İzahlı lüğət

ƏSNƏŞMƏ (ID - 13390)

“Əsnəşmək” dən f.is. Məclisdə əsnəşmə düşdü.

ƏSNƏŞMƏK (ID - 13391)

qarş. 1. Bərabər, birlikdə əsnəmək, hamı bir-birinə baxıb əsnəmək.
2. məc. Boş-boşuna vaxt keçirmək.

ƏSPƏRƏK (ID - 13392)

is. bot. Quru və daşlı yamaclarda bitən bitki.

ƏSR (ID - 13393)

[ər.] 1. 100 illik dövr. On səkkizinci əsr. Indiki əsr. Keçən əsrdə. Əsrlər boyu(nca). Əsrlərdən bəri, dərdinə qaldığım yerdir bu yerlər. M.Müşfiq. Gözümdən günlər keçir; Əsrlərə bərabər; Zülmətləri əridən; Qaynar,...

ƏSRAR (ID - 13394)

is. [ər. “sirr” söz. cəmi] Sirlər. Mən belə əsrarı qana bilmərəm; Qanmaz olub da dayana bilmərəm. M.Ə.Sabir. Səndə
var, bəlli, bir yığın əsrar; Söylə, aç söylə, bivəfa, qəddar! H.Cavid.

ƏSRARƏNGİZ (ID - 13395)

ƏSRARƏNGİZLİK (ID - 13396)

is. Sirlilik, sirlə dolu olma, anlaşılmazlıq. Qəhrəman təbiətin bu əsrarəngizliyi içində düşünür. S.Rəhimov.

ƏSRARLI (ID - 13397)

sif Sirli. ..Sehrli, əsrarlı bu həyat nədir? Həm gülünc, həm qorxunc bir əfsanədir... A.Şaiq. Əsrarlı və boğucu sükut yenə məhbəsi bürümüşdü. M.İbrahimov. [Əhməd] Cəmilənin öz iş otağına çəkildiyini görüb ayağa durdu,...

ƏSRDİDƏ (ID - 13398)

sif [ər. əsr və fars. ...didə] Qoca, köhnə, qədim. ..Bazarın başında, yanından şırhaşırla bulaq axan əsrdidə bir çinar ağacı vardı. Ə.Əbülhəsən. Hələ gecə ikən [Qaraca Çoban] meşədən iri gövdəli əsrdidə ağaclardan...

ƏSRİ (ID - 13399)

sif Müasir, əsrə müvafiq, yaxud əsrə aid olan.

ƏSRİK (ID - 13400)

sif 1. Kökəlib yekəlmiş.
2. Qızmış.

ƏSRİMƏ (ID - 13401)

“Əsrimək” dən f.is.

ƏSRİMƏK (ID - 13402)

f Qızmaq, coşmaq, azğınlaşmaq. Əsriyib-əsriyib, kükrəyib axan; Ağzı ağköpüklü divanə Samur! Aşıq Valeh.

ƏSRİMİŞ (ID - 13403)

f.sif. Qızmış, coşmuş. Əsrimiş pələng. - Çənlibel üstündə əsrimiş nərsən; Düşmən qabağında dayanan ərsən. “Koroğlu”. Girəndə meydan içinə; Əsrimiş aslanı gördüm. Aşıq Teymur.

ƏSRİYİB-KÜKRƏMƏK (ID - 13404)

f Özündən çıxmaq, hiddətlənmək, bərk hirslənmək, qızışıb hədələmək.

ƏSRLƏRCƏ (ID - 13405)

zərf Əsrlər boyu, əsrlər ərzində. Əsrlərcə əsarət altında qalan müstəmləkə xalqları azadlığa qovuşdular.

ƏSRLİK (ID - 13406)

sif Bir əsr davam edən, yaşayan, sürən. Qış günəşi isə ağır-ağır, əsrlik təmkini ilə qalxır. Mir Cəlal.

ƏSSALAM (ID - 13407)

nida [ər.] köhn. Sizə salam(lar) olsun.

ƏSTƏGFÜR(ULLAH) (ID - 13408)

nida [ər.] Əsil mənası “Allahdan bağışlanmağımı istəyirəm” deməkdir. Bəzən Azərbaycan dilində “Allah eləməsin, haşa, əsla, qətiyyən, heç vaxt, heç elə şey ola bilməz, heç elə şeyə razı ola bilmərəm” mənalarında...

ƏŞ (ID - 13409)

is. 1. Tay, bərabər, misil, bənzər. Yoxdur mənə göydə əş; Deyərkən, getdi sərkəş. Ə.Cavad.
2. Dost, yar, həmdəm, yoldaş. Mənim də var baharım; Çiçəklərim, günəşim; Qəlbim, ruhum, işarım: Tapındığım şux əşim....

ƏŞAR (ID - 13410)

is. [ər. “şeir” söz. cəmi] Şeirlər. Şairəm, çünki vəzifəm budur əşar yazım; Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. ..Hərəmiz bir istəkan çay içəndən sonra .. yoldaşım Teymur mirzə yazdığı əşarından...

ƏŞƏDD (ID - 13411)

sif. [ər.] Şiddətli, güclü, son dərəcə (çox). [Rza bəy:] Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. Ü.Hacıbəyov.

ƏŞƏR (ID - 13412)

is. [ər.] tar. Keçmişdə müəyyən məqsədlər üçün gəlirin onda biri miqdarında verilən vergi.

ƏŞXAS (ID - 13413)

is. [ər. “şəxs” söz. cəmi] köhn. Şəxslər, adamlar. Əşxas fərmayişi əmələ gətirdilər. M.F.Axundzadə. Xərc edir bir para əşxas pulun bayramdə; Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə. M.Ə.Sabir. Bizim müsəlmanlar arasında...

ƏŞİ (ID - 13414)

nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! [Sultan...

ƏŞİRƏT (ID - 13415)

is. [ər.] Bir əsildən törəyib birlikdə yaşayan və köçəri (bədəvi) həyat sürən ailələr toplusu; qəbilə, oymaq. Əşirət dövrü. Ərəb əşirətləri. Əşirət şeyxi (ağası, bəyi). Əşirət halında yaşayan tayfalar. Bütün...

ƏŞK (ID - 13416)

is. [fars.] klas. Göz yaşı. Hicran gecəsi gəldi ki, hər qətreyi-əşkim; Pərvanələrə şəmi-şəbistan olacaqdır. Qövsi. Gecəgündüz ağlamaqdan əşki-xun; Saralıb gül rəngi solubdu, gördüm. Q.Zakir. Gözümdə cari edib əşk həm...

ƏŞKAL (ID - 13417)

is. [ər. “şəkl” söz. cəmi] Şəkillər, şəkil. [Məstəli şah:] Xurcunu yerə qoy, ağzının bağını aç, içindən üstündə əşkal çəkilmiş taxtaparçaları çıxart. M.F.Axundzadə.

ƏŞKBAR (ID - 13418)

sif [fars.] klas. Göz yaşı tökən, çox ağlayan. Yağma, canım, naleyi-biixtiyarımdan saqın; Tökmə qanım, abi-çeşmiəşkbarımdan saqın. Füzuli. Saldı məni damə zülfün xəyalı; Məni qoydun əşkbarda, gəlmədin. Sarı Aşıq. □...

ƏŞRAF (ID - 13419)

is. [ər. “şərif” söz. cəmi] köhn. Əyanlar, nüfuzlu adamlar, kübarlar. Ərkanidövlət, üləma, .. əyan və əşraf və ərbabimənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. M.F.Axundzadə. Bütün əşraf ikən qızın...

ƏŞRƏF (ID - 13420)

sif [ər.] köhn. Ən şərafətli, ən əziz, çox hörmətli. [Arif:] Bir fəzilətsə öldürüb ölmək; Canavar bizdən əşrəf olsa gərək. H.Cavid. Budur, Yer üzünün əşrəfi insan; Yaradır gündə bir hicranlı dastan. S.Vurğun. [Gülyanaq:]...

ƏŞRƏFİ (ID - 13421)

is. [ər.] köhn. Keçmişdə: beş manatlıq qızıl pul. Əşrəfi keçmişdə zinət olaraq işlənirdi. - Zərxaradan arxalıq; Əşrəfidən yaxalıq; Bir busə ver o xaldan; Dadına çatsın xalıq. (Bayatı). [Koroğlu Qırata:] Əzəldən bilsəydim...

ƏŞRƏFİLİ (ID - 13422)

sif. Bəzək üçün əşrəfi taxılmış, əşrəfi asılmış. Ətəyi əşrəfili paltar. Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə hər hörüyü bir qolac. M.P.Vaqif.

ƏŞSİZ (ID - 13423)

sif. 1. Tayı, bərabəri, misli olmayan.
2. Dostu, yaxın adamı, həmdəmi olmayan; tək.

ƏŞSİZLİK (ID - 13424)

is. 1. Tayı, bərabəri, misli olmama.
2. Dostu, həmdəmi olmama; təklik.

ƏŞYA (ID - 13425)

is. [ər. “şey” söz. cəmi] 1. Şeylər. Ev əşyası. - Nişandan toya qədər qız evi qıza veriləsi cehiz əşyasını tədarük etməklə məşğul olur. R.Əfəndiyev. Məsmənin otağı ev əşyasından tamamilə boş imiş. S.Hüseyn. Səttarxan...

ƏT (ID - 13426)

is. 1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı. // Heyvan və insan bədəninin yumşaq hissəsi. Əti sümükdən ayırmaq. Kəsilmiş heyvan bədəninin xörəyə işlənən qismi. Qoyun əti....

ƏTA (ID - 13427)

is. [ər.] klas. Vermə, veriş. // Bağışlanma. Kiçikdən xəta, böyükdən əta. (Ata. sözü). □ Əta etmək (eləmək) - bağışlamaq. Təmir üçün etdi çox ətalər; Tədric ilə qıldı çox binalər. Füzuli. [Mirzə:] Amma ağadan [xahişim]...

ƏTALƏT (ID - 13428)

is. [ər.] Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durma; tənbəllik. Həvəs sövq eylər insanı həyatə; Ətalət cəlb edər şəxsi məmatə. M.Ə.Sabir. Qəlyan xoruldadıqca yuxuya bənzər qəribə bir ətalət [Hikmət İsfahaninin]...

ƏTALƏTLİ (ID - 13429)

sif. 1. Hərəkətsiz, fəaliyyətsiz, süst; tənbəl. [Uzundərə] əski Şərqin tələsmək bilməyən ətalətli ruhunu özündə saxladığı üçün maraqsız deyildi. S.Hüseyn.
2. fiz. Hərəkətdə olan cismin xarici təsir olmadan öz...

ƏTBALA (ID - 13430)

bax ətcəbala. Ətbala qaranquş. - Uşaqlıq həyatı! Ətbala quş qanadlar altında pərvəriş tapan kimi, sən də isti ana qucağına sığınır, bütün dünyanın səadətini bu doğma yuvada tapırsan. Mir Cəlal.

ƏTBAŞ (ID - 13431)

sif. dan. Ağılsız, gec anlayan, gec başa düşən; kütbeyin.

ƏTCƏ (ID - 13432)

is. 1. Çılpaq uşaq bədəni.
2. Bax ətcəbala. Yuvada yumurtadan yenicə çıxmış ətcə kəklik balaları vardı.

ƏTCƏBALA (ID - 13433)

is. Yumurtadan lələksiz və gözləri açılmamış halda çıxan quş balası. ..Əlimi yuvaya soxdum və tüksüz ətcəbalaların üstündən ana alacəhrəni tutub .. ağacdan endim. S.S.Axundov. ..Orada bala-bala cücələr var, bax belə-belə,...

ƏTÇƏKƏN (ID - 13434)

is. Əti xırda-xırda doğramaq üçün maşın.

ƏTÇİ (ID - 13435)

is. Ətsatan.

ƏTÇİLİK (ID - 13436)

is. Ətlik heyvan yetişdirmə işi. Ətçilik təsərrüfatı.

ƏTDOĞRAYAN (ID - 13437)

is. 1. Ət döymək, doğramaq üçün kiçik kəsərti; qiyməkeş. Qonşudan ətdoğrayanı gətir. Kəsilmiş heyvanın ətini doğrayan adam; qəssab.
Bax ətçəkən.

ƏTDÖYƏN (ID - 13438)

bax ətdoğrayan 1 və 3-cü mənalarda.

ƏTƏC (ID - 13439)

is. məh. Yun təmizləyən alət.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed