İzahlı lüğət

SƏBT (ID - 35129)

is. [ər.]: səbt etmək - qeyd etmək, yazmaq. Od tutar kağızlar, alışar qələm; Səbt etsələr hər tumara dərdimi. Q.Zakir. Zəbaniərzi-halə cürətim yoxdur, deyim, axır; Bu üzdən səbt edib dərdi-dilim tumarə, göndərdim. S.Ə.Şirvani....

SƏBUHİ (ID - 35130)

sif. [ər.] Səhərə aid olan, sübhə mənsub olan.

SƏBZƏ (ID - 35131)

is. [fars.] 1. Əla kişmiş növü. Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. H.Sarabski.
Göyərti, göylük, göyərtilik, yaşıllıq, çəmən. Rahat üçün fərş salmış səbzeyi-tər...

SƏBZƏLİ (ID - 35132)

sif. Tərkibində səbzi (göyərti) olan; göyərtili. Səbzəli qovurma.

SƏBZƏVAT (ID - 35133)

[fars. səbzə və ər. ...at] Müxtəlif göyərtilər (səbzilər), göy-göyərti. [Koroğlu] ətrafa göz gəzdirib baxdı ki, yanında bir səbzəvat dükanı var. “Koroğlu” .

SƏBZƏVATÇI (ID - 35134)

is. Səbzi (göyərti) yetişdirib satan adam; göyərtiçi.

SƏBZƏVATÇILIQ (ID - 35135)

is. Səbzi (göyərti) əkib satmaqla məşğul olma; göyərtiçilik. Səbzəvatçılıq etmək.

SƏBZİ (ID - 35136)

is. 1. Göyərti. Yeməklər yenə də düyü, ət, toyuq, yumurta və səbzilərdən bişirilmiş Təbriz xörəkləri idi. M.S.Ordubadi.
2. Bax səbzə 1-ci mənada. Məcməyidə səbzi, iydə, səməni, sumaq, ayna və təhvil balığı vardı....

SƏBZİQOVURMA (ID - 35137)

is. Göyərti ilə ətdən bişirilən qovurma. Plovu səbziqovurma ilə yemək. - Usta qatıq kasasını.. səbziqovurmanın üstünə töküb ağız ləzzəti ilə yedi. M.Süleymanov.

SƏBZİQOVURMALI (ID - 35138)

sif. Xuruşu səbziqovurma olan. Səbziqovurmalı plov.

SƏBZİQOVURMALIQ (ID - 35139)

sif. Səbziqovurma bişirməyə yarar. Səbziqovurmalıq ət. Səbziqovurmalıq göyərti.

SƏBZİYYAT (ID - 35140)

[fars. səbzi və ər. ...iyyat] bax səbzəvat. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. Ə.Haqverdiyev.

SƏCCADƏ (ID - 35141)

is. [ər.] din. Mömin müsəlmanların namaz qılanda istifadə etdikləri kiçik xalça və ya parçadan tikilmiş döşənək; canamaz. Bununla bərabər hacı dayım o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən axşamadək səccadə...

SƏCDƏ (ID - 35142)

is. [ər.] din. Namazda almı möhürə söykəyib, Quranın bəzi ayələrini oxuyarkən alnını ona söykəyib dua oxuma. Məhəmmədhəsən əmi səbir eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına....

SƏCİYYƏ (ID - 35143)

is. [ər.] 1. Hər hansı bir şeyin və ya hadisənin başqalarından fərqləndirən xüsusiyyəti; xarakter. Hadisənin səciyyəsi. Ərazinin səciyyəsi.
2. Xasiyyət, təbiət. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə...

SƏCİYYƏLƏNDİRMƏ (ID - 35144)

“Səciyyələndirməkdən f.is.

SƏCİYYƏLƏNDİRMƏK (ID - 35145)

f Bir şeyin səciyyəvi xüsusiyyətlərini vermək, göstərmək. // Bir şəxsin və ya şeyin fərqləndirici xüsusiyyətini təşkil etmək.

SƏCİYYƏLƏNMƏ (ID - 35146)

“Səciyyələnməkdən f.is.

SƏCİYYƏLƏNMƏK (ID - 35147)

f . Səciyyəvi xüsusiyyətlərilə fərqlənmək, başqalarında olmayan səciyyəvi xüsusiyyətlərə malik olmaq. Azərbaycan ədəbiyyatı tarixində bu dövr bir tərəfdən mürəkkəbliyi ilə, ikinci tərəfdən mövcud ədəbi materialların,...

SƏCİYYƏVİ (ID - 35148)

sif [ər.] Bir şəxsə, ya şeyə xas olan, bir şəxsi və ya şeyi başqasından fərqləndirən. Səciyyəvidir ki, məsələn, Cəlil Məmmədquluzadənin öz əsərlərində hadisələrə xalq və xəlqilik cəbhəsindən yanaşdığı aydın görünür....

SƏCİYYƏVİLİK (ID - 35149)

is. Məhz bir şəxsə, bir şeyə, bir dövrə, bir hadisəyə xas olma.

SƏD (ID - 35150)

miqd. s. [fars.] Yüz (adətən afərin, mərhəba, heyif kimi sözlərin əvvəlinə gətirilərək onların təsir gücünü artırmaq üçün nida məqamında işlənir). [Ustadlar:] Hər görən söyləyə: ay səd afərin! Nəinki məclisdə yüz...

SƏDA (ID - 35151)

is. [ər. ] Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. - Quşlar.. cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi.....

SƏDAQƏT (ID - 35152)

is. [ər.] Dostluqda, məhəbbətdə dəyanət, səbat, vəfa; sadiqlik, etibarlılıq. k özünündür, özün bilərsən; Mənimsə əhdimə sədaqətim var. S.Rüstəm. Mən vermişəm ürəyimi yadigar sənə; Sənin mənə yadigarın sədaqətindir....

SƏDAQƏTLİLİK (ID - 35153)

is. Sadiq (sədaqətli) olma, etibarlılıq, vəfalılıq, vəfadarlıq.

SƏDAQƏTSİZ (ID - 35154)

sif. Dostluğunda, məhəbbətində sadiq olmayan; etibarsız, vəfasız. Sədaqətsiz yoldaş.

SƏDAQƏTSİZLİK (ID - 35155)

is. Dostluqda, məhəbbətdə sadiq olmama; etibarsızlıq, vəfasızlıq.

SƏDARƏT (ID - 35156)

is. [ər.] Başçılıq, sədrlik, rəislik. Sədarət sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər. Ə.Haqverdiyev. □ Sədarət etmək - sədrlik etmək, başçılıq etmək. İclasa sədarət etmək. - Dəccal bu...

SƏDBƏR(G) (ID - 35157)

is. [fars.] bot. bax mixəkgülü. Sədbər və ya mixəkgülü .. birillik bozumtul, keçətüklü, budaqlı bitkidir. M.Qasımov.

SƏDD (ID - 35158)

is. [ər.] 1. Müxtəlif məqsədlər üçün çəkilən divar, hasar. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. Minlərlə insan yorulmadan sədlər qururdu. M.Süleymanov. Suyun qarşısını almaq üçün...

SƏDƏF (ID - 35159)

is. [ər.] Bəzi balıqqulağıların iç qatmı təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə. Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq...

SƏDƏFGÜLÜ, SƏDƏFOTU (ID - 35160)

is. bot. Limonkimilər fəsiləsindən tərkibində efir yağı olan ağçiçəkli yarımkol bitkisi.

SƏDƏFLİ (ID - 35161)

sif Sədəflə bəzədilmiş, sədəfə tutulmuş. Sədəfli tar. Sədəfli mücrü. - [Rəsul:] Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı. “Aşıq Qərib” . Vətən sədasına düşən sənətkar; De, indi nə çalır...

SƏDƏQƏ (ID - 35162)

is. [ər.] Yoxsula, dilənçiyə verilən pul, şey. Sədəqə vermək. Sədəqə paylamaq. - Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və şillər.. sədəqə diləyirdilər. Çəmənzəminli. Tapdıq olanda Göyçək çoxlu sədəqə...

SƏDƏMƏ (ID - 35163)

is. [ər.] 1. Çarpma, vurma, şiddətlə vurma.
məc. Gözlənilmədən başa gələn bəla, müsibət, fəlakət, afət; insanın maddi və ya mənəvi halını sarsıdan hadisə; mənəvi zərbə. Fəqət, görürsünüz, bədən ruzgarın sədəmələrinə...

SƏDR (ID - 35164)

is. [ər.] 1. İclasa, yığıncağa başçılıq edən şəxs. Sədr iclası açdı. iclasa sədr seçmək.
Dövlət, hökumət və ya ali dövlət orqanları rəhbərlərinin rəsmi adlarının tərkibində. Milli Məclisin Sədri. Nazirlər Sovetinin...

SƏDRİ (ID - 35165)

is. [ər.] Uzun, nazik, sarıyaçalar düyü növü. Sədri düyüsündən plov.

SƏDRLİK (ID - 35166)

is. Sədr vəzifəsi, sədr olma. [Alxan:] Gəlin bu elmli oğlanlardan birini keçirdək sədrliyə. İ.Əfəndiyev. □ Sədrlik etmək - sədr vəzifəsini ifa etmək, sədr olmaq, başçılıq etmək. Atası Mahmudalı kişi sədrlik eləyəndə,...

SƏDULU (ID - 35167)

is. Azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfalarından birinin adı.

SƏF (ID - 35168)

is. [ər.] Sıra, cərgə, düzgü. Elə ki səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanrıtanımazı çağırdı. “Koroğlu” . // Qatar. Saqın gəzin, laçın gözü görməsin; Qorxuram, səfinizi poza, durnalar! M.P.Vaqif....

SƏFA (ID - 35169)

is. [ər.] Zövq, nəşə, ləzzət, kef; rahatlıq (adətən feillərlə işlənir). Səfa görmək. Səfa vermək. Səfa çəkmək. Səfa sürmək. - Çəkdim yar cəfasını; Görmədim səfasını, Siz tanrı, qoyun gedim; Bir bilim vəfasını. (Bayatı)....

SƏFAHƏT (ID - 35170)

is. [ər.] 1. Səfehlik. Güldü bir qədər onun səfahətinə; Dərkinə, fəhminə, fərasətinə. A.Səhhət. Zövq, əyləncə, kef düşkünlüyü, vaxtını bu cür işlərdə keçirmə. [Müfti:] Sərxoş olub aləmi sərsəmlədir; Anlayamam...

SƏFALƏT (ID - 35171)

is. [ər.] Son dərəcə ehtiyac içərisində yaşama, sıxıntı çəkmə; yoxsulluq və ehtiyacdan çəkilən sıxıntı. Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu heçlik və fəlakətdir. A.Şaiq. [Məsmə:] Düşdüyüm mühit...

SƏFALI (ID - 35172)

sif Səfa verən, zövq verən, ləzzət verən, ürəkaçan, xoşagələn, xoş. Fəsillərin ən gözəli, ən səfalısı bahar vaxtı olduğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. T.Ş.Simurq. Yayın səfalı,...

SƏFARƏT (ID - 35173)

[ər.] bax səfirlik 1-ci mənada. Rzaquluxan, səfarət ümurunda təcrübəm yox deyə, səfarətdən büsbütün imtina edirdi. M.S.Ordubadi.

SƏFARƏTXANA (ID - 35174)

is. [ər. səfarət və fars. ...xanə] Səfirliyin yerləşdiyi bina, səfirin idarəsi. ingilis səfarətxanasının binası Tehranın şimal tərəfində ən gözəl məhəllələrin birində yerləşirdi. P.Makulu.

SƏFBƏSƏF (ID - 35175)

zərf [ər. səf və fars. bitişdirici bə] Cərgə-cərgə, sıra-sıra. [Göyxallı at] öz səsiyld balaca şəhəri ayağa qaldırdı. Demək olar ki, küçənin o tay-bu tayı səfbəsəf tamaşaya çıxdı. S.Rəhimov. igidlər başaçıq durub...

SƏFEH (ID - 35176)

sif. [ər.] 1. Gic, ağıldan kəm, axmaq, sarsaq. Səfeh adam. Səfeh iş. - [Hacı Mehdi:] Səfeh şeydir, gündə biri gəlir, çığırırbağırır, gedir. Ə.Haqverdiyev. // İs. mənasında. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir;...

SƏFEHCƏ(SİNƏ) (ID - 35177)

zərf Səfeh kimi, gic kimi, ağılsızcasına, axmaqcasına, sarsaqcasına. Səfehcəsinə iş tutmaq, Səfehcəsinə inad göstərmək.

SƏFEHLƏMƏ (ID - 35178)

“Səfehləmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......