SALIQ (ID - 34479)is. Xəbər, soraq, bildirmə. Ardınca verdim salıq; Tükəndi səbrim artıq; Ey işıqlı dövr, gəl. M.Müşfiq. [Səməd:] Ağacın yerini sənə dədəm salıq verdi. İ.Hüseynov.
|
SALIQÇI (ID - 34480)is. Bələdçi.
|
SALIM (ID - 34481)bir salım - az, azacıq; bir dəfə tökməyə, salmağa çatar. Bir salım çay. Bir salım ədvə. - O, düşəndə qonşusuna bir salım duz, yarım sərnic ayran verib savaba çatar. S.Rəhimov.
|
SALIMLIQ (ID - 34482)bax salım.
|
SALINMA (ID - 34483)“Salınmaq”dan f.is.
|
SALINMAQ (ID - 34484)“Salmaq”dan məch. Yerə palaz salınmaq. Örtü salınmaq. Süfrə salınmaq. - Eyvaz ocağın kənarına salınmış (f.sif.) keçənin üstündə əyləşmiş(di).. İ.Əfəndiyev.
|
SALIŞDIRMA (ID - 34485)“Salışdırmaq”dan f.is.
|
SALIŞDIRMAQ (ID - 34486)f . İki tərəfi bir-birilə düşmən etmək, vuruşdurmaq, bir-birinin üzərinə saldırmaq, təhrik etmək.
|
SALİM (ID - 34487)sif. [ər.] klas. 1. Salamat. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da batsın. M.Ə.Sabir.
2. Dinc, sakit, əmin. Başmaqçı usta Ağabala .. saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi.... |
SALLABAŞ (ID - 34488)sif. 1. Başı əsən, daim aşağı sallanan. Sallabaş adam.
məc. Mızı, adamın üzünə baxmayan, qəlbiqara. |
SALLABIĞ (ID - 34489)bax sallaqbığ(lı). Sallabığkişi.
|
SALLAĞI (ID - 34490)zərf Sallanmış halda, bir tərəfə əyilmiş vəziyyətdə, çöməlmiş halda. [Arvad] ..uzun müddət sallağı oturmaq üçün şalı belinə bərk dolamışdı. H.Seyidbəyli.
|
SALLAQ1 (ID - 34491)is. [ər.] Mal-heyvan kəsən, sallaqxana fəhləsi.
|
SALLAQ2 (ID - 34492)sif. Sallanmış halda olan, sallanan, aşağıya tərəf uzanmış, ya bükülmüş. Tazının başı tülkü başı kimi uzun, qulaqları sallaq olardı. H.Sarabski. Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı....
|
SALLAQBIĞ(LI) (ID - 34493)sif. Bığları sallaq olan. Sallaqbığ kişi. - Yaqubun böyründəki ağ kürklü, sallaqbığ, arıq kəndli qeyri-ixtiyari donqar hülqumunu qaldırıb saldı. M.Hüseyn. Sallaqbığlı qoca faytonçu belini düzəltdi və nədənsə şikayətlənərək...
|
SALLAQDODAQ(LI) (ID - 34494)sif. Uzun və sallaq dodaqları olan. Sallaqdodaq uşaq.
|
SALLAQXANA (ID - 34495)is. [ər. sallaq və fars. ...xanə] 1. Mal-heyvan kəsilmək üçün xüsusi bina, yer. Sallaqxana sexi. - It sallaqxanadan bir sümük aparar, öz ayağını kəsər. (Ata. sözü). [Qulu] son zamanlar qardaşını dükanda buraxıb, özü sallaqxananı...
|
SALLAQQARIN(LI) (ID - 34496)sif. Qamı yekə və sallanmış kimi olan. Sallaqqarın adam.
|
SALLAQQULAQ(LI) (ID - 34497)sif. 1. Uzun və sallaq qulaqları olan (heyvanlar haqqında).
məc. dan. Qeyrətsiz, heysiyyətsiz, öz hörmətini saxlamayan. Sallaqqulaq adam. |
SALLAQLIQ1 (ID - 34498)is. Sallağın işi, peşəsi; malheyvan kəsmə peşəsi. Sallaqlıq etmək. - Kişinin əlindən yaxşı sallaqlıq da gəlirmiş! “Kirpi” .
|
SALLAQLIQ2 (ID - 34499)is. Sallaq şeyin halı; sallanmış halda olma.
|
SALLAMA (ID - 34500)1. “Sallamaq”dan f.is.
zərf Bir ucunu aşağı salladaraq, uzadaraq. Belbağını sallama bağlamaq. Kəlağayını sallama örtmək. - Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü... |
SALLAMAQ (ID - 34501)f 1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq. - Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli....
|
SALLANA-SALLANA (ID - 34502)zərf 1. Əzilə-əzilə, nazlana-nazlana, nazla. Sallana-sallana gedən Salatın! Gəl belə sallanma, göz dəyər sənə. Qurbani. Qərq olsun yaşıla, ala gəlsin; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. Sallana-sallana gedən Salatın; O sərxoş...
|
SALLANIŞ (ID - 34503)is. Yeriş tərzi, nazla, əziləəzilə yerimə. Oturuşun gözəl, duruşun gözəl; Sallanışın gözəl, yerişin gözəl. M.P.Vaqif. Gözəllər sultanı, ay Səlbixanım; Sallanışın bir mahala əvəzdir. Aşıq Ələsgər.
|
SALLANMA (ID - 34504)“Sallanmaq”dan f.is.
|
SALLANMAQ (ID - 34505)f . 1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq. Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. M.Hüseyn. Qarmaqdan çoxlu qiymətli şeylər sallanırdı. Mir Cəlal.
məc. Nazla, əda ilə yerimək. Geyinib sallanan... |
SALLAŞMA (ID - 34506)“Sallaşma”dan f.is.
|
SALLAŞMAQ (ID - 34507)bax sallanmaq (çoxları haqqında). Tələbələr yenə dartındılar, qadın da onların ətəyindən tutub sallaşdı. Çəmənzəminli.
|
SALLATMA (ID - 34508)“Sallatmaq”dan f.is.
|
SALLATMAQ (ID - 34509)bax sallamaq.
|
SALMA1 (ID - 34510)“Salmaq”dan f.is.
|
SALMA2 (ID - 34511): salma çay - şirin çay. [Qulu:] Yəni altı-yeddi stəkan salma çay içdiyini də yalan deyirəm? S.S.Axundov.
|
SALMAQ (ID - 34512)f 1. Bir şeyi hündür yerdən aşağı atmaq, tullamaq, buraxmaq, düşürmək. Asta qanad çalın, qafil telləri; Heyfdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Mən də bombaları salanda kəndə; Dedim: "Əl atmasa həkim bıçağa; Xəstə...
|
SALMONELLYOZ (ID - 34513)is. tib. İnsan və heyvanlarda kəskin infeksion xəstəlik.
|
SALNAMƏ (ID - 34514)is. [fars.] İl ərzində bir yerdə baş verən tarixi hadisələri qeydə alan kitab və s. // Hadisələrin hər il qeydə alınması; gündəlik, xronika və s. həyat salnaməsi. [Mirzə Ələkbər Sabirin] şeirləri yarandıqları zamanın ən...
|
SALNAMƏÇİ (ID - 34515)is. Salnamə yazan şəxs.
|
SALOL (ID - 34516)əcz. Bağırsaqları və sidik yollarını dezinfeksiya etmək üçün ağ rəngli kristallik maddə (dərman).
|
SALON (ID - 34517)[fr.] 1. Qonaqlar üçün qəbul otağı. [Firəng səyyahı:] Bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər. Ə.Haqverdiyev.
Zal. Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. T.Ş.Simurq. Alqış səsləri salonu bürüdü.... |
SALTO (ID - 34518)is. [ital.] Akrobatika və idman gimnastikasında xüsusi hərəkət növü; mayallaq, mayallaq aşma.
|
SALTUS (ID - 34519)is. [lat.] Qədim Romada xüsusi şəxslərə icarəyə verilən meşə, otlaq və s. torpaq sahələri.
|
SALURLAR (ID - 34520)is. Oğuzların 24 tayfasından biri.
|
SALYÜT (ID - 34521)[fr. salut - salamlama] Şanlı bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər buraxmaq, bayraq qaldırıb endirmək (gəmidə) və s. ilə icra edilən təntənəli...
|
SAM, SAM YELİ (ID - 34522)bax səmum. Bəlkə bu gəlişdən sonra qızın həyat çəməninə sam yeli əsməyəcək, ..xüsusən Hidayətə açılması müşkül olan dərdi daha qövr etməyəcəkdi? B.Bayramov.
|
SAMAN (ID - 34523)is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. Saman sənin deyil, samanlıq ki sənindir. (Ata. sözü). Qorxurdular ki, atlarımız üçün arpa, saman, özümüz üçün...
|
SAMAN (ID - 34524)is. [fars.] Var, dövlət, sərvət, malmülk. Fəqət zəhmət onun, saman sənindir! Söyüş, şallaq onun, vicdan sənindir. Ə.Nəzmi.
|
SAMANI (ID - 34525)sif. Saman rəngində, sarıyaçalar, sarı. Samanı parça.
|
SAMANLAMA (ID - 34526)“Samanlamaq”dan f.is.
|
SAMANLAMAQ (ID - 34527)f 1. Saman qatmaq, saman vurmaq, saman tökmək. Palçığı samanlamaq.
2. Heyvana saman vermək. Atı samanlamaq. |
SAMANLI (ID - 34528)sif. 1. Saman qarışdırılmış, saman qatılmış. Samanlı kərpic. Samanlı palçıq. Samana batmış, samana bulaşmış. Yoğun aşpaz əlində kəfgir, qolları çirməkli, mehtər əlində xəlbir, üzü samanlı gəlirlər. Ü.Hacıbəyov.
|
Bu səhifə dəfə baxılıb