İzahlı lüğət

SINIXMAQ (ID - 35680)

f . Zəifləmək, arıqlamaq, ətini tökmək, üzülmək, ərimək. Kiçikbəyimin .. solğun çöhrəsi sınıxmışdı və dərin bir kədər saçırdı. Çəmənzəminli. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının...

SINIQ (ID - 35681)

sif. 1. Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Sınıq maşın. - Mirbalayev oturduğu sınıq taburetdən qalxaraq gəzinməyə başladı. M.Hüseyn. Dağınıq və uçuq evləri, küçələrə tökülmüş sınıq...

SINIQÇI (ID - 35682)

is. Çıxmış və ya sınmış sümüyü yerinə sala bilən arahəkimi. Biçarə qolunun ağrısından bitab düşüb, nəhayət, məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə. Sınıqçı dalınca gedən atlı alçaqboy,...

SINIQÇILIQ (ID - 35683)

is. köhn. Sınıqçının işi, peşəsi, sənəti. Sınıqçılıq eləmək.

SINIQLIQ (ID - 35684)

SINIQ-SALXAQ (ID - 35685)

sif dan. Yarı sınıq, yarı sökülmüş; köhnəlmiş, yıpranmış, yararsız. Sınıq-salxaq yeşik. Sınıq-salxaq ev. Sınıqsalxaq körpü. - Xədicə bu sınıq-salxaq faytonun xatirinə hər zülmə dözürdü. S.Rəhman. Ətraf evlərdə yaşayanlar...

SINIQ-SINIQ (ID - 35686)

sif. və zərf Sınıq, qırıq (çoxları haqqında). Sınıq-sınıq qablar. Boşqablar sınıq-sınıq olmuşdur.

SINIQ-SÖKÜK (ID - 35687)

bax sınıq-salxaq. Sınıqsökük divar. Sınıq-sökük daxma. - Yan küçədə sınıq-sökük darvazaya çəkmə şəkilli iri bir lövhə çalınmışdı. Çəmənzəminli. // is. Dağılmış, sökülmüş, yıxılmış, uçulmuş ev, bina və...

SINIRMAQ (ID - 35688)

f Hüdudlaşdırmaq, məhdudlaşdırmaq.

SINMA (ID - 35689)

“Sınmaq”dan f.is.

SINMAQ (ID - 35690)

f . 1. Bir şeyə bərk toxunaraq parçalanmaq, tikə-tikə olmaq, xırda hissələrə ayrılmaq; qırılmaq, zədələnmək. Boşqablar əlimdən düşüb sındı. Pəncərə sınıb töküldü. - Su səhəngi suda sınar. (Ata. sözü). ..Əli yumurtasının...

SIPA (ID - 35691)

is. Bir yaşar qoduq (bəzən söyüş yerində işlənir).

SIRA (ID - 35692)

is. 1. Yan-yana və ya ard-arda duran adamlar və ya şeylər düzümü; səf, cərgə. Evlər sırası. iki sıra durmaq. - [Uşaqlar:] Sıralara duraq biz; irəliyə, irəliyə; Yeni dünya quraq biz. C.Cabbarlı. [Xasay] sırada dayandı. Sıra nömrəsini...

SIRACA (ID - 35693)

is. bax xanazır.

SIRALAMA (ID - 35694)

“Sıralamaq”dan f.is.

SIRALAMAQ (ID - 35695)

f Sıraya düzmək, sıraya qoymaq, sıra-sıra düzmək, sıra halına gətirmək.

SIRALANMA (ID - 35696)

“Sıralanmaq”dan f.is.

SIRALANMAQ (ID - 35697)

f . Bir-birinin yanınca sıra ilə dal-dala düzülmək, sıra ilə düzülmək.
Natiq .. sıralanıb baxan uşaqları göstərdi. Bunlar, - dedi, - bu yeni nəsil səadət üçün, həyat və işıqlıq üçün doğulmuşdur. Mir Cəlal. Fabriklər,...

SIRALANMIŞ (ID - 35698)

f sif Bir-birinin yanınca sıra ilə düzülmüş. Lakin getdikcə Şirzad, Nəcəf və başqaları susaraq kənddəki səliqəyə, cərgə ilə sıralanmış evlərə, onların dal tərəfində uzanan bağçalara baxırdılar. M.İbrahimov.

SIRALI (ID - 35699)

sif Sıra ilə olan, sıra ilə düzülmüş, sıralanmış. Sıralı dağlar.

SIRASIZ (ID - 35700)

sif. Sırada olmayan; qaydasız, nizamsız.

SIRATAĞ (ID - 35701)

is. memar. Dirəklər və ya sütunlar üzərində duran tağlar sırası.

SIRAVİ (ID - 35702)

sif. Rəhbər işdə olmayan, başqalarından fərqlənməyən; adi. Sıravi fəhlə.
Mollayev tək-tək nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. [Bənövşə:]...

SIRF (ID - 35703)

sif. Xalis, məhz, ancaq, büsbütün. Sırf yalan. Sırf böhtan. - Mən heç vaxt damdandüşmə deməmişəm ki, .. hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. C.Məmmədquluzadə. Qulu təhsilə sırf tüccari bir...

SIRĞA (ID - 35704)

is. Qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən qayrılmış müxtəlif formalı bəzək; tana. Brilyant sırğa. Yaqut sırğa.
Ərknaz heç kəsin ağlına gəlməyən sırğalar, klonlar, qolbaqlar, bilərziklər, boyunbağılar,...

SIRĞACIQ (ID - 35705)

is. Balaca sırğa, kiçik sırğa. Qızın qulağına sırğacıq taxmaq.

SIRĞALIQ (ID - 35706)

is. Qulağın ət halında olan aşağı hissəsi; mərçək.

SIRIQ (ID - 35707)

is. Paltara, yorğana və s.-yə atılan iri və möhkəm tikiş. Döşəyin sırığı açılıb. Paltonun sırıqları bilinir. - Aradan onun sırıq alt köynəyinin qırmızı sapla işlənmiş sırıqları görünürdü. S.Rəhimov.

SIRIQLI (ID - 35708)

1. sif. Sırıq vurulmuş, sırıq atılmış. Sırıqlı paltar. - [Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, bir də döşü sırıqlı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. [Əsgər bəy] sarı, ipək arxalığının sırıqlı...

SIRIMA (ID - 35709)

1. “Sırımaq”dan f.is.
2. Bax sırıqlı 1-ci mənada. Bu adamlar (şəhərin alverçi, baqqal, tacir, dəllalları) çiyinlərinə güləbətinli sırıma ilə baftalı çuxa .. salardılar. H.Sarabski.

SIRIMAQ (ID - 35710)

f 1. Arasına (içinə) yun, pambıq qoyulmuş mitili və s.-ni iri tikiş ataraq tikmək. Yorğança sırımaq. Döşək sırımaq.
[Gülcahan:] Vay, yorğanı sırıyanda yaddan çıxıb [qayçı] içində qalıbdır. T.Ş.Simurq. ..Əlində təzə...

SIRINMA (ID - 35711)

1. “Sırınmaq”dan f.is.
2. Bax sırıqlı 2-ci mənada. Yunis sırınmanı alıb əyninə taxmamış Davud kəndiri belinə bağladı. Mir Cəlal.

SIRINMAQ (ID - 35712)

məch. Sırıq vurulmaq, sırıq atılmaq. Döşək sırınıb qurtardı.

SIRMA (ID - 35713)

is. 1. Qızıl kimi parlayan incə gümüş tel.
2. Əsgəri rütbələri bir-birindən ayırmaq üçün rəsmi paltarların qollarına, boyunlarına və s.-yə tikilən fərqlənmə nişanı. Bir də rəfiqlərindən biri deyirdi ki, Ağa Əli xan...

SIRMALAMA (ID - 35714)

“Sırmalamaq”dan f.is.

SIRMALAMAQ (ID - 35715)

f . Sırma tikmək, sırma ilə bəzəmək. Köynəyi sırmalamaq.

SIRMALI (ID - 35716)

sif. Sırması olan, sırma tikilmiş, sırma ilə işlənmiş və ya bəzədilmiş. Sırmalı köynək.

SIRSIRA (ID - 35717)

is. Axmaqda olan su damcılarının donması nəticəsində əmələ gələn buz lülələri. Daşın kənarı sırsıra bağlamışdır. - Arada hava ayazıyıb açılanda ağaclardan sırsıra tərpənib töküləndə adamlar balta, dəhrəsini götürür.....

SIRT1 (ID - 35718)

is. Bel, kürək. Sırtına bir-iki tutarlı dartdı; Qolundan yapışıb, irəli atdı. H.K.Sanılı. Haydı, minib sırtına yel gedişli atların; Yerdə, göydə, dənizdə oynasın qanadların. M.Müşfiq. Suyu tamam çəkilməmiş xalçanın saçaqlarından...

SIRT2 (ID - 35719)

is. məh. Yamac üstü, uzanan təpəliyin üstü.

SIRTIQ (ID - 35720)

sif. Utanmaz, həyasız, arsız, üzlü; özünü hər yerə soxan, heç şeydən utanmayan. [İsfəndiyar:] Mənim sırtıq adamdan xoşum gəlmir. Ə.Vəliyev. [Teymur:] Axı nəyi bilirsiniz? Mən sırtıq adam olsaydım, bütün günü ac qalmazdım....

SIRTIQLAŞMA (ID - 35721)

“Sırtıqlaşmaq”dan f.is.

SIRTIQLAŞMAQ (ID - 35722)

f . Daha da sırtıq olmaq; həyasızlaşmaq, arsızlaşmaq. Uşaq döyüldükcə sırtıqlaşar.

SIRTIQLIQ (ID - 35723)

is. Utanmazlıq, həyasızlıq, abırsızlıq, arsızlıq; sırtıq adamın xasiyyəti. Mayanın üzündə və gözlərində heç bir biclik, sırtıqlıq və ya bayağılıq yox idi. M.Ibrahimov.

SIRTILMA (ID - 35724)

“Sırtılmaq”dan f.is.

SIRTILMAQ (ID - 35725)

bax sırtıqlaşmaq.

SISQA (ID - 35726)

sif. Cılız, çox zəif, çox arıq. Səttar kişinin yanında oturan topsaqqal, amma buradakıların hamısı kimi sısqa bir kişi sözə qarışdı. Ə.Əbülhəsən. [Qəndab:] Onların yanında doğrudan da sısqa uşağa oxşayırdım. B.Bayramov....

SISQALAŞMA (ID - 35727)

“Sısqalaşmaq”dan f.is.

SISQALAŞMAQ (ID - 35728)

f . Getdikcə zəifləmək, sısqa olmaq, arıqlamaq, cılızlaşmaq.

SISQALIQ (ID - 35729)

is. Cılızlıq, arıqlıq, zəiflik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed