İzahlı lüğət

SORUŞULMA (ID - 36231)

“Soruşulmaq”dan f.is.

SORUŞULMAQ (ID - 36232)

məch. Sual edilmək. Soruşula bilər ki, indi bundan sonra daha kim qaradama tövlə səkisindən qopub, pəncərəli bir otaqça tikib buraya çıxa bilərdi. S.Rəhimov.

SOSİAL (ID - 36233)

[lat.] Mürəkkəb sözlərin sosialist mənasında olan birinci tərkib hissəsi; məs.: sosial-demokrat, sosial-demokratizm və s.

SOSİAL-DEMOKRAT (ID - 36234)

Sosial-demokrat partiyasının üzvü, sosial-demokratiya tərəfdarı.

SOSİAL-DEMOKRATİK (ID - 36235)

sif. Sosial-demokratiyaya aid. Sosial-demokratik ideologiya. Sosial-demokratik görüşlər.

SOSİAL-DEMOKRATİYA (ID - 36236)

XIX əsrin sonuncu rübündə meydana gələn sosialist partiyalarının ümumi adı. Rusiya sosialdemokratiyası. Alman sosial-demokratiyası.

SOSİAL-DEMOKRATİZM (ID - 36237)

Sosial-demokratiyanın ideologiyası və taktikası.

SOSİAL-İMPERİALİST (ID - 36238)

Sosial-imperializm siyasəti yeridən və ya bu siyasəti müdafiə edən adam.

SOSİAL-İMPERİALİZM (ID - 36239)

Opportunizmin bir növü, sosial-demokratların öz ölkələrinin imperialist hökumətini dayaqlama siyasəti.

SOSİALİST (ID - 36240)

1. Sosializm (2-ci mənada) tərəfdarı.
2. Sosialist partiyasının üzvü.

SOSİALİSTLƏŞDİRMƏ (ID - 36241)

“Sosialistləşdirmək”dən f.is.

SOSİALİSTLƏŞDİRMƏK (ID - 36242)

f. Bütün cəmiyyətin mülkiyyəti etmək, sosialist mülkiyyətinə çevirmək. Ağır sənayeni sosialistləşdirmək.

SOSİALİZM (ID - 36243)

[lat. sosialis - ictimai, müştərək] 1. Sosialist inqilabı, burjua hakimiyyətinin devrilməsi və proletar diktaturası yaradılması, istismarçı siniflərin ləğv edilməsi nəticəsində qurulan dövlət və ictimai quruluş - kommunizmin birinci...

SOSİAL-REVOLYUSİONER (ID - 36244)

[ixtisarı: “eser” ] 1902-ci ildə Rusiyada xalqçı qrupları qalıqlarından əmələ gəlib, Oktyabr inqilabından sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış əksinqilabçı qolçomaq partiyasının üzvü.

SOSİOLOGİYA (ID - 36245)

[lat. societas - cəmiyyət və yun. logia - təlim] Cəmiyyət inkişafının ümumi qanunları haqqında elm.

SOSİOLOJİ (ID - 36246)

sif. [lat.] Sosiologiyaya aid. Sosioloji qanun. Sosioloji nəzəriyyə.

SOSİOLOQ (ID - 36247)

[lat. societas - cəmiyyət və yun. logos - məfhum, təlim] Sosiologiya mütəxəssisi.

SOSİSKA (ID - 36248)

[rus.] Bişmiş halda yeyilən nazik kolbasa. [Vəlibəy:] Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov.

SOSİSKAXANA (ID - 36249)

is. Sosiska bişirilib satılan qəlyanaltı dükanı.

SOSYARIŞ (ID - 36250)

is. “Sosializm yarışı” qısaltma forması.

SOUS (ID - 36251)

[fr. sauce] Xörək şirəsi.

SOUSLU (ID - 36252)

sif. Sousu olan, sousla bişirilmiş.

SOVET1 (ID - 36253)

is. [rus.] Müəyyən sahəyə aid mütəxəssislər qrupu; şura. Elmi sovet. Müharibə veteranları şurası.

SOVET2 (ID - 36254)

is. [rus.] 1. köhn. Rusiyada sosializm cəmiyyətinin siyasi təşkilat forması. SSRİ Ali Soveti.
2. köhn. Müxtəlif kollegial orqanların adı. Nazirlər Soveti.

SOVETLƏŞDİRİLMƏ (ID - 36255)

“Sovetləşdirilmək”dən f.is.

SOVETLƏŞDİRİLMƏK (ID - 36256)

məch. Sovet hakimiyyəti qurulmaq, Sovet hakimiyyəti orqanları yaradılmaq.

SOVETLƏŞDİRMƏ (ID - 36257)

“Sovetləşdirmək”dən f.is.

SOVETLƏŞDİRMƏK (ID - 36258)

f Bir yerdə Sovet hakimiyyəti, Sovet hakimiyyəti orqanları qurmaq, yaratmaq.

SOVETLƏŞMƏ (ID - 36259)

“Sovetləşmək”dən f.is.

SOVETLƏŞMƏK (ID - 36260)

f. Sovet qaydasınca qurulmaq, sovet xarakteri almaq.

SOVXA (ID - 36261)

is. Ölən adamın qalmış şeyləri. [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. Deyəsən, ölətdən qırılanların sovxasıdır. M.F.Axundzadə. □ Sovxaya qalsın, sovxaya qalmış! - qarğış, nifrin mənasında. [Mürsəl:] Görüm ki,...

SOVXOZ (ID - 36262)

[rus. “советское хозяйство” söz. ixtisarı] Dövlətə tabe olan kollektiv kənd təsərrüfatı; təsərrüfat birliyi. Qoyunçuluq sovxozu. Taxılçılıq sovxozu. Sovxoz direktoru. Sovxoz təsərrüfatı. - Sovxoz fəhlələri...

SOV.İKP (ID - 36263)

- Sovet İttifaqı Kommunist Partiyası.

SOVKA (ID - 36264)

[rus.] zool. Tırtılları kənd təsərrüfatı bitkilərinə ziyan verən gecə kəpənəkləri qrupunun adı. Kələm sovkası. - Alov burulaburula ətrafı qarsır, elə bil qəsdən çor və sovkanın artıb törəmək istədiyi yerləri yandırırdı....

SOVQAT (ID - 36265)

is. Birinə göndərilən pay; hədiyyə, bəxşiş. [Vəzir:] Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir. M.F.Axundzadə. Kəblə Məmmədhüseynin kirvə oğlu “Qurdbasar”...

SOVMAQ (ID - 36266)

f . Kənar eləmək, başdan eləmək.

SOVMƏƏ (ID - 36267)

is. [ər.] İbadətxana, ibadətgah, hücrə. [Mirzə] əlləşib bu daşların arasında özünə bir sovməə tikdi. S.Rəhimov. Tağların bir başqasında balaca sovməələr olardı, bunlara da xəlvəti deyərdilər. H.Sarabski.

SOVURMA (ID - 36268)

“Sovurmaq”dan f.is.

SOVURMAQ (ID - 36269)

f . 1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. S.Rəhimov. ..Döyülən taxılı sovururdular. Ə.Əbülhəsən.
Havaya qaldırmaq, səpələmək,...

SOVURUCU (ID - 36270)

is. k.t. Taxılsovuran maşın, alət. // Sif. mənasında. Sovurucu maşın.

SOVURUQ (ID - 36271)

1. Bax burulğan2-ci mənada. Qar sovuruğu. Çovğun sovuruğu.
2. Taxılı təmizləmək üçün havaya atma. Firidun sovuruq ata-ata, Musa kişinin günəşdən tunc kimi qaralmış üzünə baxdı və heç bir söz demədi. M.İbrahimov.

SOVUŞMA (ID - 36272)

“Sovuşmaq”dan f.is.

SOVUŞMAQ (ID - 36273)

f 1. Getmək, keçmək, uzaqlaşmaq, çəkilmək (nəzərə çarpmadan). Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedirdi. A.Şaiq. Rüxsara bir şey edir kimi, çiyinləri üstündən geriyə baxdı,...

SOY (ID - 36274)

is. Əsil, əcdad, əsil-nəsəb, mənşə, cins.

SOYA (ID - 36275)

is. [yapon.] Paxla fəsiləsindən birillik bitki.

SOYAD (ID - 36276)

is. Şəxsi addan başqa nəslən verilən ad; familiya.

SOYDAŞ (ID - 36277)

is. Bir soydan, bir nəsildən, bir kökdən olan adamlardan hər biri.

SOYĞUN (ID - 36278)

is. Soyma, talama, talan, çapqın. Şəhərdə böyük soyğun oldu.

SOYĞUNÇU (ID - 36279)

is. Soyğunçuluqla, qarətlə məşğul olan adam; çapovulçu, qarətgər, adamsoyan; quldur. Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. M.S.Ordubadi. Dağlar arasından keçdikcə, hər...

SOYĞUNÇULUQ (ID - 36280)

is. Talançılıq, çapqınçılıq, quldurluq, qarətgərlik. Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardı ki, oralarda çox vaxtı soyğunçuluq ittifaq düşərdi. S.S.Axundov. [Həsən] ..keçmiş ağaların...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed