İzahlı lüğət

SAĞINTI (ID - 34329)

is. 1. Bədənin hər hansı bir yerinə sızan, yaxud çıxan qan.
Bax sağın 2-ci mənada.

SAĞIR (ID - 34330)

sif. [ər.] Kar. [1-ci kor:] Biz eşitdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal; Şeyx Sənana iltica edir. H.Cavid. // Məc. mənada. Ellər talan olur, vergilər ağır; Göylər cavabsızdır, buludlar sağır. S.Vurğun....

SAĞIR (ID - 34331)

NUN dilç. Burunda tələffüz olunan “n” səsi.

SAĞIRLAŞMA (ID - 34332)

“Sağırlaşmaq”dan f.is.

SAĞIRLAŞMAQ (ID - 34333)

f Karlaşmaq.

SAĞIRLIQ (ID - 34334)

is. Karlıq.

SAĞLAM (ID - 34335)

sif. 1. Bədəninin bütün üzvləri düzgün, sağ-salamat olan, normal işləyən, bədəni hər cəhətcə saz olan (xəstə ziddi). Sağlam gənc. Sağlam qadın. Sağlam bədən.
Qırdı şahpərini, kəsdi qolunu; Sağlam bir işçinin iti yumruğu....

SAĞLAMBƏDƏNLİ (ID - 34336)

sif. Bədəni hər cəhətcə sağlam olan, bədəncə möhkəm, saz olan. Bu sözləri deyən, cavanların lap ortasında dayanmış enlikürəkli, kök və sağlambədənli, gülərüzlü bir oğlan idi. V.Şıxlı.

SAĞLAMLAŞDIRICI (ID - 34337)

sif. Sağlamlığı daha da yaxşılaşdırmağa yönəldilən. Sağlamlaşdırım tədbirlər. Üzgüçülüyün sağlamlaşdırım əhəmiyyəti son dərəcə böyükdür.

SAĞLAMLAŞDIRILMA (ID - 34338)

“Sağlamlaşdırılmaq”dan f.is.

SAĞLAMLAŞDIRILMAQ (ID - 34339)

məch. Daha sağlam hala salınmaq, səhhət üçün daha münasib bir vəziyyətə gətirilmək. Müəssisədə əmək şəraiti sağlamlaşdırılmışdır.

SAĞLAMLAŞDIRMA (ID - 34340)

“Sağlamlaşdırmaq”dan f.is. Sağlamlaşdırma tədbirləri.

SAĞLAMLAŞDIRMAQ (ID - 34341)

f . 1. Sağlam etmək, orqanizmin düzgün, normal fəaliyyətinə çalışmaq. // Sağlamlıq üçün daha əlverişli şərait yaratmaq. Əmək şəraitini sağlamlaşdırmaq. Ərazini sağlamlaşdırmaq.
məc. Daha normal, daha yaxşı, daha sağlam...

SAĞLAMLAŞMA (ID - 34342)

“Sağlamlaşmaq”dan f.is.

SAĞLAMLAŞMAQ (ID - 34343)

f . 1. Xəstəlikdən sağalmaq, sağlam olmaq, qüvvətlənmək, yaxşılaşmaq, gümrahlaşmaq.
məc. Möhkəm olmaq, sağlam əhvaliruhiyyə yaranmaq, yaxşılaşmaq, qaydaya düşmək. [Qoşqar:] Mən elə bilirdim, Sultandan sonra kollektivimiz...

SAĞLAMLIQ (ID - 34344)

is. 1. Orqanizmin sağlam vəziyyəti; bədən üzvlərinin hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq. Mən bu qadını bir az tanıyırdım, .. qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından...

SAĞLIQ (ID - 34345)

is. 1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. - Abır istəsən - çox demə; Sağlıq istəsən - çox yemə. (Ata. sözü). □ Sağlıq...

SAĞMA (ID - 34346)

“Sağmaq”dan f.is.

SAĞMAQ (ID - 34347)

f 1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq. - Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi. M.Ə.Sabir. [Ayrım qızı:] İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edərdik,...

SAĞMAL (ID - 34348)

sif Südü olan, süd verən, sağılan. Sağmal inək. - [Sürünün] içində bir dənə də olsun sağmal heyvan yoxdur. “Koroğlu” .
Məclisin hər tərəfindən növbə ilə səslər çıxar: qayınata - bir sağmal camış. R.Əfəndiyev....

SAĞRI (ID - 34349)

is. Heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf. Atın sağrısı. - [Dərviş:] [Ruqiyyə] buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi. A.Divanbəyoğlu. [Səməd kişi] axırıncı...

SAĞRILI (ID - 34350)

sif. Sağrısı dolğun olan.

SAĞSAĞAN (ID - 34351)

is. zool. Qarğalar fəsiləsindən, ağ-qara tüklü, xarakter səs çıxaran quş; qəcələ. [Fatmanisə:] Ay oğul, sağsağan qırıldayır, çıx, gör atan gələcəkdirmi? Ə.Haqverdiyev. İndi tez-tez sağsağan, qarğa, tək-tək, ikibir, üçbir...

SAĞ-SALAMAT (ID - 34352)

zərf və sif. Heç bir xətər dəyməmiş, heç bir xataya, bəlaya uğramadan, saz. Sağ-salamat müharibədən qayıtmaq. Sağ-salamat qalmaq. - [Əhməd tacirbaşı:] Allah mənə yar olsa, inşallah, bu dəfə də karvanı sağ-salamat gətirəcəyəm....

SAĞ-SALAMATLIQ (ID - 34353)

is. 1. Salamatlıq, ölüm-itim olmama, əmin-amanlıq. Bizim tərəfdə sağ-salamatlıqdır. - [Gövhər xanım:] Hər nə olur olsun, ta ki sağ-salamatlıq olsun. S.S.Axundov. Hər şeyin öz qaydasında, normal vəziyyətdə olması, heç bir xoşagəlməz...

SAĞ-SOL (ID - 34354)

is. Həm sağ, həm sol; hər iki tərəf, ətraf. Sağ-soluna baxmaq. Sağ-solunu yoxlamaq. - Gələn atlılar sağa-sola (z.) səpələndilər. M.Hüseyn. Kiçik evlər şosenin sağsolunda dururdu. Ə.Əbülhəsən.
□□ Sağa-sola sovurmaq -...

SAHƏ (ID - 34355)

is. [ər.] 1. Açıq yer, boş və geniş yer, tutulmamış yer; düzən. Geniş sahə. Qumluq sahə. // Torpağın müəyyən məqsəd üçün istifadə edilən parçası, qismi. Həyətyanı sahə. inşaat sahəsi. Torpaq sahəsi. - Əkin sahəsi çaya...

SAHƏCİK (ID - 34356)

is. Balaca sahə, kiçik sahə.

SAHİB (ID - 34357)

is. [ər.] 1. Yiyə. Bir şeyin sahibi. Bağın sahibi. - At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev. At getdiyi yolla da qayıdıb sahibinə...

SAHİBƏ (ID - 34358)

is. [ər.] Qadın sahib. [Qəhrəman:] Qarşımda kişi libası geymiş ev sahibəsi uzanmışdı. H.Nəzərli. Qadın içəridə ev sahibəsi əvəzinə Tahiri görəndə donub qaldı. M.Hüseyn. Gülü xanım ev sahibəsinin zəhmətə düşməyini...

SAHİBKAR (ID - 34359)

is. [ər. sahib və fars. ...kar] Sahib, yiyə. Bakı fəhlələrinin ümumi tətili sahibkarların qəti məğlubiyyəti ilə qurtarmışdı. M.Hüseyn. O zamanlar Bakı neft sahibkarları üçün ev ən böyük gəlir mənbələrindən biri idi.. S.Rəhman....

SAHİBKARLIQ (ID - 34360)

is. Sahib olma, yiyə olma, yiyəlik.

SAHİBLƏNMƏ (ID - 34361)

“Sahiblənmək”dən f.is.

SAHİBLƏNMƏK (ID - 34362)

f Sahib olmaq, tutmaq, yiyələnmək. Torpağa sahiblənmək. Bağa sahiblənmək. - Qiymətli kamana sahiblənmək üçün hər kəs qüvvətini sınadı. M.S.Ordubadi.

SAHİBMƏNSƏB (ID - 34363)

sif və is. [ər.] Yüksək mənsəb, vəzifə sahibi olan, yüksək mənsəbli (vəzifəli). [Hacı Həsən:] Şeyxəna! Bu Heydər ağadır ki, teleqrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. C.Məmmədquluzadə. [Intizari:] Bir tərəfdən...

SAHİBSİZ (ID - 34364)

sif. 1. Sahibi, yiyəsi olmayan; yiyəsiz, nəzarətsiz. Maral baxar təpəyə; Özün yıxar təpəyə; Oba sahibsiz olsa; Donuz çıxar təpəyə. (Bayatı). Ölkə tamamilə sahibsiz deyildi. S.Hüseyn.
Ata-anasız, yetim, baxımsız. Mənim yetim...

SAHİBSİZLİK (ID - 34365)

is. 1. Sahibi, yiyəsi olmama.
Ata-anası olmama; yetimlik, baxımsızlıq.

SAHİL (ID - 34366)

is. [ər.] Dənizin, çayın, gölün quru ilə birləşdiyi yer; dəniz (çay) kənarı. O göl sahilinə gələn qıza bax; Sanki budaqlar da ona əl edir. N.Xəzri. [Dənizin] ləpələri sahilin isti qumunu yalayaraq irəli cumur, təkrar geri çəkilirdi....

SAHİLSİZ (ID - 34367)

sif. Sahili görünməyən, ucsuzbucaqsız. Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq.

SAHMAN (ID - 34368)

is. Qayda, səliqə, düzgün vəziyyət, qaydada, səliqədə olma. Ev sahmanda idi. Üst-başı sahmandadır. - Qız uşağının paltarı sahmanda idi, başında abı kəlağayı, əynində gödək kofta vardı. Mir Cəlal. Hər gün usta buruqlara...

SAHMANLAMA (ID - 34369)

“Sahmanlamaq”dan f.is.

SAHMANLAMAQ (ID - 34370)

f Qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq, düzəldib hazırlamaq. Mizin üstünü sahmanlamaq. Evi sahmanlamaq. Yorğan-döşəyi sahmanlamaq. - [Tapdıq] şananı əlində sahmanlayır, yabanı çəpərə ilişdirir, beləliklə, gününü...

SAHMANLI (ID - 34371)

sif. 1. Sahmanda, səliqədə, qaydada olan, düzgün, səliqəli. Sahmanlı ev.
Rahat, qayda-qanunda olan. [Hacı Qənbər:] Heç bir belə sahmanlı iş olmaz. N.Vəzirov.

SAXARİN (ID - 34372)

[yun. sakchar - şəkər] Çox şirin ağ kristallik maddə; şəkər surroqatı. Saxarinlə çay içmək.

SAXLAMA (ID - 34373)

“Saxlamaq”dan f.is.

SAXLAMAQ (ID - 34374)

f . 1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. Açarı əlində saxlamaq. ipi dişində saxlamaq. - Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu....

SAXLANC (ID - 34375)

is. Ehtiyat üçün saxlanılan şey, yaxud içində şey saxlanılan qab və s. Yollara gül-çiçək saçsın gələcək; Ona qonaq gəlir yeni nəsillər; Açsın saxlancını şanlı fəsillər. M.Müşfiq.

SAXLANILMA (ID - 34376)

“Saxlanılmaq”dan f.is.

SAXLANILMAQ (ID - 34377)

“Saxlamaq”dan məch. Bu kitablar gizli saxlanılmalıdır. H.Nəzərli.

SAXLANMA (ID - 34378)

“Saxlanmaq”dan f.is. Qonaqlar şəhərdə, elmlilər evinin eyvanında toyuqcücə saxlanmasına gülüşdülər. B.Bayramov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed