İzahlı lüğət

SAQINMA (ID - 34429)

“Saqınmaq”dan f.is.

SAQINMAQ (ID - 34430)

f . Çəkinmək, qorunmaq, özünü saxlamaq. içkidən saqınmaq. - Saqın, ağuludur, tök bu hərifin şərbətin, getsin. Q.Təbrizi. Könlümün şişəsi, saqın ki, sınar; Toxunursa ayna daşa, dayanmaz. Aşıq Ələsgər. [Xacə Nizam:] Saqın,...

SAQİ (ID - 34431)

is. [ər.] klas. Kef məclisində şərab və s. içki paylayan adam. Bir cam yetir, saqi, bu dövran belə qalmaz; Tək bir gün olur xak ilə yeksan, belə qalmaz. M.V.Vidadi. Saqilər şərbət piyalələrini paylayırdılar. M.S.Ordubadi.

SAQİT (ID - 34432)

sif [ər.] köhn. Etibardan düşmüş, qüvvədən düşmüş, qüvvəsini itirmiş; daha hökm və etibarı olmayan. Şəban ayının 25-dən etibarən hökumətin imzası və hökumətin möhrü ilə buraxılan məktub və vəsiqələrin hamısı etibardan...

SAQQA (ID - 34433)

is. [ər.] köhn. Keçmişdə dalında, yaxud da araba ilə bulaqdan su daşıyan adam; suçu.

SAQQAQUŞU (ID - 34434)

is. zool. Sərçəkimilər fəsiləsindən olub, başında və boynunda qırmızı və sarı tükləri olan oxuyan quş.

SAQQAL (ID - 34435)

is. 1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. Uzun saqqal. Saqqal qoymaq. - [Məşədi ibad:] Hə... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. U.Hacıbəyov. [Musa:] Saqqal...

SAQQALLAMA (ID - 34436)

“Saqqallamaq”dan f.is.

SAQQALLAMAQ (ID - 34437)

f dan. Dalaşarkən birbirinin saqqalından yapışmaq, bir-birinin saqqalını yolmaq, dartışdırmaq; savaşmaq.

SAQQALLANMA (ID - 34438)

“Saqqallanmaq”dan f.is.

SAQQALLANMAQ (ID - 34439)

f . Üzünü saqqal basmaq, üzünə saqqal çıxmaq.

SAQQALLI (ID - 34440)

sif 1. Saqqalı olan, saqqal qoymuş, saqqal buraxmış. Saqqallı kişi. - Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı.
Divanbəyoğlu. Dəmirovun belə saqqallı olmağı Məmmədcanın nə isə xoşuna gəldi. S.Rəhimov.
2. Saqqalı...

SAQQALSIZ (ID - 34441)

sif. Saqqalı olmayan.

SAQQIZ (ID - 34442)

is. Saqqızağacından sızıb çıxan, çəkildikcə uzanmaq xassəsinə malik olan ağ kitrə (adətən ağızda çeynənmək üçün istifadə edilir). Səriyyə xanım .. ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi. [Məşədi...

SAQQIZAGACI (ID - 34443)

is. bot. Püstə cinsindən olub meşə zolaqlarında becərilən, oduncağı möhkəm, həm də qiymətli sayılan hündür ağac; yabanı püstə. Püstə cinsindən olan saqqızağacı da meşə zolaqlarında becərilmək üçün geniş istifadə oluna...

SAL1 (ID - 34444)

is. Plitə şəklində iri, bütöv yastı daş parçası. Həyətinə sal daşı döşənmiş ev iki kəllə, bir orta otaqdan ibarətdir. Ə.Vəliyev. Kim isə lap qədim zamanda bulağın ətrafını daş ilə hördürmüş, qabağına içi yonulmuş...

SAL2 (ID - 34445)

is. Üzərində suda üzmək, şey daşımaq və ya bir sahildən o biri sahilə keçmək üçün bir və ya bir neçə sıra bir-birinə bağlanmış şalbanlardan ibarət nəqliyyat vasitəsi. Uğuldayır uzaqda - o tayda toplar; Sal üstündə üzürəm...

SALAKA (ID - 34446)

is. [rus.] Balıq növü.

SALAM (ID - 34447)

is. [ər.] Görüşərkən bir-birinə sülh və əmin-amanlıq diləmək ifadəsi. □ Salam e(y)ləmək klas. - salamlamaq, salamını yetirmək. [Qərib:] Məndən Şahsənəmə sən salam elə; Gəlməsə dağıdaram bağı, Ağcaqız. “Aşıq Qərib”...

SALAMAT (ID - 34448)

sif və zərf [ər.] 1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat. [Qurban:] Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. A.Şaiq. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. □ Salamat çıxmaq - sağ qalmaq,...

SALAMATİ (ID - 34449)

is. [ər.] din. Səfərə çıxarkən salamat gedib-gəlmək üçün yoxsullara verilən nəzir; salamatlıq.

SALAMATLAŞMA (ID - 34450)

“Salamatlaşmaq”dan f.is.

SALAMATLAŞMAQ (ID - 34451)

f Görüşüb ayrılarkən (bir-birinə) əl verərək sağollaşmaq, xudahafizləşmək. Bahadır salamatlaşıb troykaya əyləşdi. N.Nərimanov. Camaat hamısı durub Rəşid ilə salamatlaşdı. İ.Musabəyov. [Laçın:] Mən salamatlaşıb, əsgərlərin...

SALAMATLIQ (ID - 34452)

is. 1. Sağlıq, sağ-salamatlıq, ölüm-itim olmama. [Qoca ceyrana:] Qaç! insandan uzaq olmaq salamatlıqdır. Çəmənzəminli. [Şərəfoğlu Rüstəmə:] Otur görək, deməli, evdə salamatlıqdır. M.İbrahimov. // Əmin-amanlıq, sakitlik, dinclik....

SALAM-DUA (ID - 34453)

bax salam. Yar yarın özün istər; Salam-duanı neylər? (Bayatı). [Nurəddin Cəfərə:] Məndən Bahara salam-dua yetir. S.S.Axundov.

SALAMƏLEYKÜM1, SALAMÜNƏLEYKÜM (ID - 34454)

bax salam. [Cümşüd bəy:] Salaməleyküm, qonşu, nə kefdəsən. E.Sultanov. [Hüseynqulu bəy:] Məşədi ibad, salamünəleyküm, a kişi, bu nə işdir, eşitdim ki, qızın iki adaxlısı vardır. U.Hacıbəyov.

SALAMƏLEYKÜM2 (ID - 34455)

is. bot. Bataqlıqlarda, rütubətli yerlərdə, bəzən alaq kimi əkinlərdə bitən bir bitkinin adı. Salaməleyküm cinsinin nümunələri bataqlıqlarda, rütubətli yerlərdə, bəzən alaq kimi əkinlərdə yayılan çoxillik və ya birillik bitkilərdir....

SALAM-KALAM (ID - 34456)

[ər.] bax salam. Salamkalamdan sonra Pəri xanım soruşdu. “Abbas və Gülgəz” .
□□ Salam-kalamı olmaq - tanışlığı olmaq, yaxınlığı olmaq. [Kişi:] Mənim lap çoxdan onunla salam-kalamım var. S.Rəhman.

SALAMLAMA (ID - 34457)

“Salamlamaq”dan f.is.

SALAMLAMAQ (ID - 34458)

f 1. Salam vermək, salamla qarşılamaq. Ağsaqqal qocalar qatran çubuqlarını dodaqlarından çəkib, qorxaq nəzərlərlə bizi salamladılar. H.Nəzərli.
məc. tənt. Təbrik etmək, alqışlamaq. Günəş qızıl şüaları ilə sanki azadlığa...

SALAMLAŞMA (ID - 34459)

“Salamlaşmaq”dan f.is.

SALAMLAŞMAQ (ID - 34460)

qarş. f Bir-birinə salam vermək. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. S.S.Axundov. // Məc. mənada. Onlar salamlaşır aydın səhərlə; Dönürlər geriyə şən nəğmələrlə. M.Rahim.

SALAMSIZ-KALAMSIZ (ID - 34461)

zərf Salam vermədən, salamlaşmadan; dinmədən, danışmadan. Qələmi mürəkkəbə batırdım. Salamsızkalamsız başladım. Mir Cəlal.

SALAT1 (ID - 34462)

[ər.] Dəfn günü vəfat edənin evinin üstündə uca səslə oxunan minacat. □ Salat çəkmək - vəfat edənin evinin üstündə uca səslə minacat oxumaq. Bir küçənin içərisində dörd qapının önündə “tabut” qoyulmuş, dörd damda...

SALAT2 (ID - 34463)

[rus.] Tərəvəz, yumurta, bəzən ət və s. doğranaraq üstünə zeytun yağı, xama və s. tökülərək hazırlanan soyuq yemək. [Səriyyə] stolu bayıra çıxararaq, üstünə salat, göy-göyərti, çəngəl-bıçaq qoydu. İ.Əfəndiyev.

SALAVAT (ID - 34464)

is. [ər.] din. Məhəmməd peyğəmbər və imamların şəninə oxunan dua. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. M.S.Ordubadi. Salavat səsindən qulaq tutulurdu. E.Sultanov. □ Salavat çəkmək (çevirmək, göndərmək, çöndərmək)...

SALÇI (ID - 34465)

is. 1. Sal düzəldən usta.
Bərəçi.

SALDIRMA (ID - 34466)

“Saldırmaq”dan f.is.

SALDIRMAQ (ID - 34467)

f . 1. Salmağa məcbur etmək. Molla tülkünün dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. “M.N.lətif.”
İki və ya bir neçə adamı, yaxud heyvanı qızışdırıb bir-birinin üstünə hücum etdirmək, salışdırmaq. [Müşavir:]...

SALDO (ID - 34468)

[ital.] Mühasibatda: mədaxil ilə məxaric (debet ilə kredit) arasında olan fərq, qalıq.

SALEH (ID - 34469)

sif [ər.] köhn. 1. Yararlı. Dedim: saxla məni, qul olum sənə; Qardaş yox, saleh oğul olum sənə. A.Səhhət.
İxtiyarı olan. Saleh mindi qara nər; Süsən, sünbül, qaranər; Doğsa günəş camalın; Şah dağından qar ənər. (Bayatı).
Dinin...

SALFET (ID - 34470)

[ital. salvietta] Yeməkdən sonra ağzı və əli silmək üçün parçadan tikilmiş dördkünc dəsmal. Ənvər bıçağı, salfetləri götürüb geri qayıtdı. Ə.Vəliyev. Nəzakət xanım əlində ağ salfetə bükülmüş qab gəlir. İ.Əfəndiyev....

SALĞAR (ID - 34471)

is. məh. Qayda, üsul.

SALXIM (ID - 34472)

is. Üzüm gilələrinin bir budaqcıqdakı topası. Şanı salxımı. Sarıgilə salxımı. Üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyir... S.S.Axundov. Cabbar içəri girən kimi, Çimnaz süfrədə qalan... üzüm salxımını...

SALXIMABƏNZƏR, SALXIMVARİ (ID - 34473)

sif Salxım kimi, salxıma oxşayan, salxım şəklində olan. Salxımvari çiçəklər.

SALXIMÇİÇƏK(Lİ) (ID - 34474)

sif. Çiçəkləri salxıma oxşayan, salxım kimi sallanan. Salxımçiçək bitki.

SALXIMLANMA (ID - 34475)

“Salxımlanmaq”dan f.is.

SALXIMLANMAQ (ID - 34476)

f Salxım şəklinə düşmək. [İbrahim Xəlilin] yetişdirdiyi bağda almalar qızarır, heyvalar saralır, bal şəhdli üzümlər salxımlanıb sallanırdı. S.Rəhimov. Ümidlə Bahar .. salxımlanıb tökülən cökə ağaclarının altı ilə...

SALXIMLI (ID - 34477)

sif. Salxımı olan, salxıma oxşar çiçəkləri olan. Kökü sudan ayrılmayan söyüd ağacları sıx və salxımlı budaqları yolun sağ-soluna sallayır. Mir Cəlal.

SALI (ID - 34478)

is. Həftənin ikinci günü, çərşənbə axşamı, tək günü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed