İzahlı lüğət

SOĞANBOZBAŞI (ID - 36131)

is. Ət əvəzinə yağda qızardılmış soğanla bişirilən duru xörək; bozbaş. ..Hətta soğan belə yox idi ki, Fatma soğanbozbaşı bişirə. S.Vəliyev.

SOĞANÇA (ID - 36132)

is. Yağda qızardılmış soğan. Soğança hazırlamaq. - [Fərrux:] Mənzər, soğançanı ayrı qızart, özünü də çox elə. Ə.Vəliyev.

SOĞANLI (ID - 36133)

sif. Soğan qatılmış, tərkibində soğan olan, soğanla bişirilmiş.

SOĞANLIQ (ID - 36134)

is. Soğan əkilmiş yer. Bostanın bir tərəfi soğanlıqdır.

SOĞDİLƏR (ID - 36135)

is. Mərkəzi Asiya və Qazaxıstanda, Savd vilayətində eramızdan əvvəl birinci minilliyin ortalarında məskunlaşmış olan İrandilli xalq.

SOXMA (ID - 36136)

“Soxmaq”dan f.is.

SOXMAQ (ID - 36137)

f . 1. Bir şeyin altına, içərisinə, arasına və ya dalma qoymaq, daxil etmək; dar bir yerin içinə qoymaq. Parçanı dolaba soxmaq. - [Qız] məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. M.S.Ordubadi. Döşəyini söküb...

SOXULCAN (ID - 36138)

is. zool. Yumşaq, uzun və əksərən yuvarlaq (halqalı) bədənli, torpaq içində, nəm yerlərdə yaşayan qurd.

SOXULCANAOXŞAR (ID - 36139)

sif. Görünüşcə soxulcana oxşayan. Soxulcanaoxşar çıxıntı.

SOXULMA (ID - 36140)

“Soxulmaq”dan f.is.

SOXULMAQ (ID - 36141)

f . 1. Özünü soxmaq, dürtmək; təpilmək, girmək. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq. A.Şaiq. Lakin dəstəbaşı araya soxulan (f.sif.) bu artıq adamı çıxarmaq istədi. Mir Cəlal. Zorla girmək,...

SOXULUŞMA (ID - 36142)

“Soxuluşmaq”dan f.is.

SOXULUŞMAQ (ID - 36143)

f . Soxulmaq (çoxları haqqında).

SOXUŞDURMA (ID - 36144)

“Soxuşdurmaq”dan f.is.

SOXUŞDURMAQ (ID - 36145)

f . dan. 1. Bax soxmaq 1 -ci mənada.
2. məc. dan. Aldadaraq, dilə tutaraq, biclik işlədərək, hiss etdirmədən vermək, ötürmək, başından eləmək.

SOL (ID - 36146)

is. 1. Bədənin ürək yerləşən tərəfi, bədənin sağ tərəfinin əksinə olan hissəsi. // sif. Həmin tərəfdə olan, yerləşən. Sol əl. Sol ayaq. Sol böyür. - [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq...

SOLAXAY (ID - 36147)

sif. və is. Hər işi sol əli ilə görən, sağ əlinə nisbətən sol əli ilə daha yaxşı yazan, işləyən. Solaxay adam. Solaxay tələbə. Tarçı solaxaydır.

SOLAXAYLIQ (ID - 36148)

is. Solaxay olma.

SOLA(QA)N (ID - 36149)

sif' Tez solan.

SOLÇU (ID - 36150)

is. fəls. Öz xırda burjua görüşlərini inqilabi cümləpərdazlıqla gizlədən opportunist.

SOLÇULUQ (ID - 36151)

is. Solçu mövqeyində durma, solçunun yeritdiyi siyasət, solçunun görüşü; solluq.

SOLDAT (ID - 36152)

[rus.] 1. Bax əsgər.
2. Bax valet.

SOLDIŞ (ID - 36153)

is. etnoqr. Toy mərasimində bəyin (oğlanın) və ya gəlinin sol tərəfində oturan, yaxud müşayiət edən şəxs. [Bəyin] yanına öz tay-tuşlarından iki nəfər rəhbər seçilir. Bunun biri sağdış, o biri soldışdır. R.Əfəndiyev. Rüxsarə...

SOLDURMA (ID - 36154)

“Soldurmaq”dan f.is.

SOLDURMAQ (ID - 36155)

f Solğun etmək, solğunlaşdırmaq. Hansı boyalardan vurmuşdu naxış; Soldura bilməmiş onu zaman da. N.Rəfibəyli. Payız gəlib .. meşələri solduranda, körpə Bahar daha da təravətlənmişdi. B.Bayramov.

SOLFECİO (ID - 36156)

is. [ital.] mus. Musiqini eşitmə və duyma qabiliyyətini inkişaf etdirmək, eləcə də not oxumaq təcrübəsini artırmaq məqsədi daşıyan tədris fənni.

SOLĞUN (ID - 36157)

sif. 1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə. - [Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmışdı. M.Rzaquluzadə. [Mahmudun] solğun sifəti qızarmışdı. S.Vəliyev....

SOLĞUNLAŞMA (ID - 36158)

“Solğunlaşmaq”dan f.is.

SOLĞUNLAŞMAQ (ID - 36159)

f . 1. Rəngi solmaq, solğun olmaq. Üzü solğunlaşmaq. - [Bibixanımın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı. B.Bayramov.
2. məc. İfadəsini, təsirini itirmək, cılızlaşmaq. Xüsusən sona, finala doğru...

SOLĞUNLUQ (ID - 36160)

is. Solğun olma, saralma, rəngi qaçma, solğun şeyin halı. Lakin onun sifətində bir solğunluq nişanı var; Məncə onun bu dərdini dərd çəkənlər duyub anlar. S.Vurğun. Çimnaz arvad da gecə yatmadığından çox solğundu və bu solğunluğu...

SOLİST (ID - 36161)

[ital.] Solo ifa edən müğənni, rəqqasə və ya çalğıçı.

SOLLAŞMA (ID - 36162)

“Sollaşmaq”dan f.is.

SOLLAŞMAQ (ID - 36163)

f Siyasi görüşcə sol partiyalara yaxınlaşmaq.

SOLLUQ (ID - 36164)

bax solçuluq.

SOLMAQ (ID - 36165)

f . Rəngi qaçmaq, rəngini, parlaqlığını itirmək, saralmaq, təravətini itirmək. Payız gəldi, yarpaqlar soldu. Gülü suya qoymasan solar. - [Xuraman:] Külək əsər, yarpaq düşər, çiçək solar; Viran qalmış mənim bu can otağımdan.....

SOLMAZ (ID - 36166)

SOLO (ID - 36167)

[ital. Solo - tək] Bir çalğıçı, bir müğənni tərəfindən ifa olunan musiqi əsəri və ya onun ayrıca bir hissəsi. Tarda solo. Skripkada solo çalmaq. - “Koroğlu” operasının üçüncü pərdəsində Çənlibeldə toplanmış Koroğlu...

SOLTAN (ID - 36168)

SOLUB-SARALMA (ID - 36169)

“Solub-saralmaq”dan f.is.

SOLUB-SARALMAQ (ID - 36170)

f. Solmaq, saralmaq; rəngini, parlaqlığını, təravətini itirmək; bozarmaq. Burada sınıq budaqlı ağaclar susuz qalıb qurumağa başlamış, bağçalar solubsaralmış(dı).. Ə.Məmmədxanlı.

SOLUXMA (ID - 36171)

“Soluxmaq”dan f.is.

SOLUXMAQ (ID - 36172)

f . Solmaq. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib. F.Köçərli. Gün batdı, ağardı hər cığır, hər iz; Amma soluxmadı dağ başında nur. N.Xəzri.

SOLUQ (ID - 36173)

sif. Solmuş, solğun, rəngi qaçmış, təravəti qaçmış. [Qurbanın] biixtiyar soluq dodaqlarından bütün iztirab və kədərlərinə tərcüman olan bir “of' uçdu. A.Şaiq. Ömür qəndilinin şölələrindən; Dərdiyi çiçəklər...

SOLYARİ (ID - 36174)

is. [lat.] Günəş vannası qəbul edənlər üçün avadanlığı olan yer.

SOLYARKA (ID - 36175)

is. [rus.] Neft yanacağının bir növü.

SOMATOLOGİYA (ID - 36176)

is. [yun.] tibb. İnsan bədəninin ölçülərini və tənasübünü öyrənən elm sahəsi.

SOMBRERO (ID - 36177)

is. [isp.] Kənarları enli şlyapa.

SON (ID - 36178)

is. 1. Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır. Yolun sonu. Küçənin sonu. - Bayramın Məşədibəygilə qonaq gəldiyi ilk gün son gün olmadı. M.Hüseyn. Əhmədov Əzizi ancaq işin sonunu xəbər verən zəng çalınanda buraxdı....

SONA (ID - 36179)

is. Əsil mənası ördək olub, gözəlliyinə görə aşıq şerində gözəlin epitetlərindən biri kimi (çox vaxt yaşılbaş sona tərkibində) işlənir. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Könül,...

SONALAMA (ID - 36180)

“Sonalamaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed