İzahlı lüğət

SAMANLIQ (ID - 34529)

is. 1. Saman yığılan yer, saman saxlamaq üçün anbar, yer. Axund məhərrəmin 8-ci günü uzun bir samanlıqda təziyə büsatını qurmuş və bir sınıq sandığı minbər əvəzinə altına qoymuşdu. Qantəmir. Samanlığın qabağında iki...

SAMBO (ID - 34530)

SAMBOÇU (ID - 34531)

is. Sambonu yaxşı bilən. Gözəl samboçu.

SAMI (ID - 34532)

is. Boyunduruğun hər iki ucundakı qoşa deşiklərə salman nazik ağac. [Salman əmi] arabaçının samı qayırmaq üçün ağac axtardığını bilib sakit oldu. Mir Cəlal.

SAMİLƏR (ID - 34533)

bax semitlər.

SAMİT1 (ID - 34534)

sif. [ər.] Səssiz, sakit, dinməz, sakitcə. Qanlıtəpə əhli sakit və samit dərin yuxuda idi. S.M.Qənizadə. // Zərf mənasında. Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsini yaşmayıb ağ örpək başında, həllacı, samit əyləşibdir....

SAMİT2 (ID - 34535)

is. dilç. Səs axınının ağızda bu və ya başqa üzvün maneəsinə rast gəlməsi ilə tələffüz edilən səs.

SAMMİT (ID - 34536)

is. [ing.] Dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısı.

SAMODİLƏR (ID - 34537)

cəm Bir sıra qohum şimal xalqlarının (nenlərin, selkuplarm və başqalarının) ümumi adı.

SAMOVAR (ID - 34538)

is. [rus.] İçi kömürlə doldurulan odluğu olan çay üçün su qaynadılan metal cihaz. Ağ samovar. Armudu samovar. - [Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm....

SAMOYEDLƏR (ID - 34539)

cəm Samodi xalqlarının köhnə adı.

SAMUR (ID - 34540)

is. zool. Dələlər sinfindən boz rəngli qiymətli xəzi olan yırtıcı heyvan. Sibir samuru. Samur dərisi. - Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikanın bütün meşələrində çoxlu ayı, canavar, tülkü və Sibir samuru...

SAMURAY (ID - 34541)

[yap.] Feodal Yaponiyasında: imtiyazlı hərbi zadəgan silkinə mənsub adam, habelə, ümumiyyətlə, hərbi, cəsur döyüşçü. [Yunus:] Bacı, gedin rahat olun, adamlarınız sağ-salamatdır. Yapon samuraylarını da əzəndən sonra görüşəcəksiniz....

SAN (ID - 34542)

is. [fars.] 1. Şöhrət, nüfuz, hörmət, şan-şərəf (adətən ad-san şəklində işlənir).
Bax say 1 və 2-ci mənalarda. Könül həsrət, can müntəzir, göz yolda; Ömür azaldı, vədə keçdi san ilə. M.V.Vidadi. Ələsgər, üsyanın...

SANAMA (ID - 34543)

“Sanamaq”dan f.is.

SANAMAQ (ID - 34544)

dan. bax saymaq 1 və 2-ci mənalarda. Muzdur .. sonra pulları sanayıb gördü ki, altmış doqquz min manat puldur. S.M.Qənizadə. [Hacı Murad] sandığın içindən mücrünü çıxardıb pulları sanayır. S.S.Axundov. [Mirzə Cəmil:] Allaha şükür,...

SANARLAR (ID - 34545)

is. Böyük Qafqaz dağlarının cənub ətəklərində yaşamış tayfa.

SANASAN (ID - 34546)

bağl. Guya, sanki, elə bil. Yadıma hər bir düşəndə ol siyah kirpiklərin; Sanasan ki, sancılar bağrıma peykan, alaram. M.P.Vaqif. Məşşatə gözünə sürmə çəkəndə; Sanasan gözümə bıçağı çəkər. Q.Zakir.

SANATORİYA (ID - 34547)

is. [lat. sanare - müalicə etmək] Xəstələr üçün xüsusi rejimi olan və müxtəlif müalicə üsulları (hava, mədən suları, palçıq və s.) tətbiq edilən istirahət və müalicə müəssisəsi. Sanatoriyada dincəlmək. Mədə-bağırsaq...

SANBAL (ID - 34548)

is. Çəki, ağırlıq, vəzn.

SANBALLAMA (ID - 34549)

“Sanballamaq”dan f.is.

SANBALLAMAQ (ID - 34550)

f 1. Bir şeyi əlinə götürərək ağırlığını, vəznini təxmini şəkildə yoxlamaq. Kisəni sanballamaq. Qutunu sanballamaq. - Kərbəlayı Hatəmxan vəl üçün gətirilmiş daşdan bir yekəsini əlində sanballayıb, nifrin edən bala dərvişin...

SANBALLI (ID - 34551)

sif 1. Ağır, bərk, möhkəm, qurs. Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. “Koroğlu” . Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı. Çəmənzəminli. [Xəlil:] Bu il məhsulumuz boldu. Maşallah, qozalar...

SANCAĞAOXŞAR (ID - 34552)

bax sancaqvari.

SANCAQ (ID - 34553)

is. 1. Kağız vərəqlərini və s.-ni bir-birinə bəndləmək üçün dəmirdən qayrılmış ucu iti dəftərxana gərəyi. Sənədlərə sancaq vurmaq. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan qayrılan müxtəlif ölçülü və...

SANCAQLAMA (ID - 34554)

“Sancaqlamaq”dan f.is.

SANCAQLAMAQ (ID - 34555)

f . Sancaqla bənd etmək, sancaqla bərkitmək. Kağızları sancaqlamaq. Yaxasını sancaqlamaq. - [Firəngiz] saçlarını bütöv geriyə daradı, yumrulayıb sancaqladı. B.Bayramov.

SANCAQVARİ (ID - 34556)

sif. Sancaq formasında, sancaq kimi, sancağaoxşar.

SANCI (ID - 34557)

is. Bədənin hər hansı bir yerində, əsasən qarın boşluğunda, böyürdə baş verən kəskin ağrı. Sancısı keçmək. Sancısı güclənmək. - Sancıdan özümü toxdadıb, bir az da getdim. Çəmənzəminli. Teybə böyrünün sancısından...

SANCILANMA (ID - 34558)

“Sancılanmaq”dan f.is.

SANCILANMAQ (ID - 34559)

f . Qarnından sancı tutmaq, bərk ağrı tutmaq. Soyuqdəymədən sancılanmaq. - Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar. M.Ə.Sabir.

SANCILI (ID - 34560)

sif. 1. Sancı tutmuş, sancılanmış. Sancılmış halda olan, batırılmış vəziyyətdə olan.
Keçirilmiş, taxılmış, bənd edilmiş. Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı...

SANCILMA (ID - 34561)

“Sancılmaq”dan f.is.

SANCILMAQ (ID - 34562)

məch. 1. Batırılmaq, qaxılmaq. Külünglər torpağa sancıldı. Ə.Vəliyev. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək.
Batmaq, keçmək, girmək. [Canbalayev:] ..Necə olursa stəkan qırığının bir parçası dabanına sancılır....

SANCILMIŞ (ID - 34563)

f sif 1. Batırılmış, qaxılmış. Yüz, yüz iyirmi addım uzaqda əl ilə sancılmış kimi, ağaca oxşayan yoluq bir şey seçilirdi. Mir Cəlal.
2. Taxılmış, keçirilmiş. Qadir.. birdən bağçanın qırağındakı fənər sancılmış...

SANCMA (ID - 34564)

“Sancmaq”dan f.is.

SANCMAQ (ID - 34565)

f 1. Batırmaq, geydirmək, soxmaq. Dərziyə dedilər köç, iynəni (papağına) sancdı. (Ata. sözü). Yetişmiş qızlar iynəni [Kiçikbəyimin] duvağına batırır, sonra yaxalarına sancırdılar. Çəmənzəminli. // Məc. mənada. Dağlar...

SANDALYA (ID - 34566)

[rus.] bax səndəl2. Muxtar, sandalyasını xanımın masasına yaxınlaşdırdı və bir dəqiqədə yeməklərini də daşıyıb orada yerləşdi. Çəmənzəminli. O, yanındakı sandalyanın boş olduğunu ona andıran bir tövr ilə yerindən qımıldandı....

SANDIQ (ID - 34567)

is. [ər. sənduq] 1. İçərisinə paltar və başqa şeylər qoymaq üçün taxtadan qayrılıb, üzəri dəmirlə işlənmiş, açarla açılıbbağlanan qapaqlı iri uzunsov qutu (keçmişdə üstünə yorğan-döşək yığılardı). Otağın divarlarındakı...

SANDIQÇA (ID - 34568)

is. Kiçik sandıq. Üzükləri sandıqçaya qoymaq. - [Şəhrəbanu xanım:] Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. M.F.Axundzadə. Kərbəlayı Xəlil pul sandıqçasından bir karandaş çıxarıb, teleqrafçı verdiyi kağızı...

SANDIQDAR (ID - 34569)

is. [ər. sənduq və fars. ...dar] köhn. Sarayda, yaxud zadəgan evlərində maliyyə (pul) işlərinə baxan şəxs. Bundan sonra Sərdar Rəşid sandıqdan çağırdı, dörd yüz tümən gətirməsini əmr etdi. M.S.Ordubadi.

SANDIQXANA (ID - 34570)

is. [ər. sənduq və fars. ...xanə] köhn. Pul və qiymətli şeylər saxlanan yer. [Xırda xanım:] Taxtın altında bir cüt çəkmə var, onu və sandıqxanada bir yapıncı var, onu da sənə verdim. N.Vəzirov.

SANİ (ID - 34571)

sif [ər.] İkinci.

SANİTAR (ID - 34572)

is. [lat. zanitas - sağlamlıq] Müalicə müəssisələrində xəstələrə və yaralılara xidmət edən, həmçinin binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi. Dülgərlər otaqlardan çıxar-çıxmaz sanitar-texniki briqada işə başlayır....

SANİTARİYA (ID - 34573)

[lat. sanitars - sağlamlıq və ars - sənət] Əhalinin sağlamlığını mühafizə etməyə və təmizliyi gözləməyə yönəldilmiş, gigiyenanın elmi tələblərinə əsaslanan tədbirlər sistemi. Sanitariya qaydalarına əməl etmək.

SANİTARKA (ID - 34574)

is. [rus.] Xəstə baxıcısı (qadın). Sanitarka Günəş də bu il İstisuda çalışırdı. Ə.Vəliyev. Bir gün [Azad] pilotkasını yan qoymuş gözəl bir sanitarkanın yaralı gətirdiyini gördü. S.Rəhman.

SANİYƏ (ID - 34575)

is. [ər.] Dəqiqənin altmışda bir hissəsi (vaxt ölçü vahidi). [Nurəddin] suya batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb, üzməyə başladı. S.S.Axundov. ..[Ümid] Tahirənin burada olduğunu unutmuş kimi, bir neçə saniyə...

SANİYƏLİK (ID - 34576)

is. Saniyə müddətində olan (adətən saylarla). Ortalığı bir neçə saniyəlik sükut bürüdü. H.Nəzərli. Enir bəbəkləri al qan içində; O bir saniyəlik toran içində; Xəyalən yanaşır Azərbaycana. M.Rahim.

SANİYƏN (ID - 34577)

bağl. [ər.] klas. İkinci, ikincisi, ikinci olaraq. Əvvəla, o köhnə torlara ki biz düşmüşdük, parə-parə etməlisiniz, saniyən, tazə ixtiyarat tələb edib almalısınız. N.Vəzirov.

SANİYƏÖLÇƏN (ID - 34578)

is. Saniyənin onda birinə qədər dəqiqliklə ölçən cihaz. Fasiləni saniyəölçənlə təyin etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed