SİNFİ (ID - 35930)sif Müəyyən bir sinfə, onun ideologiyasına xas olan, bu və ya başqa sinfin mənafeyindən irəli gələn, doğan. Sinfi mübarizə. Sinfi ziddiyyətlər. Sinfi baxımdan.
|
SİNXRON (ID - 35931)sif. [yun.] 1. xüs. Sinxronizmi ilə fərqlənən; eyni zamanda, bir vaxtda olan, baş verən. Motorun sinxron fırlanması. Kinokadrların sinxron çəkilməsi (eyni zamanda şəkil çəkilməklə bərabər səsin yazılması). Sinxron tərcümə (danışanın...
|
SİNXRONİK (ID - 35932)sif. [yun. ] Eyni zamanda, bir vaxtda olmasını göstərən, ifadə edən; eyni zamanda, bir vaxtda olan, davam edən, baş verən.
|
SİNXRONIYA (ID - 35933)[yun.] 1. Bax sinxronizm.
2. dilç. Hər hansı tarixi bir dövrdə bu və ya başqa dil elementlərinin eyni zamanda mövcud və bir-birindən asılı olması. |
SİNXRONİZM (ID - 35934)[yun. synehronismos] kit. İki və ya bir neçə hadisənin və ya prosesin eynilə bir vaxtda, eyni zamanda olması.
|
SİNXRONLUQ (ID - 35935)is. bax sinxronizm.
|
SİNİ (ID - 35936)is. Misdən, bürüncdən və s.-dən qayrılmış böyük, dəyirmi, dayaz qab. Çörəyi siniyə qoymaq. Siniyə plov çəkmək. Şamları sininin ətrafına düzmək. - [Kərbəlayı Cəfər] ..naəlac qalıb getdi, süfrəni açdı ortalığa, bir...
|
SİNİF (ID - 35937)is. [ər.] 1. Elmi və digər təsnifatda: a) biol. bitki və heyvanların təsnifatında böyük bölmələrdən (şöbələrdən) biri. Sudaquruda yaşayanlar sinfi. Məməlilər sinfi. Ikiləpəli bitkilər sinfi. - Zooloji təsnifata görə bal və...
|
SİNİFDAŞ (ID - 35938)is. 1. Eyni ictimai sinfə mənsub olanlardan hər biri, eyni sinifdən olan adam.
2. Bir sinifdə oxuyanlardan hər biri. |
SİNİFDƏNKƏNAR, SİNİFDƏNXARİC (ID - 35939)sif. Sinif, dərs məşğələləri zamanı deyil, kənar vaxtda olan. Sinifdənxaric məşğələlər.
|
SİNİFLİ (ID - 35940)sif. Siniflərə bölünmüş, sinifləri olan (bax sinif 3 -cü mənada). Sinifli cəmiyyət.
|
SİNİFSİZ (ID - 35941)sif. Siniflərə bölünməmiş, siniflər olmayan (bax sinif3-cü mənada). Sinifsiz cəmiyyət.
|
SİNİR (ID - 35942)bax əsəb. [Solmaz:] Bütün sinirlərim kaman teli kimi inləyir. C.Cabbarlı. [Xəlil] xırda otağında bir-iki dəfə ötəyəbəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Çəmənzəminli.
|
SİNİRLƏNMƏ (ID - 35943)“Sinirlənmək”dən f.is.
|
SİNİRLƏNMƏK (ID - 35944)bax əsəbiləşmək. [Reyhan:] Möhsün, sakit ol, axır həkim sənə deyib ki, sinirlənmək olmaz. Çəmənzəminli. [Knyaz:] Heç sinirlənmə, yoruldun, enəlim; Musiqi dinləyərək əylənəlim. H.Cavid.
|
SİNİRLİ (ID - 35945)bax əsəbi. [Dilbər:] ..Belə sinirli bir halda [Balaşa] danışa bilmərəm. C.Cabbarlı. [Murad] ..hissiyyatına məğlub olan, zəif sinirli bir adam da deyildi. S.Hüseyn.
|
SİNK (ID - 35946)[alm.] kim. Göyümtül-ağ rəngli döyülə bilən metal - kimyəvi element. // Sinkdən qayrılmış, sinkdən hazırlanmış. Sink vedrə. Sink əlüzyuyan.
|
SİNKLƏMƏ (ID - 35947)“Sinkləmək”dən f.is.
|
SİNKLƏMƏK (ID - 35948)f Polad və çuqun məmulatı korroziyadan qorumaq üçün üzərinə sink çəkmək.
|
SİNKLƏNMİŞ (ID - 35949)f sif Sink sürtülmüş, sinklə örtülmüş, üzərinə sink çəkilmiş. Sinklənmiş dəmir. Sinklənmiş vedrə. - Sinkdən olan və yaxud üzü sinklənmiş qablarda süd, qatıq, şorba və bu kimi turşulu və duzlu şeylər saxlamaq olmaz....
|
SİNKOQRAF (ID - 35950)[alm. Zink və yun. grapho] Sinkoqrafıya mütəxəssisi.
|
SİNKOQRAFİYA (ID - 35951)[alm. və yun. graphio]
Mətbəə çapı üçün sink klişe hazırlama üsulu. Bu cür klişelər hazırlayan müəssisə. |
SİNQA (ID - 35952)[rus.] tib. Qidada vitaminlərin çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik.
|
SİNQALI (ID - 35953)sif Sinqa xəstəliyi olan.
|
SİNLİ (ID - 35954)sif. Yaşlı, yaşa dolmuş, ahıl, qocalmış. Sinli qadın. Sinli kişi.
|
SİNMƏ (ID - 35955)“Sinmək”dən f.is.
|
SİNMƏK (ID - 35956)f . 1. Gözə daha az çarpmaq üçün aşağı oturmaq, əyilmək, gizlənmək, çuxura yatmaq; qorxub büzülmək. Kərbəlayı Tapdıq bəllədiyi tağların dibinə sindi. Mir Cəlal. Tank Aslanın yerə sindiyi çökək üzərinə sıçradı. Ə.Məmmədxanlı....
|
SİNN (ID - 35957)is. [ər.] Yaş. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar, artıq olmaz, bəlkə, əskik ola. C.Məmmədquluzadə. Gülsüm xalanın sinni əlli beşə yaxınlaşırdı. Ə.Haqverdiyev. [Ağalarov Dilaraya:] Mənim sinnim altmışı keçmişdir,...
|
SİNOD (ID - 35958)is. [yun.] Pravoslav və protestant kilsələrində yüksək rütbəli ruhanilər məclisi.
|
SİNOLOGİYA (ID - 35959)[lat. Sina - Çin və yun. loqos - anlayış, elm] bax çinşünaslıq.
|
SİNOLOQ (ID - 35960)bax çinşünas.
|
SİNONİM (ID - 35961)[yun. synonymos - eyniadlı] dilç. Mənaca başqa sözlə bir, yaxud ona çox yaxın, deyilişcə (səslənmə cəhətdən) isə müxtəlif olan söz; məs.: “ürək” və “qəlb” , “qoçaq” və “cəsur” və s.
|
SİNONİMİK (ID - 35962)sif. dilç. Sinonim olan, mənaca çox yaxın və ya eyni olan. Sinonimik ifadələr.
|
SİNONIMİKA (ID - 35963)[yun.] dilç. 1. Bir dilə məxsus sinonimlər.
2. Leksikologiyanın sinonimlər bəhsi. |
SİNONİMİYA (ID - 35964)[yun. synonymos - eyniadlılıq] bax sinonimika 1 -ci mənada.
|
SİNONİMLİK (ID - 35965)is. Sinonim olma, mənaca çox yaxın və ya eyni olma. Sözlərin sinonimliyi.
|
SİNOPTİK (ID - 35966)[yun.] Havanın proqnozunun necə olacağını qabaqcadan xəbər verən mütəxəssis - meteoroloq.
|
SİNOPTİKA (ID - 35967)[yun. synoptikos] Hava və onun necə olacağı haqqında qabaqcadan məlumat verən elm.
|
SİNOV (ID - 35968)sinov getmək dan. - bir şeyin tamarzısında, həvəsində, həsrətində olmaq. Belə şeyləri dirigözlü divanın ovcuna qoymaqdan ötrü, baxırsan ki, Göyərçin apaşkar sinov gedir. S.Rəhimov. [Tahir Səməndərə:] Ancaq qızdan nahaq əl...
|
SİNSİMƏ (ID - 35969)“Sinsimək”dən f.is.
|
SİNSİMƏK (ID - 35970)f İncimək; birindən incidiyini başqasına söyləmək, şikayətlənmək, gileylənmək.
|
SİNSİTMƏ (ID - 35971)“Sinsitmək”dən f.is.
|
SİNSİTMƏK (ID - 35972)f . İncitmək, narahat etmək, iztirab vermək; xatirinə dəymək, narazı salmaq. Ehtiyac və aclıq qorxusu xüsusən yaşlı adamları, qocaları sinsidirdi. M.İbrahimov. Aldığın cavabdan gileylənmə sən; Qaydadır, sinsidər sevən sevəni....
|
SİNTAKSİS (ID - 35973)[yun. syntaxis - tərtib] dilç.
Bir dilə xas olan cümlə quruluşu və cümlədə sözlərin birləşməsi üsulu. Qrammatikanın, cümlə quruluşunu və cümlədə sözlərin birləşməsi üsullarını öyrənən bölməsi. |
SİNTAKTIK (ID - 35974)sif [yun.] dilç. Sintaksisə aid olan. Cümlənin sintaktik təhlili.
|
SİNTAQMATİKA (ID - 35975)is. [yun.] 1. Dil tədqiqinin iki aspektdən biri.
2. Nitq vahidlərinin birləşmə qaydaqanunlarının məcmusu. |
SİNTETİK (ID - 35976)sif. [yun.] 1. Sintez (1-ci mənada) tətbiqinə əsaslanan. Sintetik tədqiq üsulu.
kim. Sintez (2-ci mənada) əsasında alınmış, sintez yolu ilə alınmış materialdan hazırlanmış; süni. Sintetik kauçuk. Sintetik lif. Sintetik yanacaq.... |
SİNTEZ (ID - 35977)[yun. synthesis - birləşmə] 1. Bir şeyi və ya hadisəni küll halında, onu təşkil edən hissələri arasındakı qarşılıqlı əlaqə və vəhdəti daxilində tədqiq etmə üsulu; (analiz ziddi). Sintez elmi idrak prosesində analizlə bağlıdır....
|
SİNTEZLƏMƏ (ID - 35978)“Sintezləmək”dən f.is.
|
SİNTEZLƏMƏK (ID - 35979)bax sintezləşdirmək.
|
Bu səhifə dəfə baxılıb