İzahlı lüğət

SƏQF (ID - 35280)

is. [ər.] Tavan, bağdatı. Alçaq səqfdən asılan otuzluq “molniya” lampası böyük otağı işıqlandırırdı. T.Ş.Simurq. Mən onları çətin vəziyyətdən çıxarmaq üçün gözümü səqfə dirəyib soruşdum. S.Rəhman.

SƏQQA (ID - 35281)

is. [ər.] köhn. Keçmişdə evlərə su daşıyan; su paylayan, suçu. Təbrizin məşhur səqqalərindən Tacı qızı Züleyxanın qapısını vururlar. M.S.Ordubadi.

SƏLAHİYYƏT (ID - 35282)

is. [ər.] Vəzifəsinə görə bir işə qarışmağa, bir işi görməyə ixtiyarı, hüququ olma. [Səba:] Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı? M.S.Ordubadi. Mehriban, Zeynalın...

SƏLAHİYYƏTDAR (ID - 35283)

[ər. səlahiyyət və fars. ...dar] rəs. köhn. bax səlahiyyətli. O, peşəkarı hesab olunan Nizamülmülkün də işlərinə qarışmağa səlahiyyətdar deyildir. M.S.Ordubadi.

SƏLAHİYYƏTLİ (ID - 35284)

sif Səlahiyyət verilmiş, hər hansı bir səlahiyyəti, hüququ olan. Səlahiyyətli səfir.

SƏLBƏ (ID - 35285)

is. 1. Ağacdan meyvəni salmaq, heyvanları qovmaq və s. üçün atılan ağac parçası. [İmamverdi:] Ağız, ..o nədir tolazlamısan səlbəni, gedib dəyib Haykanuşun danasının gözünə, o da gəlmişdi Allahverdi kişinin üstünə davaya....

SƏLBƏLƏMƏ (ID - 35286)

“Səlbələmək”dən f.is.

SƏLBƏLƏMƏK (ID - 35287)

f Səlbə vurmaq, səlbə atmaq. Ağacı səlbələmək. Heyvanları səlbələmək.

SƏLCUQLAR (ID - 35288)

cəm XI əsrin ortalarında Kiçik Asiya ərazisində, İran və İraqda böyük dövlət qurmuş köçəri türkmən qəbilələri.

SƏLDİRƏMƏ (ID - 35289)

“Səldirəmək”dən f.is.

SƏLDİRƏMƏK (ID - 35290)

bax səldirləmək. Faytonçu müvazinətini saxlaya bilməyib səldirədi, iki addımlıqdakı qaramıx kolunun üstünə yıxıldı, kürəyinə tikan doldu. M.Hüseyn. ..Onsuz da ayaq üstündə güclə duran qarı, böyrünə toxunan qolların təsirindən...

SƏLDİRLƏMƏ (ID - 35291)

“Səldirləmək”dən f.is.

SƏLDİRLƏMƏK (ID - 35292)

f . Yıxılan kimi olub yerişini çaşdırmaq, ləngər vuraraq yerimək; səndələmək. Sərxoş səldirlədi. - Tərlan səldirləyə-səldirləyə (z.) paltarını geyib qapıya yanaşdı. M.Hüseyn.

SƏLƏ (ID - 35293)

is. Küpə və s. qabların ağzını bağlamaq üçün kənd yerlərində işlədilən, kəsilmiş heyvan qarnının təmizlənmiş bir parçası. Qız durdu ayağa, getdi, küpənin sələyin açdı. (Nağıl).

SƏLƏF (ID - 35294)

SƏLƏM (ID - 35295)

[ər.] bax müamilə 3-cü mənada. Əmi qeyri adamlara da sələmlə pul verərdi. N.Nərimanov. Dadaş atlı gedir aşağı kəndə; Gedir kəndliləri salmağa bəndə; Gedir verilməyən sələm dalınca. M.Müşfıq.

SƏLƏMÇİ (ID - 35296)

bax müamiləçi. [Veys:] Şura hökuməti qoymayacaq ki, sən [Allahqulu] tacir, sələmçi Hacı Tağını itələyib oturasan onun yerində. Ə.Əbülhəsən.

SƏLƏMÇİLİK (ID - 35297)

bax müamiləçilik.

SƏLƏMXOR (ID - 35298)

[ər. sələm və fars. ...xor] bax müamiləçi. Alo tərs baxışla sələmxor Məşədi Qulamı süzüb, əlavə etdi.. S.Rəhimov.

SƏLİB (ID - 35299)

is. [ər.] Xaç. Bir çoxlarının başlarındakı səlib qırılmış, bir qisimləri yanı üstə yerə yıxılmışdı. S.Hüseyn. □ Əhlü-səlib tar. - bax səlibçi.
□□ Səlib müharibələri tar. - katolik kilsəsinin təşəbbüsü ilə...

SƏLİBÇİ (ID - 35300)

is. tar. Səlib müharibəsi iştirakçısı.

SƏLİQƏ (ID - 35301)

is. [ər.] Nizam və qayda, bir şeyin düzgün vəziyyəti, nizamda olması. Səliqəyə salmaq. Şeyləri səliqə ilə düzmək. Kitabları səliqədə saxlamaq. - Evin səliqəsində heç bir dəyişiklik yox idi. M.Hüseyn. Qədir kişi Fərmanın...

SƏLİQƏLİ (ID - 35302)

sif. 1. Səliqəyə, üsula müvafiq, səliqəyə salınmış, müntəzəm, düzgün, nizamlı. Səliqəli iş otağı. Səliqəli yataqxana. Səliqəli ev. - [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə...

SƏLİQƏ(Lİ)LİK (ID - 35303)

is. Səliqəli olma, hər şeydə səliqə, qayda gözləmə; dürüstlük, dəqiqlik. Səliqəliliyə alışmaq. - [Əntərzadə] nəinki səliqəlik məharətini, hətta başını da itirdi. Mir Cəlal.

SƏLİQƏ-SAHMAN (ID - 35304)

is. [ər.] bax səliqə. Səliqə-sahman yaratmaq. Səliqə-sahmanı gözləmək. Səliqə-sahmanı pozmaq. - Səliqəsahman yaxşı şeydir axı. Mir Cəlal. Aran yerlərindən gəlmiş adamlar öz səliqə-sahmanı, geyim-kecimi ilə dərhal fərqlənirdilər....

SƏLİQƏ-SAHMANLI (ID - 35305)

sif Son dərəcə səliqəli, diqqətli, nizamlı. Səliqə-sahmanlı qadın.

SƏLİQƏSİZ (ID - 35306)

sif. Səliqə olmayan, qaydasız, nizamsız, tərtibsiz. Səliqəsiz yeməkxana. Səliqəsiz iş. // Səliqəsi olmayan, səliqə bilməyən. Səliqəsiz adam.

SƏLİQƏSİZLİK (ID - 35307)

SƏLİS (ID - 35308)

sif. [ər.] Rəvan, sərbəst, axıcı, hər cəhətdən mükəmməl. Səlis şeir. Səlis nitq. Səlis süjet. - Bir baxın, ana dilimizdə yazılan şeir nə qədər mövzun, nə qədər səlis, nə qədər də oynaq və bədiidir. M.S.Ordubadi. Bütün...

SƏLİSLİK (ID - 35309)

is. Rəvanlıq, axıcılıq. Nitqin səlisliyi. Məqalə səlisliyi ilə fərqlənir. Yazıda ardıcıllığı, səlisliyi gözləmək.

SƏLSƏLƏ (ID - 35310)

is. [ər.] Göyərçinə bənzər böyük quş.

SƏLT (ID - 35311)

sif. dan. Bütünlüklə, başdan-ayağa, tamamilə, lap. Xörək səlt yağdır. Çörək səlt duzdur.

SƏLTƏNƏT (ID - 35312)

is. [ər.] 1. Padşahlıq, hökmdarlıq. Səltənətə keçmək. Səltənət əlindən çıxmaq. Səltənət sürmək. - ..ibrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü. Çəmənzəminli. Həddindən...

SƏMA (ID - 35313)

is. [ər.] Göy, asiman. Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilaram. A.Səhhət. Bu gün heç bilmirəm, nə üçün, nədən; Səma da mavidir; Torpaq da mavi. N.Xəzri. Gündoğan tərəf utancaq bir qız...

SƏMAVİ (ID - 35314)

sif. [ər. ] 1. Səmaya, göyə mənsub.
2. şair. Səma rəngində, mavi. Allah, Allah! Nə qədər ülvi... O mavi gözlər. O səmavi gözlər. H.Cavid. Səmavi tüllərdən əynində köynək; Füsunkar bir gəlin oturmuşdu tək. M.Dilbazi. məc....

SƏMAYİ-ŞƏMS (ID - 35315)

is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Səmayişəms oxumaq.

SƏMƏ (ID - 35316)

sif. Ağıldan kəm, ağlı çatmayan.

SƏMƏND (ID - 35317)

sif. Qızılı ilə boz rənglər arasında xüsusi bir rəngdə olan (at haqqında).

SƏMƏNDƏR (ID - 35318)

is. [fars.] 1. İran əsatirində: odda yaşayan mövhumi bir heyvanın adı. Qaldım səməndərtək qəm dəryasında; Yandı balü-pərim nara dəyməmiş. Aşıq Ələsgər. Od-alov quşudur səməndər quşu; O nə göy quşudur, nə də yer quşu....

SƏMƏNİ (ID - 35319)

is. etnoqr. 1. Novruz bayramında boşqablarda göyərdilən buğda. Süfrənin ortasında ara-sıra boşqablarda yaşıl səməni qoyardılar. H.Sarabski. [Sultan və Vəli] bu bənövşə dəstələrini novruz-bayramı münasibətilə məcməyilərdə...

SƏMƏR (ID - 35320)

[ər.] bax səmərə. De görüm, onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri! M.Ə.Sabir. Belə acı sözlər təzə qəzetənin müştərilərini azaldıb və onu oxuyanları şövq və həvəsdən salmaqdan özgə bir səmər...

SƏMƏRƏ (ID - 35321)

is. [ər.] 1. Fayda, mənfəət, xeyir. Əməyin səmərəsi. - [Odabaşı:] Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Kərimxan Azadidə] öz zəhmətinin səmərəsini görən bir yaradıcı sevinci vardı....

SƏMƏRƏLƏŞDİRİCİ (ID - 35322)

is. İstehsalatı, istehsal proseslərini səmərələşdirmək işi ilə məşğul olan adam. // Sif. mənasında. Səmərələşdirici fəhlə. Səmərələşdirici tokar. Səmərələşdirici təklif.

SƏMƏRƏLƏŞDİRİLMƏ (ID - 35323)

“Səmərələşdirilmək”dən f.is.

SƏMƏRƏLƏŞDİRİLMƏK (ID - 35324)

məch. Səmərəli hala salınmaq, daha məqsədəuyğun şəkildə təşkil edilmək; təkmilləşdirilmək, yaxşılaşdırılmaq.

SƏMƏRƏLƏŞDİRMƏ (ID - 35325)

1. “Səmərələşdirmək”dən f.is.
2. Bax səmərələşdirici. Səmərələşdirmə bürosu. Səmərələşdirmə tədbirləri.

SƏMƏRƏLƏŞDİRMƏK (ID - 35326)

f Səmərələşdirmə işləri aparmaq. Maşın detalları hazırlamaq prosesini səmərələşdirmək. İstehsalatı səmərələşdirmək.

SƏMƏRƏLİ (ID - 35327)

sif. Səmərə verən, yaxşı nəticə verən, faydalı, xeyirli, məqsədəuyğun, əlverişli. Səmərəli təklif. Səmərəli istirahət. Texnikadan səmərəli (z.) istifadə etmək.

SƏMƏRƏSİZ (ID - 35328)

sif. və zərf Heç bir səmərəsi, faydası, nəticəsi olmayan, məqsədəuyğun olmayan, faydasız, xeyirsiz. Kosa gah koridora daxil olur, gah balkona çıxıb gəzirdi. Onun əziyyətləri səmərəsiz qalırdı. S.Rəhimov. Şirzad bilirdi ki,...

SƏMƏRƏSİZLİK (ID - 35329)

is. Səmərəsiz olma, faydasızlıq, nəticəsizlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed