İzahlı lüğət

ƏLKİMYAÇI (ID - 12840)

is. Qədimdə: əlkimya ilə məşğul olan adam.

ƏLQABI (ID - 12841)

is. dan. Aftafa. □ Əlqabına çıxmaq - təbii ehtiyac üçün çıxmaq.

ƏLQƏRƏZ (ID - 12842)

ara s. [ər.] Xülasə, sözün qısası, müxtəsər, bir sözlə. Əlqərəz, keçəl ilanı genə yeşiyə qoydu. (Nağıl). Bu qayğısız yaşamağı, əlqərəz; Bir şeylə etmək olarmı əvəz? A.Səhhət. [Soltan bəy:] Əlqərəz, arvad elə...

ƏLQİSSƏ (ID - 12843)

ara s. [ər. ] klas. b a x əlqərəz. Əlqissə, vücudum oldu bərbad; Bir ləhzə fələkdən olmadım şad. Füzuli. Əlqissə, çoxdu canını qurban edən, çocuq! Ey dilbəranə tərzdə cövlan edən çocuq! M.Ə.Sabir.

ƏL-QOL (ID - 12844)

is. Əllər və qollar. Əl-qolunu çırmalamaq. - [Zənci:] Zəncirlə bağlıdır mənim əl-qolum. S.Vurğun. □ Əli-qolu açılmaq - geniş fəaliyyət göstərməyə imkan tapmaq, maneələrdən azad olmaq. Amma ərə gedəndən sonra .. [Tükəzbanın]...

ƏLQUŞU (ID - 12845)

is. 1. Əhliləşdirilmiş quş. // Ov quşu.
2. məc. dan. zar. Qucaqda saxlanmağa öyrənən, həddən artıq əzizlənib bəslənən uşaq haqqında.

ƏLLAF (ID - 12846)

[ər.] bax allaf. Əllaflar çuvalçuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. [Cəfərqulu:] Yedi, içdi, axırıncı tikəsi ağzında idi ki, öz qəzalarından olan əllaf Məşədi Məmmədbağır...

ƏLLAMƏ (ID - 12847)

is. və sif. [ər.] 1. Çox bilən, hər elmi bilən (adam).
məc. Yalançı alim. Qınamasınlar məni; Hər şeydən xəbər verən əllamə tənqidçilər. R.Rza.
məc. Bic, hiyləgər. O, yaman əllamədir. Anası heç qızından geri qalan...

ƏLLAMƏLİK (ID - 12848)

is. Özünü alim, bilici kimi göstərmə, alimlik satma. Əllaməlik etmək. Bu əllaməlik nə üçündür? - Əllaməlik eyləyənlər bu yerlərə ayaq basmaz; Lakin sənin bu dağlardan yazdığına qələm çəkər. S.Rüstəm. Hacı Rəsul Tahirzadənin...

ƏLLƏMƏ1 (ID - 12849)

“Əlləmək” dən f.is.

ƏLLƏMƏ2 (ID - 12850)

is. məh. Daş, qaya.
□□ Başına əlləmə düşsün - qarğış ifadəsi. [Hürü:] Evin yıxılsın, Mələk xanım, başına əlləmə düşsün, Mələk xanım, dincəldinmi? N.Vəzirov.

ƏLLƏMƏK (ID - 12851)

f. 1. Əllə yoxlamaq, əl sürtüb baxmaq, əl sürtmək, əl vurmaq, əl toxundurmaq. Mirzə Rəhim ağa, Hacı xana mütəvəcceh olub gülə-gülə çənəsini əlləyirdi. M.S.Ordubadi. Bir əli ilə anasının döşündən möhkəm yapışmış...

ƏLLƏM-QƏLLƏM (ID - 12852)

sifl dan. Düz olmayan, qeyri-ciddi, etibar edilə bilməyən, cəncəl, hiyləbaz, fırıldaqçı, sözünün üstündə durmayan. Əlləm-qəlləm adam. - [İbrahim bəy:] Bir Kərbəlayı Qulam var, əlləm-qəlləm, .. nadürüst, hacını yaman...

ƏLLƏNMƏ (ID - 12853)

“Əllənmək” dən f.is.

ƏLLƏNMƏK (ID - 12854)

məch. 1. Əllə yoxlanmaq, əllə sürtülüb baxılmaq.
2. Əllə çağırılmaq.

ƏLLƏŞDİRİLMƏ (ID - 12855)

“Əlləşdirilmək” dən f.is.

ƏLLƏŞDİRİLMƏK (ID - 12856)

məch. 1. Əllə yoxlanmaq.
2. Əllə qarışdırılmaq, axtarılmaq, tərpədilmək. Gəlib gördüm ki, masanın üstündəki kağızlar əlləşdirilmişdir.

ƏLLƏŞDİRMƏ (ID - 12857)

“Əlləşdirmək” dən f.is.

ƏLLƏŞDİRMƏK (ID - 12858)

f 1. B a x əlləmək 1-ci mənada. Qara Hüseyn, Nurəddinin qıçını əlləşdirib dedi.. S.S.Axundov. Əllə qarışdırmaq, yoxlamaq, axtarmaq, tərpətmək. Bu kağızları kim əlləşdirib birbirinə qarışdırdı? - Müfəttiş kisənin qabağında...

ƏLLƏŞMƏ (ID - 12859)

“Əlləşmək” dən fis.

ƏLLƏŞMƏK (ID - 12860)

f. 1. Çalışmaq, çalışıb-çapalamaq, bir şeylə məşğul olmaq. Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı. Nə qədər əlləşdimsə, bir şey çıxmadı. Buludların .. günün şüasını bizdən aldığını, bizi məhrum etdiyini...

ƏLLƏŞ-VƏLLƏŞ (ID - 12861)

əlləş-vəlləş eləmək (olmaq) dan. - bir-biri ilə güləşən kimi sarmaşıb əlləşmək.

ƏLLƏTMƏ (ID - 12862)

"Əllətmək” dən f.is.

ƏLLƏTMƏK (ID - 12863)

icb. Əllə yoxlatmaq.

ƏLLİ1 (ID - 12864)

Qırx doqquzdan sonra gələn rəqəm
50. Əlli adam. Əlli manat. Yaşı əllini keçmişdir. - Mahalda kənd bircədir; Içində əlli koxa. (Bayatı). Qafar yaşı əlliyə yaxın olan, xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən.

ƏLLİ2 (ID - 12865)

sif. 1. Əli olan. Iri əlli adam.
məc. Qolu güclü, qüvvətli. Həm ağanın özünə, həm də Zərrintac xanıma yad bir əl toxunmaması üçün möhkəm əlli bir mühafiz lazımdı. S.Rəhimov.
məc. Cəld, əliiti, bacarıqlı. Əlli...

ƏLLİ-AYAQLI (ID - 12866)

1. sif. Diribaş, çox zirək,
çox bacarıqlı, əlli-qollu. Əlli-ayaqlı adam.
Laçın hələ yeddicə yaşında ikən çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqdı. M.Hüseyn.
2. zərf İzsiz-soraqsız, tamam, bütün, büsbütün....

ƏLLİK (ID - 12867)

is. 1. B a x əlcək.
2. Bir şeyin əllə tutulan yeri, tutacaq, qulp, dəstə və s.

ƏLLİQRAMLIQ (ID - 12868)

1. is. Əlli qram ağırlığında olan çəki daşı. Tərəziyə əlliqramlığı qoy.
2. sif. Əlli qram ağırlığında olan, əlli qram tutan, çəkisi əlli qram olan. Əlliqramlıq çəki daşı. Əlliqramlıq çay. Əlliqramlıq qutu.

ƏLLİLİK (ID - 12869)

1. is. Əlli manatlıq kağız pul. Əlliliyi xırdalamaq. Bir əllilik verdim, üç manat qaytardı. Iki əllilik yüz manat edər.
sif. Əlli manata dəyən, qiyməti əlli manat olan. Əllilik kostyum (palto).
sif. Çəkisi, həcmi, ölçüsü...

ƏLLİMANATLIQ (ID - 12870)

bax əllilik 1 və 2-ci mənalarda.

ƏLLİNCİ (ID - 12871)

Qırx doqquzuncudan sonra gələn sıra sayı. Əllinci adam. Əllinci illərdə. Əllinci sıra.

ƏLMƏNDƏ (ID - 12872)

is. Uşaq oyunlarından birinin adı.

ƏLMUZDU (ID - 12873)

is. Əllə görülən işin haqqı, qarşılığı. [Məstəli şah:] Xanım, divlərin əlmuzdusunu, ənamını kərəm edin. M.F.Axundzadə. [Həkim] də [Qulamdan] əlmuzdu almadı. S.Rəhimov. // Zərf mənasında. Əlmuzdu işləmək.

ƏLSİZ (ID - 12874)

sif. 1. Əli, ya əlləri olmayan. Bir Əlsiz adam.
2. B ax əlsiz-ayaqsız. Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhmli idi və harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsizlərə kömək edərdi. İ.Musabəyov.

ƏLSİZ-AYAQSIZ (ID - 12875)

sif. və is. Bacarıqsız, aciz, yazıq, köməyə möhtac. Əlsiz-ayaqsız adam. - [Əmiraslan bəy:] O, nizami qoşun deyil, əlsiz-ayaqsız .. kasıb-küsublardan toplanmış dəstədir. S.S.Axundov. Məni göndəribdir bura kəndin ağsaqqalları;...

ƏLTOPU (ID - 12876)

bax həndbol.

ƏLÜSTÜ (ID - 12877)

zərf Tez, dərhal, o dəqiqə, o saat, dayanmadan, cəld, iti. Əlüstü ayağa qalxdı. Əlüstü yola düşdüm. - Məhəmmədhəsən əmi əlüstü girdi həyətə. C.Məmmədquluzadə. [Səfər:] Ağa, mən də şəriət bilənəm ha... Çünki sözü...

ƏL-ÜZ (ID - 12878)

top. Əllər və üz. Əl-üzünü silmək. Uşaq əl-üzünü rəngə buladı. - Qaraca qız paltarını geyib dedi: - Baba, əl-üzümü haradayuyum? S.S.Axundov. [Pəri Cadu:] Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş....

ƏLÜZSİLƏN (ID - 12879)

is. Əl-üz silmək üçün dəsmal.

ƏLÜZYUYAN (ID - 12880)

is. Əl-üz yumaq üçün xüsusi quruluşlu lüləyi olan alət. Əlüzyuyanda boynunu yumaq. - Otaq pis deyil idi; student otağına məxsus hər bir şey var idi: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində...

ƏLVAN1 (ID - 12881)

sif. [ər.] Cürbəcür rəngdə olan, rəngarəng, rəngbərəng, ala-bəzək. Əlvan kağız. Əlvan çiçəklər. Əlvan tüklü quş. Əlvan parça. Küçələr əlvan lampalarla bəzənmişdir. - Bunlar əlvan qiyafəli, dünyanın hər tərəfindən...

ƏLVAN2 (ID - 12882)

sif. Dəmirdən başqa bütün materialların ümumi adı.

ƏLVANBÜLBÜL (ID - 12883)

is. zool. Sərçələr dəstəsindən bəzəkli kiçik quş.

ƏLVANÇIRAQ (ID - 12884)

is. Əlvan (rəngbərəng) lampalarla bəzənmiş şey.

ƏLVANLIQ (ID - 12885)

is. 1. Əlvan şeyin halı, görünüşü; rəngbərənglik, rəngarənglik. Çiçəklərin əlvanlığı.
2. Əlvan bəzənmiş şey, yer və s. Bayram münasibəti ilə şəhərin hər yeri əlvanlıqlarla dolu idi.

ƏLVERİŞLİ (ID - 12886)

sif. 1. Yararlı, münasib, uyğun, müvafiq. Əlverişli üsul. Əlverişli şərait. Üzümçülük üçün əlverişli iqlim. Muğan pambıq əkini üçün ən əlverişli yerlərdəndir. - Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana...

ƏLVERİŞLİLİK (ID - 12887)

is. 1. Yararlılıq, münasiblik, uyğunluq, müvafiqlik, işəyararlılıq. Yeni üsulun əlverişliliyi. Şəraitin əlverişliliyi.
2. Gəlirlilik, xeyirlilik, faydalılıq. Işin əlverişliliyi.

ƏLVERİŞSİZ (ID - 12888)

sif. Əlverişli olmayan, işə yaramayan. Əlverişsiz şərait. Əlverişsiz iş.

ƏLVERİŞSİZLİK (ID - 12889)

is. Əlverişli olmama, işə yaramama.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed