SADƏLÖVHCƏSİNƏ (ID - 34279)zərf Sadəlövh adam kimi; avamcasına, cahilcəsinə, sadədilliklə. Lalə qonşusunun sadəlövhcəsinə dediyi bu sözləri bəyənmədi. M.Hüseyn. Onun etirafına belə sadəlövhcəsinə [Sultanın] inandığını görən Qoşqar özünü gülməkdən...
|
SADƏLÖVHLÜK (ID - 34280)bax sadədillik. ..Hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq .. sadəlövhlük deyilmi? F.Köçərli. [Qədir] aldandığını,...
|
SADƏÜRƏKLİ (ID - 34281)sif. Ürəyi sadə olan, hər şeyə, hər kəsə tez inanan; sadəlövh, sadədil. ..Müəllim on yaşında sadəürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sözünə inanmayaraq: - Səni qara basıb, - deyə cavab verdi. B.Talıblı. ..Dürdanəxanım...
|
SADİQ (ID - 34282)sif. [ər.] Sədaqəti olan, sədaqətli, vəfalı. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə.
|
SADİQANƏ (ID - 34283)zərf [ər. sadiq və fars. ...anə] Sədaqətlə, ürəkdən, sədaqətli bir dost, yoldaş kimi. Rövşən olan etila sabahı; Payına yetər bu qəm, bu möhnət; Yad et məni, sadiqanə yad et. A.Səhhət.
|
SADİQLİK (ID - 34284) |
SADİR (ID - 34285) |
SADİST (ID - 34286)Sadizmə tutulmuş adam. Bilirsənmi, Fərman bəy müəllimləri atının quyruğuna bağlayıb sürütdürür. Onun vərdişi belədir... O, çoxdanın sadistidir. M.Hüseyn.
|
SADİZM (ID - 34287)[XVIII əsr fransız yazıçısı de Sad-ın adından] 1. Öz ehtiraslarını təmin etmək üçün o biri şəxsə əziyyət vermək, onu incitməkdən ibarət cinsi pozğunluq.
məc. Başqasına, ya başqalarına işgəncə, əziyyət verməkdən,... |
SAƏT (ID - 34288)is. [ər.] bax saat. İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət. Füzuli. Vaqif ilə döndü bir saətimiz; Nə səbrimiz qaldı, nə taqətimiz. M.P.Vaqif.
|
SAF (ID - 34289)sif. [ər.] 1. Tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis qatışıqsız. Saf qızıl. Saf inci. Saf metal. - Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər. [Bəxtiyar:] Saf incidir...
|
SAF-ÇÜRÜK (ID - 34290)saf-çürük eləmək - 1) bir şeyin safını çürüyündən ayırmaq. Meyvəni saf-çürük eləmək; 2) məc. seçmək, ayırmaq, özlüyündə qiymətləndirmək, yaxşını pisdən ayırmaq. Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları...
|
SAFDİL (ID - 34291)[ər. saf və fars. dil] bax safürəkli. [Həsənqulu bəy:] ..İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin o safdil adamların ən böyüyüdür. U.Hacıbəyov. Otağın rahat və uyğunluğundan, qulluqçunun...
|
SAFDİLLİLİK (ID - 34292)bax safürəklilik.
|
SAFQANLI (ID - 34293)sif Qanı saf, təmiz; əsil, cins. Safqanlı minik atları.
|
SAFQANLILIQ (ID - 34294)is. Qanı təmiz olma; əsillik, cinslilik.
|
SAFQƏLBLİ (ID - 34295)safürəkli. [Yaşlı kişi:] Anamın mənimlə [Şirinnazm] arasında tərcümanlıq etməsi safqəlbli bir kəndli qadın olan Şərəf xalaya xoş gəlmədi. S.Hüseyn.
|
SAFQƏLBLİLİK (ID - 34296)bax safürəklilik.
|
SAFLAMA (ID - 34297)“Saflamaq”dan f.is.
|
SAFLAMAQ (ID - 34298)f Tərkibini qatışıqlardan təmizləmək, safları çürüklərdən ayırmaq, safçürük eləmək.
|
SAFLAŞDIRICI (ID - 34299)sif. Saflaşdırma üçün olan, təmizləyici. Saflaşdırıcı maşın, qurğu.
|
SAFLAŞDIRMA (ID - 34300)“Saflaşdırmaq”dan f.is.
|
SAFLAŞDIRMAQ (ID - 34301)f . 1. Qatışıqlardan təmizləyib saf hala salmaq.
məc. Sağlamlaşdırmaq, gümrah etmək. [Piri baba:] Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırır. S.S.Axundov. |
SAFLAŞMA (ID - 34302)“Saflaşmaq”dan f.is.
|
SAFLAŞMAQ (ID - 34303)f . Qatışıqlardan təmizlənmək, saf hala gəlmək, təmizlənmək. // Durulmaq, şəffaflaşmaq.
|
SAFLIQ (ID - 34304)is. 1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı. - Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim. M.P.Vaqif.
məc. Təmizlik, şəffaflıq,... |
SAFÜRƏKLİ (ID - 34305)sif. Ürəyi saf, təmiz olan; səmimi, təmizürəkli, açıqürəkli. Safürəkli adam. - [Qız:] Aydın çox mütaliə sevən, yoldaşlıqda möhkəm, safürəkli bir gəncdir. M.Hüseyn. Gülşənə elə gəlirdi ki, göy üzü bəzən ona görə...
|
SAFÜRƏKLİLİK (ID - 34306)is. Səmimilik, ürəyiaçıqlıq, təmizürəklilik.
|
SAĞ1 (ID - 34307)sif. 1. Diri, canlı, ölməmiş, salamat (ölü əksi). Atası hələ sağdır. Sağ qalsaq görərik. - Bəy xanımın əlini alıb .. dedi: - Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım! C.Məmmədquluzadə. [Sultan bəy:]...
|
SAĞ2 (ID - 34308)sif. 1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz. Usta .. sağ əlini qaldırıb, bir az havada fırladı. Çəmənzəminli. [Qızın] sağyanağındakı bir xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq....
|
SAĞALDICI (ID - 34309)sif. Sağaldan, şəfa verən, şəfaverici. Sağaldıcı dərman. Sağaldıcı amillər.
|
SAĞALMA (ID - 34310)“Sağalmaq”dan f.is.
|
SAĞALMAQ (ID - 34311)f Xəstəlikdən qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını qaytarmaq. O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı, getdi. Çolaq gəldi, ayaqlı getdi. Ə.Haqverdiyev. [Ana qızına:] Ağlama, gözünə qurban,...
|
SAĞALMAZ (ID - 34312)f sif Heç zaman sağala bilməyən, sağaldıla bilməyən, əlacı, dərmanı olmayan. Dedi: anlatmışam mətləbi mərdə; Olunacaq çarə sağalmaz dərdə. H.K.Sanılı. Lakin son iki ildə [Gileygüzarov] sağalmaz bir xəstəliyə düçar olmuşdur....
|
SAĞALTMA (ID - 34313)“Sağaltmaq”dan f.is.
|
SAĞALTMAQ (ID - 34314)f . Müalicə vasitəsilə sağlamlığını bərpa etmək, ayağa qaldırmaq. Xəstəni sağaltmaq. - Rüstəm kişini əvvəlcə soyuqdəymədən müalicə edərək sağaltmışdılar. M.İbrahimov. // Məc. mənada. Hər nə qədər fikrü-xəyal...
|
SAĞANAQ (ID - 34315)is. 1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər; qasnaq. Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı. - [Vəzir:] Qəflətən [xəlbirin] sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb...
|
SAĞDIRMA (ID - 34316)“Sağdırmaq”dan f.is.
|
SAĞDIRMAQ (ID - 34317)icb. Sağmağa məcbur etmək, başqasına sağma işi gördürmək. İnəyi sağdırmaq. Keçini sağdırmaq.
|
SAĞDIŞ (ID - 34318)is. Toy mərasimində: bəyin (oğlanın) və ya gəlinin sağ tərəfində oturan, yaxud onları müşayiət edən şəxs. Sonra sağdışlar [Şaqqulunu] aşağı endirib, saldılar gəlin otağına.. Çəmənzəminli. [Bəyin] yanına öz taytuşlarından...
|
SAĞDIŞLIQ (ID - 34319)is. Sağdış vəzifəsi, sağdış işi. Toyda sağdışlıq etmək.
|
SAĞDIŞ-SOLDIŞ (ID - 34320)is. Toy mərasimində: gəlinin və ya bəyin iki tərəfində oturanlar. Görüm, ay bəy, toyun mübarək olsun; Sağdışına-soldışına borc olsun. (El mahnısı). [Günəşin] göz yaşlarına baxmayaraq, gəlinlik paltarını geyindirib sağdış-soldış...
|
SAĞICI (ID - 34321)is. İnəkləri sağan və onlara qulluq edən şəxs (əsasən qadın, qız). Onun təcrübəsini bütün sağıcılar arasında tətbiq edirdilər .. Ə.Vəliyev. Sağıcılar içində .. Reyhan xala da var idi. İ.Əfəndiyev.
|
SAĞICILIQ (ID - 34322)is. Sağıcının işi, peşəsi. Fermada sağıcılıq etmək.
|
SAĞILMA (ID - 34323)“Sağılmaq”dan f.is.
|
SAĞILMAQ (ID - 34324)1. “Sağmaq”dan məch. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Sızmaq, yığılmaq, dolmaq. [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Çəmənzəminli....
|
SAĞIM (ID - 34325)is. 1. Sağmaq işi; sağma. Süd sağımı. Sağıma başlamaq.
Bir dəfədə, ya müəyyən müddət ərzində sağılan südün miqdarı. Sağım ildən-ilə artır. |
SAĞIMLI (ID - 34326)sif Çox süd verən, sağmal.
|
SAĞIN (ID - 34327)is. 1. Bax sağım. Sabah idi, gün çıxıb xeyli qalxmışdı, mallar yavaş-yavaş sağına gəlirdilər. A.Divanbəyoğlu. Günorta çağında olurdu sağın; Yox idi miqdarı pendirin, yağın. H.K.Sanılı.
dan. Südverən heyvan, sağılan heyvan.... |
SAĞINÇI (ID - 34328)bax sağıcı. [Əhməd:] Əntiqənin böyüyü-zadı yoxdur, iki il olar ki, atası yatalaqdan öldü, ..anası da ki sağınçıdı, yamaqçıdı. Mir Cəlal.
|
Bu səhifə dəfə baxılıb