İzahlı lüğət

SİLİNDRLİ (ID - 35830)

sif. Başına silindr (3-cü mənada) qoymuş, başında silindr olan. Bu küçənin .. başı sarıqlı axundları ilə başı silindrli ziyalıları.. bir müqəddərat daşıyırdılar. S.Hüseyn.

SİLİNDRŞƏKİLLİ (ID - 35831)

bax silindrik.

SİLİNMƏ (ID - 35832)

“Silinmək”dən f.is.

SİLİNMƏK (ID - 35833)

məch. 1. Yuyularaq, sürtülərək və ya silinərək təmizlənmək. Stollar, pəncərələr silinmişdir. - Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Mir Cəlal.
Pozulmaq, görünməz olmaq, silinib getmək, silinib yox olmaq. Divarın...

SİLİNMƏZ (ID - 35834)

sif. 1. Silinə bilməyən, getməyən. Silinməz ləkə.
2. məc. Yaddan çıxmaz, unudulmaz, xatirdə qalan. Silinməz iz. Silinməz xatirələr. [Bu hadisə] .. qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki.. dünən vaqe olmuşdur....

SİLİSİUM (ID - 35835)

[lat. silicium - çaxmaqdaşı] kim. Süxurların çoxunun tərkibində olan kimyəvi element.

SİLİST (ID - 35836)

[rus.] dan. İstintaq, dindirmə, sorğu-sual. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə. Tahirzadə cibindəki son manatı Məşədi ismayıla verib silistdən...

SİLİSTÇİ (ID - 35837)

is. [rus.] dan. İstintaq aparan vəzifəli şəxs; müstəntiq. 1920-ci ilin noyabr ayında qəza milis idarəsindən Naxçıvan xalq silistçisinə .. bir təliqə gəlmişdi. E.Sultanov. Çayxananın pilləkənini çıxan Meşinov dönüb Əlyara dedi:...

SİLK (ID - 35838)

is. [ər.] 1. Feodalizm dövründəki sinfi münasibətlər əsasında meydana gələrək, varislik hüquq və vəzifələri qanunən möhkəmlənmiş ictimai qrup, təbəqə. imtiyazlı silklər.
2. Ümumiyyətlə, ictimai qrup, təbəqə, zümrə....

SİLKƏLƏMƏ (ID - 35839)

“Silkələmək”dən f.is. “TU” -da adi təyyarələrdə olduğundan daha sərbəst hərəkət etmək mümkündür. Burada kəskin silkələmə yoxdur. M.İbrahimov.

SİLKƏLƏMƏK (ID - 35840)

f 1. Təkan verərək, dartaraq bu tərəfdən-o tərəfə bərk tərpətmək, yerindən oynatmaq, sarsıtmaq. Gənc sərt əlilə Bayramı silkələdi. M.Hüseyn. Arvad [Aydının] üstünə atılıb bərk silkələdi. H.Seyidbəyli. // Meyvələri...

SİLKƏLƏNMƏ (ID - 35841)

“Silkələnmək”dən f.is.

SİLKƏLƏNMƏK (ID - 35842)

1. “Silkələnmək”dən məch.
2. qayıd. Atılıb-düşmək, yırğalanmaq, o tərəf-bu tərəfə tərpənmək. Maşının üstündə bir qız dayanmışdı, hey o yan-bu yana silkələnirdi. M.İbrahimov. Arabanın təkəri yolun çuxur yerinə...

SİLKƏMƏ (ID - 35843)

“Silkəmək”dən f.is.

SİLKƏMƏK (ID - 35844)

SİLKİNMƏ (ID - 35845)

“Silkinmək”dən f.is.

SİLKİNMƏK (ID - 35846)

1. qayıd. Silkənərək üstündəki tozu-torpağı və s.-ni düşürmək. [Səfər kişi] divarın dalına çəkilib silkinər, ətəklərini çırpıb tez qaçardı. Mir Cəlal. Bütün bədəninin cəld hərəkəti ilə üstündəki şeydən azad...

SİLKMƏ (ID - 35847)

“Silkmək”dən f.is.

SİLKMƏK (ID - 35848)

f 1. Bir şeyi, üstündəki tozu, xırda şeyləri düşürmək üçün əsdirmək, çırpmaq. Palazı silkmək. Üst-başını silkmək. - Qurban .. durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə....

SİLL (ID - 35849)

is. [ər.] köhn. Vərəm. [Ələkbər:] Hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. N.Vəzirov. [Hacı Murad:] Malı, dövləti çox, özünün də sill azarı var. S.S.Axundov.

SİLLABİK (ID - 35850)

sif. [yun. syllabikos] ədəb. Heca vəzninə əsaslanan, heca vəznində yazılmış. Sillabik şeir.

SİLLƏ (ID - 35851)

is. Açıq əllə, əl ayası ilə üzə vurulan zərbə. Sillə ilişdirmək. - [Məşədi İbad:] Rəhmətlik Pərizada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı. U.Hacıbəyov. Nəzarətçi söyüş söydü və sağında dayanmış...

SİLLƏLƏMƏ (ID - 35852)

“Sillələmək”dən f.is.

SİLLƏLƏMƏK (ID - 35853)

f . Sillə vurmaq. Gülnaz yerindən sıçrayıb durdu, mübaşir Məmmədi sillələdi. M.İbrahimov.

SİLLƏLƏNMƏ (ID - 35854)

“Sillələnmək”dən f.is.

SİLLƏLƏNMƏK (ID - 35855)

məch. Sillə vurulmaq.

SİLMƏ (ID - 35856)

“Silmək”dən f.is.

SİLMƏK (ID - 35857)

f . 1. Dəsmal və s. ilə qurulamaq. Əl-üzünü silmək. Bədəni silmək. - [Tahir] yaylıqla Alının yanaqlarını və alnını silib təmizlədi. M.Hüseyn. Nərgiz hər tərəfdən üstünə yağan suallara cavab vermədən əvvəl qolu ilə...

SİLOS (ID - 35858)

[isp. silo] Xırda-xırda doğranmış yem bitkilərini xüsusi yerlərdə (quyularda, xəndəklərdə və s.-də) qıcqırtma yolu ilə alınan şirəli heyvan yemi. Silos basdırmaq. Silos doğramaq. Qarğıdalı silosu. - [Gülsənəm:] [İmran] bildir...

SİLOSDOĞRAYAN (ID - 35859)

is. Silos hazırlamaq üçün yem bitkilərini doğrayıb xırdalayan maşın. // Sif. mənasında. Silosdoğrayan maşın.

SİLOSLAMA (ID - 35860)

SİLOSLAMAQ (ID - 35861)

f . Silos etmək, silosa çevirmək, silos halına salmaq. Qarğıdalını siloslamaq.

SİLSİLƏ (ID - 35862)

is. [ər.] 1. Keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqalar, piləklər şəklində bəzək, zəncirə. Bir də görərdin ki, dövlətli qadın .. başına qızıl cütquqabağını bağladı. Onun üstündən cərgə...

SİLSİLƏCÜNBAN (ID - 35863)

is. [ər. silsilə və fars. cünban] zar., köhn. Bir məclisi idarə edən, bir dəstənin irəlidə gedəni; başçı. [Naşadın atası] ..məhərrəmlikdə məhəllə məscidində “silsiləcünban” olmuşdu. Ə.Hüseyn. Əhvalat vaqe olur məsciddə,...

SİLSİLƏLİ (ID - 35864)

sif Silsilə şəklində, silsiləyəoxşar, zəncirvari.

SİLSİLƏVİ (ID - 35865)

sif. [ər.] Arasıkəsilmədən davam edən, fasiləsiz, arasıkəsilməz. Silsiləvi reflekslər.

SİL-SÜPÜR (ID - 35866)

is. Bir yeri silib-süpürüb təmizləmə; yığışdırma. Evin sil-süpürü qurtardı. □ Sil-süpür eləmək - yığıb-yığışdırmaq, qaydaya salmaq, təmizləmək. Həyəti sil-süpür eləmək.

SİLUET (ID - 35867)

[fr. silhouette] Kölgə; kölgə kimi görünən hər hansı bir şey; uzaqda, qaranlıqda, dumanda görünən şeyin çevrələri. Onlar sakit və oğrun addımlarla asta-asta yeriyib, qabaqda siluet kimi görünən ağ evin yanından sola döndülər....

SİLVİ (ID - 35868)

is. Silvilər fəsiləsindən quş cinsi.

SİM1 (ID - 35869)

is. 1. Simli musiqi alətlərinə çəkilən və tərpəndikdə səs verən elastiki tel (metaldan, bağırsaqdan və s.-dən). Tara sim çəkmək. Ağ sim. Kök sim. - Səba oturdu, kamançanın simlərini düzəltməyə başladı. M.S.Ordubadi. Tarçı...

SİM2 (ID - 35870)

is. [fars.] Yaranın iltihablanması nəticəsində mikrobların qana keçməsi. □ Sim eləmək - bax simləmək2. indi Kərbəlayının başı sim eləyib, yatır və hərdən şişmiş gözlərini açıb arvada deyir.. Çəmənzəminli. Yara işləyib...

SİMA (ID - 35871)

is. [ər.] 1. Üz, sifət, bəniz. Gözəl sima. Solğun sima. Uşağın siması. - Aşıq oldum simasına, boyuna; Hayıf ki, kamalda dərin görmədim. Aşıq Ələsgər. [Kərim babanın] hərəkətindən və simasından gəncliyində çox igid və...

SİMASIZ (ID - 35872)

sif. Siması olmayan, şəxsiyyəti olmayan, özünə məxsus sifətləri olmayan, fərdi xasiyyətləri olmayan, şəxsiyyətsiz. Nə zaman dünyadan silinəcəkdir; Simasız adamlar, yaltaq adamlar. M.Rahim.

SİMASIZLAŞDIRMA (ID - 35873)

“Simasızlaşdırmaq”dan f.is.

SİMASIZLAŞDIRMAQ (ID - 35874)

f 1. Simasını, fərdi xüsusiyyətlərini, şəxsiyyətini itirməsinə səbəb olmaq. Həyat Yarməmmədi əzib qorxuzmuş, simasızlaşdırmışdı. M.İbrahimov.
2. məc. Məsuliyyətsizlik yaratmaq, iş üçün şəxsi məsuliyyət olmadığı...

SİMASIZLAŞMA (ID - 35875)

“Simasızlaşmaq”dan f.is.

SİMASIZLAŞMAQ (ID - 35876)

f . Simasını itirmək, özünə məxsus keyfiyyətlərini, xüsusiyyətlərini itirmək; şəxsiyyətsizləşmək.

SİMASIZLIQ (ID - 35877)

is. 1. Siması olmama; fərdi xüsusiyyətlərdən, keyfiyyətlərdən məhrumluq; şəxsiyyətsizlik. Simasızlıq, yüz il ömür sürsən də sən; Alqış səsi eşitməzsən bircə kərə. S.Vurğun. Simasızlıq [Yarməmmədin] qalxanı idi. M.İbrahimov.
2....

SİMFONİK (ID - 35878)

[yun. symphonos - ahəngdar] sif. mus. 1. Simfoniya musiqi forması ilə bağlı olan. Mövzunun simfonik işlənməsi. Simfonik muğam.
2. Nəfəsli, zərbli, simli ansamblın ifası üçün yazılmış; bu cür ifa ilə bağlı olan. Simfonik musiqi....

SİMFONİST (ID - 35879)

[yun.] Simfonik əsərlər yaradan bəstəkar, simfoniya müəllifi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed