İzahlı lüğət

ƏSİL-NƏSƏB (ID - 13340)

bax əsil 5-ci mənada. Bir
gün bazar tacirlərinin birisi Mahmudun gözünə çox şirin gəldi. Mahmud bu tacirnən yaxın olub, onun əsil-nəsəbini öyrənəndən sonra, həmin tacir Ilyası çəkdi dükanına. (Nağıl). Pinəçi .. evində...

ƏSİLSİZ (ID - 13341)

sif. 1. Əsli, əsası olmayan; doğru, gerçək olmayan; yalan, uydurma. Əsilsiz xəbər. Əsilsiz şayiələr. - Əsilsiz söz sahibinə üz qarası gətirər. (Ata. sözü). // Heç bir şeylə əsaslandırılmayan. Əsilsiz tələb. Əsilsiz iddialar....

ƏSİLSİZLİK (ID - 13342)

is. 1. Əsassızlıq, həqiqətdən uzaqlıq. Xəbərin əsilsizliyi.
2. Əsli-nəsəbi olmama, nanəciblik.

ƏSİLZADƏ (ID - 13343)

ƏSİM-ƏSİM (ID - 13344)

əsim-əsim əsmək - bərk titrəmək. Əynində paltarı əsim-əsim əsir. Hirsindən əsim-əsim əsmək. - [Telli:] Bədənim əsim-əsim əsir.. Heç əqlimə gəlməyən işə düşmüşəm. N.Vəzirov. Körpünün tiri o tərəfi-bu tərəfdən...

ƏSİR (ID - 13345)

is. [ər. ] 1. Müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin azad edilməsi. Hərbi əsirlər vətənlərinə döndülər. - [Səlim bəy:] Bax, yenə əlimdə əsirsən,...

ƏSİRGƏMƏ (ID - 13346)

“Əsirgəmək” dən f.is.

ƏSİRGƏMƏK (ID - 13347)

f 1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək. [Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!.. C.Cabbarlı. [Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid.
2. Qıymamaq, qıyıb verməmək, heyfi...

ƏSİRGƏNMƏ (ID - 13348)

“Əsirgənmək” dən f.is.

ƏSİRGƏNMƏK (ID - 13349)

məch. 1. Qorunmaq, saxlanmaq, himayə edilmək, hifz edilmək. Pəriyəm, durmuşam mərdü mərdanə; Əsirgənmə bu meydandan, ey Qədir! Aşıq Pəri.
Qıyılmamaq, qıyılıb verilməmək. Əsirgənəcək şey deyil. // Qənaət edilmək.

ƏSİRLİK (ID - 13350)

is. 1. Əsir düşmüş adamın hal və vəziyyəti, bu vəziyyətdə keçirilən həyat. Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq. Əsirlik həyatı. - [Şofer:] Qardaşımdan əlimi üzmüşdüm. ..Sən demə, partizan olubmuş. Əsirlikdən qaçıb,...

ƏSİR-YESİR (ID - 13351)

top. dan. Yoxsul, hüquqsuz, yazıq, aciz, kimsəsiz adamlar. □ Əsir-yesir eləmək dan. - əsir etmək, məftun etmək. [Münəvvərin] təsəllisi bircə bu idi ki, gözəl idi! Öz dediyi kimi, şəkli-şəmayılı ilə Hacını əvvəl gündən...

ƏSKEŞ (ID - 13352)

is. [fars.] məh. Arabanın at qoşulan iki uzun tirlərindən hər biri. Arabanın əskeşi sınmışdır.

ƏSKİ1 (ID - 13353)

sif 1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz. - Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə asmaqla Səlimi...

ƏSKİ2 (ID - 13354)

ƏSKİK (ID - 13355)

sif. 1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Uç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. □ Əskik çəkmək - düzgün çəkidən az çəkmək, çəkidə aldatmaq. Əskik çəkən satıcı cəzalanar. Əskik çıxarmaq...

ƏSKİK-ARTIQ (ID - 13356)

zərf Lüzumsuz, artıq, yersiz, namünasib; ədəb, nəzakət həddini aşan. Əskik-artıq danışmaq.

ƏSKİK-ƏSKİK (ID - 13357)

zərf Pis-pis, alçaq-alçaq, pis adamlar kimi. Əskik-əskik danışmaq. // sif. İnsanı alçaldan. Əskik-əskik söhbətlər.

ƏSKİK-GƏRƏK (ID - 13358)

is. Qüsur, nöqsan, çatışmayan cəhət. Düzəlib işlərin əskik-gərəyi; Millətin dərdinə dərman oldu. M.Ə.Sabir.

ƏSKİKLİK (ID - 13359)

is. 1. Çatışmazlıq, azlıq, natamamlıq, naqislik. □ Əskikliyə düşmək ehtiyaca düşmək, yoxsullaşmaq.
Eyib, nöqsan, qüsur; çatışmayan cəhət. Onun heç bir cəhətdən əskikliyi yoxdur. [Əkbər] özündə bir əskiklik duyurdu....

ƏSKİLDİLMƏ (ID - 13360)

“Əskildilmək” dən f.is.

ƏSKİLDİLMƏK (ID - 13361)

məch. Azaldılmaq, əskik edilmək, əskik hala salınmaq.

ƏSKİLMƏ (ID - 13362)

“Əskilmək” dən f.is.

ƏSKİLMƏK (ID - 13363)

f. 1. Bütöv bir şeyin bir qismi yox olmaq. Şüşənin ağzını möhkəm qapamasan, spirt uçub əskiləcək. // Azalmaq. Adamların sayı getdikcə əskilir. - Əskilməsin təravətin ey əşki-laləgun. Füzuli. Günəş qüruba doğru əyilmiş,...

ƏSKİLTMƏ (ID - 13364)

“Əskiltmək” dən f.is.

ƏSKİLTMƏK (ID - 13365)

f. 1. Əskik etmək, azaltmaq. Lampanın işığını bir az əskilt. Sürəti əskiltmək. Tələblərini əskiltmək. - Səlim bəy qazancını əskiltmək üçün işçilərin zəhmət haqqını azaltmağa başladı. H.Nəzərli. // Gödəltmək, qısaltmaq....

ƏSKİMƏ (ID - 13366)

“Əskimək” dən f.is.

ƏSKİMƏK (ID - 13367)

bax əsgiləşmək. Ən yaxşı sözləri seçərək bir-bir; Bunlar əskimişdir, deyə uduxur. S.Vurğun.

ƏSKİMİŞ (ID - 13368)

f.sif. Köhnəlmiş. Şamil [Aslan bəyi] diqqətlə müayinə etdi, .. onda əskimiş, gəmiklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. A.Şaiq. Əyilsin səcdənə ulduzlar, aylar; Əskimiş məbədlər, yeni saraylar. S.Vurğun.

ƏSLA (ID - 13369)

zərf [ər.] Heç, heç bir vaxt, qətiyyən. Bu işdən onun əsla xəbəri olmamışdır. - [Rüstəm bəy:] Sizin şimalda kişilər həlimdirlər ki, arvadları və ya qızları özgələri ilə gəzib danışdıqda qanları əsla coşmayır. Çəmənzəminli....

ƏSLƏHƏ (ID - 13370)

is. [ər. “silah” söz. cəmi] Silah. Evlərə od vurulduqda gizlin əsləhə anbarı partladı, çox qiymətli şeylər tələf oldu. M.S.Ordubadi.

ƏSLƏHƏLİ (ID - 13371)

sif Silahlı, silahlanmış. Əsləhəli adamlar. - [Sadıq bəy:] Tamam kənd əhli də yaraqlı, əsləhəli onun buyruqlarına itaət eləməkdədirlər. Ə.Haqverdiyev.

ƏSLƏN (ID - 13372)

zərf [ər.] 1. Nəsli, əsli etibarilə, əsilcə, soyca. O, əslən azərbaycanlıdır. Bəsrədə böyümüşdür, lakin əslən gürcüstanlıdır. - Əslən əmsarlı olan bu adamın hər sözündə .. gələcəkdə nələr görüləcəyinə yaxşı...

ƏSLİBAHAR (ID - 13373)

is. Yaya yaxın açan və gözəl iyli gül. Əslibahar qızılgülə çatmaz.

ƏSMƏ (ID - 13374)

1. “Əsmək” dən f.is.
2. Bax əsməcə. Əsmə azarı. Əsmə tutmuşdur. - Məs geyinib, məsi var; Canında əsməsi var. (Bayatı). ...Salamın vücudundan bir əsmə keçdi. Mir Cəlal.

ƏSMƏCƏ (ID - 13375)

is. Bədənin və ya onun ayrı-ayrı hissələrinin titrəməsi şəklində təzahür edən xəstəlik. Başladı əsməcə tutmuş adamlar kimi titrəməyə. “Koroğlu”. Mühasib əsməcə tutmuş kimi ayağa qalxdı və dişlərini qıcayaraq Sübhanverdizadəyə...

ƏSMƏCƏLİ (ID - 13376)

sif Əsməcə xəstəliyinə tutulmuş, əsməsi olan.

ƏSMƏK (ID - 13377)

f. 1. Titrəmək. Soyuqdan yarpaq kimi əsirdi. Dodağı əsmək. Əli əsmək. Başı əsmək. - Xədicə əli əsə-əsə (z.) torbanın ağzını açdı. S.S.Axundov. ...Dərvişin əlləri yarpaq kimi əsirdi. A.Divanbəyoğlu. Hər vətən deyəndə...

ƏSMƏQOVAQ (ID - 13378)

is. bot. Qovağın bir növü.

ƏSMƏR (ID - 13379)

ƏSMƏRLƏŞMƏ (ID - 13380)

“Əsmərləşmək” dən f.is.

ƏSMƏRLƏŞMƏK (ID - 13381)

f Qaralaşmaq, qarabuğdayı olmaq. O gənc qadının .. günəşdən əsmərləşən gənc çöhrəsində bir bahar təravəti duyulurdu. İ.Əfəndiyev.

ƏSMƏRLİK (ID - 13382)

is. Qarabuğdayılıq, qarayağızlıq.

ƏSNA (ID - 13383)

is. [ər.] Vaxt, zaman, an. Bu əsnada küçədə hay-küy qalxdı. - Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. [Mirzə] .. söhbət əsnasında cibindən qozdan, findıqdan,...

ƏSNAF (ID - 13384)

is. [ər. “sinf’ söz. cəmi] Sənətkarlar, peşəkarlar (dükançılar, dəmirçilər, misgərlər və s.); kustar - ..Məclisdə oturan əsnaflar .. rusca danışılan mətləbləri başa düşmürdülər. C.Məmmədquluzadə. Papaqların bəzisi...

ƏSNAFLIQ (ID - 13385)

is. Sənətkarlıq, peşəkarlıq, kustarlıq.

ƏSNƏGÜLÜ (ID - 13386)

bax əspərək. Keçmişdə xalq təbabətində qızılcaya qarşı çox işlənən əsnəgülü bitkisinin tərkibində alkoloidin tapılmasını xüsusilə qeyd etmək lazımdır. Ə.Abasov.

ƏSNƏK (ID - 13387)

1. sif. Çox əsnəyən.
is. Əsnəmə. Əsnək gəlmək. - Əsnək əsnək gətirər. (Ata. sözü).
anat. Ağız boşluğundan qırtlağa gedən deşik. Xəstənin əsnəyi qızarır və şişir, bozumtul ağ rəngli ərp əmələ gəlir.

ƏSNƏMƏ (ID - 13388)

“Əsnəmək” dən f.is. Darıxanda adamı əsnəmə tutar. - Əsnəmə, gərnəşmə əl çəkməz, çıxar guya canın; Hansı pünhanındadır bu aşikarın ləzzəti? Ə.Nəzmi. Mövlamqulunun nəfəsi yavaş-yavaş genişlənir, onu əsnəmə...

ƏSNƏMƏK (ID - 13389)

f. Yuxu gəldikdə, yaxud yuxudan təzə ayılanda, yaxud da yorğunluq nəticəsində qeyri-iradi olaraq ağzını geniş açaraq dərindən və davamlı surətdə nəfəsini içəri çəkib dərhal buraxmaq. Mənim yuxum qaçır, nənəm əsnəyir....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed