SAYILMA (ID - 34829)“Sayılmaq”dan f.is.
|
SAYILMAQ (ID - 34830)məch. 1. Hesablanmaq, sayı, ədədi bilinmək. Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.
Hesab edilmək, bilinmək, ...kimi qiymətləndirilmək. [Rzaquluxan] kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd... |
SAYIR-BAYIR (ID - 34831)sif və zərf Mənasız, məzmunsuz, rabitəsiz, məntiqsiz. Sayır-bayır danışmaq. - Gülünün hərarəti çox artmışdı. O çapalayır, məzmunsuz və sayır-bayır danışırdı. S.Rəhimov. [Şirəli] köhnə əyyaşlar kimi sayır-bayır danışırdı....
|
SAYQA (ID - 34832)is. zool. Xortum kimi burnu və lirayaoxşar buynuzları olan gövşəyən qoşadımaqlı heyvan, antilopun bir növü.
|
SAYLAŞMA (ID - 34833)“Saylaşmaq”dan f.is.
|
SAYLAŞMAQ (ID - 34834)f Dayazlaşmaq (göl, çay, dəniz və s. haqqında).
|
SAYMA (ID - 34835)“Saymaq”dan f.is.
|
SAYMAQ (ID - 34836)f . 1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq. Salman ona qədər saydı. S.Rəhimov. [Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov. // Miqdarını bilmək...
|
SAYMAMAZLIQ (ID - 34837)bax saymazlıq. [Zaman:] Daha bu yerədək adamı saymamazlıq olmaz ki? Ə.Haqverdiyev.
|
SAYMAZ (ID - 34838)sif. 1. Saymayan, məhəl qoymayan, vecinə almayan, diqqətsiz, laqeyd, başısoyuq. Saymaz adam. // Zərf mənasında. Saymazcasma, saymazyana, etinasız. Saymaz keçmək. Saymaz cavab vermək.
İkrahla baxılan, sayılmayan, avara, vecsiz. Saymaz... |
SAYMAZCA (ID - 34839)bax saymazcasma. Usta Qiyas saymazca və ağır-ağır evə girib göstərilən yerdə oturdu.. M.İbrahimov.
|
SAYMAZCASINA (ID - 34840)bax saymazyana.
|
SAYMAZLIQ (ID - 34841)is. Etinasızlıq, hörmətsizlik, saymaz münasibət. Ağca qarıya ərinin bu saymazlığı elə ağır gəldi ki, o dözməyib yerindən qalxdı. Ə.Əbülhəsən.
|
SAYMAZYANA (ID - 34842)zərf Saymaz, saymazlıqla, etina etmədən, etinasızlıqla, saymazcasma. Saymazyana danışmaq. Saymazyana ötüb getmək. - [Məmməd bəy Səfərə:] İndi biz də saymazyana düşərgəyə girərik, elə bilərlər ki, .. ot dalınca getmişdik....
|
SAYMAZYANALIQ (ID - 34843)is. Saymazyana hərəkət, saymazlıq, etinasızlıq. Saymazyanalıq etmək.
|
SAYRI (ID - 34844)sif. qəd. Xəstə. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm, yarım məndən ayrıdır? Qurbani.
|
SAYRILMA (ID - 34845)“Sayrılmaq”dan f.is.
|
SAYRILMAQ (ID - 34846)bax sayrışmaq 1-ci mənada. Siyah zülfün buxaq altda qıvrılır; Ala gözlər can almağa sayrılır. M.P.Vaqif. Sən iti addımla qoşarkən iləri; Sayrılsın, gurlasın çaldığın kaman, hey! M.Müşfıq.
|
SAYRIŞMA (ID - 34847)“Sayrışmaq”dan f.is.
|
SAYRIŞMAQ (ID - 34848)f 1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. F.Köçərli. Gecə idi, göydə ulduzlar sayrışırdı. S.Rəhman. Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı....
|
SAY-SEÇMƏ (ID - 34849)sif. Seçilən, müəyyən üstünlüyü olan; seçmə. Koroğlu həmişə yazıqyuzuğun, əlindən iş gəlməyən adamların dalınca ya özü gedər, ya da dəlilərin sayseçmələrindən göndərər. “Koroğlu” . Aşıq Ələsgər .. gördü...
|
SAYSIZ (ID - 34850)sif. və zərf Sayca, miqdarca çox olan, sayılması mümkün olmayan, həddən artıq çox, saysız-hesabsız. Saysız qoşun. Saysız uşaq toplaşmaq. - Kameralarda saysız adam vardı. M.Hüseyn.
|
SAYSIZ-HESABSIZ (ID - 34851)bax saysız. Saysız hesabsız adam. -.. Saysız-hesabsız soyğunçu tayfa atlarının ayağı altında torpaq .. bərkimişdi. Ə.Məmmədxanlı. Gül və bülbül haqqında saysız-hesabsız əfsanələr hamıya məlumdur. M.Rzaquluzadə.
|
SAYTAL (ID - 34852)sif. məh. Boylu-buxunlu, enlikürək, bazburudlu; yekə, iri, sağlam. Saytal adam. - [Alo:] Qanlı hər adama əl vurmaz. O həmişə saytal axtarar, - dedi. S.Rəhimov. // İri, yekə, kök, ətli. Saytal qoç. - [Feyzi] sürünü saymamışdan qabaq...
|
SAZ1 (ID - 34853)is. [fars.] Mizrabla çalınan, armudvari çanağı olan simli xalq çalğı aləti. Saz çalmaq. - [Rəsul:] Mənə bir saz verin, dərdimi sazla deyəcəyəm. “Aşıq Qərib” . Sonra əlinə aldı qonağım bir qızıl saz; Qanadlandı, durmadı,...
|
SAZ2 (ID - 34854)sif. [fars.] 1. İşlətmək üçün tam yararlı, hazır halda olan; sınığı, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş. Saz maşın. Saz alət. Saz saat. - [Xortdan:] Bala, faytonun sazdımı? Ə.Haqverdiyev. Alınca xəbəri qaçmışdı...
|
SAZAQ (ID - 34855)is. Bərk soyuq, şaxta. Sazaq adamın əl-ayağını kəsirdi. S.Rəhimov. - Qar yağırmı? - Elə yağır... sazaq qılınctək kəsir. Ə.Cəmil. // Quru soyuq külək. [Həcər:] Gorusun düzündə qopubdur sazaq... “Qaçaq Nəbi” . Qaranlıq...
|
SAZAQLI (ID - 34856)sif. Kəskin küləyi, sazağı, soyuğu olan; şaxtalı. Sazaqlı hava. - Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli. Quru sazaqlı bir gündə Novruz yaş əlcəklərini topun qızmış lüləsi üstündə qurudurdu. R.Rza. Səhər...
|
SAZAN (ID - 34857)is. zool. Əsasən qamışlıq, ya durğun şirin sularda yaşayan, iri pulları olan balıq növü.
|
SAZANDA (ID - 34858)is. [fars.] köhn. Çalğıçı. Xan uşaqları Keçiliyə həm ova, həm də kefə gəldiklərindən yanlarınca qrammofon, xanəndə, sazəndə və bolluca araq-çaxır gətirmişdilər. Sultanov. Bir az da sazəndə, zurnaçı çalsın; Ruhunuz burada...
|
SAZANDAR (ID - 34859)bax sazanda. [Pəri:] Anam sazandar və lazımlı şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı. Qurtardı dəsgahı zurnaçı Qazar; Götürdü tarını sonra sazandar. H.K.Sanılı. Cunalı bir xanım çıxdı...
|
SAZBƏND (ID - 34860)is. [fars.] köhn. Saz bağlayan, saz qayıran usta. Qəmbər onu apardı sazbəndin yanına. “Abbas və Gülgəz” .
|
SAZÇALAN, SAZÇI (ID - 34861)is. Saz çalan çalğıçı. Sazçalan gözəl bir aşıq mahnısı çaldı. Sazçı qızlar ansamblı.
|
SAZİŞ (ID - 34862)is. [fars.] 1. Qarşılıqlı razılığa gəlmə, qarşılıqlı razılıq, anlaşma, fikir birliyi, həmrəylik, birlik. Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. F.Köçərli.
2. Müqavilə. Beynəlxalq sazişlər. Sazişi... |
SAZİŞÇİ (ID - 34863)is. Sinfi düşmənlə saziş, barışma, uzlaşma siyasəti aparan adam. // məc. Razılaşma, güzəşt tərəfdarı.
|
SAZİŞÇİLİK (ID - 34864)is. Sinfi düşmənlə uzlaşma, barışığa gəlmə, ona güzəştə getmə; sinfi düşmənlə barışma siyasəti.
|
SAZLAMA (ID - 34865)“Sazlamaq”dan f.is.
|
SAZLAMAQ (ID - 34866)f Saz hala salmaq, düzəltmək, təmir edib işləmək üçün hazır hala salmaq. Maşınları sazlamaq. // Hazır vəziyyətə gətirmək. Nəbi [Məmmədəli bəyi] vurmaq istəmirsə də, amma yenə keçmişi yadına salıb aynalını sazlayır....
|
SAZLANMA (ID - 34867)“Sazlanmaq”dan f.is.
|
SAZLANMAQ (ID - 34868)f . Saz hala gəlmək, düzəlmək, sahmana düşmək, hazırlanmaq.
|
SAZLAŞMA (ID - 34869)“Sazlaşmaq”dan f.is.
|
SAZLAŞMAQ (ID - 34870)f . Saz olmaq, yaxşılaşmaq; işi, vəziyyəti, sağlamlığı yaxşı halda olmaq.
|
SAZLIQ (ID - 34871)is. Saz şeyin halı, vəziyyəti. Aqreqatın sazlığı. Motorun sazlığı. // Sağlamlıq, canı-başı saz olma.
|
SE (ID - 34872)“S” hərfinin və bu hərflə işarə olunan samitin adı.
|
SEANS (ID - 34873)[fr.] Bir işin icrasının arasıkəsilmədən davam etdiyi müddət, vaxt. Kinoya gündüz seansına bilet almaq. Masaj seansı. - Saat on birdə başlanan seansa qalmaq olmazdı. M.Hüseyn. Özünümasajlama seanslarının hər biri sığallama ilə...
|
SEÇİCİ (ID - 34874)is. Seçkidə iştirak edən, yaxud seçkidə iştirak etməyə hüququ olan adam. [Katib] qısa bir çıxış etdikdən sonra seçicilərin görüşünə gəlmiş namizəd barəsində də bir neçə kəlmə deyib, danışmaq üçün sözü Cahangirova...
|
SEÇİLƏN (ID - 34875)f.sif. 1. Seçki nəticəsində seçilmiş. Seçilən namizədlər. // İs. mənasında. Akademiyaya seçilənlər. Seçilənlər arasında cavanlar çoxdur.
Nəzərə çarpan, fərqlənən, fərqləndirilən, başqalarından ayrılan. Firəngizin... |
SEÇİLMƏ (ID - 34876)“Seçilmək”dən f.is.
|
SEÇİLMƏK (ID - 34877)məch. 1. Səsvermə nəticəsində üstünlük almaq. İclasa sədr seçilmək.
Hər hansı xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, ayrılmaq. Qız ala gözləri ilə rəfiqələrindən seçilirdi. - Kamran... |
SEÇİLMİŞ (ID - 34878) |
Bu səhifə dəfə baxılıb