İzahlı lüğət

ƏMƏZƏK (ID - 12940)

sif. 1. Anasını əmməmək, yaxud əmə bilməmək nəticəsində arıq olan; zəif, cılız. Əməzək quzu. Əməzək adam kimi tərpənir.
2. məc. Key, maymaq, qorxaq, bacarıqsız. [Bahar:] Ay əməzək, Allah səni döysün! Niyə qoyurdun...

ƏMGƏK (ID - 12941)

is. Kəllə sümüyünün ön və orta hissəsi. Qiyas əmgəyindən peysərinə qədər qırxılmış .. başını əlləri ilə tutdu. Ə.Abasov.

ƏMİ (ID - 12942)

is. 1. Atanın qardaşı. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. ..Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaqhesabı göstərdilər....

ƏMİARVADI (ID - 12943)

is. Əminin arvadı.

ƏMİCAN(I) (ID - 12944)

bax əmidostu.

ƏMİCİ (ID - 12945)

sif. 1. Əmən, soran. Əmici uşaq. Xüsusi terminologiyada: sorucu, soran, xüsusi orqanları vasitəsilə içəriyə çəkən.

Əmici (ID - 12946)

tel - bitkinin kökündə olan incə, sorucu kökcük. Kökün əmici telləri uzun ömür sürmür.

ƏMİDOSTU (ID - 12947)

is. 1. Əmiarvadı yerində işlənən ləqəb. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. [Rəşid:] Dünən bizim başımız yaman qarışıq oldu, əmidostu! M.Hüseyn.
2. Özgə...

ƏMİGƏLİNİ (ID - 12948)

is. 1. Hörmət üçün əmi arvadına verilən ləqəb.
2. Əmioğlunun arvadının ləqəbi olan ad.

ƏMİK (ID - 12949)

sif. Çox əmilməkdən xarab olmuş, zədələnmiş.

ƏMİQIZI (ID - 12950)

is. 1. Əminin qızı. Tamam da əmiqızının uşağını saxlayacaqdır. S.S.Axundov. // Əminin qızına müraciət. [Bəhram:] Xoş gördük, əmiqızı, yəqin məni çox gözləmisən. C.Cabbarlı. [Tahir:] Yox, əmiqızı, qızdırmanın qalxmağı...

ƏMİLMƏ (ID - 12951)

“Əmilmək” dən f.is.

ƏMİLMƏK (ID - 12952)

“Əmmək” dən məch.

ƏMİN (ID - 12953)

sif. [ər.] 1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sakit. Əmin yol. Əmin yer.
Tamamilə xatircəm, arxayın, qane. Bu işin baş tutacağına biz əminik. - [Məhərrəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən...

ƏMİN-AMANLIQ (ID - 12954)

is. Sakitlik, asayiş, bir yerdə qayda və nizamın hökm sürdüyü hal. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gün
dən bəri əmin-amanlıq yarada bilmədi. M.S.Ordubadi. Müşavirənin gedişindən görünürdü ki, heç bir qəzada...

ƏMİN-ARXAYIN (ID - 12955)

sif. və zərf Sakitcə, rahatca, arxayınca. Bir dəqiqə çəkmədi ki, qara əjdaha ləhləyə-ləhləyə çaparaq, yüyürərək platforma qabağında əmin-arxayın dayandı. S.M.Qənizadə.

ƏMİNƏVƏSİ (ID - 12956)

is. Əminin oğlunun və ya qızının oğlu (qızı).

ƏMİNLƏŞMƏ (ID - 12957)

"Əminləşmək” dən f.is.

ƏMİNLƏŞMƏK (ID - 12958)

f. 1. Qorxusuz (təhlükəsiz) hala gəlmək. Səngər dalına girib əminləşmək. // Asayiş düşmək, əmin-amanlıq düşmək.
2. Arxayınlaşmaq, xatircəmləşmək, rahat olmaq. Oğlundan məktub alandan sonra əminləşdi.

ƏMİNLİK (ID - 12959)

is. 1. Sakitlik, əmin-amanlıq, qorxusuzluq.
2. Xatircəmlik, arxayınlıq.

ƏMİOĞLU (ID - 12960)

sif 1. Əminin oğlu. Qızlar şərti pozan əmioğlunu danladılarsa da, yenə gülüşməyə məcbur oldular. M.Hüseyn.
2. Özündən yaşlı əmisi oğluna, yaxud başqa bir adama müraciət sözü. Əmioğlu, bir bura zəhmət çək. - [Sara:]...

ƏMİR (ID - 12961)

sif [ər.] 1. Bir tayfanın və ya ölkənin başçısı. Qəbilənin əmiri. - Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu bu xaraba kənddən öz sarayına dəvət edir. Ə.Məmmədxanlı.
2. tar. Bəzi Şərq hökumətlərinin...

ƏMİRAXUR (ID - 12962)

is. tar. bax miraxur.

ƏMİRİ (ID - 12963)

sif 1. Əmirə mənsub, məxsus olan.
2. məc. Ən yaxşı, ən əla mənasında. Əmiri xörək. Əmiri paltar.
□□ Əmiri papaq köhn. - dəridən tikilən hündür papaq növü. Başında əmiri papaq vardı.

ƏMİRLİK (ID - 12964)

is. 1. Əmir vəzifəsi.
2. Əmirin idarəsi altında olan yerlər, ölkə.

ƏMİRÜLÜMƏRA (ID - 12965)

is. [ər.] tar. Əmirlər əmiri (xəlifələr dövründə yüksək rütbə adı).

ƏMİR-ÜMƏRA (ID - 12966)

top. [ər.] Əmirlər. Vəzir, vəkil, əmir-üməra nə qədər çox dedi, Şah Abbas az eşitdi. (Nağıl).

ƏMİŞ (ID - 12967)

is. 1. Əmmək işi, əmmə prosesi. Quzuların əmişi. - Zəng çalınanda, əmişdən sonra ayrılan qoyun-quzu kimi uşaqlar böyüklərdən ayrıldılar. Mir Cəlal.
2. Əmmə vaxtı. Əmiş yaxınlaşanda quzuları ağıldan çıxardırlar....

ƏMİŞDİRİLMƏ (ID - 12968)

“Əmişdirilmək” dən f.is.

ƏMİŞDİRİLMƏK (ID - 12969)

məch. Əmizdirilmək, əmişə salınmaq (çoxları haqqında). Qoyun və quzular əmişdirildi, sonra qoyunlar sağılmağa başlandı.

ƏMİŞDİRMƏ (ID - 12970)

“Əmişdirmək” dən f.is.

ƏMİŞDİRMƏK (ID - 12971)

f. Quzuları analarını əmişməyə buraxmaq, əmizdirmək. Quzuları çobanlar əmişdirdilər. - Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada bir qayda olaraq camışları balaları əmişdirməklə sağırlar. A.Ağabəyli.

ƏMİŞMƏ (ID - 12972)

“Əmişmək” dən f.is.

ƏMİŞMƏK (ID - 12973)

f Kütləvi halda analarını əmmək. Quzular (buzovlar) əmişirlər.

ƏMİUŞAĞI (ID - 12974)

is. Əminin oğlu, ya qızı. O, bizimlə əmiuşağıdır.

ƏMİZADƏ (ID - 12975)

[əmi və fars. ...zadə] köhn.
B ax əmiuşağı. O mənim əmizadəmdir. [Pəricahan xanım:] Ah, harada qalmışsan, ey sevgili əmizadəm! S.S.Axundov. Hatəm xanın əmizadəsi Yədulla xan evdə işsiz oturmaqdan çox darıxdığı üçün...

ƏMİZDİRİLMƏ (ID - 12976)

“Əmizdirilmək” dən f.is.

ƏMİZDİRİLMƏK (ID - 12977)

məch. Döşdən süd verilmək.

ƏMİZDİRMƏ (ID - 12978)

“Əmizdirmək” dən f.is. Əmizdirmə zamanı.

ƏMİZDİRMƏK (ID - 12979)

f. Döşdən süd vermək.
Ana körpəsini əmizdirir. - Əvvəl əmizdirir öz körpəsini; Uşaq gülümsəyib kəsir səsini. S.Vurğun. Nərgiz quymaq yedi və uşağı əmizdirdi. Ə.Vəliyev.

ƏMİZDİRTMƏ (ID - 12980)

"Əmizdirtmək” dən f.is.

ƏMİZDİRTMƏK (ID - 12981)

icb. 1. Bax əmizdirmək. Uşağı əmizdirtdinmi?
2. Əmməsinə imkan vermək. İnəyi əmizdirtdi.

ƏMİZMƏ (ID - 12982)

“Əmizmək” dən f.is.

ƏMİZMƏK (ID - 12983)

b ax əmizdirmək.

ƏMLAK (ID - 12984)

is. [ər. “mülk” söz. cəmi]
Mülklər (torpaq, əkin yerləri, malikanə və s.). [Mirzə Kərim:] Dövlətlilərin mal, əmlakı keçir ümum camaat ixtiyarına. Ə.Haqverdiyev.
2. Birinin sahib olduğu pula dəyər şeylərin, varın,...

ƏMLİK (ID - 12985)

is. Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu, keçi. Əmliklər çəkdirəm şişə; Bir ağır yığnağım ola! “Koroğlu”. Bir əmliyin bir tümənə satılır; Xəzəl oldu yenə pulların, dağlar! Aşıq Ələsgər. Gəl oturma...

ƏMMA (ID - 12986)

[ər.] 1. Bax amma. Şeir bir zivərdir, əmma biz kimi naqislərə; Ol ki naqisdir, onu möhtaci-zivər qılmamış. Füzuli. Çox kimsənin əgər ki kəsibdir qərarını; Əmma mənim təki o gülün biqərarı yox. S.Ə.Şirvani.
2. Bir şeyə...

ƏMMAMƏ (ID - 12987)

is. [ər.] Bəzi Şərq ölkələrində: sarınmış uzun ağ parça, yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı; çalma. // Axundların və başqa ruhanilərin başlarına qoyduqları bu cür sarğı. Elə ki tək qaldılar, Koroğlu abanı,...

ƏMMAMƏDAR (ID - 12988)

[ər. əmmamə və fars. ...dar] bax əmmaməli. [Baş nazir:] Bu əmmamədarlar hamıdan bədtərdirlər. P.Makulu.

ƏMMAMƏLİ (ID - 12989)

1. sif Başında əmmamə olan. Bunlar keçəndən sonra əmmaməli həşəratı nə eləyək? C.Məmmədquluzadə. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi. Ə.Haqverdiyev. Sonra da bir tirmə əmmaməli molla gəlib salam...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed