İzahlı lüğət

ƏZİLMƏK (ID - 13740)

f 1. Basılaraq, yaxud ağır bir şeyin altında qalaraq, ya sıxılaraq əzik hala gəlmək; zədələnmək. Meyvələr yeşikdə əzilmişdir. Paltarlar əzilmişdir. - Mən əzilmiş kol-kosları, sınıq budaqları gördüm. Ə.Məmmədxanlı.
Toza...

ƏZİM (ID - 13741)

sif. [ər.] klas. 1. Böyük. Hər birisinin başına şuriş və tüğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. M.F.Axundzadə. // Çoxlu. Baxdım ki, əzim bir cəmaət; Eyzən ürəfa, əvət, həqiqət. M.Ə.Sabir....

ƏZİMƏT (ID - 13742)

is. [ər.] Bir yerə doğru hərəkət, yola çıxma, yola düşmə, üz qoyub getmə. Əzimət etmək (eyləmək) - getmək, yola düşmək, getməyə üz qoymaq. Noldu səbəb eylədin əzimət? Füzuli.

ƏZİM-ƏZİM (ID - 13743)

əzim-əzim olmaq (əzilmək) - tamamilə əzilmək, əzik-əzik olmaq, parça-parça olmaq. Kukla yerə düşüb əziməzim oldu. - [Gəray ağa:] Bizim bu fırtınada üzən gəmimiz daşa çırpınıb əzim-əzim olub! S.Rəhimov.

ƏZİMÜŞŞAN (ID - 13744)

sif. [ər.] klas. Mərtəbəsi, dərəcəsi yüksək. Bir əcəb insandır, xub növcavandır; Hökmi-Süleymandır, əzimüşşandır. Aşıq Saleh.

ƏZİNİK (ID - 13745)

sif 1. Əzik, əzilmiş. Əzinik qovun.
Yorğun, üzgün, əzgin. Mədəd işdən qayıdandan sonra əzinik (z.) yerə girdi, bir azdan yuxuladı. S.Rəhimov.
Mərhəmət diləyən, yalvarıcı, yazıq. O, əzinik bir səs çıxardı: - Ağa,...

ƏZİNTİ (ID - 13746)

is. 1. Ovuntu, əzilib ovulmuş şeylər. Qənd əzintisi. Nabat əzintisi.
Bax əzik 3-cü mənada. Samovarın əzintisini düzəltmək. Parçın əzintisindən su sızır.
Bədəndə hiss edilən əzginlik, yorğunluq, üzgünlük. Bədənində...

ƏZİŞDİRİLMƏ (ID - 13747)

"Əzişdirilmək” dən f.is.

ƏZİŞDİRİLMƏK (ID - 13748)

məch. 1. Əzgin hala gətirilmək.
2. Döyülmək, kötəklənmək.

ƏZİŞDİRMƏ (ID - 13749)

"Əzişdirmək” dən f.is.

ƏZİŞDİRMƏK (ID - 13750)

f. 1. Ora-burasını əzmək, bərk əzmək. Quyudan çıxan daş qırıntıları güllə kimi.. gəlir və qabağına keçən hər şeyi əzişdirirdi. M.Hüseyn.
Ovuşdurmaq, övkələmək, ovxalamaq. Gülşad ixtiyarsız olaraq barmaqlarını...

ƏZİYYƏT (ID - 13751)

is. [ər.] 1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək. Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən. S.Vurğun. // Ağrı, ağrı-acı. Yaranın əziyyəti....

ƏZİYYƏTLİ (ID - 13752)

sif Əzablı, məşəqqətli, əzab və əziyyətlə bağlı olan. // Çox ağır və yorucu; üzücü. Əziyyətli yol. Əziyyətli iş. Əziyyətli həyat. // Çox zəhmət tələb edən. Lüğətçilik çox əziyyətli işdir.

ƏZİYYƏTLİLİK (ID - 13753)

is. Əzablılıq, məşəqqətlilik; ağırlıq, zəhmətlilik, yoruculuq, üzücülük. Yolun əziyyətliliyi.

ƏZİYYƏTSİZ (ID - 13754)

1. sif. Əzabsız; asanlıqla, çətinlik çəkmədən əldə edilən, görülən. Əziyyətsiz iş. - Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə, xoşbəxt həyat yoxdur. Ə.Abasov.
zərfi Əziyyət vermədən,...

ƏZİYYƏTSİZLİK (ID - 13755)

is. 1. Heç bir əziyyətin, çətinliyin olmadığı hal və keyfiyyət. İşin əziyyətsizliyi. Yolun əziyyətsizliyi. Əziyyətsiz (3-cü mənada) adamın hal və keyfiyyəti.

ƏZİZ (ID - 13756)

sif. [ər.] 1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar! [Yusif:] Açım kağızı, görüm, mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis...

ƏZİZCİYƏZ (ID - 13757)

“Əziz” dən oxş. Telli arvad cavab verdi: - Kimin olacaq, sədrin əzizciyəzinin! M.İbrahimov.

ƏZİZ-ƏRKÖYÜN (ID - 13758)

sif. Naz-nemət içində böyümüş, çox ərköyün. Əziz-ərköyün qız. Əziz-ərköyün övlad. - [Vahid] əziz-ərköyün (z.) saxlanmış uşaqdır. İ.Hüseynov.

ƏZİZ-GİRAMİ (ID - 13759)

sif. [ər. əziz və fars. girami] Çox əziz, çox sevilən, çox əzizlənən, çox ərköyün. Əziz-girami övlad. - [Fatmanın] belə əziz-girami oğlunun nişanlısı quru evə gəlməməli idi. Mir Cəlal. // İs. mənasında. Hər evin bir əziz-giramisi...

ƏZİZ-XƏLƏF (ID - 13760)

sif. 1. Bax əziz-ərköyün. Əziz-xələf övlad. Əziz-xələf qız. - Arvadın dar dünyada əziz-xələfbircə oğlu vardı. “Koroğlu”. Ilk dəfə idi ki, Sadıq kişi.. əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin...

ƏZİZLƏMƏ (ID - 13761)

“Əzizləmək” dən f.is. Bəlkə bu qədər əzizləmənin nəticəsi idi ki, uşağın canı sağ olmurdu. Ə.Vəliyev.

ƏZİZLƏMƏK (ID - 13762)

f 1. Çox istəmək, nazını çəkmək, nazı ilə oynamaq, bütün istəklərini yerinə yetirmək, ərköyün böyütmək. Mehriban isə [Şərifəyə] tam mənası ilə analıq etmiş, onu sevib əzizləmiş və böyütmüşdü. S.Hüseyn. Onda nə...

ƏZİZLƏNDİRMƏ (ID - 13763)

“Əzizləndirmək” dən f.vs.

ƏZİZLƏNDİRMƏK (ID - 13764)

“Əzizlənmək” dən
icb.

ƏZİZLƏNMƏ (ID - 13765)

“Əzizlənmək” dən f.is. Uşağın əzizlənməsi.

ƏZİZLƏNMƏK (ID - 13766)

1. məch. Çox istənilmək, əziz tutulmaq. // Hörmət edilmək, hörmətlə qarşılanmaq.
məch. Ərköyün böyüdülmək. Uşaq çox əzizləndiyi üçün sözə baxmır.
qayıd. Özünü istətməyə, sevdirməyə çalışmaq.

ƏZİZLƏŞMƏ (ID - 13767)

“Əzizləşmək” dən f.is.

ƏZİZLƏŞMƏK (ID - 13768)

f Daha da əziz olmaq.

ƏZİZLƏTMƏ (ID - 13769)

“Əzizlətmək” dən f.is.

ƏZİZLƏTMƏK (ID - 13770)

icb. Əzizlənməsinə, ərköyünləşməsinə səbəb olmaq. Uşağı əzizlətmək.

ƏZİZLİK (ID - 13771)

is. 1. Əziz olma, sevilmə, çox istənilmə. Ananın əzizliyi. // Müqəddəslik, mübarəklik. Ana yurdunun əzizliyi. Bayramın əzizliyi.
Ərköyünlük, naz-nemət. Ağcanın uşaqlıq günləri beləcə şan-şərafətlə, əzizlik, bəxtiyarlıqla...

ƏZQƏZA (ID - 13772)

zərf. [fars. əz və ər. qəza] Qəzadan, təsadüfən, gözlənilmədən, birdən. [Səttar] üz çevirib bir biyabana daban aldı. Əzqəza Xunkar xanımın bunu axtaran adamları da bu düzlə gedirdilər. (Nağıl). Əzqəza Gülbadamın səsini...

ƏZL (ID - 13773)

is. [ər.] köhn. rəs. İşdən çıxarma, vəzifədən kənar etmə. □ Əzl etmək (eləmək) - işdən, vəzifədən götürmək, çıxarmaq. [Şah:] Mən ki o hakimi .. əzl eləmişdim. Ə.Haqverdiyev. [Şah:] ..Mən səni sədarətdən əzl edirəm....

ƏZM (ID - 13774)

is. [ər.] Qəti niyyət, qəti qərar, qəsd. Çox da vətən torpağı boyandı al qanına; Əzmimiz qorxu salmış düşmənlərin canına. S.Rüstəm. // Qətiyyət, cəsarət, mətanət, iradə. Əgər bizim iradə və əzmimiz möhkəm və sabit...

ƏZMƏ1 (ID - 13775)

1. “Əzmək” dən f.is. Əzilmiş tərəvəz, ya meyvə xəmiri; püre.
Qara ciyər qiyməsindən hazırlanan bir xörək adı. Əzməni plova qatıb yeyirlər.

ƏZMƏ2 (ID - 13776)

is. məh. Bülöv. Dəryazı əzmə ilə itiləmək.

ƏZMƏÇƏLƏMƏK (ID - 13777)

bax əzmələmək. [Cavad bəy:] ..Ancaq bunu belə eşitmişəm ki, guya Məhəmməd kişinin qızı bəzən onu əzməçələyir. N.Vəzirov.

ƏZMƏK (ID - 13778)

f 1. Basıb, ya sıxıb yastılamaq, şəklini pozmaq. Qarpızı, qovunu əzmək. // Basıb (vurub, toxundurub) bir yerini çökəltmək. Samovarın, qazanın böyrünü əzmək. Həvəngdə və s.-də döyüb narın etmək, toz halına salmaq. Istiotu...

ƏZMƏLƏMƏ (ID - 13779)

“Əzmələmək” dən f.is.

ƏZMƏLƏMƏK (ID - 13780)

f 1. Əli ilə əzmək, əzişdirmək.
2. məc. Döymək, kötəkləmək. Ara yerdə uşağınızı o imansız belə əzmələdi. S.Rəhimov.

ƏZMƏLƏNMƏ (ID - 13781)

“Əzmələnmək” dən f.is.

ƏZMƏLƏNMƏK (ID - 13782)

məch. Əllə əzilmək, əzişdirilmək.

ƏZMKAR (ID - 13783)

sif [ər. əzm və fars. ...kar] Əzmli, məqsəd və niyyətində qəti. [Məsmədə] ..əzmkar, səbatlı bir adamın hal və hərəkəti vardı və yaxud mənə elə təsir bağışlayırdı. S.Hüseyn.

ƏZMKARCASINA (ID - 13784)

zərf Əzmkara, əzmli adama layiq bir surətdə, əzmlə. Əzmkarcasına hərəkət etmək.

ƏZMKARLIQ (ID - 13785)

is. 1. Məqsəd və niyyətində qətilik, möhkəmlik, əzmkar adamın hal və sifəti. Əzmkarlıqla şəklində - bax əzmkarcasına.

ƏZMLİ (ID - 13786)

sif Öz niyyət və məqsədində qəti, sabit, möhkəm və dönməz olan. Əzmli adam. - [Qadının] zahiri gözəlliyindən daha dərin təsir edən qəti, cürətli, əzmli danışığı idi. T.Ş.Simurq.

ƏZRAİL (ID - 13787)

is. [ər.] 1. Dini etiqadlara görə, bütün insanların ölmək vaxtı çatanda onların canını alan mələk, ölüm mələyi. Əzrail
gələndə soruşmaz ki, oğul-uşağın necədir? (Ata. sözü). [Dərviş:] ..Əzrail hərdənbir qanadı...

ƏZVAY (ID - 13788)

is. 1. bot. Qalın ətli və xətvari yarpaqları olan, təbabətdə işlədilən çoxillik ot-bitki; aloe. Əzvay çoxillik tropik və ya subtropik bitkilərdən olub, yoğun, uzun və kənarı diş-diş (tikanlı) ətli yarpaqlara malikdir. R.Əliyev....

ƏZVAYÇİÇƏKLİLƏR (ID - 13789)

cəm bot. Əzvay və s. ot və ağacların daxil olduğu bitki yarımfəsiləsi. Əzvayçiçəklilər yarımfəsiləsi.. ot və ya ağaclardır. Çoxunun yarpaqları gövdəsinin uclarına toplanmışdır. M.Qasımov.

Bu səhifə dəfə baxılıb

not_found
......