İzahlı lüğət

ƏRƏBİ (ID - 13140)

sif. [ər.] Ərəbcə; ərəb dilinə və xalqına mənsub; ərəb üslubunda, ərəb qaydasında. Ərəbi bir uzun don əynində. Səhhət. Iki nəfər 10-12 yaşında uşağı geyindirib başına ağ əmmamə, əyinlərinə də ərəbi köynək taxardılar....

ƏRƏBİST (ID - 13141)

is. 1. Bax ərəbşünas.
2. Ərəbçilik tərəfdarı.

ƏRƏBİSTİKA (ID - 13142)

b a x ərəbşünaslıq.

ƏRƏBİZM (ID - 13143)

is. 1. B a x ərəbçilik.
2. dilç. Azərbaycan dilinə girmiş ərəb söz və ifadələri, yaxud ərəb dili qaydalarına oxşadılaraq işlədilən söz və ifadələr.

ƏRƏBLƏŞDİRİLMƏ (ID - 13144)

“Ərəbləşdirilmək” dən f.is.

ƏRƏBLƏŞDİRİLMƏK (ID - 13145)

“Ərəbləşdirmək” dən məch.

ƏRƏBLƏŞDİRMƏ (ID - 13146)

1. “Ərəbləşdirmək” dən f.is. Ərəb hakim millətçilərinin ərəb olmayan xalqları ərəblərin içində əritmə (assimilyasiya etmə) siyasəti.

ƏRƏBLƏŞDİRMƏK (ID - 13147)

f 1. Ərəb dilini, adət və ənənələrini qəbul etdirmək, ərəb milləti içərisində əritmək.
Dilə çoxlu ərəb söz və ifadələri gətirmək, yaxud ana dilinin söz və ifadələrinə ərəb dili xüsusiyyəti vermək.

ƏRƏBLƏŞMƏ (ID - 13148)

“Ərəbləşmək” dən f.is.

ƏRƏBLƏŞMƏK (ID - 13149)

f Ərəb dilini, adət və ənənələrini qəbul etmək.

ƏRƏBŞÜNAS (ID - 13150)

is. [ər. və fars. ...şünas] Ərəb dili və ədəbiyyatı mütəxəssisi, ərəb filologiyası mütəxəssisi.

ƏRƏBŞÜNASLIQ (ID - 13151)

is. Ərəb dilini, ədəbiyyatını, tarixini və s. tədqiq edən elmlərin məcmusu.

ƏRƏFƏ (ID - 13152)

is. [ər.] Bayramdan əvvəlki gün, bayram axşamı. Bayram ərəfəsi. // Hər hansı bir hadisədən qabaqkı vaxt. - [Cəmilə] özünə həyat yoldaşı intixab etmək ərəfəsində idi. S.Hüseyn. Atabəy məmləkətləri müharibə ərəfəsində...

ƏRƏGAC (ID - 13153)

sif. və zərf dan. Tezyetişən, tez əmələ gələn; tez əkilən. Ərəğac tarla. Yağ, ağaclar çiçək açsın ərəğac; Başını, bəhrə verib, qoy yerə diksin hər ağac. S.Rüstəm. Bir qədərdən qoçu qatmaq lazımdır, qoy quzu ərəğac...

ƏRƏQ (ID - 13154)

is. [ər.] klas. 1. Tər. Ol gülüzardə ərəqin xoş səfası var; Türfə budur ki, saziş edər atəş ab ilə. Q.Zakir.
2. B ax araq. Yürütməyin ərəqi məclis içrə badə ilə; Həramzadəni qoymun halalzadə ilə. Füzuli.

ƏRƏMİK (ID - 13155)

sif. 1. Doğmayan, uzun müddət qısır qalan. Ərəmik inəkdən öküz olmaz. (Məsəl). Kəllər və bəzən ərəmik (uzun müddət qısır qalan) camışlar iş və nəqliyyat heyvanı kimi istifadə edilir, qocaldıqda, yaralandıqda və s. hallarda...

ƏRƏN (ID - 13156)

is. (adətən cəm şəklində). 1. Ər,
qoçaq, igid. Ərənlər kimi döyüşmək. Ərənlər əlindən badə içdinmi? Bulanlıq çayları üzüb keçdinmi? “Aşıq Qərib”. Əsrlər boyunca ərlər, ərənlər; Hünər dünyasından doymadı,...

ƏR-ƏR (ID - 13157)

is. [ər.] Ardıc ağacı. Qəddintək nə ər-ər, nə şimşad olur; Onu görcək qəmdən can azad olur. M.P.Vaqif. Qəddin şümşadı ər-ərdir, üzün qızılgüldən tərdir... Rəncur. Çayın kənarında cərgə ilə boy atmış ərərləri...

ƏRƏSAT (ID - 13158)

is. [ər. “ərsə” söz. cəmi] 1. Dini etiqada görə məhşər (qiyamət) günü yenidən diriləcək insanların öz əməllərinə dair haqq-hesab vermək üçün toplaşacaqları yer, meydan.
2. məc. Davalı, iğtişaşlı, gurultulu hadisə...

ƏRƏŞ (ID - 13159)

is. köhn. Dirsəkdən barmaqların ucuna qədər olan uzunluq ölçüsü.

ƏRƏVÜŞ (ID - 13160)

is. dan. Budama, ağacların budağını kəsmə, yan-yörəsini təmizləmə. Ərəvüş etmək - budamaq, budağını kəsmək, yan-yörəsini təmizləmək. Ağacları ərəvüş etmək.

ƏRƏZƏN (ID - 13161)

sif. dan. Gecyetişən, gec əmələ gələn; gec əkilən. Ərəzən taxıl. - Əkin ki ərəzənə düşdü, məhsul az olacaq.

ƏRGƏN (ID - 13162)

sif Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. Onun iki ərgən oğlu var. - Ziba hələ bir qədər də subay gəzə bilməzdimi? Yaxud Ziba özü üçün daha münasib bir ərgən oğlan seçə bilməzdimi? S.Rəhimov....

ƏRGƏNLİK (ID - 13163)

is. 1. Həddi-büluğa çataraq, hələ evlənməmiş oğlanın və ya ərə getməmiş qızın hal və keyfiyyəti.
2. Yeniyetmə qız və oğlanların üzündə çıxan sızanaqlar.

ƏRGİN (ID - 13164)

sif. Əriyib maye halına gəlmiş, ərinmiş, əridilmiş. Ərgin qurğuşun.

ƏRGİNLİK (ID - 13165)

is. Əriyib maye halına gəlmiş şeyin halı.

ƏRĞƏNUN (ID - 13166)

is. [əsli yun.] İçərisində olan borulara körüklər vasitəsilə hava verilərək çalınan klavişli böyük musiqi aləti; orqan. Ərğənun çalmaq.

ƏRİDİCİ (ID - 13167)

is. xüs. 1. Başqa maddələri öz daxilində əridə bilən maddə, məhlul. Aptek təcrübəsində əridici kimi ən çox su, spirt, efir və yağlar işlənir. R.Əliyev.
2. Metal əridən fəhlə.

ƏRİDİLMƏ (ID - 13168)

“Əridilmək” dən f.is. Poladın əridilməsi yeni üsulla - sürətli əritmə üsulu ilə başa çatacaqdır. (Qəzetlərdən).

ƏRİDİLMƏK (ID - 13169)

“Əritmək” dən məch.

ƏRİK (ID - 13170)

is. 1. Sarı, ətli, şirin, birçəyirdəkli meyvə və bu meyvənin ağacı. Ərik ağacı. Ərik qurusu (qurudulmuş ərik). Azərbaycan ərikləri sarı, narıncı və qırmızıyanaq olur. Yay fəslində ərik, gavalı, böyürtkən dəyirdi. S.S.Axundov....

ƏRİKGÜLÜ (ID - 13171)

is. bot. Sarı, çəhrayı və tündqırmızıya çalan çiçəkləri olan bitki və onun çiçəyi. Ərikgülü .. Azərbaycanda bir bəzək bitkisi kimi becərilir. M.Qasımov.

ƏRİKLİ (ID - 13172)

sif. 1. Ərik ağacları olan. Ərikli dərə. - Nəbi bu dəfə özünü ərikli dağına verir. “Qaçaq Nəbi”.
Tərkibində, içində ərik olan. Ərikli konfiet.

ƏRİKLİK (ID - 13173)

is. Ərik ağacları olan bağ, ərik bağı.

ƏRİMƏ (ID - 13174)

“Ərimək” dən f.is.

ƏRİMƏK (ID - 13175)

f. 1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir. Yağ əriyir. Dağ başında qala var; Əriməyib hələ qar. (Bayatı). Ocağın yaxınlığındakı qar yığınları yavaş-yavaş...

ƏRİMƏZLİK (ID - 13176)

is. Əriməyən şeyin hal və keyfiyyəti.

ƏRİNCƏK (ID - 13177)

sif Tənbəl, kahal, başısoyuq, canını işə verməyən. Şişman məmur uzun bir sükutdan sonra ərincək (z.) halda ağırağır sözə başladı. M.Hüseyn.

ƏRİNCƏKLİK (ID - 13178)

is. Tənbəllik, kahallıq, canını işə verməməzlik.

ƏRİNGƏN (ID - 13179)

bax ərincək.

ƏRİNİK (ID - 13180)

1. B a x ərincək.
2. Ərimiş, ərgin.

ƏRİNMƏ (ID - 13181)

“Ərinmək” dən. f.is.

ƏRİNMƏK (ID - 13182)

1. f Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir. [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Bəzi tənbəl uşaqlar səhər-səhər isti yorğan-döşəkdən çıxmağa ərinir. M.Rzaquluzadə....

ƏRİNMƏZ (ID - 13183)

sif Ərinməyən, tənbəllik etməyən.

ƏRİNMƏZ-ƏRİNMƏZ (ID - 13184)

zərf Utanmadan, həyasızcasına, sırtıq-sırtıq. O məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar. M.Hüseyn.

ƏRİNMİŞ (ID - 13185)

f.sif. 1. Əridilərək saflaşdırılmış; ərgin. Ərinmiş yağ (sarı yağ).
Əridilmiş. Ərinmiş qurğuşun.

ƏRİNTİ (ID - 13186)

is. tex. İki və ya bir neçə metal (yaxud başqa cisimlər) əridildiyi zaman onların qarışması nəticəsində alınan xəlitə. Yüngül ərintilər. Qızıl ilə mis ərintisi. Təyyarələrin qanadını yüngül ərintilərdən hazırlamaq üçün...

ƏRİŞ (ID - 13187)

is. toxuc. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. Xananın ərişi. - Toxunmalar üçün işlənən saplar, başlıca olaraq, iki qrupa ayrılır: 1) əriş sapları; 2) arğac sapları. Bunlardan birincisi toxunmaların...

ƏRİŞ-ARĞAC (ID - 13188)

is. toxuc. Əriş və arğac, ərişlə arğac birlikdə.

ƏRİŞLƏMƏ (ID - 13189)

“Ərişləmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed