İzahlı lüğət

SEVİNCSİZ (ID - 35029)

sif. Fərəhsiz, pərişan, məyusedici, qəmləndirici, kədərləndirici. Sevincsiz mənzərə.

SEVİNDİRİCİ (ID - 35030)

sif. Sevinc gətirən, fərəh oyadan, şad edən; fərəhləndirici, sevindirən, ürəkaçan, xoş. Sevindirici hal. Sevindirici xəbər. - [Məktəb müdiri] ayağa qalxıb şagirdlərə son dərəcə ciddi, həm də sevindirici bir xəbər verdi....

SEVİNDİRMƏ (ID - 35031)

“Sevindirmək”dən f.is.

SEVİNDİRMƏK (ID - 35032)

f Sevinməsinə səbəb olmaq, şad etmək, fərəhləndirmək, şadlandırmaq. Şad xəbər hamını sevindirdi. - Tahirin bu cür düşüncəli və ciddi bir əda ilə danışmağı Lətifəni sevindirdi. M.Hüseyn. Bilirəm, ən xoşbəxt, gözəl...

SEVİNƏ-SEVİNƏ (ID - 35033)

zərf Şad, çox razı halda, sevinərək, sevinc içində. Sevinə-sevinə getmək. Sevinə-sevinə oxumaq. - Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhləyə-ləhləyə gəldi anasının yanına. C.Məmmədquluzadə. Kəndlilər...

SEVİNİŞMƏ (ID - 35034)

“Sevinişmək”dən f.is.

SEVİNİŞMƏK (ID - 35035)

qarş. Hamı birlikdə sevinmək, şadlanmaq, fərəhlənmək. Şad xəbərdən hamı sevinişdi. - [Qızlar] sevinişdilər, nəhayət, atlar uzaqdan göründü. M.S.Ordubadi.

SEVİNMƏ (ID - 35036)

“Sevinmək”dən f.is.

SEVİNMƏK (ID - 35037)

f . Xoş xəbərdən, hadisə və ya işdən fərəh duymaq, şadlanmaq, vəcdə gəlmək. Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənir di. Çəmənzəminli. Əziz mehribanım, çatdı məktubun; Nə qədər sevindik, bilsən,...

SEVİŞMƏ (ID - 35038)

1. “Sevişmək”dən f.is. Sevgi, məhəbbət, eşq.

SEVİŞMƏK (ID - 35039)

qarş. Bir-birini sevmək, birbirinə eşq yetirmək. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim. S.S.Axundov. [Teymur] hələ on yeddi yaşında ikən özüylə birlikdə oxuyan Şogik adlı bir qızla sevişirdi. M.Hüseyn.

SEVMƏ (ID - 35040)

“Sevmək”dən f.is. İnsanın insanı sevməsi, bir-birinə məhəbbət bağlaması təbiidir. N.Nərimanov.

SEVMƏK (ID - 35041)

f . 1. Eşq yetirmək, aşiq olmaq. Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. M.P.Vaqif. [Əsgər:] Əlbəttə, xanım. Göz gördü, könül sevdi. U.Hacıbəyov. Əşrəf Nazlını ilk görən gün sevdi. S.Rəhman. //...

SEYF (ID - 35042)

[ing. safe - təhlükəsiz, etibarlı] Qiymətli kağızları, sənədləri, pul və s. saxlamaq üçün yanmayan metaldan qayrılmış şkaf və ya yeşik. Kapitan .. seyfi açıb oradan bir qovluq çıxartdı. Ə.Əbülhəsən. Katib birdən nəyisə...

SEYİD (ID - 35043)

is. [ər.] din. 1. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu. Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani. [Məsmə:] Anam, dayılarım məni [kor kişiyə] verdilər. Çünki...

SEYİDMALI (ID - 35044)

din. bax xüms. [Seyidlər] cavab verdi ki, əlbət, sizdən seyidmalı xahiş edəcəklər. C.Məmmədquluzadə.

SEYİZ (ID - 35045)

is. Sürünün qabağında gedən təkə.

SEYM (ID - 35046)

is. [pol.] Bəzi ölkələrdə qanunverici orqan, parlament, məclis.

SEYR1 (ID - 35047)

is. [ər.] Əylənmək və istirahət məqsədilə gəzinti, ayaqseyri, gəzmə, gəzinmə. □ Seyr etmək - gəzmək, gəzintiyə, ayaqseyrinə çıxmaq. Çıxıb başmaqseyrinə, edib seyri-çəmən gəldim; Ayaq üstdən Qazağa bir gedib, gördüm...

SEYR2 (ID - 35048)

is. [ər.] Seyr etmə, baxma, tamaşa etmə, göz gəzdirmə. [Vaqif] meşənin seyrindən ayrılıb Mədinəni süzməyə başladı. Çəmənzəminli. □ Seyr etmək - baxmaq, tamaşa etmək. Ətrafı seyr etmək. - Xanların sözünə baxmayaraq qapının...

SEYRAN (ID - 35049)

[ər. seyr və fars. ...an] 1. Bax seyr1. □ Seyrana çıxmaq - seyrə çıxmaq. Ay gecə qəbrində cövlana çıxsın; Ulduzlar süzülüb seyrana çıxsın. M.Müşfiq. Çıxmış dəniz sahilinə iki gənc qız seyrana; Xeyli gəzib dolaşırlar......

SEYRÇİ (ID - 35050)

is. 1. Seyrə, gəzməyə çıxan adam. Seyrçilər kəndə girərkən küçələrin tünlüyü daha da artmış oldu. Ə.Əbülhəsən.
məc. Uzaqdan baxaraq işə qarışmayan, müşahidə etməklə kifayətlənən, müşahidəçi; bir hadisəyə,...

SEYRƏK (ID - 35051)

sif 1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda (sıx əksi). Seyrək meşə. Seyrək ot. - Uzaqda görünən seyrək pöhrəliyin içi və dilik-dilik olan yalların sinəsi yarılırdı. S.Rəhimov. // Eyni mənada saç, tük haqqında....

SEYRƏKBIĞ(LI) (ID - 35052)

sif Bığı seyrək olan, qalın olmayan. Seyrəkbığlı kişi.

SEYRƏKÇƏTİRLİLƏR (ID - 35053)

is. bot. Çətirləri sıx olmayan, seyrək olan bitkilər fəsiləsi.

SEYRƏKDİŞ(Lİ) (ID - 35054)

sif. Dişləri seyrək, aralı olan. Seyrəkdişli uşaq.

SEYRƏKLƏMƏ1 (ID - 35055)

“Seyrəkləmək1’dən f.is.

SEYRƏKLƏMƏ2 (ID - 35056)

“Seyrəkləmək2”dən f.is.

SEYRƏKLƏMƏK1 (ID - 35057)

f Seyrək etmək, birbirindən aralamaq, ara qoymaq, seyrək hala gətirmək. Bağı seyrəkləmək. Pambığı seyrəkləmək.

SEYRƏKLƏMƏK2 (ID - 35058)

f. Səfehləmək, ağlını azdırmaq, gicləşmək, axmaqlamaq. [Diyar kişi:] Nə seyrəkləyirsən, ay arvad! Ə.Məmmədxanlı.

SEYRƏKLƏNDİRMƏ (ID - 35059)

“Seyrəkləndirmək”dən f.is.

SEYRƏKLƏNDİRMƏK (ID - 35060)

f. Seyrək hala gətirmək, seyrək etmək. Tingləri seyrəkləndirmək.

SEYRƏKLƏNMƏ (ID - 35061)

“Seyrəklənmək’’dən f.is.

SEYRƏKLƏNMƏK (ID - 35062)

1. məch. Seyrək hala gətirilmək, seyrəldilmək. Bağda ağaclar seyrəklənmişdir.
məc. Azalmaq. idarəyə gələnə qədər Qorxmazın üzünü çulğamış qalın kədər dumanı indi parçalanmış, seyrəklənmiş və getgedə çəkilib...

SEYRƏKLƏŞDİRİLMƏ (ID - 35063)

“Seyrəkləşdirilmək”dən f.is.

SEYRƏKLƏŞDİRİLMƏK (ID - 35064)

məch. Seyrək hala gətirilmək, bir-birindən aralı etmək.

SEYRƏKLƏŞDİRMƏ (ID - 35065)

“Seyrəkləşdirmək”dən f.is.

SEYRƏKLƏŞDİRMƏK (ID - 35066)

bax seyrəltmək.
Meynələri seyrəkləşdirmək.

SEYRƏKLƏŞMƏ (ID - 35067)

“Seyrəkləşmək’’dən f.is.

SEYRƏKLƏŞMƏK (ID - 35068)

f . 1. Seyrək hala gəlmək, bir-birindən aralı olmaq; sıxlığı, qalınlığı azalmaq. Kollar getdikcə seyrəkləşirdi. - ..Yaz buludları sanki tankın gurultusundan qorxub seyrəkləşir, hürkür, qaçışırdı. M.Hüseyn. // Getdikcə...

SEYRƏKLƏTDİRMƏ (ID - 35069)

“Seyrəklətdirmək”dən f.is.

SEYRƏKLƏTDİRMƏK (ID - 35070)

icb. Seyrək hala saldırmaq, bir-birindən aralatdırmaq. Ağacları seyrəklətdirmək.

SEYRƏKLƏTMƏ (ID - 35071)

“Seyrəklətmək’’dən f.is.

SEYRƏKLƏTMƏK (ID - 35072)

bax seyrəklətdirmək.

SEYRƏKLİK (ID - 35073)

is. Seyrək şeyin halı, azlıq (qalınlıq, sıxlıq ziddi). Saçın seyrəkliyi. Meşənin seyrəkliyi.

SEYRƏKSAÇ(LI) (ID - 35074)

sif. Saçı seyrək olan, saçı qalın (sıx) olmayan. Seyrəksaç qız. - Orta yaşlarında, arğaz, seyrəksaç dəllək Leylək Ələmdarın heybətli sifətini görüncə hırıldayahırıldaya [dedi].. S.Rəhimov.

SEYRƏKSAQQAL(LI) (ID - 35075)

sif. Saqqalı seyrək olan, saqqalı qalın (sıx) olmayan. Seyrəksaqqal kişi. - [Nəbi Həcərə:] Bəs seyrəksaqqal Sarımsaqoğlunu unutmusanmı? S.Rəhimov.

SEYRƏKTÜKLÜ (ID - 35076)

sif. Tükü seyrək olan, tükü sıx (qalın) olmayan.

SEYRƏKYARPAQ(LI) (ID - 35077)

sif. Yarpaqları seyrək, aralı olan; az olan, sıx (qalın) olmayan. Seyrəkyarpaqlı ağaclar. Seyrəkyarpaq kol.

SEYRƏKYUN(LU) (ID - 35078)

sif. Yunu seyrək olan, yunu sıx (qalın) olmayan. Seyrəkyunlu qoyun.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed