəsi pipikli bir meyvə və onun ağacı. Əzgil ağacı. Əzgil meşəsi. Cır əzgil. Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. Əzgil 5-6 metr...

ƏZGİLLİK (ID - 13726)

is. Əzgil ağacları bitmiş yer, əzgil meşəsi, əzgil kolluğu. Bağın bir tərəfi əzgillikdir.

ƏZGİN (ID - 13727)

sif. Əzinik, yorğun, halsız, taqətsiz. Hər tərəfdə əzgin kəndlilər bəylərdən intiqam almağa başladılar. H.Nəzərli. Qaraş özünü itirməyib diqqətlə baxsaydı, atasının yuxudan çox yorğun və əzgin (z.) qalxdığını görərdi....

ƏZGİNLƏŞMƏ (ID - 13728)

“Əzginləşmək” dən f.is.

ƏZGİNLƏŞMƏK (ID - 13729)

f. Əzgin hala düşmək.

ƏZGİNLİK (ID - 13730)

is. Özünü əzgin hiss etmə, əzgin halda olma. Bədənində əzginlik hiss etmək.

ƏZGİN-ÜZGÜN (ID - 13731)

sif. və zərf. Çox əzgin. Əzgin-üzgün şalvar. - Müqim bəy durub əzgin-üzgün halda çıxdı. S.Rəhimov.

ƏZİCİ (ID - 13732)

sif. 1. Çox ağır, çox güclü, məhvedici, sarsıdıcı. Əzici zərbə.
2. Ruhu incidən, ağır təsir bağışlayan. Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri...

ƏZİK (ID - 13733)

sif 1. Əzilmiş. Əzik meyvə. Əzik pomidor.
Ütüsü, şaxlığı, hamarlığı getmiş; hamar olmayan. Əzik köynək. Əzik qəzet. - Fərhadoğlu əzik paltarlarının üstündə əlini gəzdirirdi. S.Rəhimov.
Batıq, çökük. Əzikparç....

ƏZİK-ƏZİK (ID - 13734)

zərf 1. Tamamilə əzilmiş halda. □ Əzik-əzik eləmək (etmək) - tamamilə, hər yerini əzmək. Uşaqlar meyvələri əzik-əzik etdilər; 2) sındırmaq, parça-parça etmək. Maşının çarxları yeşiyi əzik-əzik etdi. Əzik-əzik olmaq...

ƏZİKLİK (ID - 13735)

is. Əzik şeyin halı. Almanın əzikliyinə baxma, çürük deyil.

ƏZİK-ÜZÜK (ID - 13736)

sif. 1. Çox əzilmiş. Əziküzük meyvə. - [Qurban:] ..Hər ağac altından üç-dörd çuval əzik-üzük alma yığmışıq. Ə.Məmmədxanlı.
Hamarlığı, şaxlığı, düzlüyü getmiş, əzilmiş. Əzik-üzük köynək. Əzik-üzük yaylıq....

ƏZİLİB-BÜZÜLMƏ (ID - 13737)

is. Naz, qəmzə, işvə, naz satma, nazlanma.

ƏZİLİB-BÜZÜLMƏK (ID - 13738)

f 1. Nazlanmaq, naz etmək. [Ələmdar] əzilib-büzülən, şirindil xanımların başları üstündən uzun dimdiyini sallayıb .. baxdı. S.Rəhimov.
məc. Cavabdan qaçmağa çalışmaq, tərəddüd etmək. Yasavulbaşı əzilib-büzülməyə...

ƏZİLMƏ (ID - 13739)

“Əzilmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed