ƏLHAN (ID - 12790)is. [ər. “ləhn” söz. cəmi] klas. Gözəl səslər, gözəl nəğmələr, təranə. Quşların əlhanı, ey dil, bəs müəssərdir bu fəsl. Əmani. Bağda açdı üzündən o güli-tazə niqab; Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt....
|
ƏLHASİL (ID - 12791)is. [ər.] köhn. Sözün gödəyi, sözün qısası, xülasə, bir sözlə, nəhayət. Əlhasil, gəlib şəhərə çatdıq. - Bil ki, məqsudə olarsan vasil; Yerdə, gögdə, nə isə, əlhasil. A.Səhhət.
|
ƏLHAVASI (ID - 12792)zərfi dan. Heç şey görmədən, əl duyğusu vasitəsilə. Əlhavası yerimək. Nişançılar isə qaranlıqda əlhavası silahlarını, xüsusən çaxmaqlarını təmizləyir(dilər). Ə.Əbülhəsən.
|
ƏLHAY (ID - 12793)is. Hay-küy, təlaş, əl-ayağa düşmə. Şəbistan əlhayla (z.) içəriyə girdi. S.Rəhimov. □ Əlhaya düşmək - əl-ayağa düşmək, təlaşa düşmək, ora-bura qaçışmaq. Ancaq kim nə təhər əlhaya düşsə də, el-oba sevinir, Qaçaq...
|
ƏLHƏD (ID - 12794)əlhəd daşı - qəbirdə ölünün başı söykəndiyi daş. Qəbrimi özgə qazıb; Əlhədim dar düşübdü. (Ağı).
□□ Başı əlhəd daşına dəymək - bərkdənboşdan çıxaraq, bir şeyin aqibətini təcrübədə görərək ayılmaq,... |
ƏLHƏQ (ID - 12795) |
ƏLHƏMDÜLLAH (ID - 12796)is. [ər.] din. Allaha şükür olsun, şükür Allaha. [Məşədi İbad:] Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə; mən ki, əlhəmdüllah, quş kimiyəm. U.Hacıbəyov. İskəndər...
|
ƏLHƏZƏR (ID - 12797)nida. 1. Qaç! qorx! uzaq ol! üzünü görmə! İkiüzlü adamlardan əlhəzər!
Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata. sözü). Əlhəzər, yay qaşın şux peykanından; Vurar, yıxar, ötmək olmaz yanından. Q.Zakir.... |
ƏLİAÇIQ (ID - 12798)sif Ürəkdən başqalarına pul, mal və s. ilə kömək edən; səxavətli, comərd. Əliaçıq adamın ürəyi də açıq olar. (Məsəl). Bir qədər gənclərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üçlük, beşlik, onluq...
|
ƏLİAÇIQLIQ (ID - 12799)is. Əliaçıq adamın hal və sifəti; səxavətlilik, comərdlik, səxavət. Əliaçıqlıq yaxşı sifətdir. - Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur. “Qaçaq Nəbi”.
|
ƏLİAGIR (ID - 12800)sif 1. Qüvvətli, güclü, zorlu. Əliağır adam.
məc. Bir işə uğursuzluq gətirən (əliyüngül ziddi). Əliağır adam. |
ƏLİAGIRLIQ (ID - 12801)“Əliağır ’dan mücər.
|
ƏLİALLAHI (ID - 12802)is. Müsəlman təriqətlərindən birinin adı və bu təriqətə mənsub adam.
|
ƏLİALLAHILIQ (ID - 12803)is. Əliallahı təriqəti (bax əliallahı).
|
ƏLİAŞAĞI (ID - 12804)sif Yoxsullaşmış, maddi cəhətdən çətinlik çəkən. Əliaşağı (z.) olmaq.
|
ƏLİAŞAĞILIQ (ID - 12805)is. Əli aşağı düşmüş adamın hal və keyfiyyəti; yoxsulluq.
|
ƏLİBAĞLI (ID - 12806)sif 1. Əlləri bağlanmış halda olan. Əlibağlı dustaq.
2. məc. Hər cür hərəkət və təşəbbüs imkanından məhrum. Əlibağlı (z.) olmaq. |
ƏLİBOŞ (ID - 12807)1. sif Yoxsul, heç bir şeyi olmayan; fəqir. Əliboş adam. // Əlində heç bir şey olmayan, heç bir şeysiz. Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi? S.Rəhimov.
zərf Əlində... |
ƏLİBOŞLUQ (ID - 12808)is. 1. Yoxsulluq, fəqirlik, heç bir şeyi olmama.
2. İşsizlik, bekarlıq. // Veyillik, avaralıq. |
ƏLİDOLU (ID - 12809)zərf 1. Əlləri bollu şeylə dolu halda. Əlidolu evə gəldi. - Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram. S.Rüstəm.
məc. Müvəffəqiyyətlə,... |
ƏLİƏYRİ (ID - 12810)sif Düz olmayan, təmiz olmayan, fürsət düşəndə oğurluq edən; oğru. Əliəyri adam. // İs. mənasında. Ticarət sisteminin əliəyrilərdən təmizlənməsi. [Salman] əliəyrilərə hiss etdirirdi ki, bax, nə yuvanın quşu olduğunu bilirəm...
|
ƏLİƏYRİLİK (ID - 12811)is. Təmiz, düzgün olmayan adamın hal və keyfiyyəti; oğurluq, oğurluğa meyil. Sambalovun özünü əliəyrilik üstə işdən çıxartdılar. S.Rəhman.
|
ƏLİF1 (ID - 12812) is [ər. əsli qəd. yəh.] 1. Ərəb əlifbasının I şəklində yazılan birinci hərfinin adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl). Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir?...
|
ƏLİF2 (ID - 12813) [yun.] Yağlı boya hazırlamaq üçün bişmiş kətan, ya çətənə yağı, yaxud süni surətdə hazırlanmış yağ. Əlif yağı. - Əlif yağları tünd və açıq rəngli, şəffaf olur. “Əmtəəşünaslıq”.
|
ƏLİFBA (ID - 12814)is. [ər.] 1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası. - Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə...
|
ƏLİFBEY (ID - 12815)b a x əlifba. Əlifbey də bilmir (heç savadı yoxdur). - Hər əlibey oxuyan gər ola peyğəmbəri-həqq; Mən də peyğəmbərəm, amma kim edir küfranı. S.Ə.Şirvani. [Həmzə:] Xeyr a!.. Yenə [axund] başladı əlifbeydən.. C.Cabbarlı. On...
|
ƏLİF-ƏLBƏT(TƏ) (ID - 12816) zərf dan. köhn. Mütləq, yəqin, şübhəsiz. Bəs nə səbəbə bu iş, əlbəttə, əlif-əlbəttə gərək sənin, mənim və şahidlərimin arasında qala, vəssalam! C.Məmmədquluzadə. Əlbəttə, əlif-əlbəttə əl əli yuyar, əl də üzü....
|
ƏLİGƏTİRƏN (ID - 12817)sif. Qumar və s. oyunlarda daim bəxti gətirən, həmişə udan.
|
ƏLİGÖDƏK (ID - 12818)sif. dan. Əlinə pul keçməyən; yoxsul, fəqir.
|
ƏLİİSTİ (ID - 12819)sif. Mahir atıcı, atıcılıqda cəld olan. Əliisti adamın əlindən ov qurtara bilməz.
|
ƏLİİTİ (ID - 12820)sif. Əldən çapıq; zirək, cəld. Əliiti adam. - Bu iki işin ikisində də Leylək əliiti idi. S.Rəhimov.
|
ƏLİK (ID - 12821)is. zool. Vəhşi keçi; keyik. Davanın şiddətli vaxtında dağın döşündə bir sürü əlik göründü. “Qaçaq Nəbi”. Görürsənmi bu guruldayan dağları, indi orada əliklər hürküşür, dəstələnib dağları aşır, qalın meşələrə...
|
ƏLİKASAD (ID - 12822)is. dan. Yoxsul, pulsuz.
|
ƏLİKASADLIQ (ID - 12823)is. dan. Yoxsulluq, pulsuzluq.
|
ƏLİQABARLI (ID - 12824)1. sif. Cismani əməklə, xüsusilə əl əməyi ilə məşğul olan. Əliqabarlı fəhlə.
2. is. məc. Zəhmətkeş, əməkçi. |
ƏLİQAMÇILI (ID - 12825)sif. 1. Əlində qamçı olan, əlində qamçı tutmuş. Əliqamçılı süvari. Əliqamçılı polislər.
məc. Zalım, qəddar, zülmkar mənasında. |
ƏLİQANDALLI (ID - 12826)sif. Əllərinə qandal vurulmuş. // Dustaq, əsir.
|
ƏLİQANLI (ID - 12827)sif. və is. Cinayətkar, qatil, cani. Əliqanlı cinayətkarlar öz cəzalarına çatacaqlar. - [Sultan] əliqanlı, .. bizim yoldaşlardan .. az-az həlak eləməmişdir. S.Rəhimov. Bürüyür ölkəni fəlakət seli; Bunun səbəbkarı əliqanlıdır....
|
ƏLİL (ID - 12828)is. və sif. Xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş; şikəst. Əlillər cəmiyyəti. Əlillər evi. Müharibə əlilləri. - Görürsüz ki, qocalmışam, əliləm; Indi, camaat əhli, sizə dəxiləm. A.Səhhət. [Pəri...
|
ƏLİLLİK (ID - 12829)is. Əlil adamın hal və vəziyyəti. Təqaüdün miqdarı əlillik dərəcəsinə görə təyin edilir.
|
ƏLİMYANDI (ID - 12830)zərf dan. 1. Çox tələsik, tez, qaçaraq. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış. Ə.Haqverdiyev.
2. Darda, çıxılmaz vəziyyətdə. Biz malqara üçün bol yem ehtiyatı toplanılmasını təmin... |
ƏLİRİŞMƏZ (ID - 12831)bax əlyetməz. 0u uzaqlarda parlayan yıldız; Əlirişməz ümidlər kimidir. M.Hadi.
|
ƏLİUŞAQLI (ID - 12832)sif Körpə uşağı olan. Əliuşaqlı qadın.
|
ƏLİUZUN (ID - 12833)sif dan. 1. Başqasının malına xəyanət edən, əl uzadan, onu mənimsəməyə, əlinə keçirməyə təşəbbüs edən, çalışan; oğurluğa meyli olan. Əliuzun adam.
Vurub-çatan, başqasını incidən. Ümumi süfrədə çox yeməklə,... |
ƏLİUZUNLUQ (ID - 12834)is. Əliuzun adamın işi, hərəkəti; oğurluğa meyil. □ Əliuzunluq etmək - başqasının əmlakına, malına əl uzatmaq, onu mənimsəməyə, ələ keçirməyə, götürməyə təşəbbüs etmək, çalışmaq.
|
ƏLİYALIN (ID - 12835)zərf Əlində heç bir silah olmadığı halda, silahsız-yaraqsız.
|
ƏLİYUXA (ID - 12836)sif dan. Mayası, pulu az olan; kasıb. Əliyuxa adamdır.
|
ƏLİYÜNGÜL (ID - 12837)sif İştirakı ilə müvəffəqiyyət, uğur gətirən (əliağır ziddi). Əliyüngül adam.
|
ƏLİYÜN GÜLLÜK (ID - 12838) "Əliyüngül” dən mücər. 104
|
ƏLKİMYA (ID - 12839)is. [ər.] Orta əsrlərdə: guya iksir qatmaqla sadə metalları qiymətli metallara çevirmək mümkün olduğunu iddia edən, elmi kimyadan əvvəlki mistik elm.
|
Bu səhifə dəfə baxılıb