İzahlı lüğət

SULULUQ (ID - 36581)

is. Sulu şeyin halı və keyfiyyəti; şirəlilik. Meyvənin sululuğu.

SUMAĞI (ID - 36582)

sif. Sumaq rəngində, tündqırmızı. Züleyxa gen, sumağı paltarda idi. Ə.Əbülhəsən.

SUMAQ (ID - 36583)

is. Yarpaqlarından aşı, boyaq və dərman maddələri hasil edilən ağac və ya kol. Sumaq üç metrə qədər hündürlükdə, qışda yarpağı tökülən alçaqboylu ağac və ya koldur. Yaşıl-ağ rəngli çiçəkləri iyunda açır, tünd-qırmızı...

SUMAQDAŞI (ID - 36584)

is. geol. Püskürmə, ya çöküntü süxurların quruluşunun dəyişməsi yolu ilə əmələ gəlmiş daş. Eyvanın sütunları sumaqdaşından idi. M.S.Ordubadi.

SUMBATA (ID - 36585)

is. Şüşəni, metalı, daşı cilalamaq, parıldatmaq, hamarlamaq, habelə metaldan qayrılmış şeyləri sürtüb təmizləmək üçün narınlaşmış halda istifadə edilən mineral. // Üzərinə lay şəklində həmin mineral ovuntusu yapışdırılmış...

SUMBATALAMA (ID - 36586)

“Sumbatalamaq”dan f.is.

SUMBATALAMAQ (ID - 36587)

f . Sumbata çəkmək, sumbata ilə sürtüb cilalamaq, parıldatmaq, təmizləmək.

SUMBATLI (ID - 36588)

sif. Görkəmli, yaraşıqlı, ləyaqətli. Sumbatlı oğlan.

SUMKA (ID - 36589)

[rus.] Dəridən, parçadan və s. materialdan hazırlanmış, adətən tutacağı olan qadın çantası. Sumkasında cürbəcürpomada, üzyağı var; Dillənir dindirməmiş gərəksiz bir saz kimi. S.Rüstəm. [Səkinə Mayaya:] Xoş gəlmisən, bala!...

SUNƏRGİZİ (ID - 36590)

is. bot. Nohurların, göllərin ətrafında bitən sarıçiçəkli ot-bitki.

SUÖLÇƏN (ID - 36591)

is. Sərf olunan suyun miqdarını göstərən cihaz.

SUP (ID - 36592)

[rus.] Şorba. Sup gətirdilər, yoldaşlarının hamısı xörəyə məşğul idi, Nərimanın isə iştahası yox idi. Mir Cəlal.

SUPERFOSFAT (ID - 36593)

[lat. super və phoros] Təbii fosfatlardan, apatit, fosforit və s.-dən alınan fosforlu gübrə.

SUPƏRİSİ (ID - 36594)

is. Xalq əfsanələrində: suda yaşayan, dağınıq uzunsaçlı, balıqquyruqlu çılpaq qadın surətində təsəvvür olunan əfsanəvi vücud.

SURƏ (ID - 36595)

is. [ər.] Quranın bölündüyü 114 fəsildən hər biri. Səhər uşaq mollaxanaya gedər, Quranın axırıncı surəsini əzbərdən oxuyardı. H.Sarabski. Molla Əkbər tamam gecəni can verən Baxışoğlu Həsənin başı üstə oturub, təsbeh...

SURƏT (ID - 36596)

is. [ər.] 1. Zahiri görünüş, şəkil. Surəti dəyişmək. - [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. indi görək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. Bədənnüma güzgüdə o; Baxıb görür surətini. N.Rəfibəyli....

SURƏTPƏRƏST (ID - 36597)

sif və is. [ər. surət və fars. ...pərəst] Gözəl surəti, zahiri gözəlliyi sevən, zahiri gözəlliyə aldanan (adam).

SURĞUC (ID - 36598)

is. Asanlıqla əriyən və tez bərkiyən rəngli bərk qatran (və ya mum) (konvertləri möhürləmək, şüşələrin ağzını bərkitmək üçün işlədilir). Qubernator əlini uzadıb dörd tərəfi surğucla möhürlənmiş (f.sif.) bir paket...

SURĞUCLAMA (ID - 36599)

“Surğuclamaq”dan f.is.

SURĞUCLAMAQ (ID - 36600)

f Surğuc vurmaq. Konvertləri surğuclamaq. Bağlamanı surğuclamaq.

SURĞUCLU (ID - 36601)

sif. Surğuc vurulmuş, surğuclanmış, surğucu olan, surğucla möhürlənmiş. Mühasib surğuclu konverti aldıqdan sonra çox maraqlanmışdı: “Açım, açmayım?” deyə, çox düşünmüşdü. S.Rəhimov.

SURROQAT (ID - 36602)

is. [lat.] 1. Nəyisə qismən əvəz edə bilən qayırma (geydirmə) məhsul; bədəl.
2. Saxta şey.

SURSAT (ID - 36603)

is. 1. Bax azuqə. [Qatırlara] su tuluqları, asma manqal, cürbəcür sursat yüklənmişdi. Çəmənzəminli. [Allahverdi İmamverdiyə:] Dayan, mənim heybəmdə sursat var. C.Cabbarlı.
2. Güllə, mərmi, patron və s. hərbi ləvazimat. Gələn...

SUSAMA (ID - 36604)

“Susamaq”dan f.is.

SUSAMAQ (ID - 36605)

f . 1. Su içməyə şiddətli ehtiyac hiss etmək, özündə yanğı hiss etmək. Bərk susamaq. Yayda adam tez-tez susayır. - Qəlbi sınmış, gözü dolmuş, pozulmuş; İstidən susamış, acmış, yorulmuş. A.Səhhət. Susamışdı atlılar;...

SUSAMURU (ID - 36606)

is. zool. Tünd-qonur rəngli qiymətli xəzi olan yırtıcı su heyvanı.

SUSDURMA (ID - 36607)

“Susdurmaq”dan f.is.

SUSDURMAQ (ID - 36608)

icb. 1. Susmağa, dinməməyə, səsini kəsməyə məcbur etmək. [Birinci rəqqasə:] Dur, getmə, səadət quşu, bir dur; Bas bağrına məşuqini, susdur! H.Cavid. Məni susdursa zaman; Səni özüm sanaram; Səhər kimi oyansan; Günəş kimi yanaram....

SUSDURULMA (ID - 36609)

“Susdurulmaq”dan f.is.

SUSDURULMAQ (ID - 36610)

məch. Susmağa, səsini kəsməyə, dinməməyə məcbur edilmək. Pulemyot şaqqıltısı eşidildi. Ancaq o, tezcə susduruldu. S.Vəliyev.

SUSEVƏN, SUSEVƏR (ID - 36611)

sif. Suda bitən, rütubət yerlərdə bitən, rütubətsevən, yaxud suda yaşayan, suyu sevən. Susevən bitkilər. Susevər heyvanlar.

SUSƏPƏN (ID - 36612)

is. Sulamaq, su çiləmək üçün lüləyinin başında xırda deşiklər olan vedrəşəkilli qab; suçiləyən. Susəpənlə gülləri sulamaq. - Qızlar susəpənlə küçə suvarır; Sərvlər baş əyib xəyala varır. S.Vurğun.

SUSQUN (ID - 36613)

zərf Dinməz, susmuş (halda), sakit, dinməz-söyləməz. [Toğrul Elxana:] Halbuki bu tərəfdə susqun oturub kimsəyə görünməyəcəyinə söz vermişdin. C.Cabbarlı. Onlar hər ikisi bir vaxt sevinclə getdikləri yolu bu dəfə susqun və fikirli...

SUSQUNLUQ (ID - 36614)

is. Susma, danışmama, sükut etmə. Kosanın susqunluğuna qarşı Sübhanverdizadə bağırdı. S.Rəhimov. izdihamın susqunluğu yalnız bir neçə an sürdü. M.Hüseyn.

SUSMA (ID - 36615)

“Susmaq”dan f.is.

SUSMAQ (ID - 36616)

f 1. Dinməmək, danışmamaq, dinməz oturmaq, ağzını açıb bir söz deməmək. Qaragün, xanın sarsıldığını, susduğunu görüb ürəkləndi. M.Rzaquluzadə. Bütün bu söhbət vaxtı Teymur bərk həyəcan keçirməsinə baxmayaraq susurdu....

SUSMAZ (ID - 36617)

sif Susmayan, dayanmayan, ara verməyən (səs haqqında).

SUSPENZİYA (ID - 36618)

is. [lat.] Maye dispersiya (ayrılma, səpilmə, parçalanma) mühitində yayılmış bərk hissəciklərdən (dispers fəzadan) ibarət dispers sistem.

SUSTALMA (ID - 36619)

“Sustalmaq”dan f.is.

SUSTALMAQ (ID - 36620)

SUSUZ (ID - 36621)

sif. 1. kim. Tərkibində su olmayan. Susuz efir. Susuz spirt. Suyu olmayan, suyu çəkilmiş. Uşaqsız ev susuz dəyirman kimidir. (Ata. sözü).
Quru, suyu qurumuş, quraq. Susuz çöl. Susuz çay. Susuz bulaq. - Çobanlar Turutun susuz çölündə;...

SUSUZLAMA (ID - 36622)

“Susuzlamaq”dan f.is.

SUSUZLAMAQ (ID - 36623)

bax susamaq 1-ci mənada.

SUSUZLUQ (ID - 36624)

is. 1. Ürəyi bərk su istəmə, su içmə ehtiyacı; yanğın. [Yaralı:] Ay bala, susuzluqdan yandım. Ə.Haqverdiyev. Şirzad susuzluqdan dodağının quruduğunu hiss edib düşərgəyə tərəf yollandı. M.Ibrahimov. [Nuriyyə:] Mən aclığa davamlıyam,...

SUSÜNBÜLÜ (ID - 36625)

is. bot. Uzunsaplaqlı, çiçəkli, ortayarpaqlı su bitkisi.

SUTKA (ID - 36626)

[rus.] 24 saata bərabər vaxt ölçüsü, gecə və gündüzün davam etdiyi müddət; gün. Düz yeri bir yupyumru şey qapır; Həm də deyir, sutkada bir fırlanır. M.Ə.Sabir. [Qədir] bir sutka ayaq üstə durdu. Mir Cəlal.

SUTUTAR (ID - 36627)

is. Sonradan istifadə etmək üçün su toplanılan yer, gölməçə. Təbii sututarlar. Süni sututar.

SUVACAQ (ID - 36628)

is. Su bəndlərində suyu buraxmaq üçün qapağı olan deşik.

SUVAQ (ID - 36629)

is. Binaların divarlarına, içinə və s.-yə çəkilən suvaşqan maddələrin qum və su ilə qatışığından ibarət tikinti məhlulu; mala. Divara suvaq çəkmək. // Binaların tavanında, iç və bayır divarlarında həmin məhlulun bərkimiş...

SUVAQÇI (ID - 36630)

is. Suvaq çəkən fəhlə, suvaq ustası; malaçı, malakeş. [Direktor:] Bizə xarrat, suvaqçı lazımdır. M.Hüseyn. Otaqları boşaldın, yoldaşlar! - deyə, üst-başı müxtəlif rəngə boyanmış suvaqçılar, malakeşlər, rəngsazlar gəlirdi....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed