İzahlı lüğət

STABİLİZATOR (ID - 36431)

[lat. stabilis - sabit] xüs.
Hərəkət zamanı cismin sabitliyini saxlamaq üçün qurğu, cihaz. Avtomobilin stabilizatoru.
Hər hansı bir kəmiyyətin sabitliyini saxlamaq üçün qurğu. Gərginlik stabilizatoru.

STABİLLİK (ID - 36432)

is. Sabitlik, daimilik, dəyişməzlik.

STADİON (ID - 36433)

[yun.] Sport-idman məşğələləri və oyunları üçün futbol meydançaları, qaçış yolları və tamaşaçılar üçün dairəvi tribunaları olan tikililər kompleksi. Stadionda voleybol yarışları keçirilir.

STAXANOVÇU (ID - 36434)

is. [rus. xüs. addan] Yeni texniki vasitələri yaradıcı surətdə mənimsəmiş və sosializm yarışında adi istehsal normalarını çox-çox ötüb keçən qabaqcıl fəhlə (SSRİ-də 30-40-cı illərdə geniş yayılmış ad). [Reyhan] kolxozun...

STAJ (ID - 36435)

[fr.] 1. Hər hansı bir işin, fəaliyyətin davam etdiyi müddət. Əmək stajı. İstehsalat stajı. // Hər hansı ictimai təşkilatda olma müddəti. Otuz illik stajı olan Murad “Yeni həyat” kolxozunda briqadir işləyir. Ə.Vəliyev.
2....

STAJÇI (ID - 36436)

is. Praktik biliyini, iş təcrübəsini, ixtisasını artırmaq üçün bir idarə, ya müəssisəyə göndərilmiş mütəxəssis, fəhlə; təcrübəçi. Stajçı çilingər.

STAJÇILIQ (ID - 36437)

bax stajorluq.

STAJKEÇƏN (ID - 36438)

is. Təcrübə keçən şəxs.

STAJLI (ID - 36439)

sif. Stajı olan.

STAJOR (ID - 36440)

[fr. stagiaire] bax stajkeçən.

STAJORLUQ (ID - 36441)

is. Təcrübə keçmə; stajçılıq.

STANDART (ID - 36442)

[ing.] 1. Öz ölçüsünə, formasına, keyfiyyətinə görə tələbata cavab verən hər hansı bir şeyin nümunəsi. // Bir şeyin təşkilində, qurulmasında, hazırlanmasında, həyata keçirilməsində tətbiq edilən forma, eyni tip, eyni nümunə....

STANDARTLAŞDIRILMA (ID - 36443)

“Standartlaşdırılmaq”dan f.is.

STANDARTLAŞDIRILMAQ (ID - 36444)

məch. Standart (1-ci mənada) hala gətirilmək, standart şəklə salınmaq.

STANDARTLAŞDIRMA (ID - 36445)

1. “Standartlaşdırmaqdan f.is.
2. Bir şey üçün məcburi standartlar müəyyən etmə, birtipli formalar tətbiq etmə. Detalları standartlaşdırma. Şriftləri standartlaşdırma. İnşaat işlərini standartlaşdırma.

STANDARTLAŞDIRMAQ (ID - 36446)

f Hər hansı bir şey üçün standart (1-ci mənada) təyin etmək, standart şəklə salmaq. Detalları standartlaşdırmaq. İstehsalı standartlaşdırmaq.

STANDARTLIQ (ID - 36447)

STANİTSA (ID - 36448)

is. [rus.] Kənd tipli yaşayış məntəqəsi.

STANSİYA (ID - 36449)

[lat. stansia - duracaq] 1. Müəyyən marşrut üzrə hərəkət edən dəmiryol qatarlarının və digər nəqliyyat vasitələrinin dayanacağı. Metro stansiyası. Dəmiryol stansiyası. - ..Stansiyada izdiham çox idi. Sərnişinlər əldə bilet...

STAPEL (ID - 36450)

is. [holl. ] Tikilməkdə olan gəminin saxlandığı yer; tərsanə.

STARŞİNA (ID - 36451)

[rus.] 1. Sovet Ordusunun kiçik komanda heyətində ən yüksək rütbə. Rota starşinası. - Kəyan bölüyə tamaşa etməklə elə məşğuldu ki, starşinanın yaxınlaşıb batalyon komandiri ilə danışdığını eşitmədi. Ə.Əbülhəsən.
Hərbi...

START (ID - 36452)

[ing.] 1. Müəyyən məsafə üzrə idman yarışlarının başlanma momenti, vaxtı. □ Start götürmək - yarışda qaçışa, üzməyə və s.-yə başlamaq. // Uçucu aparatların havaya qalxma momenti, vaxtı. Təyyarə starta hazırdır.
2....

STARTÇI (ID - 36453)

is. idm. Start (1-ci mənada) siqnalı verən hakim.

STASİONAR (ID - 36454)

[lat. stationarius] 1. Daim, həmişə bir yerdə olan, yerini dəyişməyən, bir yerdən başqa yerə köçməyən idarə, müəssisə və s. Stasionar kitabxana. Stasionar xəstəxana. Stasionar kinoteatr.
Ambulatoriyada deyil, xəstəxanada müalicə...

STATİK (ID - 36455)

sif [yun.] 1. Statikaya aid.
2. Sabit, hərəkətsiz, inkişafsız (dinamik ziddi).

STATİKA (ID - 36456)

[yun. statos - duran, dayanan]
Mexanikanın, cisimlərin güc təsiri altında tarazlıq şərtlərindən bəhs edən bölməsi. Sükunət, müvazinət halı (dinamika ziddi).

STATIST (ID - 36457)

[yun.] Səhnədə ikinci dərəcəli, sözsüz rolları oynayan, kütləvi səhnələrdə iştirak edən aktyor.

STATİSTİKA (ID - 36458)

[lat. status - vəziyyət] 1. İnsan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı (rəqəmləri) elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla...

STATOR (ID - 36459)

is. [lat.] Maşınları və turbinləri hərəkətə gətirən mexanizm.

STATUS (ID - 36460)

is. [lat.] Vətəndaşın, hüquqi şəxsin vəziyyəti.

STELLAJ (ID - 36461)

is. [alm.] Bir şeyi dikinə qoyub saxlamaq üçün mebel, qəfəsə.

STEND (ID - 36462)

[ing.] 1. Nümayiş etdirmək üçün üzərinə eksponatlar qoyulan lövhə, dəzgah, piştaxta. Sərgi stendləri.
tex. Maşınları quraşdırmaq və yoxlamaq üçün xüsusi qurğu, yer. Sınaq stendi.
idm. Sərrast atıcılıq sınaq və yarışları...

STENOQRAFÇI (ID - 36463)

is. Stenoqrafiya mütəxəssisi.

STENOQRAFİYA (ID - 36464)

[yun. stenos - sıx və grapho - yazıram] Ağızdan çıxan sözləri olduğu kimi xüsusi işarələr və ixtisarlarla cəld yazma üsulu.

STENOQRAFLAMA (ID - 36465)

“Stenoqraflamaq”dan f.is.

STENOQRAFLAMAQ (ID - 36466)

f . Stenoqrafiya üsulu ilə yazmaq, stenoqrafiyasını götürmək.

STEREOMETRİYA (ID - 36467)

[yun. stereos - məkan və metreo - ölçürəm] Həndəsənin, həndəsi fiqurların (xətt, cisim, səth) fəzada vəziyyətindən bəhs edən şöbəsi.

STEREOSKOP (ID - 36468)

[yun. stereos - məkan və skopeo - baxıram] Hər iki gözlə baxdıqda iki eyni şəkli bir şəkil kimi göstərən cihaz. s

STEREOTİP (ID - 36469)

[yun. stereos - bərk və typos iz] mətb. Metal, rezin və s. lövhəcik üzərinə keçirilmiş mətbəə naboru surəti (çoxtirajlı və təkrar nəşr çap etmək üçün işlədilir).

STERİL (ID - 36470)

sif. [lat.] Sterilizasiya yolu ilə mikroorqanizmləri məhv edilmiş, mikroblardan təmizlənmiş; mikrobsuz. Steril bint. Steril xalat. Steril pambıq.

STERİLİZASİYA (ID - 36471)

[lat.] Suda qaynatma, filtrdən keçirmə və ya kimyəvi maddələrin təsirilə mikroorqanizmlərin məhv edilməsi; mikrobsuzlaşdırılma. Südün sterilizasiyası. Cərrahi alətlərin sterilizasiyası.

STERİLİZATOR (ID - 36472)

[lat.] 1. Sterilizasiya üçün aparat, cihaz. Şprislər üçün sterilizator.
2. Sterilizasiya mütəxəssisi.

STERİLİZƏ (ID - 36473)

sterilizə etmək - bax sterilləşdirmək 1 -ci mənada. Yeyinti məhsullarını sterilizə etmək. Konservləri sterilizə etmək.

STERİLLƏŞDİRMƏ (ID - 36474)

“Sterilləşdirmək”dən f.is.

STERİLLƏŞDİRMƏK (ID - 36475)

f. 1. Mikrobsuzlaşdırmaq, mikroorqanizmləri məhv etmək, sterilizə etmək. Konservləri sterilləşdirmək.
2. Dölsüzləşdirmək, axtalamaq.

STERLİNQ (ID - 36476)

[ing.] İngiltərə qızıl və gümüş pullarının qanuni standart meyarı.

STIL (ID - 36477)

[fr style] bax üslub.

STİLİSTİKA (ID - 36478)

STİMUL (ID - 36479)

[lat. stimulus] Həvəs və maraq oyadıcı amil, vadaredici səbəb. Əmək məhsuldarlığını yüksəldən stimul.

STİMULYATOR (ID - 36480)

[lat.] Bitkinin inkişafını və böyüməsini sürətləndirmək üçün tətbiq edilən kimyəvi maddə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed