İzahlı lüğət

SƏNGİMƏK (ID - 35380)

f 1. Yavaşımaq, azalmaq.
Daşlaşmaq (hərəkətsiz olmaq mənasında).
inkişafdan qalmaq, ləngimək.

SƏNGİN (ID - 35381)

sif [fars.] 1. Bərk, sərt.
Ağır. Oylə səngindir ki, əsqali-təəssübdən yüküm; Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm! M.Ə.Sabir.
məc. Qəddar.

SƏNLİK (ID - 35382)

SƏNLİ-MƏNLİ (ID - 35383)

1. is. Sən, mən, hamımız, hamı bir yerdə, hamılıqla, birgə. Sənli-mənli birləşək, işi yerinə yetirək. - [Qurban Telliyə:] Orası elədir, Telli, amma qorxuram sənli-mənli bütün kolxoza söz gələ. Ə.Məmmədxanlı.
zərf Öz...

SƏNUBƏR (ID - 35384)

is. [ər.] 1. Şam ağacı, küknar.
məc. Gözəlin boyu, qaməti.

SƏPƏLƏMƏ (ID - 35385)

“Səpələmək”dən f.is.

SƏPƏLƏMƏK (ID - 35386)

f . 1. Bir şeyi müxtəlif tərəfə necə gəldi atmaq, dağıtmaq, töküşdürmək, yaymaq. Bunlardan əlavə, [Əbiş] şkafın gözlərini eşələyir, kağızlardan çıxarır, stolun üstünə səpələyirdi. S.Rəhimov. Səpmək, tökmək. Buğda...

SƏPƏLƏNMƏ (ID - 35387)

“Səpələnmək”dən f.is.

SƏPƏLƏNMƏK (ID - 35388)

f . 1. Dağılmaq, ora-bura tökülmək, qeyri-müntəzəm halda tökülmək. Kitablar yerə səpələnib. - Son dəftəri yoxlayıb qurtaran müəllim cib saatını çıxarıb baxdı, stol üstünə səpələnmiş (f.sif.) dəftərləri toplayıb sahmana...

SƏPGİ (ID - 35389)

is. Dəri üzərində əmələ gələn keçici iltihablı qabarcıqlar; sızaq, səpişik.

SƏPGİLİ (ID - 35390)

sif. Səpgi olan, səpmiş, səpməli. Səpgili üz.

SƏPİCİ (ID - 35391)

1. Bax səpinçi.
2. Bax toxumsəpən. Səpicimaşınlar. Səpici alət.

SƏPİLMƏ (ID - 35392)

“Səpilmək”dən f.is.

SƏPİLMƏK (ID - 35393)

“Səpmək”dən məch. Xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub yerə səpildi. Çəmənzəminli. Düşdükcə günəş qırmızı bayraqların üstə; Güllər səpilər sanki bu torpaqların üstə. S.Rüstəm. Səpindən sonra...

SƏPİN (ID - 35394)

is. k.t. Toxum səpmə işi. Səpin işləri yaxşı gedir. - Bəzi yerlərdə sabahdan səpinə başlamaq olardı. M.Hüseyn. Yaz gəlib səpin başlananda Əli əsil ustalığını, məharətini göstərdi. B.Bayramov.

SƏPİNÇİ (ID - 35395)

is. Tarlaya, torpağa toxum səpən adam. Toxumsəpən maşına təcrübəli səpinçilər təhkim edilməlidir.

SƏPİNQABAĞI (ID - 35396)

is. Tarlanın sürülməsi ilə səpin arasındakı vaxt, səpindən əvvəl. Səpinqabağı malalamaq. Əkin yerini səpinqabağı kol-kosdan təmizləmək.

SƏPİNTİ (ID - 35397)

is. Hündürdən tökülən, fışqıran sudan əmələ gələn su zərrəcikləri; sıçrantı. [Ayın] işıqları böyükfontanın səpintiləri arasından keçir(di).. M.S.Ordubadi.

SƏPİŞİK (ID - 35398)

SƏPKİ (ID - 35399)

is. Şəkil, biçim, üsul, tərz, qayda. Bir səpkidə evlər tikilmək. Eyni səpkidə ağac əkmək. - Bəli, indi kəndlilərə bir səpkidə olan, bir biçimli, bir donlu adam kimi baxmaq dürüst olmazdı. S.Rəhimov. // Üslub, tərz, üsul. Şərq...

SƏPMƏ1 (ID - 35400)

“Səpmək1’dən f.is.

SƏPMƏ2 (ID - 35401)

1. “Səpmək2”dən f.is.
Bax səpki.

SƏPMƏK1 (ID - 35402)

f 1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. -.. Vəliqulu çöldə idi. Zəmiyə toxum səpirdi. C.Məmmədquluzadə. [Tarverdi:] ..İkicə pud bu il yerə [buğda] səpdim. C.Cabbarlı. Tökmək...

SƏPMƏK2 (ID - 35403)

f. Dərisi səpgi tökmək, səpgi çıxarmaq. Üzü səpmək. Qolları səpmək.

SƏPSUVAR (ID - 35404)

sif k.t. Səpindən sonra torpağı dərhal suvarma üsulu. Səpsuvar əkin. - [Oruc kişi:] Sən özün bilirsən ki, bu il mən də, bax bu Əlipaşa da arat qoya bilmədik. İkimiz də səpsuvar (z.) əkdik. T.Ş.Simurq.

SƏR (ID - 35405)

[fars.] klas. 1. is. Baş. [Qurbani:] Sərim sadağadı, üzüm payəndaz; Candan qeyri yoxdur bir matah məndə. “Qurbani” . Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər.
sif. Ən yaxşı,...

SƏRAB (ID - 35406)

[fars.] bax ilğım. Hər şey dəniz kimi bərq vuran bir sərab içində itib gedirdi. İ.Əfəndiyev. □ Sərab olmaq, sərabə dönmək məc. - xəyal kimi yox olub getmək, puça çıxmaq, yox olmaq. Əməllərim bir səraba dönərkən; Çaşıb...

SƏRAPƏRDƏ (ID - 35407)

is. [fars.] köhn. Şərq padşahlarının saraylarında böyük qəbul otağının qapısında və ya hərəmxana ilə qonaq və qəbul otağı arasında böyük pərdə. Dövlət adamları həyətə yığılıb, şahın pəncərədə sərapərdənin...

SƏRASƏR (ID - 35408)

zərf [fars.] Başdan-başa, bütünlüklə, tamamilə, bütöv, tamam, başdanayağa. Sevdiyim, ləblərin yaquta bənzər; Sərasər dişlərin dürdanədəndir. M.P.Vaqif. Sərasər əlvana batsın gül bədən; Siyah zülfün töksün qamətinəmən....

SƏRASİMƏ (ID - 35409)

zərf [fars.] Hövlnak, qorxu içərisində, dəhşət içərisində, vahiməli. [Molla] sərasimə yuxudan oyanıb yanında yatan arvadını dürtmələyir ki: - Arvad, dur! “M.N.lətif.” Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə...

SƏRBAZ (ID - 35410)

is. [fars.] Əsgər, döyüşçü (İranda). [Səttarxan:] Hər ikimiz üsyan ordusunun bir sərbazıyıq. M.S.Ordubadi. Divanxananın qabağı silahlı sərbaz və göy mahud geyimli vəliəhd fərraşları ilə dolu idi. P.Makulu.

SƏRBAZXANA (ID - 35411)

is. [fars.] Əsgər qışlası, sərbazların yaşadığı ev (İranda). Sərbazxananın iki qapısı vardı. P.Makulu.

SƏRBAZLIQ (ID - 35412)

is. Əsgərlik (İranda).

SƏRBƏSƏR (ID - 35413)

[fars.] bax sərasər. Tavuz kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Şaxta qurutmuş bədənin sərbəsər; Zərrəcə yox hissdən onda əsər. A.Səhhət. Vətənim al geyir indi sərbəsər; Göy şamlar bürüyür...

SƏRBƏST (ID - 35414)

sif və zərf [fars.] 1. Başqasından asılı olmayan, özü öz ixtiyarında, başqası ilə bağlı olmayan; müstəqil. Ah, bu çocuqlar olmasa idilər, Zeynal nə qədər sərbəst və bəxtiyar olacaqdı. S.Hüseyn. // Azad, hürr. Sərbəst həyat....

SƏRBƏSTCƏ(SİNƏ) (ID - 35415)

zərf 1. Tamamilə sərbəst, müstəqil, başqasından asılı olmadan. Sərbəstcə yaşamaq. // Asanlıqla, heç bir çətinlik çəkmədən, tamamilə sərbəst. Rusca sərbəstcə danışır.
Çəkinmədən, utanmadan, sayğısızcasına. Sərbəstcəsinə...

SƏRBƏSTLƏŞMƏ (ID - 35416)

“Sərbəstləşməkdən f.is.

SƏRBƏSTLƏŞMƏKf (ID - 35417)

Sərbəst olmaq, heç kəsdən asılı olmamaq.

SƏRBƏSTLİK (ID - 35418)

Azadlıq. [Məhkəmə sədri:] Sənin talaq verməməyin Tellinin sərbəstliyini əlindən ala bilməyəcəkdir. S.Hüseyn. Əbil fikir aləminə qapılıb kəhər atın cilovunu boşaltmış, ona tamam sərbəstlik vermişdi. Ə.Vəliyev.

SƏRÇƏ (ID - 35419)

is. zool. Tükləri qəhvəyi-boza çalar, adətən yaşayış binalarının yaxınlığında yaşayan kiçik quş. Bala sərçə. - Builki sərçə bildirki sərçəyə cib-cib öyrədir. (Məsəl).

SƏRDABƏ (ID - 35420)

SƏRDAR (ID - 35421)

is. [fars.] 1. tar. Keçmişdə: bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim. Qafqaz sərdarı. - [Vəkillər] ..bu ərizələri və siyahıları makinada səliqə Hə çap eləyib, gətirib...

SƏRDARI (ID - 35422)

is. köhn. Keçmişdə əyanların geydiyi uzun üst geyimi. Ləbbadəni çıxarıb yaxşı bir sərdarı geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, - deyə Sərdar güldü. M.S.Ordubadi. [Camaatın] içərisində.. sərdarı...

SƏRƏFRAZ (ID - 35423)

sif və zərf [fars.] klas. Başı uca. Sərəfraz gəzirsən büllur otaqda; Uzaqda oduna yananı gözlə! Aşıq İman. □ Sərəfraz buyurmaq tənt. - bax sərəfraz etmək. Mən özümü borclu hesab edirəm, sizdən razılıq eləməyə ki, bu uzun...

SƏRƏK (ID - 35424)

is. Gic, səfeh. Tacir bilirdi ki, Səlim necə sərəkin biridi. Qızı ona vermək istəmədi. (Nağıl). [Sona Qadirə:] A sərək, mən sınamaq istəyirdim, - demişdi. Ə.Əbülhəsən.

SƏRƏLƏNMƏ (ID - 35425)

“Sərələnmək”dən f.is.

SƏRƏLƏNMƏK (ID - 35426)

bax sərilmək1 1-ci mənada. [Mehriban] qapının ağzında yerə sərələndi. S.Hüseyn.

SƏRƏNCAM (ID - 35427)

is. [fars.] 1. Əmr, göstəriş. Səməndər qayda-qanunu bilmədiyi üçün sərəncam gözləyirdi. B.Bayramov. □ Sərəncam çəkmək - bir şeyi həll etmək, qaydaya salmaq üçün sərəncam vermək, göstəriş vermək, tədbir görmək. İnmirə...

SƏRƏNCAMÇI (ID - 35428)

is. Tapşırılan işə məsul olan və bilavasitə ona rəhbərlik edən adam.

SƏRF1 (ID - 35429)

is. [ər.] Xərc; sərf etmə, xərcləmə, işlətmə. □ Sərf etmək (eləmək, qılmaq) - xərc etmək, işlətmək, xərcləmək, pul və s. qoymaq (bir işə). Əziz balalar!.. Məktəb vasitəsilə öyrəndiyimiz elmləri, fənləri insanlar arasında...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed