ƏNQƏRİB (ID - 13090)zərf [ər.] klas. Tezliklə, lap yaxında, yaxın zamanda. Qəm çəkmə ki, mən olunca qəmxar; Yarın sənə ənqərib olur yar. Füzuli.
|
ƏNLİK (ID - 13091)is. 1. Qadınların yanaqlarına sürtdükləri toz və ya yağ halında olan kosmetik maddə - al boya. Ənlik vurmaq. Ənlik sürtmək. - Fatı geyindi. Aynanı götürüb üzünə baxdı. Yanaqlarına ənlik sürtüb qızartdı. Ə.Abasov.
2.... |
ƏNLİK-KİRŞAN (ID - 13092) is. Qadınların üzlərinə sürtdükləri ənlik və kirşandan ibarət kosmetik maddələr. Sənin kimi mah-camal; Ənlik-kirşanı neylər? (Bayatı).
|
ƏNLİKLİ (ID - 13093)sif. Üzünə ənlik vurmuş.
|
ƏNLİKLİ-KİRŞANLI (ID - 13094) sif. Uzünə ənlik və kirşan vurmuş. Yaşı qırx beşdən artıq, lakin yanaqları ənlikli-kirşanlı bir qadın içəri girdi. M.İbrahimov.
|
ƏNÖV (ID - 13095)is. Dalağın ağrılı şişməsi. Ənöv basmaq. Ənöv tutmaq (dalaq şişmə azarına tutulmaq). Isitmədən dalağı şişib, ənöv olub.
|
ƏNTƏR (ID - 13096)is. 1. Bədəninə nisbətən çox uzun qolları olan meymun. Gözünün üstündə buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun.
2. məc. Çox çirkin, eybəcər, kifir adam haqqında. |
ƏNTİQ (ID - 13097)sif. [ər. “ətiq” dən; ətiq - qədim] Qiymətli, dəyərli, nadir tapılan, çox gözəl, görünməmiş, hamının marağına səbəb olan. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. S.S.Axundov. [Aslanov] istəsəydi,...
|
ƏNTİQƏ (ID - 13098)1. Bax əntiq. [Fizzə:] Çox sağ
ol, çox gözəl, çox əntiqə hədiyyələr gətiribsən mənə. Ə.Məmmədxanlı. Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə bir hədiyyə almaq lazım idi. M.S.Ordubadi. // Çox gözəl, çox... |
ƏNTİQƏBAZ (ID - 13099)[ər. əntiqə və fars. ...baz] bax əntiqəçi.
|
ƏNTİQƏBAZLIQ (ID - 13100)bax əntiqəçilik. Onun əntiqəbazlığına bələd olan səhiyyə şöbəsinin işçiləri göz qabağında şey qoymağa qorxurlar. “Kirpi”.
|
ƏNTİQƏÇİ (ID - 13101)is. Əntiqə şeylərlə maraqlanan, onları yığıb saxlayan adam.
|
ƏNTİQƏÇİLİK (ID - 13102)is. Əntiqə şeylərlə maraqlanma, onları yığıb saxlama.
|
ƏNTİQƏFÜRUŞ (ID - 13103)is. [ər. əntiqə və fars. ...füruş] Əntiqə şeylər alverçisi, əntiqə şeylər alıb-satmaqla məşğul olan adam.
|
ƏNTİQƏFÜRUŞLUQ (ID - 13104)is. Əntiqə şeylər alveri, əntiqə şeylər alıb-satmaqla məşğul olma.
□□ Əntiqəfüruşluq eləmək - özünü yeniyeni və maraqlı xəbərlər bilicisi kimi göstərmək. [Sirat:] Bəri gəl, bəydadaş, əntiqəfüruşluq eləmə!... |
ƏNVA (ID - 13105)is. [ər. “növ” söz. cəmi] Cürbəcür, növbənöv. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. M.F.Axundzadə. Nökər Səfi stolun üstünə...
|
ƏNVAR (ID - 13106)is. [ər.] köhn. İşıqlar.
|
ƏNVƏR (ID - 13107) sif. [ər.] klas. Çox nurlu, çox işıqlı, çox parlaq. Tənha yürür oldu ol səmənbər; Zülmətdə misali-mahi ənvər. Füzuli.
|
ƏNZAR (ID - 13108)is. [ər. “nəzər” söz. cəmi] klas. tənt. Nəzərlər, baxışlar. Açma gözün, baxma bir öz halına; Cəlb elə ənzarı yoğun şalına. Ə.Qəmküsar.
|
ƏNZƏLİ (ID - 13109)is. [İranda şəhər adından] Azərbaycan xalq oyun havalarından birinin adı. Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki havanın vəzninin eyni və çalınmaq sürətinin də təxminən bərabər olduğunu...
|
ƏPPƏK (ID - 13110)is. [“ətmək” dən.] Çörək. Ət yeməz, suyuna əppək doğrar. (Məsəl). [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov.
□□ Əppək olub göyə uçmaq - yox olmaq, qeyb olmaq, yoxa çıxmaq. Məlikməmmədin düz... |
ƏPPƏKLİ (ID - 13111)is. Qabıqlarında aşı maddəsi olan, meşə rayonlarında və orta dağ qurşaqlarında bitən ağac.
|
ƏPRİMƏ (ID - 13112)“Əprimək” dən f.is.
|
ƏPRİMƏK (ID - 13113)f. 1. Çürüyüb tökülmək, çürüyüb didilmək, didik-didik olmaq. Çadırın yanları əprimişdir.
2. məc. Əldən düşmək, tökülmək, üzülmək. |
ƏPRİMİŞ (ID - 13114)f.sif. 1. Çürüyüb tökülmüş, çürüyüb didilmiş, didik-didik olmuş. Bəndalı taxt üstündə, tüfəng yanında, Məsmə də oğlu ilə yanaşı, yerdə əprimiş, yamaqlı bir palaz üstündə uzanıb yatmışdılar. Mir Cəlal.
2. məc.... |
ƏR (ID - 13115)1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. Dedi kim, bu məzarıdır ərimin; Ol üzü gül, boyu sənubərimin. S.Ə.Şirvani. Zeynəb .. ərinə deyirdi: - Bilmirəm, mən olmasaydım, sən .. necə yaşıya bilərdin? S.S.Axundov....
|
ƏRAF (ID - 13116)is. [ər.] Dinə görə cənnətlə cəhənnəm arasında olan yer.
|
ƏRAQ (ID - 13117) |
ƏR-ARVAD (ID - 13118) is. Kişi ilə arvadı bir yerdə. Ər-arvad bizə qonaq gəlmişdilər. Ər-arvad çox yaxşı yaşayırlar. - Nəhayət, ər-arvad yorulur və daş kimiyıxılıb yatırlar. S.Rüstəm. Ər-arvad belə qərara gəlmişdilər ki, Həmzə gizlənməyib...
|
ƏR-ARVADLI (ID - 13119) zərfi Ər və arvad bir yerdə olduqları halda. Ər-arvadlı gəldilər.
|
ƏR-ARVADLIQ (ID - 13120) is. Ərlə arvadın qohumluq münasibəti; izdivac.
|
ƏRAZİ (ID - 13121)is. [ər. “ərz1
|
ƏRBAB (ID - 13122) sif [ər. “rəbb” söz. cəmi] köhn. Ağa, cənab; sahib. [Əliqulu:] Ancaq ərbabın bir balaca nəqahəti var. S.S.Axundov. Sevinc qapınızdan çox uzaq keçdi; Yalnız ərbabların günü ağ keçdi. S.Rüstəm. Ərbabın sükutu Ağarzaya bir...
|
ƏRBƏİN (ID - 13123)is. [ər.] Müsəlman təqvimində: məhərrəm ayının birindən başlayaraq qırx gün davam edən müddət. □ Ərbəin günü din. - Kərbəla hadisəsinin (Hüseynin qətlinin) qırxıncı günü.
|
ƏRCANLI (ID - 13124) sif. Ərini çox sevən və ona yaxşı qulluq edən (arvad).
|
ƏRCİK (ID - 13125)“Ər” dən ox0.
|
ƏRDƏM (ID - 13126)is. dan. Hövsələ, səbir, həvəs, girdar. Ərdəmi yoxdur. - [Molla dedi:] ..Pilləkənləri düşüb-çıxmağa ərdəmim gəlmir. “M.N.lətif.”. Ərdəmin var, bu yollarda yüz tufana döz bir, qoçaq! Bu meydandan xəcil gedib mənəm deyən...
|
ƏRDO1 (ID - 13127) is. mifi. Qorxunc vücud; qulyabanı. Qorxma oğlum! Ərdo yoxdur, yalandır; O ağaran su üzündə dumandır. A.Səhhət.
//məh. İribədənli, qorxunc, çirkin adam haqqında. Ər odu, qabandı, qoyma, gəldi! M.Ə.Sabir. |
ƏRDO2 (ID - 13128) is. dan. 1. Paltar yuyulmuş çirkli su.
2. məc. Horra, yal. Xörək deyil, ərdodur. |
ƏRƏB (ID - 13129)is. 1. Ön Asiyada və Şimali Afrikada yaşayan, sami dilləri qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. Ərəb dili. Ərəb xalqı. Ərəb ölkələri. - Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əskilməz. H.Cavid. Haqq...
|
ƏRƏBCƏ (ID - 13130)1. sif və zərfi Ərəb dilində. Ərəbcə kitab. Ərəbcə danışmaq. - [Murad] bir qismi ərəbcə və farsca, bir qismi türkcə yazılan məzar daşlarının sahiblərinin vəfat tarixlərini oxuyurdu. S.Hüseyn.
2. is. Ərəb dili. Ərəbcəni... |
ƏRƏBCƏLƏŞDİRİLMƏ (ID - 13131)“Ərəbcələşdirilmək” dən f.is.
|
ƏRƏBCƏLƏŞDİRİLMƏK (ID - 13132)məch. Ərəb dili qaydalarına uyğunlaşdırılmaq.
|
ƏRƏBCƏLƏŞDİRİLMİŞ (ID - 13133)f.sif. Ərəb dili qaydalarına uyğunlaşdırılmış.
|
ƏRƏBCƏLƏŞDİRMƏ (ID - 13134)“Ərəbcələşdirmək” dən f.is.
|
ƏRƏBCƏLƏŞDİRMƏK (ID - 13135)f Ərəb dilinin qaydalarına uyğunlaşdırmaq.
|
ƏRƏBCƏLƏŞMƏ (ID - 13136)“Ərəbcələşmək” dən f.is.
|
ƏRƏBCƏLƏŞMƏK (ID - 13137)f Ərəb dilinə uyğunlaşmaq, öz şəklini ərəb dilinin təsiri ilə dəyişmək.
|
ƏRƏBÇİLİK (ID - 13138)is. dilç. Heç bir lüzum və ehtiyac olmadan Azərbaycan dilinə çoxlu ərəb söz və ifadələri gətirmə və bu yolda göstərilən fəaliyyət. Dilimizin tarixində ərəbçilik tərəfidarları ilə ciddi mübarizə aparılmışdır.
1905-ci... |
ƏRƏBDOŞANI (ID - 13139)is. İncə belli, quyruğu qotazlı, uzunsov bir heyvan.
|
Bu səhifə dəfə baxılıb