SÜZƏLƏNMƏ (ID - 36881)“Süzələnmək”dən f.is.
|
SÜZƏLƏNMƏK (ID - 36882)bax süzülmək2-ci mənada. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz.. əriyib süzələnirdi. C.Məmmədquluzadə. Bir azdan [Mirzənin] ağ saqqalından son göz yaşları süzələndi....
|
SÜZƏNƏK (ID - 36883)is. [fars.] Sidik yollarına düşmüş qonokokk mikroblarının törətdiyi yoluxucu zöhrəvi xəstəlik; tripper.
|
SÜZGƏC (ID - 36884)is. 1. Bir şeyi süzmək üçün ələk və s. alət. Süd süzgəci. Süzgəcdən keçirmək. // Mayeləri və s.-ni lazım olmayan bərk hissəciklərdən, qatışıqlardan və s.-dən ayırıb təmizləmək üçün alət və ya maddə. Tor süzgəc....
|
SÜZGÜN (ID - 36885)sif. Yarıaçıq, yarıyumulu. // Nazqəmzəli, nazlı, qəmzəli göz, baxış haqqında. Sallanıb-sallanıb özünü öymə; Elə süzgün (z.) baxıb qəlbimə dəymə. Aşıq Ələsgər. [Xəyyam:] Sərpildi alov ruhuma süzgün baxışından; Sarsıldı...
|
SÜZMƏ1 (ID - 36886)“Süzmək”dən f.is.
|
SÜZMƏ2 (ID - 36887)is. Suyu süzülərək qatılaşmış qatıq. Tərs kimi qonaqlar da bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər. Çəmənzəminli.
|
SÜZMƏK (ID - 36888)f 1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək. // Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək. - [Göyçək] şoru torbaya...
|
SÜZÜLMƏ (ID - 36889)“Süzülmək”dən f.is.
|
SÜZÜLMƏK (ID - 36890)f . 1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. Məhlul süzüldü. Su süzüldü. // Sudan ayrılmaq. Qatıq süzüldü. Düyü süzülüb.
Axmaq, damcı-damcı tökülmək, sızmaq. Sarxan.. yanaqlarına süzülən... |
SÜZÜLMÜŞ (ID - 36891)f .sif. 1. Süzgəcdən keçirilmiş (keçmiş). Süzülmüş bal. Süzülmüş süd.
2. Bax süzgün. |
SÜZÜNTÜ (ID - 36892)is. Süzüləndən sonra qalan qalıq, xılt, torta və s. Süzgəcdəki qalığı sıxıb süzdükdən sonra yeni süzüntü alırlar. R.Əliyev.
|
SVANLAR (ID - 36893)cəm Qərbi Gürcüstan əhalisinin bir hissəsini təşkil edən xalq, dağlılar.
|
SVETOFOR (ID - 36894)[rus.] Küçələrdə, yollarda hərəkəti nizama salmaq üçün qırmızı, sarı, yaşıl şüşələri olan elektrik siqnal fanarı. // Müxtəlif maşınlarda, qurğularda işıq siqnalı cihazı. Lokomotiv svetoforu. - [Qız:] [Tahir] bizi saymadı,...
|
SVEV (ID - 36895)is. [lat.] Eramızdan əvvəl I əsr eramızın II əsrində yaşamış bir sıra qədim German tayfalarının ümumi adı.
|
SVİTER (ID - 36896)[ing. sweater - tərləmək] Başdan geyilən döşübağlı, hündür boyunluqlu toxunma yun köynək - fufayka.
|
Bu səhifə dəfə baxılıb