SİMFONİYA (ID - 35880)[yun. symphonia - ahəngdar] Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri. Bu gün çaldığı əsər [Səlbinin] “Azad insan” simfoniyası idi. M.Hüseyn. Bax!...
|
SİMFONIZM (ID - 35881)[yun.] Simfoniya sənətkarlığı, simfoniya üslubu. ..“Yeddigözəl” baletinin musiqisi simfonizm əzəmətinin yaratdığı vüsətə malik və emosional cəhətcə dolğun məzmunlu böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.
|
SİMİC (ID - 35882)sif. Xəsis, bərk. Simic adam. Simic (z.) olmaq.
|
SİMİCLƏŞMƏ (ID - 35883)“Simicləşmək”dən f.is.
|
SİMİCLƏŞMƏK (ID - 35884)f . Simic olmaq, xəsis olmaq.
|
SİMİCLİK (ID - 35885)is. Xəsislik. [Faytonçu:] Sənin pulunun sayı-hesabı yoxdur; belə simiclik nəyə lazımdır? Ə.Haqverdiyev. [Rüstəm:] Qoy dost-aşna da deməsin ki, Rüstəm kişi simiclik elədi, malına qıymadı. M.İbrahimov.
|
SİMİN (ID - 35886)sif. [fars.] köhn. 1. Gümüşdən qayrılmış, düzəldilmiş.
2. Gümüşü. |
SİMLƏMƏ1 (ID - 35887)“Simləmək1’dən f.is.
|
SİMLƏMƏ2 (ID - 35888)“Simləmək2”dən f.is.
|
SİMLƏMƏK1 (ID - 35889)f. Sim çəkmək (musiqi alətinə). Tarı, kamançanı simləmək.
|
SİMLƏMƏK2 (ID - 35890)f. Yaranın iltihabı nəticəsində qana keçmək (mikrob). [Allahqulu:] Güllə içəridə qalıb simləyər. Ə.Əbülhəsən.
|
SİMLİ (ID - 35891)sif. Simi olan, sim salınmış. Simli saz. Simli tar. - Tar, məlum olduğu kimi, Əsədoğlu Mirzə Sadıqadək yalnız beş simli bir musiqi aləti idi. Ə.Bədəlbəyli. // Simlərlə çalman, simlərlə səsləndirilən. Simli çalğı alətləri....
|
SİMMENTAL (ID - 35892)is. [fr.] İribuynuzlu malqara cinsi.
|
SİMMETRİK (ID - 35893)sif. [yun.] Simmetriyası olan, simmetriya qanununa görə qurulmuş; mütənasib. Simmetrik planlaşdırma. Şəkilləri divardan simmetrik (z.) asmaq. Şeylərin simmetrik düzülüşü. - Xalının üstündə simmetrik düzülmüş altı yumşaq kreslo...
|
SİMMETRİKLİK (ID - 35894)is. Simmetrik şeyin halı; bir şeydə simmetriya olması; mütənasiblik.
|
SİMMETRİYA (ID - 35895) |
SİMPATİYA (ID - 35896)[yun. sympatheia - rəğbət] Bir adama və ya bir şeyə qarşı rəğbət, meyil, cazibə.
|
SİMPLEKS (ID - 35897)is. [lat.] Kombinator topologiyanın əsas anlayışlarından biri.
|
SİMPOZİUM (ID - 35898)[lat. simposium, əsli yun. kef məclisi] Hər hansı bir xüsusi elmi məsələyə dair bəzi, o cümlədən beynəlxalq müşavirələrin adı. Tarix məsələlərinə həsr olunmuş simpozium. Astronavtika üzrə beynəlxalq simpozium.
|
SİMPTOM (ID - 35899)is. [yun.] Hər hansı bir şeyin, hadisənin əlamətləri.
|
SİMSAR (ID - 35900)sif. [fars.] 1. Yaxın, daha yaxın.
2. Gümüş rəngli, gümüşü. |
SİMURQ (ID - 35901)is. [fars.] Qədim İran əsatirində guya Qaf (Elbrus) dağında yaşayan böyük bir quş. Qaf dağıdır bura, quşlar soltanı; Ancaq simurqlar qonan qayanı; Kim çulğayır qalın qara dumanlar. A.Səhhət. Hər cahangir bir dəfə dırmandı Qaf...
|
SİMVOL (ID - 35902)[yun. symbolon] Hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə; rəmz. Göyərçin sülh simvoludur. Gənclik cəsarət simvoludur. - Gözəl Əlhəmra sarayları, həqiqət və mərdlik simvolu olan Madrid tar-mar edilirkən...
|
SİMVOLİK (ID - 35903)sif. [yun.] Simvoldan ibarət olan, bir şeyin rəmzi olan, hər hansı bir şeyi simvollarla ifadə edən; rəmzi. Simvolik təsvir. Simvolik rəsm.
|
SİMVOLİKA (ID - 35904)[fr. symbolon-dan] 1. Fikirləri, məfhum və ya hissləri şərti işarələr (simvollar) vasitəsilə ifadə etmə.
2. top. Simvollar; hər hansı simvolların məcmusu. |
SİMVOLİST (ID - 35905)[yun.] Simvolizm tərəfdarı.
|
SİMVOLİZM (ID - 35906)[fr. symbolisme, əsli yun.] XIX əsrin axırlarında və XX əsrin əvvəllərində incəsənət və ədəbiyyatda burjuazadəgan əhvali-ruhiyyəsini ifadə edən cərəyan (simvolizm tərəfdarları öz fikirlərini eyhamlarla, kinayə və işarələrlə...
|
SİN (ID - 35907)[ər.] Ərəb əlifbasında (L>*0 hərfinin adı.
|
SİNAQOQ (ID - 35908)is. [yun.] 1. Yəhudi məbədi.
2. Yəhudilərin ibadət etdikləri yer. |
SİNC (ID - 35909)[fars.] İki metallik (mis) diskdən ibarət olub, bir-birinə vurduqda spesifik səs çıxaran musiqi aləti. [Xortdan:] Qədim zamanda gün çıxanda onu şeypur, təbil və sinc ilə istiqbal edirdilər. Ə.Haqverdiyev. [Harun:] Çalınsın təbil,...
|
SİNCAB (ID - 35910)is. [fars.] zool. Ağaclarda yaşayan və açıq-kül rəngində qiymətli xəzi olan gəmirici kiçik heyvan. // Bu heyvanın dərisindən tikilmiş kürk.
|
SİNCÇİ (ID - 35911)is. Sinc çalan.
|
SİNDİKALİST (ID - 35912)[yun.] Sindikalizm tərəfdarı.
|
SİNDİKALİZM (ID - 35913)[fr. syndicalisme] XIX əsrin sonu - XX əsrin əvvəllərində fəhlə hərəkatında ortaya çıxmış xırda burjua cərəyanı; bu cərəyan tərəfdarları proletariatın sinfi mübarizəsini və proletar dövlətin yaradılması zəruriyyətini...
|
SİNDİKAT (ID - 35914)[fr. syndicat] 1. Kapitalist ölkələrində: satış bazarlarına hakim olmaq və ifrat qazanc götürmək üçün sahibkarların inhisarçı birləşmə formalarından biri.
2. Fransada və bəzi burjua ölkələrində həmkarlar ittifaqlarının... |
SİNDİKATLAŞDIRMA (ID - 35915)“Sindikatlaşdırmaq”dan f.is.
|
SİNDİKATLAŞDIRMAQ (ID - 35916)f Sindikatlar şəklində birləşdirmək. Mədən və metallurgiya sənayesini sindikatlaşdırmaq.
|
SİNDİRMƏK (ID - 35917)f . məh. 1. Əymək.
2. Kiməsə, nəyəsə əyilməyə, tanınmağa məcbur etmək. |
SİNDROM (ID - 35918)is. [yun.] Hər hansı xəstəliyin səciyyəvi əlamətləri.
|
SİNEKDOXA (ID - 35919)is. [yun.] Əks mənalı sözlər işlətməkdən ibarət olan stilistik üsul.
|
SİNEL (ID - 35920)is. [fr.] Qotaz, saçaq qayırmaq üçün məxmər qaytan.
|
SİNƏ (ID - 35921)is. [fars.] 1. Döş, köks. [Müəllim] Tellinin nəfəs aldıqca qalxıb-enən sinəsinə baxırdı. S.Hüseyn. Qız başını sinəsinə endirdi. M.Hüseyn. // Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyəsi; döş qəfəsi.
Yamac.... |
SİNƏBƏND (ID - 35922)is. [fars.] 1. Zinət üçün qadınların döşlərinə taxdıqları qızıl və ya gümüş bəzək, sancaq və s.
2. Yəhəri saxlamaq üçün atın boynundan döşünə doğru çəkilən qayış. Ağ at gəlir enişdən; Sinəbəndi gümüşdən;... |
SİNƏBƏNDLİ (ID - 35923)sif Sinəbənd taxmış. Sinəbəndli qız.
|
SİNƏDƏFTƏR (ID - 35924)sif. və is. [fars. sinə və ər. dəftər] Yaddaşı, hafizəsi möhkəm olan; çox bilən, ürəyində çox sözü olan, hazırcavab. [Mürsəl:] Dədə, deyirlər Turaclıda sinədəftər kişilər olub. Ə.Vəliyev. [Aşıq Valehin] gəncliyi gözəllərin...
|
SİNƏDƏN (ID - 35925)bax döşdən. Sinədən demək, oxumaq. - O gündən camaatın içində yayıldı ki, Ələsgərə vergi verilib; sazı götürüb sinədən deyir. “Aşıq Ələsgər” .
|
SİNƏDOLUSU (ID - 35926)1. zərf Dərindən, köks dolusu. [Tahirzadə] sərbəst sinədolusu nəfəs alaraq yoluna davam etdi. Mir Cəlal. Aydın .. sinədolusu rahat nəfəs aldı. H.Seyidbəyli.
2. Bax ürəkdolusu. Belə gündə adamlar könüldolusu məhəbbət, sinədolusu... |
SİNƏGİR (ID - 35927)[fars.] bax astma.
|
SİNƏK (ID - 35928)is. Milçək, çibin.
□□ Sinək vızıltısı qədər - əsla, qətiyyən, zərrə qədər. Bu sözün Kərim babaya bir sinək vızıltısı qədər təsiri olmadı. A.Şaiq. |
SİNƏKQAPAN (ID - 35929)is. zool. Milçəkyeyən quş.
|
Bu səhifə dəfə baxılıb