İzahlı lüğət

SƏRF2 (ID - 35430)

is. [ər.] qram. Morfologiyanın köhnə adı.

SƏRFƏ (ID - 35431)

is. Mənfəət, xeyir, fayda. Bu işin sənə sərfəsi yoxdur.

SƏRFƏLİ (ID - 35432)

sif Xeyirli, mənfəətli, faydalı, əlverişli. Sərfəli iş. - [Dərya:] Belə bilirəm ki, adamın canına, ruhuna, əsəbinə bifayda mətləblərdən xali olsan sərfəlidir. B.Bayramov.

SƏRFƏSİZ (ID - 35433)

sif. və zərf Xeyirsiz, faydasız, əlverişsiz, əbəs, hədər. Sərfəsiz iş. Sərfəsiz saziş. - Nəqdi-ömrüm sərfəsiz xərc eylədim bazaridə. Q.Təbrizi.

SƏRFİYYAT (ID - 35434)

is. [ər. “sərf’ söz. cəmi] köhn. Sərf olunan şeylər, xərc olunan pullar; məxaric.

SƏRF-NƏHV (ID - 35435)

is. [ər.] Qrammatikanın köhnə adı.

SƏRF-NƏZƏR (ID - 35436)

is. [ər.]: sərf-nəzər etmək - bir şeyi nəzərə almamaq, fikrini, diqqətini, nəzərini ondan uzaqlaşdırmaq, ayırmaq; nəzərini çevirmək. Bu məsələdən sərfnəzər etdi. - [Sənubər Hidayətə:] Seysmik imkanlardan sərf-nəzər eləmək,...

SƏRGƏRDAN (ID - 35437)

sif. və zərf [fars.] Yersizyurdsuz, sərsəri, avara. Sərgərdan adam. -Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // Başını itirmiş, çıxış yolu...

SƏRGƏRDANLIQ (ID - 35438)

is. Sərgərdan adamın halı, vəziyyəti; özündən asılı olmayaraq heç bir iş görə bilməmə, avara qalma. Hicr sərgərdanlığın çərxi-fələkdən görməzəm; Bu cəfaları qılan ol yari-məhrudur mənə. Xətayi. Sərgərdanlığının...

SƏRGİ (ID - 35439)

is. 1. Camaata göstərilmək üçün müəyyən qaydada qoyulmuş, ya asılmış şeylər və onların nümayiş etdirildiyi yer. Rəsm sərgisi. Sənaye sərgisi. Xalça sərgisi. - O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş...

SƏRGÜZƏŞT (ID - 35440)

is. [fars.] Birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra. Başına gələn sərgüzəşti danışmaq. - Belə kiçik yaşda olan bir qızın nə kimi faciəli bir sərgüzəşti ola bilərdi. S.Hüseyn. [Qaraca qızın] başına gələn...

SƏRHESAB (ID - 35441)

sif. [fars. sər və ər. hesab] Gözüaçıq, ayıq, sayıq. □ Sərhesab olmaq ayıq olmaq, sayıq olmaq. [Şahmar bəy:] ..Gedin, görək, Allah nə istəyib, sərhesab olun, özünüzü gözləyin... N.Vəzirov.

SƏRHƏD (ID - 35442)

is. [fars. sər və ər. hədd] 1. Qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt; mərz. Avropa ilə Asiyanın sərhədi. // Qonşu dövlətlərin ərazisini, ya sularını biribirindən ayıran xətt; hüdud. Dövlət sərhədi....

SƏRHƏDÇİ (ID - 35443)

is. Dövlət sərhədini mühafizə edən, onu qoruyan əsgər. Sərhədçi dəstəsi. Sərhədçilər marşı. - Burada sərhədin keşiyində duranlar yalnız rəsmi sərhədçilər deyil. M.Rzaquluzadə.

SƏRHƏNG (ID - 35444)

is. [fars] 1. Qoşun böyüyü, alay komandiri.
Polkovnik.

SƏRXOŞ (ID - 35445)

sif [fars.] İçmiş, kefli. Sərxoş adam. - Yusif sərxoş (z.) halda, o tərəfə-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. S.S.Axundov. □ Sərxoş etmək (eyləmək) kefləndirmək, məst etmək. [Tərxan:] Etdi sərxoş məni bu bircə...

SƏRXOŞLUQ (ID - 35446)

is. 1. Sərxoş adamın halı; keflilik. Çünki içmək onu xarab elədi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn.
Daima...

SƏRİH (ID - 35447)

sif. [ər.] 1. Açıqdan-açığa, aydınca. Şəksiz-şübhəsiz.

SƏRİLİ1 (ID - 35448)

zərf Sərələnmiş halda (olan), yerdə sərili qalmış.

SƏRİLİ2 (ID - 35449)

sif. Sərilmiş. Sərili paltar.

SƏRİLİ3 (ID - 35450)

bax sarılı. Sübhdən axşamadək Səməd ağaca sərili çığırardı, bağırardı və ağzına gələni də qardaşına deyərdi. Çəmənzəminli.

SƏRİLMƏ1 (ID - 35451)

“Sərilmək1’dən f.is.

SƏRİLMƏ2 (ID - 35452)

“Sərilmək2”dən f.is.

SƏRİLMƏK1 (ID - 35453)

f 1. Əl və ayaqlarını açıb uzanmaq. Divana sərilmək. Xalça üstünə sərilmək. - Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli. Hər ikisi yumşaq otların üzərinə sərildilər....

SƏRİLMƏK2 (ID - 35454)

bax sarınmaq. Qaraqaş tilsimli qılıncnan əjdahanı quyruğunnan yaraladı. Əjdaha dönüb sərildi Qaraqaşa. (Nağıl). Mahmud ağacın kötüyünə sərilmiş (f.sif.) yekə bir ilan gördü. S.Vəliyev.

SƏRİMƏ (ID - 35455)

“Sərimək”dən f.is.

SƏRİMƏK (ID - 35456)

f. 1. Bax sarımaq 2-ci mənada. Əlini sərimək. Belini sərimək. - Kazımın başını s əriyib bir tərəfə yıxmışdılar. Çəmənzəminli. ..Musa kişi keçə papağını başına basdı. Yun şərfini boğazına səridi. M.İbrahimov.
2....

SƏRİN (ID - 35457)

sif. 1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh. - itlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən....

SƏRİNCƏ (ID - 35458)

sif. Bir az sərin, az sərin, bir az soyuq. Sərincə bir axşam. Sərincə yer tapıb oturmaq. - Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həmə vaxt sərincə yel əsər. N.Vəzirov.

SƏRİNKEŞ (ID - 35459)

is. Otaqda, binada sərinlik yaratmaq üçün cihaz, qurğu; ventilyator. Sərinkeş bayırdan havanı çəkib süzgəcdən keçirərək soyudur, sonra isə ventilyator havanı otağa verir.

SƏRİNLƏDİCİ (ID - 35460)

sif. Sərinlik verən; soyuq. Sərinlədici içkilər.

SƏRİNLƏMƏ (ID - 35461)

“Sərinləmək”dən f.is.

SƏRİNLƏMƏK (ID - 35462)

1. f Sərin olmaq, sərin düşmək. Axşamüstü hava sərinlədi.
2. Bax sərinlənmək. [Nuriyyə:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinlədim. İ.Əfəndiyev. Dərədə işləyənlər üçün isti olsa da, məktəb həyətində...

SƏRİNLƏNMƏ (ID - 35463)

“Sərinlənmək”dən f.is.

SƏRİNLƏNMƏK (ID - 35464)

məch. Sərində oturmaq, yaxud sərin su içmək, sərin su ilə yuyunmaq və s. ilə özünü sərinlətmək, hərarətini azaltmaq. Balkonda oturub sərinləndim. Soyuq su içib sərinləndim. - [Şiraslan düşünürdü] ..hər çeşmədən yüz-yüz...

SƏRİNLƏŞDİRİCİ (ID - 35465)

sif. Sərinlik yaratmaq, sərin etmək üçün işlədilən. Sərinləşdirici içkilər.

SƏRİNLƏŞDİRMƏ (ID - 35466)

“Sərinləşdirmək”dən f.is.

SƏRİNLƏŞDİRMƏK (ID - 35467)

bax sərinlətmək.

SƏRİNLƏŞMƏ (ID - 35468)

“Sərinləşmək”dən f.is.

SƏRİNLƏŞMƏK (ID - 35469)

1. Bax sərinləmək.
[Pəri Cadu:] Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. Ə.Haqverdiyev. Sərinləşən (f.sif.) havada nəfəs almaq istəyənlər dəniz qırağına doğru axışmağa başlamışdılar. M.Hüseyn.
məc....

SƏRİNLƏTMƏ (ID - 35470)

“Sərinlətmək”dən f.is.

SƏRİNLƏTMƏK (ID - 35471)

f . 1. Sərin etmək, sərinləşdirmək. Yağış havanı sərinlətdi. - [Ağaclar] qəsrin alçaq hasarının dibində bitdikləri üçün qəsrin həyətini sərinlətmək vəzifəsini bitirirdi. M.S.Ordubadi. Təmiz hava yataq otağına dolub qızı...

SƏRİNLİK (ID - 35472)

is. 1. Sərin hava. Sərinlik düşmək. - Bir az əvvəl yağmış yağışdan sonra havada sərinlik və rütubət hiss olunurdu.
T. Ş.Simurq. Dənizdən əsən xəfif meh fəhlə qəsəbəsinə xoş bir sərinlik gətirirdi. M.Hüseyn. Sərin yer....

SƏRİŞTƏ (ID - 35473)

is. [fars.] Bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq. Bağ işlərində səriştəm yoxdur. Ovçuluqda səriştəsi var. - [Sadıq kişinin övrəti ərinə:] Qaç tez usta Hüseynin yanına, onun həkimlikdə səriştəsi çoxdu....

SƏRİŞTƏLİ (ID - 35474)

sif. Səriştəsi, bacarığı, təcrübəsi olan, bir işə bələd olan. Əkinçilikdə səriştəli aqronom. Dülgərlikdə səriştəli adam.

SƏRİŞTƏSİZ (ID - 35475)

sif. Bir işdə səriştəsi, bacarığı, təcrübəsi olmayan, bir işə bələd olmayan. Səriştəsiz adam.

SƏRKEŞ (ID - 35476)

[fars.] bax dikbaş.

SƏRKƏRDƏ (ID - 35477)

is. [fars.] Böyük qoşun birləşmələrinin başçısı; komandan. Əyinlərinə dəmir geyim geymiş sərkərdələr öz dəstələri ilə bərabər küçələrə çıxmışdılar. M.S.Ordubadi.

SƏRKƏRDƏLİK (ID - 35478)

is. Sərkərdə vəzifəsi, böyük qoşun hissələrinə başçılıq etmə; komandanlıq. Bu möhtəşəm qalanı hədələyən orduların ən böyüyünə o, sərkərdəlik etmişdir. M.Hüseyn.

SƏRKİ (ID - 35479)

is. Tənə, qaxınc, töhmət, məzəmmət, danlaq. Özüm də bilmirəm, nədir günahım; Başıma yer-yerdən sərkilər yağır. S.Rüstəm.
□□ (Başına) sərki vurmaq - etdiyi yaxşılığı üzə vurmaq, tənə etmək, başına vurmaq. [Gültəkin:]...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed