SİTATBAZ (ID - 36030)is. [lat. citatum və fars. ...baz] Yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı; sitatçı.
|
SİTATBAZLIQ (ID - 36031)is. Həddindən artıq sitat gətirməyi sevmə, sitat həvəskarı olma, sitatçılıq.
|
SİTATÇI (ID - 36032)bax sitatbaz.
|
SİTATÇILIQ (ID - 36033)bax sitatbazlıq.
|
SİTAYİŞ (ID - 36034)is. [fars.] Pərəstiş, tapınma; dərin ehtiram, hörmət. □ Sitayiş etmək - 1) ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək. Hələ tarixi-miladidən çox-çox əvvəl atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim...
|
SİTƏM (ID - 36035)is. [fars.] klas. Zülm, əziyyət, cəfa. [Sənəm:] Lənət olsun o günlərə, o dəmə! Yazıq canım necə dözsün sitəmə? “Aşıq Qərib” . Çərxin sitəmindən, dövrün zülmündən; Tökülər dəmbədəm yaşım, ağlaram. Q.Zakir. □...
|
SİTƏMKAR (ID - 36036)is. [fars.] klas. Zülm edən, əziyyət verən, incidən; zülmkar. Badi-səba, söylə ol sitəmkara; Ölürəm, eyləsin dərdimə çara! Q.Zakir. Bu çərxi-sitəmkarın aman məsxərəsindən! Bais, yalan olsun! M.Ə.Sabir.
|
SİTƏMLİ (ID - 36037)sif. Əziyyət çəkən, zülm çəkən; məzlum. Sitəmli kəndlərdən qaçarkən dağa; Rast gəlib qozluqda bu yığıncağa. H.K.Sanılı. Mən ana görürəm yuxuda tez-tez; Gözləri qayğılı, könlü sitəmli. Ə.Kürçaylı.
|
SİTOGENETİKA (ID - 36038)is. [yun.] İrsiyyətin qanunauyğunluqlarını hüceyrədaxili komponentlərin quruluş və funksiyası ilə əlaqəli surətdə öyrənən elm.
|
SİTRA (ID - 36039)is. [alm.] Mizrabla çalman simli musiqi aləti.
|
SİTRAMON (ID - 36040)is. tib. Tərkibində aspirin, fenasenin, kofein, kakao, limon turşusu və şəkər olan ağrıkəsici dərman.
|
SİTRUS (ID - 36041)is [lat.] bot. İsti ölkələrdə yayılmış və tərkibində efir yağları olan, qabıqlı iri meyvələri olan kol və ya ağac (sitruslara portağal, limon, mandarin və s. aiddir). Sitrus cinsinin limon, naringi, portağal və sair növləri ağac...
|
SİTRUSÇU (ID - 36042)is. Sitrus bitkiləri mütəxəssisi; sitrus bitkiləri becərən adam.
|
SİTRUSÇULUQ (ID - 36043)is. Sitrus becərmə işi, sitrus yetişdirməklə məşğul olma.
|
SİTUASİYA (ID - 36044)is. [fr.] Vəziyyət, şərait, hadisələrin gedişi.
|
SİVİL (ID - 36045)[lat.] Mülki, qeyri-hərbi. ..Hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi.. M.S.Ordubadi. ..Zabitlər və sivil paltarlı saray adamları qonaqları böyük ehtiramla qəbul edib, onlara hər cür qulluq...
|
SİVİŞGƏN (ID - 36046)sif. Sürüşkən.
|
SİVİŞGƏNLİK (ID - 36047)sif. Sürüşkənlik.
|
SİVİŞMƏ (ID - 36048)“Sivişmək”dən f.is.
|
SİVİŞMƏK (ID - 36049)f 1. Sürüşmək, sürüşüb çıxmaq. Qız sivişib [Mübaşir Məmmədin] qolları arasından çıxdı, otağın ortasında durub gözünün içinə baxdı. M.İbrahimov.
2. Gizlincə çıxıb getmək, ötüb keçmək, aradan çıxmaq, qaçıb... |
SİVRİ (ID - 36050)sif. İti, şiş. Sivri qılınc. Sivri burun. - Zehnin, düşüncənin səyyar qanadı; Sivri bir ox kimi sancıldı yerə. S.Vurğun. [Firəngizin] sivri burnundan geniş, qaraşın alnına ağ bir keçid vardı. B.Bayramov. [Səməndər] bulaşmış...
|
SİVRİBURUN(LU) (ID - 36051)sif. Bumu sivri, iti olan. Sivriburun balıq.
|
SİVRİLƏŞMƏ (ID - 36052)“Sivriləşmək”dən f.is.
|
SİVRİLƏŞMƏK (ID - 36053)f . Sivri şəkil almaq, sivri olmaq, ucu nazikləşmək. Şiddətli küləklərin nəticəsində qayalar get-gedə sivriləşirdi. S.Vəliyev.
|
SİVRİUCLU (ID - 36054)sif. Ucu sivri olan, itiuclu, şişuclu. Sivriuclu nizə. - Telli arvad cavab verməyib, köynəyinin ətəyini yığışdırdı, bürmələyib büzməli tumanının içinə saldı, sivriuclu beli götürüb Qızyetərə baxdı: - Hardan başlayaq, manqabaşçısı?...
|
SİVRİYARPAQ(LI) (ID - 36055)sif. Yarpaqları sivri, ucu getdikcə iti, şiş olan. Sivriyarpaqlı ağcaqayın.
|
SİYAH (ID - 36056)[fars.] klas. Qara. Səf-səf duran siyah kirpiklərindir; Yoxsa ki gözümə millər görünür? M.P.Vaqif.
|
SİYAHI (ID - 36057)is. [fars.] Üzərində sıra ilə adlar sadalanmış, yazılmış kağız və s. Şagirdlərin siyahısı. Kitabların siyahısı. Evlərin siyahısı. Seçicilərin siyahısı. - [Məhərrəm bəy:] ..Atamın siyahı dəftəri əlimə düşdü. S.S.Axundov....
|
SİYAHIYAALMA (ID - 36058)is. Hər hansı bir şeyin kütləvi şəkildə qeydə alınması işi.
|
SİYAL (ID - 36059)is. məh. Üzümdə gülləmə xəstəliyi.
|
SİYASƏT (ID - 36060)is. [ər.] 1. Dövlətin, partiyanın və ya hər hansı bir ictimai qrupun daxili dövlət və ya beynəlxalq münasibət məsələlərində öz sinfi mənafeyinə uyğun fəaliyyəti. Dövlətin daxili siyasəti.
dan. İnqilabi işdə, inqilab hərəkatında... |
SİYASƏTBAZ (ID - 36061)is. [ər. siyasət və fars. ...baz] Prinsipsiz siyasətçi, öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən adam. Burjua siyasətbazları.
|
SİYASƏTBAZLIQ (ID - 36062)is. Siyasətbaz adamın iş və hərəkəti. Siyasətbazlıq etmək.
|
SİYASƏTÇİ (ID - 36063)is. 1. Siyasət məsələləri ilə məşğul olan adam, siyasi xadim. Uzaqgörən siyasətçi. Tərəqqipərvər siyasətçilər. - [Dilara Bəhruza:] Mən nə mübariz, nə də siyasətçiyəm, əzizim! Ə.Məmmədxanlı. // isteh. Siyasət məsələləri...
|
SİYASİ (ID - 36064)sif. [ər.] 1. Siyasətlə bağlı, siyasətə aid olan, siyasəti həyata keçirməklə bağlı olan. Kütlələrin siyasi aktivliyi. Siyasi fəaliyyət. Siyasi sayıqlıq. Siyasi görüş dairəsi. - Dilbər nahar fasilələrində kolxozçulara qəzet...
|
SİYENA (ID - 36065)is. [xüs. is.-dən] Açıq-qəhvəyi rəngdə təbii piqment.
|
SİYENİT (ID - 36066)is. [yun.] Tam kristal süxur.
|
SİYƏNƏK (ID - 36067)is. Əsasən duzlanmış və hisdə qurudulmuş halda yeyilən xırda dəniz balığı. Xəzər-Qaradəniz siyənəkləri.
|
SİYİMƏ (ID - 36068)“Siyimək”dən f.is.
|
SİYİMƏK (ID - 36069)f İşəmək.
|
SİYİRMƏ1 (ID - 36070)“Siyirmək”dən f.is.
|
SİYİRMƏ2 (ID - 36071)is. Stolda, şkafda və s.-də giribçıxan yeşik; göz. Komodun siyirməsi. Şkafın siyirməsi. - ..Xəlil qürurla düşündü və kitabı stolun orta siyirməsinə qoyub ayağa qalxdı. M.Hüseyn. Veys .. haqq-hesab və nisyə dəftərləri qoyulan...
|
SİYİRMƏ3 (ID - 36072)is. Qapını, pəncərəni bağlamaq üçün hər iki tərəfdən halqalara keçirilib, irəligeri hərəkət etdirilə bilən ağac, dəmir parçası və s. Qapının siyirməsini vurmaq.
|
SİYİRMƏK (ID - 36073)f . 1. Şiddətlə toxunaraq, sürtünərək üzərindən qoparmaq, soymaq, aparmaq, cızmaq, qabığını çıxartmaq. Daş dizimi siyirdi. Ağac qolumu siyirdi.
Qabda qalan yemək qalığını çörək və ya barmaqla silib təmizləmək. Boşqabı... |
SİYİTMƏK (ID - 36075)icb. İşətmək.
|
SİYRİLMƏ (ID - 36076)“Siyrilmək”dən f.is.
|
SİYRİLMƏK (ID - 36077)f . 1. Dərisi soyulmaq, dərisi qopmaq. Yerə dəyib dizi siyrildi. // Sürtünüb getmək, yeyilmək. Əyilmiş çəkmənin nalı, dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı.
Qınından çıxarılmaq. Qılınclar siyrildi. Sürüşmək,... |
SİYRİNTİ (ID - 36078)is. Siyrilmiş, qopmuş, soyulmuş şey. Uşağın qolunda siyrinti var.
|
SİZ (ID - 36079)İkinci şəxs əvəzliyinin cəmi; çox və ya bir neçə adama, həmçinin hörmət olaraq bir adama müraciət forması. Sizi bu gün gözləyirik. Siz sabahkı tamaşaya gələcəksiniz? - [Mərcan bəy:] Təzə arvad alıram, ona görə sizin hərənizə...
|
SİZAL (ID - 36080)[xüs. is. -dən] Tor, kanat və s. hazırlanmasında istifadə olunan qaba toxuculuq lifi.
|
Bu səhifə dəfə baxılıb