İzahlı lüğət

SÜRÜCÜLÜK (ID - 36831)

is. Sürücü işi, nəqliyyat vasitəsini və s.-ni sürmə işi. Sürücülük vəsiqəsi almaq. Sürücülük təlimi keçmək. Sürücülük öyrənmək.

SÜRÜKLƏMƏ (ID - 36832)

“Sürükləmək”dən f.is.

SÜRÜKLƏMƏK (ID - 36833)

f . 1. Bir şeyi yerdən qaldırmadan sürüyə-sürüyə aparmaq, çəkə-çəkə (darta-darta) aparmaq; sürümək. [Kimon] incini dar ağacına sarı sürükləyir. A.Şaiq. [Səməd:] Qolçomaqlar bizim kolxozu görmək istəməyirlərdi... Axırda...

SÜRÜKLƏNMƏ (ID - 36834)

“Sürüklənmək”dən f.is.

SÜRÜKLƏNMƏK (ID - 36835)

bax sürünmək 1-ci mənada.

SÜRÜLMƏ1 (ID - 36836)

“Sürülmək1”dən f.is.

SÜRÜLMƏ2 (ID - 36837)

“Sürülmək2”dən f.is.

SÜRÜLMƏK1 (ID - 36838)

məch. 1. Qovulmaq, aparılmaq. Naxır fermaya sürüldü.
2. Sürgün edilmək. [Hacı Nuru şair Səfər bəyə:] Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. M.F.Axundzadə....

SÜRÜLMƏK2 (ID - 36839)

f. 1. Şumlanmaq. Sürüləcək yerin hələ ondan biri şumlanmamışdı. M.İbrahimov. Hatəm dayı.. sürülmüş (f.sif.) zəmilərə .. baxırdı. Mir Cəlal.
2. məc. Sövq edilmək, cəlb edilmək. Lakin bunu bilməlisiniz ki, sizə güllə...

SÜRÜMƏ (ID - 36840)

“Sürümək”dən f.is.

SÜRÜMƏK (ID - 36841)

f . Zorla çəkib aparmaq və ya gətirmək; dartmaq, çəkmək, darta-darta, çəkəçəkə, sürüyə-sürüyə aparmaq (gətirmək). Uşağı əlindən tutub sürümək. - [Usta:] Qorxumdan səsimi çəkdim içəri. ipi bağladılar, söyə-söyə...

SÜRÜNDÜRMƏ (ID - 36842)

1. “Süründürmək”dən f.is.
2. Süründürməçilik.

SÜRÜNDÜRMƏÇİ (ID - 36843)

is. Bir işi, ya bir adamı qəsdən süründürən, get-gələ salan, özünə tapşırılan bir işi qəsdən uzadan, ləngidən adam. [Yusif:] Yoldaş Əlizadə, nə qədər elə süründürməçilər tapılsa, yeri düşdükcə, başımız ağrıyacaqdır....

SÜRÜNDÜRMƏÇİLİK (ID - 36844)

is. Bir işi, məsələni qəsddən uzatma, həllini gecikdirmə, ləngitmə, get-gələ salma; lüzumsuz rəsmiyyətçilik. Süründürməçiliklə mübarizə.

SÜRÜNDÜRMƏK (ID - 36845)

f Bir işi qəsdən ləngitmək, uzatmaq, yubatmaq, gecikdirmək; başda dolandırmaq, get-gələ salmaq. işi süründürmək. - [Nazlı Nataşaya:] Eh, siz şəhər qızları çox ərköyünsünüz. Əzilirsiniz, süründürürsünüz, adamın canın...

SÜRÜNƏNLƏR (ID - 36846)

cəm zool. İlan, kərtənkələ, tısbağa, timsah və s. heyvanların daxil olduğu onurğalı heyvanlar sinfinin ümumi adı.

SÜRÜNGƏL (ID - 36847)

is. Dağlarda sürüşkən, dar yerlər.

SÜRÜNMƏ (ID - 36848)

“Sürünmək”dən f.is.

SÜRÜNMƏK (ID - 36849)

f . 1. Üzüstə bütün bədənilə bir səth üzərində hərəkət etmək (sürünən heyvanlar haqqında). Yolun kənarında ilan sürünür. - ..Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyə-inildəyə sürünən...

SÜRÜŞDÜRMƏ (ID - 36850)

“Sürüşdürmək”dən f.is.

SÜRÜŞDÜRMƏK (ID - 36851)

f . Hamar bir səth üzrə hərəkət etdirmək, qaldırmadan irəli itələmək. Lakin vəzifəlilər qədəhləri qabaqlarından ortaya süründürdülər. B.Bayramov.

SÜRÜŞƏK, SÜRÜŞKƏN (ID - 36852)

sif Tamamilə hamar, üstündə hərəkətə mane olacaq heç bir ilişik olmayan, üzərində heç bir şeyi saxlamayan. Sürüşkən yol. Sürüşkən buz. Sürüşkən qaya. - Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi....

SÜRÜŞKƏNLİK (ID - 36853)

is. Sürüşkən şeyin halı. ..Təhlükəli cığırların yağışdan sonra daha təhlükəli olmuş sürüşkənliyi, atların daha ehtiyatlı addımları və yenidən başlayan çiskinin üz-gözümü sancan soyuq iynələri məni bu xəyal dünyasından...

SÜRÜŞMƏ (ID - 36854)

“Sürüşmək”dən f.is.

SÜRÜŞMƏK (ID - 36855)

f . 1. Hamar, sürüşkən səth üzərində hərəkət etmək. Kirşə buzun üstündən sürüşüb keçdi.
Asanlıqla hamar səth üstü ilə hərəkət etmək, irəliləmək. [Qasım:] Dənizin üzü dələmə kimi idi. Gəmi suyu yara-yara sürüşürdü....

SÜRVƏ (ID - 36856)

is. bot. Dodaqçiçəklilər fəsiləsindən çoxillik və birillik ot və kolcuqlar.

SÜS (ID - 36857)

is. Bəzək, zinət, bərbəzək. [Qızların] boyunlarında, başlarında və barmaqlarında qızıl zinət və süs olmazdı. H.Sarabski. Belə gürşad yağmurlar üçün babalar deyiblər ki, “yağış yağar, varlının süsünü aparar, yoxsulun...

SÜSƏN (ID - 36858)

is. bot. İri bənövşəyi, göy və ya sarımtıl gülləri olan bitki və bu bitkinin gülü. Süsəndən, sünbüldən, lalə, nərgizdən; Siyah tellərinə düz, qadan alım! Aşıq Ələsgər. Gəl qələm götürüb, qoşa saz tutaq; Süsənlər,...

SÜSLƏMƏ (ID - 36859)

“Süsləmək”dən f.is.

SÜSLƏMƏK (ID - 36860)

f Bəzəmək, zinətləndirmək, bəzək, yaraşıq vermək. Şairləri qanadında bəsləyən; insanların həyatını süsləyən; incə ruhlu mələklərə and olsun. M.Müşfiq.

SÜSLÜ (ID - 36861)

sif. Bəzəkli, zinətli. Xacə Nizamın işarəti və Hacibin toxunması ilə ortadakı pərdə qalxar, son dərəcə parlaq və süslü bir aləm görünər. H.Cavid. [Sönməz:] Solmaz atəşgahın süslü bir gəlinidir. C.Cabbarlı.

SÜST (ID - 36862)

sif. [fars.] 1. Hərəkət etməyə iqtidarı olmayan, halsız, taqətsiz. Süst düşüb (z.) qalmaq. - [Aslan bəy doktora:] Bədənim elə süstdür ki, bu əl, bu ayaq, bu baş, bu gövdə sanki mənim deyildir. A. Şaiq. [Rizvan] vaqonun pilləkənindən...

SÜSTLƏŞDİRMƏ (ID - 36863)

“Süstləşdirmək”dən f.is.

SÜSTLƏŞDİRMƏK (ID - 36864)

f . Süstləşməsinə səbəb olmaq, keyləşdirmək. Bədbin hisslər [Nemətin] bədənini süstləşdirməkdə idi. Çəmənzəminli. Görünməmiş vəhşiliklər Azərbaycan oğullarının əqidəsini süstləşdirmir, tutduqları yolun haqq və...

SÜSTLƏŞMƏ (ID - 36865)

“Süstləşmək”dən f.is.

SÜSTLƏŞMƏK (ID - 36866)

f . 1. Hissini, duyğusunu itirmək, sustalmaq, keyimək. Güldəstə birdən-birə süstləşdi. H.Seyidbəyli.
2. Donub qalmaq, quruyub qalmaq, kütləşmək. Heyrətə düşmüş bağban, saçları çiyinlərindən üzü aşağı tökülən Həcəri...

SÜSTLÜK (ID - 36867)

is. Hissizlik, kütlük, keylik. Özündə süstlük hiss etmək. - Qar lopa-lopa yağırdı. Gecəki kefdən sonra hər kəsdə bir süstlük vardı. Çəmənzəminli. indi [Veysəlin] ürəyindəki nisgil azalmış, vücudundakı süstlük yoxa çıxmışdı....

SÜTLÜKƏN (ID - 36868)

is. bot. Zəhərli ağ südəoxşar şirəsindən təbabətdə və s.-də istifadə edilən ot bitkisi.

SÜTUN (ID - 36869)

is. 1. arxit. Binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən hündür dirək. Sarayın bəzəkli sütunları. - Telli, qıyqacı çadralı başını balkonun sütununa söykəyib baxırdı. S.Hüseyn. Rüstəm kişi ikimərtəbəli...

SÜTUNLU (ID - 36870)

sif Sütunu, sütunları olan. Sütunlu eyvan. ittifaqlar Evinin Sütunlu zalı. Sütunlu binanın içində xüsusi və qaynar bir həyat başlamışdı. S.Rəhimov.

SÜTÜL (ID - 36871)

sif. 1. Hələ yetişməmiş, tamam dəyməmiş. Sütül qarğıdalı. - Arpanı sütül, buğdanı ötür. (Ata. sözü). Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyir. Mir Cəlal. // İs. mənasında. [Gülməli:] Gördüm...

SÜTÜLLƏNMƏ (ID - 36872)

“Sütüllənmək”dən f.is.

SÜTÜLLƏNMƏK (ID - 36873)

f Təzə-təzə yetişməyə başlamaq, tam yetişməmək, sütül halına gəlmək. Arpa sütüllənib. Qarğıdalı sütüllənir.
Bu saat özünüzü Şamaxı yamaclarında, dəmyə zəmilərdə, adamboyu qalxan, sütüllənən (f.sif.), dəniz...

SÜTÜLLƏŞMƏ (ID - 36874)

“Sütülləşmək”dən f.is.

SÜTÜLLƏŞMƏK (ID - 36875)

bax sütüllənmək.

SÜTÜLLÜK (ID - 36876)

is. Sütül olma, yetişmək üzrə olan taxılın və s.-nin halı. Qarğıdalının sütül mərhələsi. Taxıllar sütüllükdür.

SÜVAR (ID - 36877)

zərf köhn. [fars.] Ata və ya başqa heyvana minmiş. Nagah bir süvarpeyda oldu. M.F.Axundzadə. Baharın bir belə günlərinin birində əlvan çiçəklərlə bəzənmiş səhrada .. eşşəyə süvar bir cavan gedirdi. E.Sultanov. □ Süvar olmaq...

SÜVARİ (ID - 36878)

sif. [fars.] Ata minmiş, atlı. // is. mənasında. Atlı əsgər. [Qartal:] Mən öz odlu qılıncımla yüzə qədər süvarini biçib tökmüşəm.. M.Hüseyn. Qızıl süvarilər isə qəti hücum gözləyirdilər. H.Nəzərli. Süvarilər Tülkü...

SÜYSÜN (ID - 36879)

is. Atlarda və digər qoşqu heyvanlarında boynun bel sütunu ilə birləşən hissəsi. [Koroğlu] əlini atın süysünündən qoyub sağrısına qədər çəkdi. “Koroğlu” .

SÜYÜM (ID - 36880)

is. məh. İnsan bədəninin quruluşu; qamət.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed