STİMULLAŞDIRMA (ID - 36481)“Stimullaşdırmaqdan f.is.
|
STİMULLAŞDIRMAQ (ID - 36482)f. Stimul yaratmaq, bir şeyin həyata keçməsini təzələşdirmək, gücləndirmək.
|
STİROL (ID - 36483)is. Paltar yumaq üçün sabunqələvi tozu.
|
STOL (ID - 36484)[rus.] 1. Miz, masa. Uzunsov stol. Girdə stol. Yazı stolu. Cərrahiyyə stolu. - Zirzəminin ortasında palıd taxtasından iri bir stol qoyulmuşdu. S.Rəhman. Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev.
məc.... |
STOLBAZ (ID - 36485)[rus. стол və fars. ...baz] bax vəzifəpərəst. [Dilşad:] Bu, Cahangir kimi stolbazların .. düzəltdikləri fitnədir. İ.Əfəndiyev.
|
STOLÜSTÜ (ID - 36486)sif. 1. Stol üstünə qoyulmaq üçün düzəldilmiş, stol üstünə qoyulan, yaxud stol üçün uyğunlaşdırılmış. Stolüstü saat. Stolüstü oyunlar. Stolüstü tennis. - Hətəmov barmaqlarını stolüstü süfrəyə vuraraq düşünürdü....
|
STOMATOLOGİYA (ID - 36487)[yun. stoma (stomatos) - ağız və loqos - elm] Tibbin ağız boşluğu, dişlər, çənə və onlara yaxın yerlərin xəstəliklərindən bəhs edən şöbəsi.
|
STOMATOLOJİ (ID - 36488)sif. [yun.] Stomatologiya ilə bağlı olan, stomatologiyaya aid olan. Stomatoloji klinika. Stomatoloji tədqiqat.
|
STOMATOLOQ (ID - 36489)[yun.] Stomatologiya mütəxəssisi.
|
STRATEGİYA (ID - 36490)[yun. strategia - qoşun və ago - aparıram] 1. Geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma sənəti. Strategiya və taktika. // Müharibə aparma elmi. Strategiya haqqında leksiya. Strategiya kursu. // Müharibə, hərbi...
|
STRATEJİ (ID - 36491)sif. [yun.] 1. Strategiya ilə bağlı olan, strategiyaya aid, strategiya tələblərinə cavab verən, ümumi hərbi məqsədləri həyata keçirmək üçün əhəmiyyəti olan.
Hərbi əhəmiyyəti olan, müharibənin ümumi məqsədlərinin həyata... |
STRATEQ (ID - 36492)[yun. strategos] Mahir sərkərdə, strategiyanı yaxşı bilən şəxs. // məc. tənt. İctimai, siyasi mübarizəyə rəhbərlik etməkdə böyük məharəti olan şəxs.
|
STRATOSFER (ID - 36493)[lat. stratum - döşəmə və yun. sphaira - kürə, şar] Atmosferin dəniz səthindən 9-11 km yüksəklikdə olan üst təbəqəsi.
|
STRATOSTAT (ID - 36494)[lat.] Stratosferə qalxmaq üçün aerostat. Stratostat qalxır boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli.
|
STREPTOKOK (ID - 36495)[yun. streptos - zəncir və kokkos - toxum] tib. İrinli iltihablar, qızılyel və s. xəstəliklər törədən, zəncir təşkil edən girdə bakteriya.
|
STREPTOSİD (ID - 36496)[yun. streptos və lat. caedere - öldürmək] Streptokok xəstəliklərinin müalicəsində tətbiq edilən dərman. [İmanov] ..ağ və qırmızı streptosidi, kalseksi qayda ilə [Tahirə] içirdir, amma qızdırmanın düşmədiyini, əksinə, yavaş-yavaş...
|
STRESS (ID - 36497)[ing. stress - gərginlik] Xarici və ya daxili mühitin mənfi qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiya.
|
STRİXNİN (ID - 36498)[yun. strychnos] Hindqozu tropik bitkisi toxumlarından alman, çox güclü zəhər (təbabətdə istifadə edilir). Strixnin rəngsiz, dördkünclü kristal olub suda və efirdə pis, spirt və benzolda isə asan həll olur. R.Əliyev.
|
STRUKTURALİST (ID - 36499)Strukturalizm tərəfdarı.
|
STRUKTURALİZM (ID - 36500)[lat. structura] Müasir dilçilik elmində dil vahidləri arasındakı daxili (struktur) əlaqələri dəqiq təsvir etmək üçün üsullar irəli sürən cərəyanlardan birinin adı.
|
STUDİYA (ID - 36501)[ital.] 1. Rəssam və ya heykəltəraş emalatxanası.
Artist, rəssam, heykəltəraş hazırlayan məktəb (bu məktəbdə keçirilən dərslər yaradıcı məşğələlərlə birgə aparılır). İndi məktəbin səhnəsinə çıxıram, bu üzümüzə... |
STUL (ID - 36502) |
STÜARDESSA (ID - 36503)[ing. stewardess] Təyyarədə sərnişinlərinə xidmət edən qadın.
|
SU (ID - 36504)is. 1. Dənizləri, gölləri, çayları, bulaqları əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən ibarət olan şəffaf rəngsiz maye. Yağış suyu. Çay suyu. İçməli su. - Stol üzərindəki qrafindən stəkana su töküb...
|
SUAXAN (ID - 36505)is. Keçmişdə: çimmək üçün evlərin küncündə düzəldilən xüsusi yer. [Arvad] qazanda su qoyub qızdırdıqdan sonra Kəbleyini suaxanda yuyundurub yatırdır. H.Sarabski.
|
SUAL (ID - 36506)is. [ər.] 1. Bir şey haqqında cavab, məlumat almaq üçün müraciət etmə, soruşma; sorğu. Sualla müraciət etmək. Suala cavab vermək. Suallar barədə fikirləşmək. - Gülsənəm arvadın sualındakı təəccüb nidası çox qüvvətli idi....
|
SUALBAZ (ID - 36507)sif [ər. sual və fars. ...baz] Yerli-yersiz sual verməyi sevən adam; sualçı. Bu zaman həmən sualbaz Şirəliyə yaxınlaşdı. S.Rəhman.
|
SUAL-CAVAB (ID - 36508)bax sorğu-sual. Sualcavab başlandı. Sual-cavab uzun çəkdi. Sualcavab zamanı. - Bu sual-cavabdan sonra tamam pərt olmuş “ovçu” çaşqın-çaşqın yanyörəsinə göz gəzdirdi. M.Rzaquluzadə. [Əliqulu:] Sual-cavabdansa, mənə bir əlac...
|
SUALÇI (ID - 36509)bax sualbaz.
|
SUALEDİCİ (ID - 36510)sif. Sual ifadə edən; suallı. Sualedici gözlər. Sualedici baxış. - Diqqətlə, sualedici nəzərlərlə Ulduzun gözlərinə baxan qoca qadının birdən dodaqları titrədi. Ə.Məmmədxanlı. ..Cəlal sualedici bir nəzərlə [ustaya] baxdı....
|
SUALLI (ID - 36511)bax sualedici. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Cəlal.
|
SUALTI (ID - 36512)sif. 1. Suyun altında olan, icra edilən, su səviyyəsindən aşağıda olan. Sualtı daşlar. Sualtı axtarışlar. - Ara-sıra sualtı vulkanlar da püskürürdü. M.Qaşqay. Maşinist barkası sualtı qayalardan qoruya-qoruya irəliləyirdi. M.Süleymanov....
|
SUAŞIRAN (ID - 36513)is. tex. Artıq suyun axıb getməsi üçün bəndin divarlarında düzəldilən hidrotexniki qurğu, deşik, pəncərə, boru və s.
|
SUAŞIRI (ID - 36514)is. Çayda suyun iti axdığı yer.
|
SUAYIRICI (ID - 36515)is. coğr. Çay hövzələrini, yəni suların axımını iki əks istiqamətə ayıran təpə, xətt. Suayırıcıdan axan çaylar.
|
SUBASAN, SUBASAR (ID - 36516)bax çaybasar. Subasan çəmən. - Qoy yamyaşıl məxmər geysin hər biçənək, hər zəmi; Körpə ceyran düzə gəlsin subasarı görəndə. S.Vurğun. Göz qaralan tarlaları pambıqlar örtsün bu yaz! Qoruqlarda, subasarda qalmasın bir yer boyaz!...
|
SUBAY (ID - 36517)sif. Evlənməmiş. Subay oğlan. Subay qız.
|
SUBAYLIQ (ID - 36518)is. Subay olma, əri və ya arvadı olmama, subay adamın vəziyyəti. Subaylıq sultanlıqdır. (Ata. sözü). [ilyas:] Əzizim, mən subaylıqda da xörəkdən, istirahətdən korluq çəkməmişəm. Mir Cəlal.
|
SUBAYSAYAĞI (ID - 36519)sif. və zərf Subayda olduğu kimi, subay kimi. Subaysayağı süfrə. Subaysayağı yaşamaq.
|
SUBSTANSİYA (ID - 36520)[lat. substantia] fəls. Bütün əşya və hadisələrin ilk əsası, mahiyyəti, məğzi.
|
SUBSTANTİVLƏŞMƏ (ID - 36521)is. dilç. Digər nitq hissələrinin isim kateqoriyasına keçməsi; isimləşmə. Sifətin substantivləşməsi.
|
SUBSTANTİVLƏŞMƏK (ID - 36522)f dilç. İsim kateqoriyasına keçmək; isimləşmək.
|
SUBTROPİK (ID - 36523)sif. Subtropik sahəyə aid, subtropikdə olan. Subtropik iqlim. - Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev.
|
SUBTROPİKLƏR (ID - 36524)[lat. sub - alt və yun. tropikos] cəm Yer kürəsinin tropik qurşaqla mötədil qurşaq arasında aralıq vəziyyət tutan iki fiziki-coğrafi zona.
|
SUBURAXICI (ID - 36525)is. tex. Suyu su anbarından su kəmərlərinə, suvarma və ya gəmiçilik kanallarına buraxmaq üçün qurğu.
|
SUBYEKT (ID - 36526)is. [lat. subjectum] 1. fəls. Xarici aləmi (obyekti) dərk edən və öz əməli fəaliyyətində, işində ona təsir edən şəxs.
// Şəxs, şəxsiyyət, adam. O subyekt kimdir? Bu subyekt mənə tanış gəlir. hüq. Müəyyən hüquq və... |
SUBYEKTİV (ID - 36527)sif. [lat.] Subyektə, şəxsə, şəxsiyyətə aid olan, onunla bağlı olan, ondan asılı olan. Subyektiv səbəblər. Tarixdə subyektiv amil. işin subyektiv tərəfi. // Tək bir şəxsə (subyektə) aid olan, xas olan, ancaq onun fikirlərini,...
|
SUBYEKTİVİST (ID - 36528)is. Subyektivizm (1-ci mənada) tərəfdarı.
|
SUBYEKTİVİZM (ID - 36529)[lat.] 1. Maddi aləmin obyektiv varlığını inkar edən idealist fəlsəfi cərəyan.
Burjua sosiologiyasında: cəmiyyətin inkişafının obyektiv qanunlara əsasən deyil, guya subyektiv amillərə, yəni ayrı-ayrı şəxslərin iradəsinə,... |
SUBYEKTİVLİK (ID - 36530)is. 1. Ancaq bir subyektə, şəxsə, fərdə aid olma; şəxsi, fərdi. Görüşlərin subyektivliyi.
2. Bir şeyə həddən artıq subyektiv münasibət, qeyri-obyektivlik. Məsələnin həllində subyektivlik göstərmək. |
Bu səhifə dəfə baxılıb