SANKİ (ID - 34579)bağl. Elə bil (ki), guya. Bu ay bizim ölkə sanki bir behişt olur, dağ-daş, dərə-təpə, səhra, çəmən - hamısı yaşıla bürünür, rəngbərəng çiçəklər ilə bəzənir. E.Sultanov. Rüstəm kişi rayon mərkəzinə gəlib çatanda,...
|
SANKSİYA (ID - 34580)[lat. sanctio - pozulmaz qanun] 1. hüq. Qanunun pozulmasına qarşı təsir və ya cəza tədbiri.
kit. İcazə, bəyənmə. [Məhəd:] Günahı olmaya-olmaya qardaşım Mədədi tutub salıblar dama. Deyirlər, prokurorun sanksiyasıynan tutulub.... |
SANQVİNİK (ID - 34581)is. [lat.] Qədim yunan həkimi Hippokratın aşkar etdiyi dörd temperament növündən biri.
|
SAN(I)LI (ID - 34582)sif. Sayılmış, sayla olan. Sanlı pul durumsuz olar. (Ata. sözü).
|
SANLI (ID - 34583)sif. Sanı (1-ci mənada) olan; hörmətli.
|
SANMA (ID - 34584)“Sanmaq”dan f.is.
|
SANMAQ (ID - 34585)f Hesab eləmək, zənn etmək, güman etmək. Sənsən sözüm, fikrim, zikrim, xəyalım; Sanma ki, bir özgə hekayətim var. Q.Zakir. Mövti-cismani ilə sanma mənim ölməyimi; Seyyida, ölmərəm aləmdə səsim var mənim. S.Ə.Şirvani. [Vaqif...
|
SANSKRİT (ID - 34586)is. Hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri.
|
SANSOR (ID - 34587)bax senzor. ..Əl yazısını kitab surətində birdəfəlik çap eləməgə sansor idarəsi mane olur. C.Məmmədquluzadə.
|
SANTİQRAM (ID - 34588)[fr. senti - yüz və gramme] Qramın yüzdə birinə bərabər ağırlıq vahidi.
|
SANTİM (ID - 34589)is. [fr.] Belçika, İsveçrə, Lüksemburq və Fransa frankının V100-nə bərabər xırda pul.
|
SANTİMETR (ID - 34590)[fr. centi - yüz və metre]
Metrin yüzdə bir hissəsinə bərabər uzunluq vahidi. Üzərində bu ölçüdə bölgülər çəkilmiş xətkeş, ya lent. Kətmənin ağırlığı kiloqramyarım, ağzının eni 25-26 santimetr, hündürlüyü 23-28... |
SANTİMETRLİK (ID - 34591)is. Bir santimetr ölçüsü olma, santimetr uzunluğunda olma. Santimetrlik radio dalğaları. // Adətən saylara qoşularaq uzunluğun, qalınlığın və s.-nin neçə santimetr olduğunu göstərir. Üç santimetrlik mıx.
s |
SANTONİN (ID - 34592)[lat.] Hindyovşanmdan hazırlanan qurd dərmanı.
|
SANTÜR (ID - 34593)is. [yun.] mus. Qanunaoxşar, toxmaqcıqlarla çalınan mis telli çalğı aləti. Al bu santurumu, çal, gəldi bahar əyyamı; Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı. A.Səhhət. Çal, havalan, santurum; Çal ki, tellər oynasın! Donsun dərə,...
|
SAP1 (ID - 34594)is. Pambıq liflərindən, ipək tellərindən, yaxud süni liflərdən nazik eşilmiş ip. Ağ sap. Qalın sap. ipək sap. - Səkinə də fikirli idi, .. bir dizinin dibində cürbəcür iynə, sap, düymə və çalkeçirt olan taxta qutu .. vardı....
|
SAP2 (ID - 34595)b ax dəstə2. Baltanın sapı. Külüngün sapı. - Lopatkanın sapı kişinin əlinə keçdi. Mir Cəlal. Belin sapını sıxdıqca [Səməd] ovuclarının qızışdığını hiss edir, əzələlərində tanış, ləzzətli bir sızıltı duyur. İ.Hüseynov.
SAP3... |
SAPABƏNZƏR (ID - 34596)bax sapvari. ..Hələ lap uzaqda, bir ucu sahilə xeyli uzanmış, bir ucu dənizdə olan, küləkdə dalğalanan sapabənzər bir xətt gördüm. M.Rzaquluzadə.
|
SAPAN1 (ID - 34597)is. Xış.
|
SAPAN2 (ID - 34598)bax sapand. [Əziz bəy:] Belə düşmənlərdən yüzü olsun, yüz qarğaya bir sapan daşı. M.F.Axundzadə. Kim isə daşı sapana qoyur, Bəbir bəyin gicgahına vurur. Mir Cəlal.
|
SAPAND (ID - 34599)is. Daş atmaq üçün qədim silah. [Xaspolad:] ..Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-gözün yararam. C.Cabbarlı. [Səttarla Mahmud] ..kəndin bir tərəfində...
|
SAPBASAĞ (ID - 34600)bax sapsağlam. Sapbasağ adam. Sapbasağ olmaq. - Məlhəm olurdu, sağalırdı yara; Əldə qalırdı yenə can sapbasağ. M.Ə.Sabir.
|
SAPDIRMA (ID - 34601)“Sapdırmaq”dan f.is.
|
SAPDIRMAQ (ID - 34602)f . 1. Doğru yoldan çıxarmaq, pis yola salmaq, azdırmaq. [Tahir Muxtara:] Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Çəmənzəminli. Bu yanlış mühakimə onu yolundan azdırmış, qaranlıq, uçurumlu yollara sapdırmışdı. A.Şaiq.
Əsas... |
SAPFİR (ID - 34603)is. [yun.] Göy və ya sürməyi rəngdə olan qiymətli daş.
|
SAPILCA (ID - 34604)is. İçində ət və s. qızartmaq üçün uzundəstəli mis və s. metaldan qab. Sapılcada yağ dağlamaq. - ..Bir boşqab, bir fincan və bir sapılcadan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım. Çəmənzəminli. Tello qazanı...
|
SAPILMA (ID - 34605)“Sapılmaq”dan f.is.
|
SAPILMAQ (ID - 34606)f Başqa tərəfə dönmək, başqa yola girmək, yayınmaq. [Dəmirçioğlu dedi:] Mərd igidlər müxənnətdən sapılsın; Qarı düşmən dərələrə təpilsin. “Koroğlu” .
|
SAPITMA (ID - 34607)“Sapıtmaq”dan f.is.
|
SAPITMAQ (ID - 34608)f . Ağlını, fikrini azdırmaq, çaşdırmaq, xərifləmək. [Xacə Nizam:] Hər nə olmuşsa, mən etməm təhrif; Son zamanlarda sapıtmış o hərif. H.Cavid.
|
SAPQIN (ID - 34609)sif [türk.] Yolundan çıxmış, yolunu azmış, doğru yoldan uzaqlaşmış. Sapqın adam. - [Şeyx Hadi:] Yola gəlsin də bəzi sapqınlar; Həq nədir, anlasınlar azğınlar. H.Cavid.
|
SAPQINLIQ (ID - 34610)is. Doğru yoldan çıxma, azma. [Elxan:] Zatən hər bir düha mühitin sapqınlığından, hər bir dahi mühitin yumruqları, təpikləri altından doğur. C.Cabbarlı.
|
SAPLAQ (ID - 34611)is. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. - Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq.
□□ Boğazı... |
SAPLAQCIQ (ID - 34612)is. Kiçik saplaq, nazik saplaq. Otun saplaqcığı. Gülün saplaqcığı.
|
SAPLAQLI (ID - 34613)sif. Saplağı olan, bəndəmli. Saplaqlı meyvə. Saplaqlı gül. - Çəmənlər arası yamyaşıl budaqların ara-bərəsindən uzun saplaqlı armudlar saralır, yupyumru almalar qızarıb allanırdı. S.Rəhimov.
|
SAPLAMA (ID - 34614)“Saplamaq”dan f.is.
|
SAPLAMAQ (ID - 34615)f . 1. İynənin gözünə sap keçirmək. iynəni saplamaq. - Həsən.. sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Çəmənzəminli. [Maritsa] iynəni çətinliklə saplayır,...
|
SAPLANMA (ID - 34616)“Saplanmaq”dan f.is.
|
SAPLANMAQ (ID - 34617)məch. 1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq. Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. A.Şaiq. // məc. Batmaq, sancılmaq. [Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub...
|
SAPLI (ID - 34618)sif. Sapı, dəstəsi olan. Qara saplı bıçaq. Saplı bel. - Paşa bəy gümüş saplı qamçısını çəkməsinin burnuna vura-vura soruşurdu. Ə.Vəliyev. ..Uzun saplı qəlyanını tüstülədə-tüstülədə qulaq asan Nəcəfalı kişi boğazını...
|
SAPLICA (ID - 34619)bax sapılca. Qərənfil xala yağı əritmək üçün saplıcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.
|
SAPMA (ID - 34620)“Sapmaq”dan f.is.
|
SAPMAQ (ID - 34621)f . 1. Düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, başqa istiqamət almaq; yolu azdırmaq. [Kor aşıq Qəhrəmana:] Həmən qoşdum sağa-sola saparkən; Baxdım ki, səs gəlir bənövşəlikdən. H.Cavid. Atlı çaparaq;...
|
SAPPASAĞ (ID - 34622)bax sapsağ. [Sərvinaz qarı:] Bir qoca sınıqçı taxta qoyub sarıdı, bir azdan sonra sappasağ oldu. B.Bayramov.
|
SAPSAĞ (ID - 34623)sif. Lap sağ, tamamilə sağlam, sapsağlam. Sapsağ uşaq. - Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi: - indi sapsağ qızı azarlı edəcəksən. S.S.Axundov. [Rəşid:] Gövhər xanımı həyətdə sapsağ (z.) gördüyümü demək istəmirdim....
|
SAPSAĞLAM (ID - 34624)sif. Heç bir xəstəliyi olmayan, tamamilə sağlam. Sapsağlam oğlan. - [Səlma] Şükür, çox şükür, sapsağlam, könlü şad; Bu gün, yarın gəlmək üzrə Qanpolad. H.Cavid. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə...
|
SAPSAĞLAMLIQ (ID - 34625)is. Tamamilə sağlam olma, heç bir xəstəliyi olmama; tamamilə sağlam adamın halı.
|
SAPSAĞLIQ (ID - 34626)bax sapsağlamlıq.
|
SAPSARI (ID - 34627)sif. Lap sarı, tamamilə sarı, çox saralmış. Kitabın sapsarı vərəqləri. - Sapsarıdır ağacların; Xəzəl olmuş yarpaqları. S.Vurğun. Gecə ay doğacaq, rəngi sapsarı; Göylərin sayrışan şux ulduzları; Buluddan buluda süzüləcəkdir;...
|
SAPSARILIQ (ID - 34628)is. Sapsarı şeyin halı.
|
Bu səhifə dəfə baxılıb